Suvarma əKİNÇİLİYİ (Dərs vəsaiti)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə40/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34849
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   66

121 
çınqıldaqotu və s. 
Çınqıldaqotu: Bu bitki birillik alaq olub, hündürlüyü 30-35 sm-
ə  qədər, yarpaqları dişli, çiçəkləri açıq-sarı, çiçək qrupu sünbülə 
bənzərdir.Yan köklərində  əmici rişəmləri vardır.Bu rişəmlər 
vasitəsilə sahib bitkilərin köklərinə sancılaraq onların  şirəsini və 
suyunu sorur, nəticədə bitkinin məhsuldarlığını aşağı salır. 
Əsasən payızlıq çovdar bitkiləri əkilən sahələrdə geniş yayılan 
çınqıldaqotu toxumları vasitəsilə çoxalır.Kiçik boylu olduğundan 
çox vaxt nəzərə çarpmır.  
Yarımtüfeyli alaqlarla mübarizə aparmaq üçün, onlar çiçəklə-
məzdən  əvvəl çəmənləri biçmək, dənli taxıl  əkinlərində bir neçə 
dəfə alaq otlarını vurmaq əkiləcək toxumları diqqətlə təmizləmək 
lazımdır. 
Yaşıl alaqlar: Yaşıl alaqlar müxtəlif fəsiləyə  mənsub olan 
bitkiləri əhatə etməklə avtotrof qidalanırlar. Həyat müddətinə görə 
yaşıl alaqlar azilliklərə və çoxilliklərə bölünürlər. 
Azillik alaqlar birillik və ikiillik olmaqla ancaq toxumları ilə 
çoxalır və inkişaf edərək toxumları yetişdikdən sonra məhv olurlar. 
Azillik alaq bitkiləri, yaşama və inkişaf  şəraitinə görə efemer-
lərə, yazlıqlara, qışlıqlara, payızlıqlara və ikiilliklərə bölünürlər. 
Efemer alaqlar vegetasiya müddətini 1,5-2 ayda başa çatdırır və 
il ərzində bir neçə nəsil əmələ gətirir.  
Yazlıq alaqlar erkən yazlıqlar və körpə yazlıqlar olmaqla iki ya-
rımqrupa ayrılır. Erkən yazlıq alaqlar torpaqda 4-8
0
C istilik olduq-
da cücərti  əmələ  gətirir və toxumları  mədəni bitkilərin məhsulu 
yığılana qədər yetişir.  
Körpə yazlıq alaqların toxumları torpaqda 10-14
0
C istilik ol-
duqda cücərir, bitkilər yavaş inkişaf edir və  mədəni bitkilərin 
məhsulu yetişən zaman vegetasiya müddətini başa çatdırır.  
Yazlıq alaqlar il ərzində ancaq bir məhsul verirlər. Toxumları 
payızda cücərdikdə bitkilər şaxtadan tələf olur və toxum vermir. 
Yazlıq alaqların bir çox nümayəndələrinin bioloji xüsusiyyətləri 
mədəni bitkilərin bioloji xüsusiyyətlərinə uyğun olduğuna görə 
əkin sahələrində geniş yayılırlar. 
Qışlayan alaqların touxumu yayda, payızda və erkən yazda cü-


122 
cərir, bitkilər istənilən mərhələdə  qışlayır və yazda kökaltı yar-
paqlar rozetkasına malik gövdələr sürətlə inkişaf edib, qısa müd-
dətdə meyvə əmələ gətirir.  
Qışlayan alaqlar bəzi halda yazda cücərti verdikdə, kökaltı 
yarpaqlar rozetkası olmayan bitkilər alınır və onlar həqiqi yazlıq 
alaqlar kimi inkişaf edirlər. Qışlayan alaqların toxumları payızlıq 
taxılların məhsulu toplandıqda yetişir, yığım zamanı  məhsula 
qarışır və qismən torpağa tökülür.  
Payızlıq alaqların toxumları yayın axırında və payızda cücərti 
verir, bitkilər kollanma fazasında qışlayır və sonrakı ilin yayında 
vegetasiya müddətini başa çatdırır. Payızlıq alaqların qışlıq alaq-
lardan fərqli xüsusiyyəti, onların normal inkişafı üçün soyuq pa-
yız-qış aylarında qışlama keçirməyə daha çox tələbat göstər-
mələrindən ibarətdir.  
Bioloji xüsusiyyətləri və inkişaf mərhələləri uyğun olduğuna 
görə payızlıq alaq bitkiləri, payızlıq taxıl  əkinlərində geniş yayı-
lırlar.  
İkiillik alaqlar vegetasyia müddətini iki ildə başa çatdırırlar. Bu 
qrupa aid olan alaqların toxumları yazda cücərdikdə bitkilər birinci 
ildə güclü kök sistemi, yarpaq və kök boğazında tumurcuqlar 
əmələ  gətirir. Həmin müddətdə bitkinin kökündə ikinci ildə isti-
fadə olunmaq üçün ehtiyat qida maddələri toplanır.  İkinci ildə 
ehtiyat qida maddələri hesabına gövdələr inkişaf edir, yayda çiçək 
və toxum əmələ gətirərək məhv olurlar. 
Həqiqi ikillik alaqların toxumları payızda cücərdikdə birinci il 
bitkidə ancaq vegetativ orqanlar əmələ  gəlir, ikinci qışlamadan 
sonra toxum verib məhv olur.Azərbaycan şəraitində ikiillik alaqla-
rın toxumu payızda cücərdikdə, sonrakı ilin yayında bitkilər 
gövdə, çiçək və toxum əmələ gətirib özlərini birillik qışlıqlar kimi 
aparır və fakultativ xarakter daşıyır.  
Çoxillik alaqlar  müxtəlif fəsiləyə aid olan bitkiləri  əhatə et-
məklə geniş sahələrdə yayılır və böyük ziyan vururlar. Bu qrupa 
aid olan alaqlar bir neçə il yaşayır və hər il toxum verirlər. Toxum-
ları yetişdikdən sonra bitkinin ancaq yerüstü orqanları məhv olur, 
sonrakı illərdə köklərində olan əlavə tumurcuqlar yenidən inkişaf 
edib gövdə, çiçək və toxum əmələ gətirir. 


123 
Çoxillik alaqlar çoxalma üsuluna görə iki qrupa bölünür. 1.Əsa-
sən toxumları  və qismən vegetativ orqanları ilə çoxalanlar. 
2.Əsasən vegetativ orqanları və qismən toxumları ilə çoxalanlar. 
Birinci qrupa milköklü və saçaqlı köklülər, ikinci qrupa isə 
soğanaqlılar, kökü yumrular, sürünən gövdəlilər, kökümsov 
gövdəlilər və kökü pöhrəlilər daxildir. 
Hər iki qrupa aid olan alaq bitkiləri kök sisteminin quruluşuna 
və vegetativ üsulla yayılmasına görə bir-birindən fərqlənirlər.  
Kalış:  Suvarma  şəraitində  ən geniş yayılan çoxillik alaq otla-
rından biridə kalışdır.  Ədəbiyyat məlumatlarına görə kalış Avro-
paya Amerkadan gətirilmiş karantin alaqlardan sayılır. Hazırda 
bütün pambıq  əkilən bölgələrdə  ən geniş yayılmış alaqdır. Kö-
kümsov gövdələri və toxumları ilə çoxalır.Toxumları tarlalara 
əsasən suvarma suyu ilə yayılır. Professor Malovun tədqiqat-
larından məlum olur ki, yayda 300 m
3
/ha normada verilən su ilə 
tarlanın hər hektarına 12 mindən artıq kalış toxumu yayılmışdır. 
Toxumlar suyun 0-5 sm-lik üst təbəqəsində üzür, buna görə  də 
onların qabağını sıx tor ilə kəsib yığmaq asandır. 
Kalış toxumları torpaqda lazımı temperatura və  əlverişli  şərait 
olan kimi cücərir. Cücərtilər yeni çıxan vaxtlar onları kultivator, 
yastıkəsicilərlə kəsməklə asanlıqla məhv etmək olar. 
Kalış toxumundan başqa, kökümsov gövdələrində olan çoxlu 
tumurcuqlar vasitəsilə də çoxalır. Bu alaq üç növ kökümsov gövdə 
əmələ  gətirir.  İlk kökümsov gövdələr bitki çiçək açan zamanda 
əmələ  gəlir və bunlardan bir çox qısaboylu ikinci növ kökümsov 
gövdələr çıxır.  İkinci növ kökümsov gövdələr torpağın səthinə 
çıxaraq külli miqdarda çiçək verən yeni gövdələr  əmələ  gətirir. 
Çiçək qrupu əmələ gələn dövrdə ikinci növ kökümsov gövdələrdən 
üçüncü növ kökümsov gövdələr də  əmələ  gəlir.Bunlar torpaq 
qatında xeyli dərinliyə işləyərək. Gələcək ildə gövdə vermək üçün 
ehtiyat təşkil edir. 
Tarlada daha çox toplanmış kökümsov gövdələr torpaq becə-
rilməsi zamanı kənd təsərrüfatı maşınlarının işləməsinə maneçilik 
törədir nəticədə görülən işin keyfiyyəti aşağı düşür. 
Pambıqçılıqla məşğul olan rayonlarda geniş yayılmış alaq 
otlarından biyan, qızıl pencər, qatırquyruğu, qamış, salaməleyküm, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə