Suvarma əKİNÇİLİYİ (Dərs vəsaiti)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə53/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34849
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   66

161 
yeməklərinin hazırlanmasında istifadə edilir. Çəltiyin zülalı digər 
dənli taxıl bitkiləri ilə müqayisədə  tərkibində yüksək miqdarda 
lizin, valin və metionin kimi əvəzedilməz amin turşularının olması 
sayəsində insan orqanizmi tərəfindən yaxşı mənimsənilir  
Düyüdə zülal az, öz maddəsi yox dərəcədə olduğundan çörək 
bişirmədə istifadə edilmir. 
Düyüdən alınan nişasta toxuculuq sənayesində, ətriyyatda, tibdə 
geniş istifadə edilir. Rüşeymindən alınan yağdan sabunbişirmədə 
şam hazırlanmasında istifadə olunur. 
Çəltik küləşindən məişətdə geniş istifadə olunur.Küləşindən əla 
keyfiyyətli kağız, karton, kəndir, kisə,  şlyapa, səbət, dənizçilikdə 
işlədilən kəndir və s. istehsalında istifadə edilir. O, həm də yem 
əhəmiyyətinə malikdir. Çəltik küləşinin bir sentnerdə 24 yem 
vahidi və 2200 qram protein vardır.Bir çox ölkələrdə spirt və pivə 
istehsalında çəltiyin dənindən istifadə olunur. 
Məhsuldarlığı.  Araşdırmalardan məlum olur ki, dünyanın 60-
dan çox ölkəsində  çəltik bitgisi becərilir. Statistik məlumatlar 
göstərir ki, çəltiyin əkin sahəsi dünya miqyasında 150 mln. hektara 
yaxındır. Dünya üzrə orta məhsuldarlıq hektardan 28-29 sentner-
dir.  Əkin sahələrinin 90%-i Asiya xalqları ölkələrinin payına 
düşür. Çəltik bitgisinin məhsuldarlığı ABŞ-da 55, Afrikada 17,4; 
Asiya ölkələrində 29; Avropa ölkələridə 47,6 s/ha-ya çatır. Orta 
Asiya və Zaqafqaziya respublikaları da qədimdən çəltik becər-
məklə məşğul olmuşdurlar. Kənd təsərrüfatı nazirliyinin 2008-ci il 
məlumatlarında göstərilir ki, Azərbaycanda çəltik bitgisinin əkin 
sahəsi 1337 hektar, orta məhsuldarlıq 28,2 s/ha, ümumi məhsul 
istehsalı 3771 ton olmuşdur. Azərbaycan  ərazisində  çəltik bitgisi 
əsasən Astara, Lənkəran, Masallı,  Şəki, Ağdaş, Ucar və digər 
rayonlarda geniş sahələrdə becərilir. 
Çəltik birillik dənli bitkilərdən olub, kök sistemi saçaqlıdır, əsas 
kök kütləsi torpağın 25 sm dərinliyinə işləyir. Su bitkisi sayılmır, 
kökü, gövdəsi və yarpaqlarında inkişaf etmiş hava daşıyan 
(aeranxim) toxumalar vardır. Ona görə  də oksigenlə  zəngin (bol) 
təmin olunur. Bir bitkidə çoxsaylı, 300-ə  qədər kökləri, ancaq az 
bir miqdarda isə kök telləri də olur. Bəzən aşağı gövdə buğumunda 


162 
su təbəqəsinin dərin qatında bitkinin qidalanmasında iştirak edən 
kök əmələ gəlir.  
Çəltik istiliyə  tələbkar bitkidir
.
 Süd yetişkənlik fazasında tem-
peraturun 10
0
C-yə qədər enməsi yetişməni dayandırır. Vegetasiya 
müddəti sortun biologiyasından asılı olaraq 120-150 gün arasında 
dəyişir.Çəltik bitkisi adətən ağır, suyu özündən zəif sızdıran 
torpaqları sevir, yüngül və qumsal torpaqlarda bitmir. 
Çəltik suya çox tələbkar bitkidır. O kollanma və süpürgələmə 
fazalarında suya daha çox tələbkardırlar. Ona görə  də  çəltik su-
varma  şəraitində tarlada müəyyət edilmiş su təbəqəsi saxlanıl-
maqla becərilir. Amma cücərmə zamanı suya basdırmaq lazım de-
yil, çünki, kök əmələ gəldikdə, və mum yetişkənlik dövrünün baş-
lanğıcından tam yetişkənlik dövrünə qədər kökün fəaliyyəti zəiflə-
yir. Su örtüyü altında becərilməsinə baxmayaraq toxumalarda su-
yun miqdarı azdır. 10-15 sm-lik su örtüyü altında uzun müddət in-
kişaf edə bilir, çəltiyin transpirasiya əmsalı 600-800-dür. Havanın 
nisbi nəmliyinin 70-80% olması bitki üçün əlverişli şərait yaradır. 
Çəltik öz təbiətinə görə (hidrofil) rütubət sevəndir. Onun 
toxumalarında, su təbəqəsi ilə doldurulmuş (örtülmüş) bitkinin
 
aşağı hissəsinə daxil olmaq üçün çoxlu hüceyrə araları  və hava 
boşluqları vardır. Çəltiyin kök sistemi yaxşı inkişaf edir və su ilə 
təmin olunmasından asılı olaraq öz quruluşuna görə  əhəmiyyətli 
dərəcədə fərqlənir.  
Çəltik becərilən zaman zəif tarla cücərməsi problemi yaranır. 
Çəltik toxumu digər rütubət sevən bitkilərin toxumlarından bir 
qədər fərqlənir. Bu və ya digər  şəraitdə onlar müxtəlif dərəcədə 
cücərirlər, buna səbəb oksigen faktorudur. Oksigen çatışmamaz-
lığının ilk əlaməti toxumların yalnız tumurcuqlanma yolu ilə 
cücərməsidir. 
Əkinlərdə  məhsuldar gövdələr kollanma zoğlarının hesabına 
formalaşır. Hər zaman tam bitki sıxlığını bərpa etmək baş tutmur. 
Çəltik bitkisinin cücərtilərini almaq üçün üç üsul vardır. 
1. Təbii nəmlik hesabına toxum 5-6 sm dərinliyə basdırılır və 
çıxışlar alındıqdan sonra su qatı yaradılır. Belə üsulda tarla cü-
cərməsi 70%-ə çata bilər, lakin əkinləri daima suya basdırmaya 


163 
keçdikdə  çəltiyin kök sistemi yenidən aerob şəraitdən anaerob 
şəraitə keçir, bu vaxt bitkilərin əhəmiyyətli dərəcədə məhv olması 
qeydə alınır. 
2. Torpağı islatmaq yolu ilə toxumların 1 sm dərinliyə  qədər 
basdırılması. Bu üsulla çıxışların alınması üçün tumurcuqlar daima 
nəmlənmiş  vəziyyətdə olmalıdır ki, koleoptelin suyun səthinə 
çıxmasına köməklik etsin, lakin bu cür su rejimində tarla cücər-
məsi az-az hallarda 40%-i keçir. 
3. Su örtüyü altında toxumu torpağa basdırmadan səpələmə əkin 
üsulu. Bu halda tarla cücərməsi 20%-dən aşağı olur, belə ki, toxum 
üçün 3-5 sm su təbəqəsi yaradılan şəraitdə, suya basdırma zamanı 
torpaqda olan oksigen tamamilə aerob mikroorqanizmlər tərəfin-
dən istifadə olunur, toxumun tumurcuqlarından  əmələ  gəlmiş cü-
cərtilər oksigensiz mühitə düşərək məhv olurlar. Bundan əlavə 
müxtəlif sələflər özlərindən sonra torpaqda cürbəcür kök və köv-
şən qalıqlarının kütləsini saxlayırlar ki, bunlar da anaerob şəraitdə 
minerallaşma zamanı cücərtilərə məhvedici təsir göstərən hidrogen 
sulfid və metan əmələ gətirirlər. 
Toxumların cücərti verməsi üçün torpağın üst qatında 12-15
0

temperatur olmalıdır. Bu halda ilk cücərtilər səpindən 17-20 gün 
sonra əmələ gəlməyə başlayır. 16-20
0
C temperaturda cücərtilər 10-
12 günə  əmələ  gəlir. Tədqiqatlar göstərir ki, toxumun cücərməsi 
üçün optimal temperatur 22-25
0
C-dir.Həmin temperaturda çıxışlar 
6-7 günə  əmələ  gəlir. Kollanma üçün minimum temperatur 15-
18
0
C, çiçəkləmə üçün 18-20
0
C, dənin yetişməsinin başlanğıcı 19-
25
0
C təşkil edir. Bitkinin inkişafı üçün optimal temperatur 25-
30
0
C, maksimal temperatur isə 40
0
C-dir. –1
0
C  şaxtada cücərtilər 
məhv olur. Vegetasiya ərzində sortlar 2200-3200
0
C aktiv tempe-
ratur tələb edirlər. Respublikamızın aran rayonlarında o cümlədən 
Muğan, Mil, Şirvan bölgələrində  çəltiyin vegetasiya dövrü sərf 
etdiyi aktiv temperatur kifayət qədərdir.  
Çəltik yüksək səviyyədə kollanma qabiliyyətinə malikdir. Op-
timal temperaturda (23-26
0
C) bu faza əsas gövdədə 3-4 yarpaq 
əmələ gəldikdən sonra, lakin aşağı temperaturda (18-20
0
C) 5-6 və 
daha çox yarpaq əmələ gəldikdə başlayır. Bu fazadan ötrü minimal 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə