152
lərində onların əhəmiyyəti eyni deyildir.Payızda tez-tez düşən və
yaz fəslinə yaxın dərin islanmış torpaq örtüyünə malik olan
rayonlarda rütubəttoplayıcı suvarmanın əhəmiyyəti azalır.
Quraqlıq payız və payız-qış yağmurları az olan rayonlarda rütu-
bəttoplayıcı suvarma payızlıq buğdanın məhsuldarlığının artırılma-
sında həlledici əhəmiyyətə malikdir.
Təcrübələr göstərir ki, torpağın səpinqabağı rütubətləndirilməsi
hektardan 40-45s payızlıq buğda məhsulunun alınmasına imkan
verir ki, bu da dəmyə şəraitdəkinə nisbətən 15-25s çox olur. Rütu-
bəttoplayıcı suvarma (arat) çox hallarda qara heriyə nisbətən daha
yüksək məhsul alınmasına imkan verir. Bu suvarma 1000-
1200m
3
/ha norma ilə aparılır.Suvarma normasını müəyyən edərkən
qrunt sularının dərinliyi nəzərə alınmalıdır.Suvarma suyu duzlu
qata çatmamalıdır, çünki onun həll etdiyi duzlar kapilyar axınla
qalxaraq köklər yayılan torpaq qatını şorlaşdıra bilər.
Qrunt sularının səviyyəsi yaxın olan torpaqlarda rütubəttop-
layıcı suvarmalar ərazinin bataqlaşmasına səbəb ola bilər.
Rütubəttoplayıcı və səpinqabağı suvarmaların aparılma vaxtları
payızlıq buğdanın səpin vaxtı ilə, təsərrüfatın su ilə təmin olun-
ması, suvarma texnikası və sələf bitkisinin yığılması ilə əlaqədar-
dır. Payızlıq buğdanın vegetasiya suvarmaları zamanı iqlim və
hidrogeoloji şəraitlərin, düşən yağmurların miqdarı və onların pay-
lanması xarakteri, bitkilərin suya təlabatı məsələləri nəzərə alınma-
lıdır. Maksimum su məsarifi boruya çıxmadan dənin süd yetişmə
dövrünə qədər olur.
Tədqiqatlar göstərir ki, vegetasiya suvarmaları elə aparılmalıdır
ki, torpağın 0-70 sm qatında rütubətlik bitkilərin boruya çıxma,
sünbülləmə və dənin dolması fazalarında tarla su tutumunun 60 %-
də (yüngül torpaqda), 70 %-də(orta yüngül torpaqda) və 80 %-də
(ağır torpaqlarda) olmalıdır.
Vegetasiya suvarmalarınin normaları müəyyən olunarkən tor-
paqda rütubət ehtiyyatı, torpağın mexaniki tərkibi, rütubətləndiri-
lən qatın qalınlığı və qrunt sularının dərinliyi nəzərə alınmalıdır.
Respublikamızın ərazisində qış isti keçdiyindən payızlıq buğda
bitkisinin vegetasiyası davam edir və ona görədə arat suvar-
masından başqa 2-3 dəfə vegetasiya suvarması aparılır.
153
10.3. Qarğıdalı
Öz əhəmiyyətinə görə dənli taxıl bitkiləri içərisində qarğıdalı
xüsusi yer tutur.Qarğıdalıdan ərzaq, yem və yüngül səaye üçün
xammal kimi istifadə olunur.
Qarğıdalının dənindən müxtəlif növ un və şirniyat məmulatla-
rının hazırlanmasında istifadə olunur. Bununla yanaşı qarğıdalının
dənindən yüksək keyfiyyətli bitki yağı alınır ki, bu da orqanizmin
normal inkişafında böyük rol oynayır.
Qarğıdalı bitkisi nəinki ərzaq üçün, eləcədə heyvandarlığın
yemə olan tələbatının ödənilməsində böyük əhəmiyyət kəsb edir.
Heyvandarlıqda onun yaşıl kütləsindən yaşıl yem və ya silos kimi
istifadə edirlər. Ayrı-ayrı alimlərin tədqiqatlarından məlum olur ki,
qarğıdalı dəninin hər 100 kq-da 134 yem vahidi, quru gövdəsinin
hər 100 kq-da 37 yem vahidi, dənin süd-mum yetişmə fazasında
yığılan silos kütləsinin hər100 kq-da 21-30 yem vahidi, süpür-
gələmə fazasında yığılmış yaşıl kütlənin hər 100 kq-da 17-20 yem
vahidi olur.
Qidalılıq dəyərinə görə qarğıdalı bitkisinin tərkibi çox zəngin-
dir.
Bioloji xüsusiyyətləri: Dənli taxıl bitkiləri içərisində qarğıdalı
ən qısa müddətdə çoxlu üzvi maddə əmələ gətirən birillik bitkidir.
Qısa bir dövrdə qarğıdalı bitkiləri 600-800 s/ha üzvi maddə əmələ
gətirir. Ona görə də bu bitkinin yüksək məhsul vermə qabiliyyəti
nəzərə alınmalı və buna lazım olan yaşayış amilləri yaradılmalıdır.
Qarğıdalı bitkisinin həyat amillərinə tələbi bölgələr üzrə və sortdan
asılı olaraq dəyişir.
Qarğıdalı bitkisi işığa tələbkar, istilik sevən bitkidir.Yay döv-
ründə işığın çox olması üzvi maddənin artmasına kömək edir.
İşığın əhəmiyyəti o zaman böyük olur ki, qarğıdalı bitkisi lazım
olan su və qida maddəsi ilə təmin olunsun.Belə ki . bitkidə suyun
çatışmaması transpirasiya prosesinin pozulmasına səbəb olur ki. bu
da öz növbəsində yaşıl kütə artımına mənfi təsir edir.
Becərilmə şəraitindən və sortundan asılı olaraq bitkinin inkişafı
154
və yüksək məhsul verməsi üçün 1700-3200
0
aktiv temperatur tələb
olunur.Bu da onu göstərir ki, bitkinin ayrı-ayrı inkişaf fazalarında
istiliyə tələbi müxtəlifdir.Torpaqda kök sistemi yerləşən qatda
temperatur 22-25
0
olduqda bitki daha yaxşı inkişaf edir.
Respublikamızın açıq şabalıdı və şabalıdı torpaqlarında qarğı-
dalı daha yaxşı inkişaf edir və yüksək məhsul verir.Qarğıdalı
torpağa az tələbat göstərir.
Qarğıdalının qida maddələrini mənimsəməsi torpağın mexaniki
tərkibindən, aerasiya dərəcəsindən, suvarma suyu ilə təmin olun-
masından, kök sisteminin inkişafından və ələlxüsus sortun xüsu-
siyyətindən asılıdır. Qarğıdalının kök sisteminin inkişaf etməsində,
onun əlverişsiz xarici amillərə qarşı davamlı olmasında və dənində
azotsuz ekstraktiv maddənin toplanmasında fosforun əhəmiyyəti
böyükdür.
Növbəli əkində yeri.Qarğıdalı bitkisi üçün ən yaxşı sələf dənli-
paxlalı bitkilər, şəkər çuğunduru, dənli-taxıl, pambıq, tərəvəz və
digər bitkilər hesab olunur.Respublikamızın aran rayonlarında pa-
yızlıq buğda və ya arpanın məhsulu yığıldıqdan sonra dərhal sahə
üzlənib, şumlandıqdan sonra burada qarğıdalı bitkisi becərmək
mümkündür. Bu da onu göstərir ki, payızlıq buğda və ya arpa
qarğıdalı bitkisi üçün yaxşı sələfdir.
Qarğıdalı qida maddələrinə yüksək tələbkar bitkidir.Buna gö-
rədə üzvi və mineral gübrə normalarını vaxtında tətbiq etməklə,
becərmə işlərinə düzgün riayət etməklə, suvarmanı vaxtında
aparmaqla və alaq otlarına qarşı düzgün mübarizə tədbirləri tətbiq
etməklə qağıdalı bitkisini bir neçə il eyni sahədə becərmək olar.
Torpağın becərilməsi: Qarğıdalı bitkisindən yüksək və keyfiy-
yətli məhsul əldə etmək üçün torpağın düzgün becərlməsinin bö-
yük əhəmiyyəti vardır. Suvarılan sahələrdə torpağın becərilməsi
işinə üst səthin hamarlanmasından başlamaq lazımdır.Sahənin
qeyri-hamar olması kənd təsərrüfatı işlərinin mexanikləşdirilməsi
şəraitini pisləşdirir. Torpağın qeyri-bərabər rütubətlənməsinə
səbəb olur.
Şum torpağın əsas becərmə üsuludur. Torpağın əsas payız becə-
Dostları ilə paylaş: |