Suvarma əKİNÇİLİYİ (Dərs vəsaiti)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə51/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34849
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   66

155 
rilməsi torpaqda mikrobioloji proseslərin tənzim edilməsi yolu ilə 
bitkilərin mənimsəyə biləcəyi qida maddələrinin toplanması 
məqsədini güdür. Torpağın becərilmə qaydaları və şumun dərinliyi 
torpağın həcm çəkisinə  təsir edir. Payız  şumlaması  və torpağın 
önkotancıqsız becərilməsi onun bərkiməsinə səbəb olur.Məlumdur 
ki, torpağın bərkiməsi onun münbitliyinin, aerasiyanın və bitkilərin 
mənimsəyə biləcəyi rütubət miqdarının azalması ilə nəticələnir. 
Payız  şumunun qaldırılması  sələflərdən asılı olaraq müxtəlif 
vaxtlara düşür. Payız  şumunun aparılması üçün ən yaxşı müddət 
sentyabr-oktyabr ayı hesab olunur. Şum önkotancıqlı kotanla 25-
30 sm dərinlikdə aparılmalıdır. 
Qarğıdalının məhsuldarlığı  əkinlərə diqqətlə qulluq edilməsin-
dən çox asılıdır. Bu qulluq əsasən sahəni malalamaqdan, səpini 
düzgün norma və vaxtında aparmaqdan, bitkiləri vaxtında seyrəlt-
məkdən, cərgəaralarını yumşaltmaqdan, bitkilərə  əlavə gübrələr 
verməkdən və suvarmanı vaxtında, norma həddində aparmaqdan 
ibarətdir. 
Səpinqabağı becərmə sisteminə torpağa erkən yazda mala 
çəkilməsi və  səpindən qabaqkı kultivasiya daxildir. Səpinqabağı 
kultivasiyada məqsəd səpindən bilavasitə qabaq alaq cücərtilərini 
məhv etməkdən, havanın torpağa daxil olmasını, kipləşmiş qatda 
rütubətli torpağa düşmək üçün səpiləcək toxuma yuva açmaqdan 
ibarətdir. 
Səpin norması  və müddəti: Qarğıdalı bitkisi əsasən iki məq-
sədlə, yəni dən üçün və ya yaşıl yem, silosluq məqsədilə becərilir. 
Buna görədə  səpin norması becərilmə xüsusiyyətindən, sortdan, 
bölgədən və  səpin üsulundan asılı olaraq təyin edilir.Bununla ya-
naşı toxumun səpin norması onun təsərrüfat yararlığından, 1000 
ədəd dənin çəkisindən, torpağın nəmlik dərəcəsindən və s asılı 
olaraq müxtəlif olur. 
Respublikanın suvarılan rayonlarında torpağın üst qatında 10-
12
0
 temperatur olduqda səpin aparılması daha yaxşı  nəticə verir. 
Ümumiyyətlə yüksək və keyfiyyətli məhsul əldə etmək üçün səpin 
müddətinə diqqət yetirmək lazımdır.Yazda səpinin optimal vaxtı 


156 
aprelin II və III ongünlüyü hesab edilir. 
Tədqiqatlar sübut edir ki, respublikanın aran rayonlarında səpin 
müddətinə düzgün riayət etdikdə qarğıdalının birinci məhsulunu 
dən və ya silos üçün yığdıqdan sonra həmin sahəyə  təkrar (köv-
şənlik səpin) yenə qarğıdalı  səpib silos kütləsi və ya yaşıl yem 
götürmək mümkündür. Bu da vahid sahədən ildə iki dəfə məhsul 
almağa imkan verir. 
Kövşənlik  əkin üçün qarğıdalının  ən yaxşı  səpin müddəti 
payızlıq buğda, arpa və  dənli-paxlalı bitkilərin məhsulu yığıldıq-
dan sonra (iyunun 10-30-a qədər) hesab edilir. 
Qarğıdalı bitkisinin toxumunun basdırılma dərinliyi torpağın 
mexaniki tərkibindən, torpaqda olan nəmlikdən və toxumun 
böyüklüyündən asılıdır.Qarğıdalı toxumu əsasən 7-10 sm dərinliyə 
səpilməlidir.Torpağın üst qatı qurudursa onda toxumu nisbətən 
dərin səpmək lazımdır. Yüngül mexaniki tərkibə malik torpaqlarda 
toxum dərinə, ağır mexaniki tərkibə malik olan torpaqlarda toxum 
dayaz səpilməlidir. 
Qarğıdalı bitkisi şaxtaya çox həsasdır.Onun cücətiləri 2
0
  şax-
taya davam gətirir, temperatur -3
0
S olduqda isə cücərti məhv olur. 
Həddən artıq yüksək temperatura da bitkiyə  mənfi təsir göstərir. 
Tədqiqatlar nəticəsində  məlum olmuşdur ki, temperatur həddi 
minimum 4-5
0
S, maksimum isə 46-48
0
S olduqda qarğıdalı bitki-
sinin inkişafı dayanır. 
Suvarma rejimi:Qarğıdalı vegetasiya müddətində çox su tələb 
edən bitkidir.Ona görə  də demək olar ki, nəmlik sevən 
bitkidir.Digər dənli bitkilərdən fərqli olaraq qarğıdalı suyu çox 
qənaətlə istifadə edir. Qarğıdalı toxumunun şişməsi, cücərməsi 
üçün dənin çəkisinin 35-40%-i qədər su lazımdır.Bu bitkinin orta 
transpirasiya əmsalı 700-900-ə çatır. Qarğıdalı bitkisi bəzi bitkilərə 
nisbətən quru maddənin əmələ gəlməsinə az su sərf edir. 
Torpaqda cücərti almaq üçün lazımı nəmlik olmadıqda səpindən 
əvvəl sahədə arat aparılması lazım gəlir.Ağır mexaniki tərkibə ma-
lik olan torpaqlarda arat suvarma norması 1200-1500 m
3
/ha, orta 
torpaqlarda 1000-1200 m
3
/ha, yüngül mexaniki tərkibə malik olan 


157 
torpaqlarda isə 800-1000 m
3
/ha olur. Əgər arat müəyyən səbəblər-
dən aparılmamışdırsa, onda səpsuvar etmək lazımdır. Səpsuvar 
səpin apardıqdan dərhal sonra aparılmalıdır. Əks təqdirdə toxumun 
bir hissəsi həşaratlar və ya zərərvericilər tərəfindən məhv edilər
digər bir hissəsi cücərmə qabiliyyətini itirər ki, bu da sahədə düz-
gün cücərti alınmaması ilə nəticələnər. 
Səpsuvarda suvarma norması arat üçün qəbul edilmiş normalara 
uyğun və ya nisbətən az olmalıdır ki, eroziyaya və ya torpağın 
yuyulmasına yol verilməsin. Səpsuvar qurtardıqdan sonra torpağın 
üst qatı nisbətən quruyur, qaysaq əmələ gəlir ki, bu da cücərtinin 
inkişafının qarşısını alır.Sahə nisbətən quruduqdan sonra yəni 
cücərti göründükdə  cərgəaralarını yumşaltmaq lazımdır.Əks 
təqdirdə havalanma getmədiyindən cücərtilər məhv ola bilər. 
Qarğıdalının kökü arpaya, buğdaya, vələmirə nisbətən 3-6 dəfə 
çox su sorma qabiliyyətinə malikdir.İstilik artıqca su sorma qabi-
liyyətidə güclənir. Torpaqda havalanma getməyəndə kök tərəfin-
dən suyun mənimsənilməsi azalır.Buna görədə  hər suvarmadan 
sonra cərgəaraları yumşaldılmalıdır. 
Qarğıdalı bitkisinin suvarılması şırımlarala aparılır.Ərazidə irri-
qasiya prosesinin baş verməməsi üçün ilk növbədə sahənin mai-
lliyinə diqqət yetirmək lazımdır. Buna görədə şırımlarla suvarma-
da ən əlverişli maillik 0,002-0,007 hesab edilir.Təsadüf halda şırım 
suvarması 0,02-0,03-dən artıq mailliyi olan sahələrdə aparılır. 
Vegetasiya dövrü torpağın ümumi su tutumunun 65-70%-i nəm 
olduqda bitkinin inkişafı normal gedir.Torpaqda nəmliyin azalması 
bitkinin inkişafına pis təsir edir ki, nəticədə bitkinin inkişafı 
zəifləyir. Hətta bəzi hallarda bitki inkişafdan dayanır. 
Tədqiqatlar nəticəsində  məlum olmuşdur ki, qarğıdalının bir 
bitkisi vegetasiya dövründə orta hesabla 200 litr su tələb edir. 
Qarğıdalı bitkisinin vegetasiya dövründə sudan istifadə etməsi 
havanın və torpağın temperaturundan, əraziyə düşən atmosfer çö-
küntüsünün miqdarından, torpağın mexaniki tərkibindən, sahənin 
gübrələmə dərəcəsindən və digər amillərdən asılıdır.  
Vegetasiya suvarmaları cücərti alınandan sonra aparılan su-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə