149
gübrələrin vaxtında verilməsinə, torpağın əsas becərilməsinin apa-
rılmasına, səpinqabağı becərmələrin aparılmasına, payızlıq buğ-
danın optimal müddətlərdə səpilməsinə şərait yaradır.
Suvarma zonalarında cərgəarası becərilən bitkilər payızlıq buğ-
da üçün ən yaxşı sələf hesab olunur. Respublikamızın müxtəlif
bölgələrində payızlıq buğda üçün ən yaxşı sələf pambıq, qarğıdalı,
çuğundur, kartof və s istifadə olunur. Növbəli əkinlərdə bu bitki-
lərdən sonra buğda əkini nəzərdə tutulubsa, cərgəarası becərilən
bitki əkini üçün torpaq dərindən şumlanmalıdır.Bu bitkilərin vege-
tasiyası dövründə aparılan cərgəarası becərmələr torpağı alaq otla-
rından tamamilə təmizləyir. Belə sahələr taxıl səpilməmişdən əv-
vəl qarğıdalının, pambığın gövdələrindən, digər bitkilərin qalıqla-
rından təmizlənir.
Payızlıq buğdanın səpinindən əvvəl bir ildə iki məhsul (payızlıq
buğda və kövşənlik qarğıdalı) alınması böcəklərə qarşı mübarizədə
profilaktik rol oynayır və lazımı miqdarda gübrələr verildikdə
məhsuldarlığa mənfi təsir göstərmir. Bu respublikanın suvarılan
aran bölgələrində daha yaxşı nəticə verir.
Torpağın becərilməsi: Payızlıq buğdanın səpini üçün torpağın
əsas becərilməsi 6-8sm dərinliyində üzləmədən, sələfdən, tarlanın
alaqlanmasından, gübrə normalarından və sonrakı suvarma reji-
mindn asılı olaraq 14-32sm dərinliyində şumlamadan ibarətdir.
Sələf bitkisi yonca olduqda ikinci biçimdən sonra layın
qaldırılma dərinliyi 28-30sm, üçüncü biçimdən sonra isə 20-22sm
olur.Digər sələflərdən sonra faraş şum aparıldıqda onun dərinliyi
25-32sm, gec aparıldıqda isə 20-22sm olması məsləhət bilinir. Rü-
tubəttoplayıcı suvarmadan sonra və yüksək gübrə normalarında
şumun dərinliyi azalır. Bitkinin səpinindən qabaq dərin şum aparıl-
dıqda torpağın həddən artıq yumşaq olması bitkilərin ilk inkişafını
pisləşdirir, vegetasiya suvarmaları apardıqda dayaz şumlamada
səpilən bitkilərə nisbətən daha çox yatırlar.
Alaqlardan təmiz olan, habelə yüngül və yaxşı mədəniləş-
dirilmiş torpaqlarda sələflərin yığılması gecikdirildikdə şumlamanı
PPA-10-25 markalı gəvahinli üzləyicilərlə 8-14sm dərinlikdə apa-
rılmalıdır.
Cərgəarası becərilən bitkilərdən sonra şumun səthi becərmələrlə
150
əvəz olunmasına yol verilə bilər. Torpaq həddən artıq qurumuş
olduqda becərilən şumun kəltənliliyinin qarşısını almaq üçün
şumlamadan qabaq suvarma aparılmalıdır.
Suvarmanı şumdan sonrada aparmaq olar. Şumdan əvvəl və ya
sonra aparılan suvarma alaq toxumlarının, yerə tökülmüş taxılın
cücərməsinə və torpaqda nəmlik ehtiyatı yaranmasına, eyni vaxtda
yeni səpilmiş toxumdan sağlam cücərtilərin alınmasına səbəb olur.
Torpağın əsas becərilməsindən sonra rütubəttoplayıcı yaxud
səpinqabağı suvarma aparılır.Bu halda süni yağış yağdırmadan və
şırımla yerüstü suvarma üsulundan istifadə olunur.Becərilən qat
yetişdikcə tarla ağır malalarla malalanır.
Payızlıq buğdanın səpini üçün torpağın becərilməsi səpinqabağı
dövrdə, toxumların basdırılma dərinliyində kultivasiya çəkilir.
Tədqiqatlar göstərir ki, gübrələr payızlıq buğdanın məhsuldarlı-
ğını suvarma şəraitində kəskin artırır.Ukrayna Elmi Tədqiqat
Suvarma Əkinçiliyi və Elmi Tədqiqat Qarğıdalı İnstitutunun məlu-
matlarına əsasən qara və şabalıdı torpaqlarda optimal azot gübrə
normalarının tətbiqi hesabına payızlıq buğdanın məhsul artımı
hektardan 10s, fosforlu gübrələrin hesabına 1,5s, onların birgə
tətbiqində isə 12,1-16, 8 s/ha artmışdır.
Yüngül mexaniki tərkibli torpaqlarda azot gübrələrini yalnız
səpinqabağı və yemləmə şəklində verilməsi məsləhət bilinir.
Son vaxtlar payızlıq buğdanın səpinlərində yazda azot yemləmə
gübrəsi diskili səpicilərlə torpağın müəyyən dərinliyinə verilir. Bu
üsulun üstünlüyü ondadır ki, gübrələr bərabər paylanmaqla, həm
də yumşaldılır.
Səpin. Payızlıq buğdanı darcərgəli və çarpaz üsulla səpirlər.
Cərgəaralarının eni 7,5 və 15sm olur. Toxumun səpin dərinliyi 6-
8sm-dir. Səpin norması sortdan, səpin vaxtlarından və bitkinin
becərildiyi bölgədən asılı olaraq müəyyən olunur.
Payızlıq buğdanın optimal səpin müddəti respublikamız əra-
zisində 15-25 oktyabr hesab olunur.Tədqiqatlar göstərir ki, daha
tez səpildikdə bitki güclü inkişaf edir, nəticədə pis qışlayır, su-
varma suyundan və qida maddələrindən israfçılıqla istifadə edir,
xəstəlik və zərərvericilərlə daha çox sirayətlənir ki, bu da məhsul-
darlığın azalmasına səbəb olur. Gec səpinlərdə isə bitki yaxşı in-
151
kişaf edə bilmədiyindən qışlamaya qədər kollana bilmir, nəticədə
məhsuldarlıq xeyli aşağı düşür. Buna görədə gec səpin zamanı
səpin norması xeyli artırılır ki, bu da iqtisadi cəhətdən rentabelli
olmur.
Səpinlərə qulluq işləri vərdənələmə, malalama, yemləmə, yat-
maya, alaqlara, xəstəlik və zərərvericilərlə qarşı mübarizə tədbirlə-
rindən ibarətdir. Səpinlərə qulluq işləri yazda gübrələrin verilməsi
ilə başlanır. Vegetasiya suvarmaları üçün hazırlanmış tarlalarda
malalama aparılarkən, suvarma şəbəkələrinin xüsusiyyətləri nəzərə
alınmalıdır.Suvarma zolaqları olduqda malalama zolaqlar boyunca
aparılır. Vegetasiya suvarmaları üçün müvəqqəti suvarıcılar və çı-
xış şırımları səpinlərin faraş yaz malalanmasından sonra çəkilir.
Gübrələnməsi: Suvarma şəraitində payızlıq buğdanın məhsul-
darlığının artırılmasında aparılan ən mühüm tədbirlərdən biri də
gübrələmədir. Suvarma şəraitində intensiv sort tam dozada mineral
gübrə almalıdır.
Fosfor və kaliumun illik norması bir qayda olaraq əsas şum
altına verilməlidir. Payızlıq buğdanın qışa davamlılığını artırmaq
məqsədilə səpin zamanı cərgələrə lokal üsul ilə təsiredici maddə
hesabı ilə 20 kq superfosfat verilməlidir.
Azot çatmadıqda böyümə ləngiyir, yarpaqlar saralır, quruyur.
Gövdə qırmızı rəngə çalır. Ümumiyyətlə payızlıq buğdaya azot
gübrəsi hissə-hissə verilməlidir.Azotun illik normasının 20%-i pa-
yızda, 50%-i yazda kollanma fazasında, 30%-i boruyaçıma faza-
sında verilir.
Suvarma rejimləri. Payızlıq buğda səpilən kimi sahə suvarıl-
malıdır. Səpsuvar aratda olduğu kimi zolaq və ya şırım üsulu ilə
aparılmalıdır. Bu zaman zolağın eni 15-20 m, uzinluğu 150-200 m,
bəzən isə 300-400m ola bilər. Səpsuvar üçün bölgələrdən asılı
olaraq hektara 800-900 m
3
(şırım üsulunda) və 900-1100 m
3
(zolaq
üsulunda) su sərfi yaxşı norma hesab olunur. Səpindən sonra
aparılan suvarmaya səpsuvar deyilir.
Payızlıq buğda becərilərkən birinci növbədə normal cücərtilərin
alınması və bitkilərin yazda normal inkişaf etməsi üçün optimal
torpaq rütubətliyi şəraiti yaradılmalıdır.Buna rütubəttoplayıcı, ya-
xud səpinqabağı suvarmalarla nail olunur.Müxtəlif əkinçilik bölgə-
Dostları ilə paylaş: |