146
X. Suvarma şəraitində kənd təsərrüfatı bitkilərinin
becərilməsinin xüsusiyyətləri
Kənd təsərrüfatı bitkilərinin aqrotexnikası bitkiçilik fənnində
geniş işıqlandırılır. Bəzi məsələlər isə ümumi əkinçilik, aqrokimya
fənlərində öyrənilir. Ona görədə kənd təsərrüfatı bitkilərinin becə-
rilmə aqrotexnikasının bütün cəhətlərini burada şərh etmək artıq-
dır.
Digər fənnlərdən fərqli olaraq Suvarma əkinçiliyi fənnində
yalnız o məsələlər araşdırılır ki, onlar bilavasitə yaxud dolayı yolla
suvarma ilə əlaqədardır və onlar bu şəraitlərdə kənd təsərrüfatı
bitkilərinin becərilməsinin xüsusiyyətlərini əks etdirirlər.Buraya
bitkilərin bioloji xüsusiyyətləri, torpaq becərilməsinin xüsusiy-
yətlərini, suvarma sxemlərini və üsullarını eləcədə digər məsələləri
daxil etmək olar.
10.1. Dənli və dənli-paxlalı bitkilər
10.2. Payızlıq buğda
Buğda ən qiymətli qida bitkisidir. Təbii zonalardan asılı olaraq
suvarılan torpaqlarda buğda becərilərkən onun payızlıq yaxud
yazlıq formalarına üstünlük verilir. Qışlama şəraitləri əlverişli,
lakin isti və quraq yaya malik rayonlarda payızlıq buğda daha
yüksək və sabit məhsul verir.
Suvarma bitkilərin böyümə və inkişafı üçün optimal şərait yara-
dır, onların qışa davamlılığını artırır ki, bu da payızlıq buğdanın
yaxşı qışlamasını təmin edir. Buna görədə payızlıq buğdanın
səpinləri getdikcə genişlənir.
Payızlıq buğda yazın birinci yarısında yetişdiyinə görə yaşıl
yem, silos və hətta dən üçün əkilən aralıq bitkilərə yaxşı sələfdir.
Suvarılan növbəli əkinlərdə payızlıq buğda həmdə yaşıl yem və
silos üçün becərilir, tarla azad olduqdan sonra həmin tarladan
dənli, tərəvəz və yem bitkilərinin əkilməsi üçün istifadə olunur.
Bioloji xüsusiyyətləri. Payızlıq buğda qış düşənədək cücərti
147
verir, kollanır, kökləri dərinə işləyir və payız bərkiməsini keçirir.
Qışlamadan sonra bitkilərin inkişafı davam edir, böyümə ko-
nusu əmələ gəlir. Onun güclü inkişafı və fəal uzanması yarpaqların
və köklərin gücündən, toxumların su ilə doymasından asılıdır.
Rüşeyim hüceyrələrinin su ilə tam doyması turqor vəziyyətinin
saxlanmasına, gərilməsi, gələcək sünbülcüklərin rüşeyimlərinin
miqdarının artırılması üçün zəruridir.Bu bitkilərin su ilə təmin
olunmasında ən məsul dövr hesab olunur. Payızlıq buğdanın kritik
dövrü boruya çıxmadan dənin süd yetişmə dövrünədək uzanır.
Bioloqlar müəyyən etmişlər ki, rüşeym sünbülcüklərinin əmələ
gəlməsindən əvvəl faraş suvarma sünbüldə dəni artırırsa, çiçək
əmələ gəlməsinin başlanğıcında suvarma hər bir sünbülcükdə inki-
şaf etmiş çiçəklərin miqdarını artırır. Boruyaçıxma fazasında
sünbüllər və gövdələr tez böyüyür, əlavə yarpaqlar əmələ gəlir və
quru kütlə intensiv toplanır.
Çiçəkləmə və mayalanma dövründə tənəfüs gücləndiyi və üzvü
maddələrin məsarifi artdıqda, bitkilər həddən artıq qızmaya və
quru küləklərə qarşı həsasdırlar. Müəyyən olunmuşdur ki, 35
0
S
temperaturada payızlıq buğda bitkilərində fotosintez prosesi çox
zəifləyir, məhsuldarlıq 20% azalır, 40
0
S-də isə 50%-dək azalır:
havanın aşağı nisbi rütubətidə eyni ilə təsir göstərir.Havanın
rütubəti 24%-dən aşağı olduqda və quru külək olduqda seyrək-
dənlilik və boş sünbüllülük olur.Havanın yüksək temperaturasının
və aşağı rütubətliliyinin mənfi təsirini adi üsulla yaxud xırda
dispersiyalı yağdırma yolu ilə sərinləşdirməklə zəiflətmək olar.
Payızlıq buğdanın transpirasiya əmsalı 450-500, sudan istifadə
əmsalı 60-90m
3
su (1 sentner dənə görə) olur.Bu göstəricilərin
dəyişkənliyi sortdan, rütubətdən, torpağın mineral qida elementləri ilə
təmin olunma dərəcəsindən asılıdır.Onların qiymətinə habelə iqlim
şəraitləri də təsir edir.
Payızlıq buğda uzun vegetasiya müddətinə malikdir ki, bu da
torpaqdan bitkinin qida elementlərini daha tam mənimsəməsinə
imkan verir. Lakin qida elementlərinə təlabat bitkilərin inkişaf
dövrlərindən asılı olaraq müxtəlif olur.Azot vegetasiya müddətində
həmişə zəruridir, lakin onu boruya çıxma və sünbülləmə fazalarında
daha çox tələb edir. Erkən yazda aşağı temperaturaların və torpağın
148
həddən artıq rütubətlənməsinin nəticəsində nitrifikasiya prosesi
zəifləyir, aşağıya doğru su axınları nitrat azotunu dərin qatlara yuyub
aparır. Ona görədə nitrat azotu ilə yaxşı təmin olunmuş torpaqlarda da
hətta bitkilər azotdan korluq çəkə bilərlər.Erkən yazda payızlıq
bitkilərin azotla yemləndirilməsinin səmərəliliyini bununla izah
etmək olar.
Cücərmə dövründə və inkişafının başlanğıcında buğda bikisinin
fosfora ehtiyacı böyük olur. Rütubətlə yaxşı təmin olunan torpaqlarda
fosfor bitki köklərinin yaxşı inkişaf etməsinə səbəb olur. Bu zaman
bitkinin kökləri 1m-dək dərinliyə gedir və quraqlığa, soyuğa
davamlılığı yüksəlir.
Fosfor sünbül əmələ gəlməsini və dənlərin dolmasını təmin edir.
Böyümənin ilk mərhələsində baş verən fosfor çatışmamazlığı sonra-
dan verilən yemləmə gübrələri vasitəsilə bərpa olunur.
Torpaqda buğdanın cücərməsindən çiçəkləməyə qədər asan mə-
nimsənilən kalium çatışmadıqda bitkilərin böyümə və inkişafı
zəifləyir, onlar temperaturanın və rütubətin dəyişkənliyinə qarşı həs-
sas olurlar.
Payız dövründə bitkilərin fosfor və kaliumla yaxşı təmin olun-
ması payızlıq buğdanın qışa davamlılığını yüksəldir, onların azotla
kifayət qədər təmin olunması dənin tərkibində zülalın miqdarını
artırır.Ancaq qeyd etmək lazımdır ki, azotun və rütubətin həddən
artıq olması bitkilərin yerə yatmasına səbəb olur.
Xüsusilə soyuq rütubətli illərdə suvarma aparıldıqda payızlıq
buğdanın kök çürüməsi və pas xəstəliyilə sirayətlənmə təhlükəsi
artır.Xəstə bikilərdə fotosintez prosesi kəskin pisləşir, tənəfüs
intensivliyi və üzvi maddələrin itkisi artır, transpirasiya xeyli güc-
lənir ki, bu da məhsuldarlığı kəskin azaldır.Gübrələrdən düzgün
istifadə etdikdə pas xəstəliyinə qarşı davamlılıq artır.
Suvarma şəraitində becərilən payızlıq buğda sortları əlavə rütu-
bətlənməyə yüksək həssas, habelə yatmağa və göbələk xəstəliklə-
rinə qarşı davamlılığı yüksək olur.
Aqrotexniki xüsusiyyətləri: Payızlıq buğda sələflərə qarşı yük-
sək tələbkardır, onların yığım vaxtları onun üçün mühüm rol
oynayır.
Sələf bitkisinə olan başlıca tələb onun tez yığılmasıdır.Bu isə
Dostları ilə paylaş: |