Suvarma əKİNÇİLİYİ (Dərs vəsaiti)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə56/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34849
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   66

170 
lərindən asılıdır. Çəltik tarlasında aparılan qulluq işləri su rejimi-
nin nizama salınmasından, alaqlara, xəstəlik və  zərərvericilərə 
qarşı mübarizənin təşkilindən və bitkilərin  əlavə yemləndiril-
məsindən ibarətdir.  
Çəltik müxtəlif suvarma rejimlərində becərilir:  
1.  Daimi su örtüyü altında  
2.  Qısa müddətli – cücərti alındıqdan sonra su örtüyü altında  
3.  Arası kəsilən və yaxud fasiləli suya basdırma  
4.  Vaxtaşırı suvrma üsulu ilə becərmə.  
Yer kürəsində becərilən çəltik  əkinlərinin 90%-i birinci və 
ikinci üsulla aparılır.  
Daimi su örtüyü altında  çəltik ləklərində bütün veqetasiya 
müddətində su örtüyü saxlanılır. Hektara 30 000 m
3
-ə qədər su sərf 
olunur. Dayaz səpin üsulunda 1-2 sm ləklər 8-10 sm qalınlığında 
su ilə doldurulur. Bitki böyüdükcə su örtüyü tədricən artırılaraq 
səviyyəsi 12-15 sm-ə çatdırılır. Yetişmə dövründə su tədricən 
azaldılır və  nəhayət tamamilə qurudulur. Sulufla mübarizə  məq-
sədi üçün 7-8 günlüyə su örtüyü 20-25 sm səviyyəsində saxlanılır. 
Kollanma fazasının  əvvəlində su örtüyü 5 sm-ə endirilir, və 
yenidən 12-15 sm-ə çatdırılır.  
Çəltiyi qısa müddətli suya basdırma üsulu ilə becərdikdə to-
xumlar 4-5 sm dərinlikdə basdırılır. Sonra tarla suvarılır. Cü-
cərtilər alındıqdan sonra isə alaqlara qarşı herbisid çilənir və 
ləklərdə suyun səviyyəsi 6-8 sm-ə çatdırılır. Bitki böyüdükcə 
suyun səviyyəsi 12-15 sm-ə qaldırılır. Kollanmanın əvvəlində bit-
kilər üçün yaxşı  şərait yarandıqda onlar güclü kök sistemi və 
gövdələr  əmələ  gətirirlər. Bunun üçün kollanmanın  əvvəlində su 
örtüyü tədricən azaldılaraq qurudulur, əkinlərə herbisid çilənir və 
yemləmə gübrəsi verilir. Yenidən suyun səviyyəsi 12-15 sm-ə çat-
dırılır. Su örtüyü mum yetişkənlik fazasının  əvvəlinə  qədər sax-
lanılır, sonra tədricən azaldılaraq qurudulur və mexanikləşdirilmiş 
yığım aparılmağa şərait yaradılır. Qısa müddətli suya basdırma ən 
yaxşı üsuldur.  
Fasiləli  suya basdırma üsulunda çəltik becərərkən toxum 
səpildikdən sonra dərhal ləklərdə 6-8 sm su təbəqəsi yaradılır. 


171 
Toxumlar çirtdikdə su örtüyü ləğv edilir. Cücərtilər göründükdə 
tarlaya herbisid çilənir və 2-3 gün sonra ləklərdə suyun səviyyəsi 
10-15 sm-ə çatdırılır. Kollanma fazasının başlanğıcında su 
təbəqəsi 5 sm-ə endirilir. Kollanmanın sonunda isə su təbəqəsi 
yenidən 10-12 sm-ə qaldırılır. Yığıma bir neçə gün qalmış su 
örtüyü tədricən ləğv edilir və qurudularaq yığıma hazırlanır.  
Vaxtaşırı (dövri) suvarma üsulunda çəltik becərərkən torpağın 
nəmliyi suvarma yolu ilə səpindən cücərtilər alınana qədər 65-70% 
sonra isə 75-80% həddində saxlanılır. Tarla ən azı 15 dəfə 
suvarılır. Nəmləndirmədə yağış yağdıran aqreqatlardan istifadə 
edildikdə  səmərəli olur. Hektara su sərfi 8-10 min m
3
 azalır. Bu 
üsul da əlverişli hesab olunmur.  
Alaqlar məhv edildikdən 2-5 gün sonra ləklərdə su örtüyü bərpa 
edilir (10-12 sm). Ləklərdən suyun 5-7 gün qurudulması alaqlara 
qarşı yaxşı mübarizə tədbiridir.(Şəkil 20). 
 
10.5. Soya 
 
Əhəmiyyəti: Soya dənli-paxlalı bitkilər içərisində  əsas yer-
lərdən birini tutur.Soya qiymətli zülallı-yağlı bitkidir. 
Soya dünyada ən qidalı bitkiçilik məhsullarından biri sayılır və 
əbəs yerə deyil ki, o əsrlərlə  şərqdə böyük şöhrət qazanmışdır. 
Soya çin dilində  “şu” adlanır, bu da tərcümədə “böyük paxla” 
deməkdir. Soya bitkisi Çində 6 min ildən artıqdır ki, becərilir. 
Soya supu “miso” yaponiya milli mətbəxinin vacib atributudur. 
Yaponiyalıların demək olar ki, hamısının gündəlik yem payının 
əsası soya zülalıdır. 
Yaponiya həkimləri hesab edirlər ki, soyadan hazırlanan yeyinti 
məhsulları bir çox xəstəliklərin o cümlədən – ateroskleroz, şəkərli 
diabet, ürək-damar pozqunluqları, xroniki hepotit, mədə-bağırsaq, 
allergiya və digər çox saylı  xəstəliklərin profilaktikası  və müali-
cəsində istifadə olunan vasitə sayılır. Qərb ölkələrinin və Rusiya 
alimlərinin tədqiqatı göstərir ki, soya paxlasının istifadə olunması 
xərçəng xəstəliyinin əmələ gəlməsinə həqiqətən maneçilik göstərir. 
Aparılan çoxsaylı tədqiqatların nəticəsi göstərir ki, soya dəninin 


172 
tərkibində orta hesabla 11% su, 34,5% protein, o cümlədən 33% 
zülal, 17,4% yağ, 5,7% sellüloza, və 4,6% mineral maddələr 
vardır. 
Aparılan tədqiqatların nəticəsi eyni zamanda göstərir ki, 
soyanın tərkib və qidalılıq dəyəri onun növündən (sarı, qara və s.) 
becərilən  ərazinin coğrafi və  təbii-iqlim  şəraitindən, aqrotexniki 
xidmət və s.asılı olaraq xeyli dəyişə bilir(su 11-15%, zülal 28-
33%, yağ 15-19%, sellüloza 5,1-6%, kül 4, 5% ). 
Soya yüksək bioloji dəyərli olması ilə yanaşı onun enerji ka-
loriliyi də yüksəkdir, beləki 1 kq soyanın enerji qiymətliliyi 4200 
k/kal yüksəkdir. 
Hal-hazırda bir çox Avropa dövlətlərində, ABŞ-da, Rusiyada 
soyadan 20 mindən çox müxtəlif məhsulların hazırlanmasında isti-
fadə olunur. Bunlardan müxtəlif yağları, marqarini, sousları, 
vitaminli preparatları, lesitin, heyvan və quşlar üçün yem, zülal 
konsentratları, pəhriz içkiləri, süd məhsulları  əvəzediciləri və s. 
göstərmək olar. 
Soya unu – soyadan hazırlanan  əsas məhsul sayılır. Bu unun 
500 qramı tərkibindəki zülala görə 1 kq kəsmiyə, 1,5 kq mal ətinə 
və ya 40 toyuq yumurtasına bərabərləşdirmək mümkündür. Soya 
ununun tərkibində nişasta olmadığından ondan çörək bişirmək 
mümkün olmur. Ona görə  də soya unundan çörək bişirmək üçün 
ona, 15-20% adi un və ya kartof nişastası qatmaq lazım gəlir. 
Bütün yuxarıda qeyd olunanlarla yanaşı soya olduqca key-
fiyyətli yem bitkisi sayılır və heyvandarlıqda onun yaşıl və quru 
otundan, küləşindən, samanından və texniki bitki kimi yağsızlaş-
dırıldıqdan sonra alınan  şrot və cecəsindən, qabığından (şeluxa-
sından) və ən nəhayət süd əvəzedicisi kimi soya südündən heyvan-
darlıqda geniş istifadə olunur. 100 kq soya cecəsi və  şrotunun 
tərkibində 120-126 kq yem vahidi və 35-37 kq həzm olunan zülal 
vardır.  
Qeyd olunanlardan məlum olur ki, soya istər ərzaq və istərsə də 
yem bitkisi kimi hərtərəfli istifadə olunan tullantısız bitki sayılır.  
Botaniki və bioloji xüsusiyyətləri:  Soya subtropik mənşəyə 
malik istilik sevən birillik bitkidir. Onun normal inkişafı və yetiş-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə