Suvarma əKİNÇİLİYİ (Dərs vəsaiti)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34849
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   66

111 
tədbirləri ilə birlikdə əmək məhsuldarlığını xeyli yüksəldir. 
Suvarma  şəraitlərində bütün kənd təsərrüfatı bitkilərinin becə-
rilməsində aqrotexniki tədbirlər kompleksinin birlikdə tərbiq olun-
masının böyük əhəmiyyəti vardır. Məsələn: torpağın becərilmə 
dərinliyinin səmərəliliyi gübrələrin, müxtəlif suvarma normalarını 
və suvarma rejimini birlikdə tətbiq etdikdə yüksək olur.Bu Xerson 
Kənd Təsərrüfatı  İnstitutunun  əməkdaşlarının apardığı  tədqiqatlar 
nəticəsində öz təsdiqini tapmışdır. Dərin şum nəticəsində payızlıq 
buğdanın məhsul artımı üzləmə ilə müqayisədə 1,4 s/ha artıq 
olmuşdur. 
 
7.5. Suvarma növbəli əkinində torpaq becərmənin 
xüsusiyyətləri 
 
Suvarılan torpaqlarda növbəli  əkinlərin torpaq becərmələri 
dəmyə şəraiti ilə müqayisədə bəzi xüsusiyyətlərə malikdir. 
Mənimsənilən suvarılan torpaqlarda təmiz heriklər olmadığın-
dan burada alaqlarla mübarizə, torpağın dondurma şumu üçün əsas 
becərilməsi, bitkilərə mexaniki, kimyəvi qulluq işlərinin aparıl-
ması sistemli həyata keçirilir.Suvarılan torpaqların münbitliyinin 
artırılması  və  təkrar  şorlaşması ilə mübarizə  məsələləri də habelə 
növbəli əkinlərə çoxillik otların və müvafiq gübrələmə sisteminin 
növbəli əkinə daxil olması yolu ilə həll edilir. 
Lakin suvarılan torpaqlarda suyun torpağın fiziki xassələrinin 
dəyişməsinə  təsiri dəmyə  şəraitlərdə olduğundan tez gedir.Bu da 
növbəli  əkinlərin daha qısa rotasiyalı  və ya uzun rotasiyalı  tətbiq 
olunmasına səbəb olur. 
Yuxarıda qeyd olunduğu kimi, suvarılan torpaqlarda dərin 
şumun aparılması 3-4 il ərzində  məhsula müsbət təsir edir.Belə 
şumun aparılması, hər il eyni dərinlikdə aparılan  şuma nisbətən 
daha səmərəlidir. 
Uzun rotasiyalı növbəli əkinlərdə tarlaların çoxunda dərin şum 
aparılması  tələb olunur. Suvarılan torpaqlarda səpin sahələrinin 
strukturasında cərgəarası becərilən bitkilərin xüsusi çəkisinin 
suvarılmayan torpaqlara nisbətən yüksək olduğunu qəbul etmək 


112 
lazımdır.Ona görədə eyni müddətli rotasiyalarda dənli bitkiləri çox 
olan növbəli  əkinlərə nisbətən dərin becərmələrin təkrar 
aparılmasını artırmaq olar. 
Qısa  şəraitlərə uyğun olaraq məsələnin həlli üçün bir çox hal-
ları, o cümlədən yerli təcrübəni nəzərə almaq lazımdır.Suvarmada 
torpaq becərilməsinin  əsas xüsusiyyəti tarlaların alaqlanmasına 
qarşı mübarizə aparılması istiqamətində gedir.Bu məqsədlı üzlə-
mədən  əvvəl alaqların cücərməsini tezləşdirən yığımdan sonra 
suvarma, şum, habelə əkin qabağı, həm də lazım gəldikdə payızda 
əkindən sonra tez-tez üzləmələr və kultivasiya aparılır. 
Quraq havada yığımdan sonrakı suvarma üzləmə aparılmadan 
tətbiq oluna bilər.Dərin  şum iki dəfə, pis fiziki xassələrə malik 
olan torpaqlarda isə  hətta yazlıq buğda altına üç dəfə  təkrar 
olunur.Tədqiqatlar göstərirki, suvarma şəraitində  vərdənələmənin 
əhəmiyyəti dəmyə şəraitlərinə nisbətən az olur. 
Suvarma  əkinçiliyinin xüsusiyyətlərini nəzərə alaraq növbəli 
əkində torpaq becərmələri aşağıdakı şəkildə qurmaq olar. 
I.Çoxillik otla örtüklü. 
1)  Sələf yığıldıqdan sonra dərhal 30-32 sm dərinlikdə şum,  
2)  Əkinin üzərində alaqlar əmələ  gəldikdə  mənfi temperatur-
lar düşənədək  əkinin köndələni istiqamətndə üzləmə yaxud 
kultivasiya aparılmalı,  
3)  Yaz malalaması 
4)  Kultivasiya və malalama 
5)  Səpin 
II.Birinci il istifadə olunan otlar (yonca) yazda və biçindən 
sonra yemləmə və malalama 
III.Yazlıq buğda 
1)  əkinə 10-12 gün qalmış yoncanın biçilməsi, yaxud kök bo-
ğazcıqlarını kəsmək məqsədilə biçindən sonra üzləmə aparılması 
2)  20-22 sm dərinlikdə şum 
3)  Yaz malalaması 
4)  Kultivasiya və malalama 
5)  Səpin 
IV.Cərgəarası becərilən bitkilər (şəkər çuğunduru) 


113 
1).Yığımdan sonra suvarma 
2) kövşənliyin üzlənməsi 
3) 30-32 sm dərinlikdə şum 
4) Çoxillik alaqlar əmələ gəldikdə əkindən sonra üzləmə, yaxud 
mənfi temperatura düşənədək kultivasiya 
5) Yazda malalama 
6) Birinci kultivasiya 10-12 sm dərinlikdə, sonra toxumun 
basdırılma dərinliyində kultivasiya 
7)Səpin 
V.Yığma yazlıqlar 
1) 20-22 sm dərinlikdə şum 
2) Yaz malalaması 
3) Kultivasiya və malalama 
4) Səpin 
VI, Cərgəarası becərilən bitkilər (qarğıdalı) 
1).Yığımdan sonra suvarma 
2) kövşənliyin üzlənməsi 
3) 20-22 sm dərinlikdə şum 
4) Çoxillik alaqlar əmələ  gəldikdə  gəvahinli üzləyicilərlə üz-
ləmə, yaxud kultivatorla mənfi temperatura düşənədək yazlıq 
bitkilər üçün torpağın yarım herik becərilməsi 
5) Yazda malalama 
6) Birinci kultivasiya 10-12 sm dərinlikdə, sonra toxumun 
basdırılma dərinliyində kultivasiya 
7)Səpin 
Göründüyü kimi suvarmada torpaq becərilməsinin əsas xüsusiy-
yəti onun tarlaların alaqlanmasına qarşı mübarizə aparılması isti-
qamətindədir. Bu məqsədlə üzləmədən əvvəl alaqların cücərməsini 
tezləşdirən yığımdan sonra suvarma, sonra əkin, habelə həm əkin 
qabağı, həmdə lazım gəldikdə payızda əkindən sonra tez-tez üzlə-
mələr və kultivasiya aparılır. 
Suvarmanın əhəmiyyəti nəinki yalnız torpaq becərmələrindən, di-
gər aqrotexniki üsullardan və  tədbirlərdən, həm də suvarma sis-
temlərinin vəziyyətindən asılıdır. Suvarma sistemləri yarıtmaz vəziy-
yətdə olduqda ən yaxşı torpaq becərmələri müsbət nəticələr vermir.  


114 
VIII. Suvarma şəraitində alaq otları  
və onlara qarşı mübarizə 
 
Azərbaycanın təbii şəraiti çox müxtəlifdir. Burada geniş düzən-
liklərdən, dərin dərələrdən və çiçəkli yamaclardan tutmuş, zirvələri 
qarla örtülü yüksək dağlara qədər hər cür relyef formalarına, 
rütubətli və quru subtropik iqlimdən başlayaraq bütün iqlim 
tiplərinə, isti, mülayim, soyuq qurşaqlara xas olan müxtəlif torpaq 
zonalarına və zənğin təbii bitki örtüyünə təsadüf edir. 
Bitkilərin inkişafı üçün su, işıq, istilik və mineral qida mad-
dələrinin olması vacibdir.Alaq otları isə mədəni bitkilərin arasında 
bitərək onları bu amillərdən məhrum edir. Alaq otları torpaqdan 
çoxlu miqdarda rütubət götürüb sərf edir ki, bu da torpağı qurudur. 
Məsələn: haçaquyruq (yabanı  vələmir, yulafca) buğdaya nisbətən 
1,5 dəfə artıq su sərf edir.Tədqiqatlar nəticəsində məlum olmuşdur 
ki, haçaquyruq bitkisi bir kiloqram quru maddə  əmələ  gətirmək 
üçün 500 litrdən artıq su sərf edir. Hesablamalara görə  vələmirin 
transpirasiya əmsalı 597, buğdanınkı 513, darınınkı isə 240-dan ar-
tıq olmadığı halda, yovşanın transpirasiya əmsalı 948-ə bərabərdir. 
Buna görə də, alaq otları basmış sahədə torpaq olduqca tez və daha 
dərindən quruyaraq torpaqda nəmlik çatışmamazlığı əmələ gətirir. 
Bir çox alaq bitkiləri vardır ki, yarpaqları vasitəsilə daha çox su 
buxarlandırır, nəticədə  mədəni bitkilərə nisbətən suvarma suyun-
dan daha çox istifadə edir. Məsələn: ala qanqalın yarpaq səthi 
böyük olduğundan suyu çox buxarlandıraraq mədəni bitkiləri həyat 
amillərindən məhrum edir.Nəticədə mədəni bitkilər ya zəif inkişaf 
edir, və ya tamamilə məhv olub sıradan çıxır.  
Alaq bitkiləri torpaqdakı rütubətlə yanaşı, külli miqdarda qida 
maddələrini də  mənimsəyir. Araşdırmalardan məlum olur ki, 
alaqların sərf etdiyi qida maddələri, mədəni bitkilərin sərf etdiyi 
qida maddələrindən 2-3 dəfə artıq olur. Məsələn: qanqal torpaqdan 
buğdaya nisbətən 3 dəfə artıq kalium mənimsəyir. Alaq otları tor-
pağın çətin mənimsənilə bilən qida maddələrindən mədəni bitki-
lərə nisbətən daha yaxşı istifadə edə bilir. Torpağa verilmiş üzvi və 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə