155
rilməsi torpaqda mikrobioloji proseslərin tənzim edilməsi yolu ilə
bitkilərin mənimsəyə biləcəyi qida maddələrinin toplanması
məqsədini güdür. Torpağın becərilmə qaydaları və şumun dərinliyi
torpağın həcm çəkisinə təsir edir. Payız şumlaması və torpağın
önkotancıqsız becərilməsi onun bərkiməsinə səbəb olur.Məlumdur
ki, torpağın bərkiməsi onun münbitliyinin, aerasiyanın və bitkilərin
mənimsəyə biləcəyi rütubət miqdarının azalması ilə nəticələnir.
Payız şumunun qaldırılması sələflərdən asılı olaraq müxtəlif
vaxtlara düşür. Payız şumunun aparılması üçün ən yaxşı müddət
sentyabr-oktyabr ayı hesab olunur. Şum önkotancıqlı kotanla 25-
30 sm dərinlikdə aparılmalıdır.
Qarğıdalının məhsuldarlığı əkinlərə diqqətlə qulluq edilməsin-
dən çox asılıdır. Bu qulluq əsasən sahəni malalamaqdan, səpini
düzgün norma və vaxtında aparmaqdan, bitkiləri vaxtında seyrəlt-
məkdən, cərgəaralarını yumşaltmaqdan, bitkilərə əlavə gübrələr
verməkdən və suvarmanı vaxtında, norma həddində aparmaqdan
ibarətdir.
Səpinqabağı becərmə sisteminə torpağa erkən yazda mala
çəkilməsi və səpindən qabaqkı kultivasiya daxildir. Səpinqabağı
kultivasiyada məqsəd səpindən bilavasitə qabaq alaq cücərtilərini
məhv etməkdən, havanın torpağa daxil olmasını, kipləşmiş qatda
rütubətli torpağa düşmək üçün səpiləcək toxuma yuva açmaqdan
ibarətdir.
Səpin norması və müddəti: Qarğıdalı bitkisi əsasən iki məq-
sədlə, yəni dən üçün və ya yaşıl yem, silosluq məqsədilə becərilir.
Buna görədə səpin norması becərilmə xüsusiyyətindən, sortdan,
bölgədən və səpin üsulundan asılı olaraq təyin edilir.Bununla ya-
naşı toxumun səpin norması onun təsərrüfat yararlığından, 1000
ədəd dənin çəkisindən, torpağın nəmlik dərəcəsindən və s asılı
olaraq müxtəlif olur.
Respublikanın suvarılan rayonlarında torpağın üst qatında 10-
12
0
temperatur olduqda səpin aparılması daha yaxşı nəticə verir.
Ümumiyyətlə yüksək və keyfiyyətli məhsul əldə etmək üçün səpin
müddətinə diqqət yetirmək lazımdır.Yazda səpinin optimal vaxtı
156
aprelin II və III ongünlüyü hesab edilir.
Tədqiqatlar sübut edir ki, respublikanın aran rayonlarında səpin
müddətinə düzgün riayət etdikdə qarğıdalının birinci məhsulunu
dən və ya silos üçün yığdıqdan sonra həmin sahəyə təkrar (köv-
şənlik səpin) yenə qarğıdalı səpib silos kütləsi və ya yaşıl yem
götürmək mümkündür. Bu da vahid sahədən ildə iki dəfə məhsul
almağa imkan verir.
Kövşənlik əkin üçün qarğıdalının ən yaxşı səpin müddəti
payızlıq buğda, arpa və dənli-paxlalı bitkilərin məhsulu yığıldıq-
dan sonra (iyunun 10-30-a qədər) hesab edilir.
Qarğıdalı bitkisinin toxumunun basdırılma dərinliyi torpağın
mexaniki tərkibindən, torpaqda olan nəmlikdən və toxumun
böyüklüyündən asılıdır.Qarğıdalı toxumu əsasən 7-10 sm dərinliyə
səpilməlidir.Torpağın üst qatı qurudursa onda toxumu nisbətən
dərin səpmək lazımdır. Yüngül mexaniki tərkibə malik torpaqlarda
toxum dərinə, ağır mexaniki tərkibə malik olan torpaqlarda toxum
dayaz səpilməlidir.
Qarğıdalı bitkisi şaxtaya çox həsasdır.Onun cücətiləri 2
0
şax-
taya davam gətirir, temperatur -3
0
S olduqda isə cücərti məhv olur.
Həddən artıq yüksək temperatura da bitkiyə mənfi təsir göstərir.
Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, temperatur həddi
minimum 4-5
0
S, maksimum isə 46-48
0
S olduqda qarğıdalı bitki-
sinin inkişafı dayanır.
Suvarma rejimi:Qarğıdalı vegetasiya müddətində çox su tələb
edən bitkidir.Ona görə də demək olar ki, nəmlik sevən
bitkidir.Digər dənli bitkilərdən fərqli olaraq qarğıdalı suyu çox
qənaətlə istifadə edir. Qarğıdalı toxumunun şişməsi, cücərməsi
üçün dənin çəkisinin 35-40%-i qədər su lazımdır.Bu bitkinin orta
transpirasiya əmsalı 700-900-ə çatır. Qarğıdalı bitkisi bəzi bitkilərə
nisbətən quru maddənin əmələ gəlməsinə az su sərf edir.
Torpaqda cücərti almaq üçün lazımı nəmlik olmadıqda səpindən
əvvəl sahədə arat aparılması lazım gəlir.Ağır mexaniki tərkibə ma-
lik olan torpaqlarda arat suvarma norması 1200-1500 m
3
/ha, orta
torpaqlarda 1000-1200 m
3
/ha, yüngül mexaniki tərkibə malik olan
157
torpaqlarda isə 800-1000 m
3
/ha olur. Əgər arat müəyyən səbəblər-
dən aparılmamışdırsa, onda səpsuvar etmək lazımdır. Səpsuvar
səpin apardıqdan dərhal sonra aparılmalıdır. Əks təqdirdə toxumun
bir hissəsi həşaratlar və ya zərərvericilər tərəfindən məhv edilər,
digər bir hissəsi cücərmə qabiliyyətini itirər ki, bu da sahədə düz-
gün cücərti alınmaması ilə nəticələnər.
Səpsuvarda suvarma norması arat üçün qəbul edilmiş normalara
uyğun və ya nisbətən az olmalıdır ki, eroziyaya və ya torpağın
yuyulmasına yol verilməsin. Səpsuvar qurtardıqdan sonra torpağın
üst qatı nisbətən quruyur, qaysaq əmələ gəlir ki, bu da cücərtinin
inkişafının qarşısını alır.Sahə nisbətən quruduqdan sonra yəni
cücərti göründükdə cərgəaralarını yumşaltmaq lazımdır.Əks
təqdirdə havalanma getmədiyindən cücərtilər məhv ola bilər.
Qarğıdalının kökü arpaya, buğdaya, vələmirə nisbətən 3-6 dəfə
çox su sorma qabiliyyətinə malikdir.İstilik artıqca su sorma qabi-
liyyətidə güclənir. Torpaqda havalanma getməyəndə kök tərəfin-
dən suyun mənimsənilməsi azalır.Buna görədə hər suvarmadan
sonra cərgəaraları yumşaldılmalıdır.
Qarğıdalı bitkisinin suvarılması şırımlarala aparılır.Ərazidə irri-
qasiya prosesinin baş verməməsi üçün ilk növbədə sahənin mai-
lliyinə diqqət yetirmək lazımdır. Buna görədə şırımlarla suvarma-
da ən əlverişli maillik 0,002-0,007 hesab edilir.Təsadüf halda şırım
suvarması 0,02-0,03-dən artıq mailliyi olan sahələrdə aparılır.
Vegetasiya dövrü torpağın ümumi su tutumunun 65-70%-i nəm
olduqda bitkinin inkişafı normal gedir.Torpaqda nəmliyin azalması
bitkinin inkişafına pis təsir edir ki, nəticədə bitkinin inkişafı
zəifləyir. Hətta bəzi hallarda bitki inkişafdan dayanır.
Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, qarğıdalının bir
bitkisi vegetasiya dövründə orta hesabla 200 litr su tələb edir.
Qarğıdalı bitkisinin vegetasiya dövründə sudan istifadə etməsi
havanın və torpağın temperaturundan, əraziyə düşən atmosfer çö-
küntüsünün miqdarından, torpağın mexaniki tərkibindən, sahənin
gübrələmə dərəcəsindən və digər amillərdən asılıdır.
Vegetasiya suvarmaları cücərti alınandan sonra aparılan su-
Dostları ilə paylaş: |