Suvarma əKİNÇİLİYİ (Dərs vəsaiti)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə52/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34849
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   66

158 
varmalara deyilir. Suvarmalar 15-17 sm dərinliyində  cərgələr 
arasına çəkilmiş  şırımlarla aparıldıqda yaxşı  nəticə verir.Səpinə 
qədər (arat) və səpindən sonra cücərtilər alınana qədər (səpsuvar) 
aparılan suvarmalar vegetasiya suvarmalarına aid deyildir. 
Qarğıdalının vegetasiya müddətində neçə dəfə suvarılması yaz-
yay aylarında yağan yağmurlarla, bitkinin inkişaf fazaları ilə, 
torpağın mexaniki tərkibi və  nəmlik dərəcəsi ilə  əlaqələndirilmə-
lidir. Suvarmanı elə təşkil etmək lazımdır ki, dənin mum-yetişmə 
dövrü başlayana qədər torpağın ümumi su tutumunun 60-70%-i 
nəm olsun. 
Qeyd etmək lazımdır ki, qarğıdalı bitkisi vegetasiya müddətində 
süpürgə  əmələ  gəlməyə 10 gün qalmışdan çiçəkləmənin sonuna 
qədər daha çox su tələb edir.Bu dövrdə qarğıdalının transpirasiya 
əmsalı 700-800-ə çatır.Buna görədə həmin dövrdə qarğıdalının 10 
-15 gündən bir suvarılması məsləhət bilinir.Sonra isə həmin əmsal 
170-180-ə qədər aşağı düşür. 
Azərbaycan Kənd Təsərrüfatı  İnstitutunun bitkiçilik kafedrası-
nın əməkdaşları suvarmanın sayının və aparılma müddətinin qarğı-
dalının məhsuldarlığına təsirini öyrənmək məqsədilə  təcrübələr 
aparmışlar. Təcrübə zamanı  ən yaxşı  nəticə qarğıdalı  əkinlərinə 
dən üçün becərdikdə 5 dəfə suvarma, silos üçün becərdikdə isə 4 
dəfə suvarma apardıqda alınmışdır. 
Təsrübələr nəticəsində məlum olmuşdur ki, arat və səpsuvardan 
əlavə, qarğıdalının 3-4 yarpaq əmələ  gəlməsində, gövdələmə 
fazasında, süpürgə əmələ gəlməyə 10-12 gün qalmış, çiçəkləmədə 
və dəndə süd yetişmə başlayan dövrdə suvarma aparılmalıdır.Belə 
suvarma nəticəsində 60-70 s/ha dən, 700-750 s/ha yaşıl kütlə əldə 
etmək mümkündür. 
Vegetasya suvarmaları bölgələrdən, torpağın mexaniki tərkibin-
dən və ərazinin iqlim göstəricilərindən asılı olaraq 800-1300 m
3
/ha 
arasında aparılması məqsədəuyğun hesab edilir. 
Respublikamızın bölgələrindən asılı olaraq qarğıdalı bitkisinin 
suvarma müddətləri və normaları 10 saylı cədvəldə göstərilmişdir. 
İlin nəmliyindən asılı olaraq göstərilən suvarma rejimlərini nizam-
lamaq məsləhət bilinir. 


159 
Cədvəl 10 
Azərbaycan respublikasının bölgələrindən asılı olaraq qarğıdalı bitkisinin 
suvarma müddətləri və normaları 
 
Bitkilər 
Yağışyağdırma üsulu
Yerüstü üsul
Suvarma-
ların sayı 
Suvarma 
müddəti
Vegetasiya 
suvarma 
norması 
(m
3
/ha) 
Suvarmal
arın sayı
Suvarma 
müddəti
Vegetasiya 
suvarma 
norması 
(m
3
/ha) 
1 2
3
4
5
6
7
Gəncə-Qazax bölgəsi
Dən üçün  5 
7.V-16.VII
1900
3
21.V-18.VII 2000
Silos üçün  4 
7.V-3VII
1400
2
21.V-18.VII 1300
Kövşənliyə 4 
16.VII-14.IX 1500
2
1.VIII-14.IX 1500
Şirvan bölgəsi 
Dən üçün  5 
6.V-12.VII
2650
5
11.V-15.VII 2800
Silos üçün  4 
6.V-30.VI
1950
3
11.V-1.VII
2000
Kövşənliyə 5 
21.VII-13.IX 2500
3
26.VII-18.IX 2500
Muğan-Salyan bölgəsi
Dən üçün  5 
6.V-11.VII
2600
3
11.V-15.VII 2600
Silos üçün  4 
6.V-28.VI
1900
2
11.V-25.VI 1800
Kövşənliyə 6 
11.VII-17.IX 2400
3
16.VII-17.IX 2400
Mil-Qarabağ bölgəsi
Dən üçün  6 
11.V-14.VII 2600
4
16.V-17.VII 2800
Silos üçün  4 
11.V-14.VII 2000
2
16.V-27.VII 1900
Kövşənliyə 4 
27.VII-13.IX 2200
3
26.VII-17.IX 2300
Dağlıq Qarabağ bölgəsi
Dən üçün  4 
8.V-114.VII 1800
3
16.V-17.VII 2000
Silos üçün  3 
8.V-30.VII
1200
2
16.V-27.VII 1200
Kövşənliyə 5 
6.VII-17.IX 2400
3
16.VII-20.IX 2500
Quba-Xaçmaz və Şəki-Zaqatala bölgəsi
Dən üçün  5 
1.V-11.VII
2300
3
11.V-14.VII
Silos üçün  4 
1.V-24.VI
1600
2
11.V-20.VI 1500
Kövşənliyə 5 
6.VII-7.IX
2600
3
1.VII-7.IX
2650
Abşeron bölgəsi 
Dən üçün  - 
-
-
7
21.V-14.VIII 3600
Silos üçün  10 
11.V-10.VIII 3400
8
11.V-10.VIII 3900
Kövşənliyə 10 
11.V-10.VIII 3400
8
26.VI-12.IX 3900
Naxçıvan bölgəsi 
Dən üçün  5 
7.V-14.VII
2400
3
11.V-17.VII 2500
Silos üçün  4 
7.V-30.VI
1800
2
11.V-26.VII 1600
Kövşənliyə 5 
9.VII-13.IX 2400
3
16.VII-15.IX 2500


160 
Suvarma normalarının azaldılması suvarmanın səmərəsini aşağı 
salır və ya çoxaldılması suvarılan torpaqların, xüsusilə  şorlaşmış 
və qrunt sularının dayazda yerləşdiyi sahələrin meliorativ 
vəziyyətini pisləşdirə bilər. 
Respublikanın aran və dağətəyi rayonlarının suvarılan torpaqla-
rında payızlıq taxıl məhsulu yığıldıqdan sonra kövşənlikdə qarğı-
dalı aralıq bitkisi kimi də becərilir. İstər yazda səpilən, istərsə də 
kövşənlikdə  səpilən qarğıdalı sahələrində torpaqda tələb olunan 
optimal nəmlik rejimi yaratmaq məqsədilə  təbii-iqtisadi bölgələr 
üzrə vegetasiya suvarmalarını  cədvəldə göstərildiyi qaydada 
aparılması məqsədəuyğun hesab edilir. 
 
10.4. Çəltik 
 
Çəltiyin vətəni cənub-şərqi Asiya ölkələrinin tropik və sub-
tropik əraziləridir. Bu bitki Çində, Hindistanda, Yaponiyada bizim 
eradan 4-5 min il əvvəl becərilmişdir. Avropada Aralıq dənizi 
ölkələrindən  İtaliyada,  İspaniyada, Fransada, Yunanıstanda, Bol-
qariyada və s. XV əsrdən becərilməyə başlanmışdır. Azərbaycanda 
çəltik bitkisinin becərilməsi qədim tarixə malikdir. Azərbaycan 
ərazisinə bu bitki İrandan və Orta Asiya respuğlikalarından gətiri-
lərək becərilməyə başlanmışdır. Çəltik  əsasən Lənkəran və  Şəki-
Zaqatala bölgəsində geniş sahələrdə becərilir. 
Əhəmiyyəti.  Çəltik bitkisi digər dənli bitkilərdən yüksək key-
fiyyətinə  və  məhsuldarlığına görə  fərqlənir. Planetimizin bir sıra 
ölkələrində əhalinin əsas qidasını çəltik məhsulu təşkil edir.Çəltik 
ən dəyərli  ərzaq bitkisidir. Dən istehsalının həcminə  və  əkin 
sahəsinə görə yer kürəsində buğdadan sonra ikinci yeri tutur. 
Çəltik yarmalıq bitkidir, yarmanın tərkibində karbohidratlar çox, 
zülal və yağ isə az olur. Çəltik yarması yüksək keyfiyyətlidir. 
Orqanizmdə asan həzmə gedir. Mədə-bağırsaq xəstəliyinin müali-
cəsində çəltiyin həlimindən geniş istifadə olunur. Çəltik qabıqdan 
təmizlənmiş halda düyü adlanır. Düyünün tərkibində orta hesabla 
0, 6% su, 0, 3% sellüloza, 0, 5% yağ, 6% zülal, 88% nişasta, 0, 5% 
şəkər olur. Düyü orqanizmdə asan həzm olunur və ondan pəhriz 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə