Suvarma əKİNÇİLİYİ (Dərs vəsaiti)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə55/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34849
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   66

167 
də də yaxşı nəticə verir. Yazda torpaq çizel kultivatorla 2 dəfə 12-
16 sm dərinliyində yumşaldılır. Birinci yumşaltma erkən yazda, 2-
cisi səpinə 1-2 gün qalmış aparılır. 1-ci kultivasiyadan sonra 
torpaq səthi qreyderlə hamarlaşdırılır. Axırıncı kultivasiyadan 
sonra torpaq səthi malalanır və ya vərdələnir. Torpağın iki yaruslu 
becərilməsi PTN-40 markalı kotanla aparılır. Torpağın becərilmə-
sində əməliyyatları birləşdirirlər (minimum becərmə), bunun üçün 
kultivator-freyzerlərdən KFS-3, 6 və 2, 4-dən istifadə edilir.  
Gübrələmə. Çəltik bitkisinin məhsuldarlığının yüksəldilməsin-
də ən əsas aqrotexniki tədbirlər sistemindən biri mineral gübrələrin 
tətbiqidir. Yüksək məhsul əldə etmək üçün torpaqda kifayət qədər 
qida elementləri olmalıdır. Çəltik gübrələrə çox tələbkar bitkidir
onun gübrələnməsi böyük diqqət tələb edir. Belə ki, çəltiyin kökü 
əsasən su ilə  təmin edilmiş sahədə inkişaf edir və onun üçün 
verilən qida elementlərinin çox hissəsi suda həll olaraq torpağın alt 
qatına keçir. 
Q.Q.Quşin göstərir ki, bütün mədəni bitkilər içərisində  çəltik 
daim suvarıldığından gübrəyə daha çox tələbkardır. Gübrələmə 
sistemi  əsas gübrə, səpinqabağı  və  əlavə yemləmə  şəklində apa-
rılır. Çəltikdən yüksək məhsul  əldə edilməsində peyinin də  əhə-
miyyəti böyükdür. Odur ki, peyinin fosfor gübrəsi ilə  şum altına 
verilməsi məsləhət görülür. 
F.H.Axundovun məlumatlarına görə fosfor və kalium gübrələri 
ayrılıqda verildikdə  çəltik bitkisinin məhsuldarlığı artmır, eyni 
zamanda gübrələnməmiş sahəyə nisbətən məhsuldarlıq azalmır. 
Azot, fosfor, kaliumun birlikdə  təsirindən isə torpaq tipindən və 
çəltik sortlarından asılı olaraq məhsul 30-80% artır. 
Azot gübrəsinin  ən  əhəmiyyətlisi ammonium sulfatdır. Bu 
gübrənin tərkibində olan azot torpaq tərəfindən udulub saxlanılır, 
suda çətin həll olduğu üçün tez yuyulub torpağın alt qatına getmtr. 
Ammonium nitrat isə suda tez həll olur, yuyulur və  əhəmiyyəti 
azalır. Azotun illik dozasının 50%-ni səpinlə birgə və ya səpindən 
bir neçə gün əvvəl, yerdə qalan hissəsini isə cücərmə və kollanma 
fazalarında hissə-hissə vermək lazımdır. Bitkiyə fosfor daha çox 
inkişafının ilk dövründə kök sistemi sürətlə formalaşdığı dövrdə 


168 
lazımdır. Odur ki, illik dozanın 70-80%-ni peyinlə birlikdə  şum 
altına vermək məsləhətdir. Kollanma fazasında  əlavə yemləmə 
gübrəsi verildikdə  ləklərə suyun verilməsi müvəqqəti olaraq da-
yandırılmalıdır. Məhsuldarlığa kalium gübrəsi də müsbət təsir 
göstərir.  
Bir ton dən və ona müvafiq miqdarda küləş məhsulu ilə çəltik 
torpaqdan 24, 2 kq azot, 12, 4 kq fosfor və 30 kq kalium elementi 
aparır. Bitki kollanma fazasında qida maddələrini nisbətən az 
mənimsəyir. Lakin, qida elementlçrinin çatışmamasına dözmür.  
Kollanmadan çiçəkləməyə  qədər illik azot normasının 70%-ni, 
fosforun 90%-ni kaliumun isə 80%-ni mənimsəyir. Çəltik tarlasına 
şumaltına hektara 30-40 ton yarımçürümüş peyin verilir. Çəltik 
sahələrinə 3-4 ildən bir yaşıl gübrə verilməsi də yaxşı nəticə verir. 
Gübrə normaları torpaq tipindən və planlaşdırılmış məhsuldan asılı 
olaraq müəyyənləşdirilir. Krasnodar diyarında hektara 60-200 kq 
azot, 60-120 kq fosfor və 45-60 kq kalium verilir. Çəltik sahələrinə 
amonium sulfat, superfosfat və kalium xlorid verilir. Azot cücərmə 
və kollanma fazalarında 2 dəfə yemləmə  şəklində verilir. Səpinlə 
birlikdə  cərgələrə 1 sentner amonium nitrat və 1 sentner super-
fosfat verilir.  
Səpin müddəti, üsulu və normaları.  Səpinin tez aparılması 
cücərtinin əmələ gəlməsini gecikdirir və sahədə seyrəklik yaradır, 
gec aparılmış səpinlərdə isə yetişmə ləngiyir, yığımı gecikdirir, bu 
isə  məhsuldarlığa mənfi təsir göstərir. Torpağın  əkin qatında 
temperatur 14-15
0
C olduqda səpin aparılır. Tez yetişən sortları bir 
qədər gec, may ayının əvvəlində səpmək olar. Gec yetişən sortlar 
bir qədər tez müddətdə səpilməlidirlər. Çəltiyin səpini adi cərgəvi, 
darcərgəvi və çarpaz üsullarla aparılır.  
Şəki-Zaqatala bölgəsində kiçik həcmli ləklərə su doldurulur və 
taxta bellə (kürək) qarışdırılır ki, su bulansın və kiçik torpaq 
hissəcikləri yuxarı qalxsın. Bundan sonra toxum əllə  səpilir və 
həmin kiçik torpaq hissəcikləri tədricən çökərək toxumun üstünü 
0, 5-1 sm-ə qədər örtür. 
Çəltik toxumları əsasən 1-2 sm dərinliyə cərgəvi üsulda səpilir. 
Səpindən sonra sahə 5-7 sm qalınlığında suya basdırılır. Bu üsulda 


169 
toxumları tarlada cücərdirlər sonra alaqlara qarşı herbisid çilənir, 
bundan sonra isə ləklər suya basdırılır. Bu üsulun müsbət cəhətləri 
çoxdur. Çünki, cücərtilər daha güclü kök sistemi əmələ  gətirərək 
yatmağa qarşı davamlı olurlar. Hektara su sərfi 15-20% az olur.  
Su doldurulmuş  ləklərə  təyyarə ilə toxum səpmək üsulu digər 
üsullar mümkün olmadıqda aparılır. Bu halda gündə 120-150 
hektar sahəyə toxum səpmək mumkündür. Üsulun çatışmayan 
cəhəti ondan ibarətdir ki, toxumların bir qismi suyun üzərində 
qalıb tirələrə  qədər suyun üzü ilə  hərəkət edərək oraya düşür və 
nəticədə eyni bərabərlikdə səpilmir.  
Səpin normaları və üsulları sort xüsusiyyətlərindən və suvarma 
rejimindən asılı olaraq dəyişir. Seyrək səpində alaq otlarının in-
kişafı üçün şərait yaxşılaşır, sıx səpində isə bitkilər yaşayış 
faktorlarından tam istifadə edə bilmirlər. Onların gövdələri uzun 
və nazik olur. Odur ki, torpaq-iqlim şəraitindən, suvarma üsu-
lundan və sortun bioloji xüsusiyyətlərindən asılı olaraq səpin 
norması düzgün təyin edilməlidir. Çəltik çox kollanaraq məhsuldar 
gövdələr  əmələ  gətirir. Səpin norması elə  qəbul edilməlidir ki, 
yığım vaxtında 1m
2
-də 250-350 və ya 350-450 məhsuldar gövdə 
olsun. Buna nail olmaq üçün cərgəvi üsulda hektara 6-7 mln. ədəd 
cücərən toxum (180-230 kq) səpilir. Səpini 6 sm dərinlikdə apar-
dıqda hektara 6,5-7,5 mln. ədəd cücərən toxum olmalıdır. Yüksək 
aqrotexnika tətdiq edilən sahələrdə  səpin norması artırılır. Səpin 
normalarına düzgün riayət edildikdə qabaqcıl fermer təsərrüfatlar 
hektardan 60-80 sentnerə qədər məhsul əldə edə bilirlər.  
Şitil üsulu ilə yetişdirilməsi. Şitillik kiçik sahələrdən (20 m
2

ibarət olur, tumcar adlanır. Tumcarda alaq otunun toxumlarını tam 
məhv etmək üçün onun torpağı 3 sm götürülür, sonra isə sahə 
səpin üçün hazırlanır. Hər bir tumcar ləkinin suvarma sistemi, yəni 
suyun ləklərə axıdılması və oradan xaric edilməsi arxları, bundan 
əlavə  şitilliklərin üst hissəsində bölüşdürücü kanal da vardır. 
Suvarma arxlarına su həmin kanaldan keçir. 
Tumcarda səpin martın sonu və ya aprelin əvvəllərində hektara 
2-3 milyon ədəd toxum hesabı ilə aparılır. 
Əkinlərə qulluq. Bitkinin məhsuldarlığı əkinə edilən qulluq iş-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə