Suvarma əKİNÇİLİYİ (Dərs vəsaiti)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə57/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34849
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   66

173 
məsi üçün fəal temperaturun cəmi 1700-1900
0
S-dən 3100-3300
0
S-
yə  qədər olması  zəruri hesab edilir.Respublikamız  şəraitində 
soyanın vegetasiya dövrü 80-137 gün arasında dəyişir.  
Soya toxumunun cücərməsi üçün minimum temperatur 6-7
0
S, 
optimal temperatur 13-17
0
S kifayət edir.Soya toxumunun şişməsi 
və normal cücərməsi üçün onun havada quru çəkisinin 130-160%-i 
qədər su tələb olunur.Rütubətə ən çox tələbat çiçəkləmə, paxlanın 
əmələ gəlməsi və dolması dövründə müşahidə olunur.Nəmlik 60-
70% olduqda bitkinin normal inkişaf etməsi təmin olunur. 
Soyanın kök sistemi torpağın dərin qatlarına işləyir.O,  əsas və 
əlavə köklərdən təşkil olunmuşdur. Əsas kök mil şəklində olub 2m 
və daha çox dərinliyə  işləyən çoxlu uzun yan köklərdən və 
kökcüklərdən ibarətdir.Əsas və yan köklərdə torpağın 0-15 sm də-
rinliyində kök yumurucuqları əmələ gəlir ki, bununda yaranmasına 
səbəb kök yumrucuğu bakteriyalarıdır. Normal şəraitdə bir soya 
bitkisində 25-50 ədəd və daha çox kök yumrucuğu əmələ gəlir ki, 
bu da atmosfer havasında olan sərbəst azotu fiksə edərək torpağı 
azotla zənginləşdirə bilir. Atmosfer azotunun udlması  və bitkiyə 
daxil olması  ən çox çiçəklənmə, paxlanın  əmələgəlmə  və  dənin 
dolma fazalarında baş verir. Kök yumrucuğunun  əmələ  gəlməsi 
kipləşmiş  və struktursuz torpaqlara nisbətən yaxşı aerasiyaya 
malik strukturlu torpaqlarda daha fəal gedir. 
Soya müxtəlif mexaniki tərkibə malik, qara-şabalıdı və boz-qo-
nur torpaqlarda yüksək dən və yaşıl kütlə verir.Meliorasiya olun-
muş  şoran və  şorakət, bataqlaşmış  və turş torpaqlar soya bitkisi 
üçün yararsız hesab olunur.Buna görədə qeyd etmək lazımdır ki, 
pH-ı 5-dən 8-ə  qədər olan torpaqlarda soyanın becərilməsi 
məsləhət bilinir. 
Səpin müddəti və norması:  Soya istiliyə  tələbkar bitki ol-
duğundan torpağın üst təbəqəsində (0-7 sm) qatda daimi tempe-
ratur 16-18
0
-dək olduqda səpinə başlamaq olar. Azərbaycanın su-
varılan aran bölgələrində belə  şərait adətən aprelin 10-dan sonra 
başlanır.Soya toxumu (3-7 sm) dərinlikdə, nəm torpağa səpildikdə 
vaxtında və bərabər çıxış alınır. Səpin müddəti gecikdirildikdə isə 
torpağın üst qatı quruması  nəticəsində toxumların cücərmə 


174 
qabiliyyəti aşağ düşür. 
Soyanın səpin norması  təsərrüfat yararlığından, 1000 ədəd 
dənin kütləsindən, cərgəarası  məsafədən və  əkinin məqsədindən 
asılı olaraq dəyişir. 
Soya bitkisinin toxumlarını torpağın mexaniki tərkibindən asılı 
olaraq 3-7 sm dərinliyə səpilməsi məqsədəuyğundur. Soya bitkisi 
yaşıl yem üçün hektara 60-80 kq toxum normasında səpilir. 
Əkinə qulluq: Soya bitkisinə əsas qulluq işləri alaq otlarını məhv 
etməkdən, zərərverici və  xəstəliklərə qarşı mübarizə, cərgəarasının 
yumşaldılması  və vegetasiya suvarmaları ilə torpaqda optimal nəm-
liyin saxlanmasından ibarətdir.Səpindən sonra düşən yağıntılar və ya 
səpindən sonra suvarma suyu torpaqda qaysaq əmələ gəlməsinə səbəb 
olur ki, bu da cücərtilərin torpaq səthinə çıxmasını çətinləşdirir. Tor-
paqda lazımı nəklik və temperatur olduqda 7-10 gündən sonra çıxış 
alınır. Cücərti alınanadan 10-12 gün sonra ilk kultivasiya çəkilir. 
Kultivasiyanı  çəkməkdə  məqsəd torpaq səthində yaranan qaysağı 
dağıtmaq, aerasiya prosesini gücləndirməkdir. 
Torpağın becərilməsi:  Soya  əkini üçün sahənin payızda yük-
sək keyfiyyətlə dondurma şumu edilməsi torpaqda mikrobioloji 
prosesləri nizamlamaq yolu ilə bitkilər tərəfindən mənimsənilə 
bilən qida maddələrinin ehtiyatını yaratmağa, rütubətin toplanıb 
saxlanmasına və ondan istifadə olunmasına kömək edir. 
Torpağın payızda şumlanması yaz tarla işlərini yüksək aqrotex-
niki qaydada, lazımı vaxtda başa çatdırmağa  şərait yaradır. 
Torpağın becərilmə sistemində üzləmə və önkotacıqlı kotanla 25-
30 sm dərinlikdə dondurma şumu edilməsi daha yaxşı nəticə verir. 
Sahə önkotacıqlı kotanla şumlandıqda  əkin qatının tam çevirilib 
dənəvər  şəkilə düşməsi və bir qədər yerini dəyişməsi, alaq otla-
rının yaxşı doğranmasını, köklərinin kəsilməsini təmin edir. 
Yuyulmuş  ağır torpaqlarda dondurma şumu aparıldıqda müva-
fiq olaraq torpağın susızdırma qabiliyyətinin yaxşılaşmasına xid-
mət edən əkin qatının yumşaldılması yerinə yetirilməlidir. 
Səpinqabağı becərmə sisteminə erkən yazda malalama və  sə-
pinqabağı kultivasiya daxildir. Sahə yaxşı hamarlandıqda, dondur-
ma şumu vaxtında aparıldıqda erkən yazda, alaq otları kütləvi çıxış 


175 
verdikdə 6-8 sm dərinlikdə səpinqabağı kultivasiya çəkilməsi yaxşı 
nəticə verir. 
Torpaq səpinqabağı yaxşı becərildikdə alaq otları  məhv edilir, 
qaysaq  əmələ  gəlmir, torpaqda lazımı  nəmlik saxlanır, toxumun 
normal cücərməsi və bitkilərin gələcəkdə yaxşı becərilməsi üçün 
əlverişli şərait yaranır. 
Respublikamızın müxtəlif bölgələrində soya əkini üçün torpa-
ğın əsas becərilməsində sələf payızlıq buğda və arpa hesab olunur. 
Soyanın özü isə payızlıq və texniki bitkilər üçün əlverişli sələfdir. 
Səpin üçün torpağın hazırlanması digər cərgəarası becərilən bitki-
lərdə olduğu kimi aparılır. 
Səpinqabağı torpaqda lazımı  nəmliyin toplanması üçün quraq 
ərazilərdə sahənin arat edilməsinin əhəmiyyəti böyükdür.Yaz döv-
ründə atmosfer çöküntülərinin az düşdüyü aran rayonlarında müt-
ləq qış  və ya yaz aratı keçirilməlidir. Belə torpaqlarda arat apa-
rılması toxumun tez cücərməsini, həmçinin inkişafının ilk mərhə-
ləsində bitkilərin normal böyüməsini təmin edir.Orta rütubətli 
torpaqlara yaz aratı zamanı 800-1000 m
3
 norma həddində su 
verilməsi daha yaxşı nəticə verir.  
Suvarma rejimi: Kənd təsərrüfatı bitkilərinin suvarılmasında 
əsas məqsəd müxtəlif üsullarla kök sisteminin yerləşdiyi aktiv 
torpaq qatında müvafiq nəmlik rejimi yaratmaqdır.Soya bitkisin-
dən yüksək və sabit məhsul alınmasında tətbiq edilən aqrotexniki 
tədbirlərdən biri də suvarma rejiminə düzgün riayət olunmasıdır. 
Uzun müddətli tədqiqatlardan məlum olur ki, torpaqda olan rütubət 
ehtiyatından və vegetasiya müddətində düşən yağıntıların miqda-
rından asılı olaraq suvarma norması 4000-6000 m
3
/ha arasında 
dəyişir. Bitkinin sortunda, ərazinin torpaq və iqlim şəraitindən asılı 
olaraq vegetasiya müddətində 4-6 dəfə suvarma aparılmalıdır. 
Soya toxumunun arata səpilməsi böyük əhəmiyyətə malikdir, 
çünki bu zaman qaysaq əmələ gəlmir və nəticədə bitiş sürətlənir. 
Torpaqda nəmlik hüdudu ən az rütubət tutumunun 80%-i qədər 
olduqda soya bitkisi üçün əlverişli hesab olunur. 
Vegetasiya suvarmaları ilə torpağın yuxarı 40-60 sm-lik qatında 
çiçəkləməyə  qədər tarla rütubət tutumunun azı 70% və  tələbat 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə