Suvarma əKİNÇİLİYİ (Dərs vəsaiti)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə47/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34849
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   66

143 
dərinliyində. 
Payızlıq buğdanı  təmiz heriklərdə  və qeyri-herik sələflərdən 
sonra becərirlər. Suvarma şəraitində yazlıq buğdanı çoxillik otlar 
əkinindən habelə cərgəarası becərilən və payızlıq bitgilərdən sonra 
becərirlər. Axırıncı biçimdən dərhal sonra çim 20-22 sm dərin-
liyində şumlanır.Daha dərin əkin məqsədəuyğun sayılmır, çünki bu 
yoncanın kök qalıqlarının parçalanmasını yavaşıdır. 
Yoncanın cücərməsinin qarşısını almaq üçün əkinə 10-12 gün 
qaldıqda cücərən bitgilər biçilir, yaxud üzləmə aparılır və onun 
kök boğazı qurudulur.Tədqiqatlar sübut edir ki, yoncanın cücər-
məsinə qarşı mübarizə tədbiri kimi tarlada iki yaruslu kotanla şum 
aparmaq daha məqsədəuyğun hesab edilir.Bu vaxt üst qat (0-15 
sm) yoncanın kök boğazcıqları ilə birlikdə şırımın dibinə atılır və 
həmin qalınlıqda əkin qatının aşağı hissəsi ilə üstü örtülür. 
Suvarma  şəraitində kartofu dənli bitgilərdən habelə çoxillik 
otlardan sonra becərirlər. Kartof altındakı torpaq yumşaq və onun 
hava keçiriciliyi yaxşı olmalıdır. Lakin humus qatı  zəif olan 
şorlaşmamış torpaqlarda əkin dərinliyi 30-32 sm-ə çatır. 
Kartof basdırıcılarla kartof yumruları basdırılarkən səpinqabağı 
becərməni gəvahinli üzləyicilərlə yaxud kultivatorlarla 15-20 sm 
dərinlikdə aparırlar. Cərgəarası becərmələrin dərinliyi 12-15 sm 
olur.Onların aparılma vaxtı torpağın suvarmaya hazırlanması  və 
suvarmadan sonrakı qulluq işləri ilə  əlaqədardır.Dibdoldurulması 
kartof yumrularının çox əmələ gəlməsinə səbəb olur.Əgər dibdol-
durulması çarpaz aparılırsa, onda əvvəlcə onu və kultivasiyanın 
cərgələrin eninə istiqamətdə aparırlar.Sonra suvarma istiqamətin-
də, suvarma şırımları açılması ilə eyni vaxtda aparılır. 
Çəltik üçün ən yaxşı qaratorpaq, çaybasarların torpaqları  və 
tünd şabalıdı torpaqlardır.Əgər drenaj sistemi vardırsa və sistema-
tik olaraq yuyulma aparılırsa onu şorlaşmış torpaqlarda da 
becərmək olar. 
Çəltik üçün torpağın hazırlanmasına sələf yığımından dərhal 
sonra başlanılırsa, sahə axırıncı yığımdan dərhal sonra şumlanır. 
Yeni mənimsənilən torpaqlarda çəltik becərilərkən torpağın 
hazırlanmasına səpindən bir il əvvəl başlamaq lazımdır.Bunun 
üçün yazda sahə hamarlanır,  əkilir və alaq otları ilə mübarizə 


144 
aparılır, payızda isə təkrar şum aparılır. 
Yazda səpinə qədər malalama və alaqların məhv edilməsi üçün 
2-3 dəfə  səpinqabağı kultivasiya aparılır.Əgər dondurma şumu 
şiddətli dərəcədə kipləşmişdirsə çizellənir, yaxud da təkrar  şum 
aparılmaqla, üzdən kultivasiya çəkilir, lazım gəldikdə isə malala-
ma və ya vərdənələmə aparılır. 
 
9.3. Gübrələmə sistemi 
 
Suvarma şəraitində gübrələrin kənd təsərrüfatı bitgilərinə müs-
bət təsiri bir sıra təcrübə müəssisələrinin, elmi-tədqiqat işlərinin 
yekunları ilə sübut olunmuşdur. 
Gübrələrin tətbiqinin və dərin əkinin növbəli əkində nizama sa-
lınması torpağın münbitliyinin və  kənd təsərrüfatı bitkilərin məh-
suldarlığını artırır. 
Suvarmada üzvi maddələrin parçalanması yüksək sürətlə get-
məsinə baxmayaraq onun ehtiyatı üzvi gübrələrin verilməsinə görə 
kök sisteminin artması ilə bərpa olunur. 
Suvarma əkinçiliyi sisteminin başlıca elementlərinin eyni vaxt-
da mənimsənilməsi növbəli  əkin, torpağın becərilməsi və güb-
rələrin tətbiqi kənd təsərrüfatı bitkilərinin həm suvamanın, həm də 
aqrotexnikanın digər qaydalarının səmərəliliyini xeyli artırır. Belə 
vəziyyət Xerson kənd təsərrüfatı institunun təcrübə  təsərrüfatının 
qaratorpaqlarında aparılmış təcrübələrdə təsdiq olunmuşdur. 
 
9.4. Suvarma şəraitində vahid sahədən bir ildə iki 
məhsul alınması 
 
Uzunmüddətli  şaxtasız dövrə malik olan bölgələrin suvarılan 
torpaqlarında eyni sahədən iki dəfə  məhsul almaq olar.Suvarma 
olmadan torpaqda yığılmış bitkidən sonra rütubət kifayət qədər 
olmadığından ikinci məhsul almaq çətindir.Suvarmada bu qorxu 
olmur.Orta Asiyada, Cənubi Qazaxıstanda, respublikamızın aran 
bölgələrində kövşənlik bitkilərinin becərilməsi nəticəsində məhsul-
darlığı artırmaq mümkünür. Çünki orada effektiv temperaturların 


145 
müddəti daha uzundur. 
Respublikamızın aran bölgələrində qarğıdalı, sorqo, paxlalı bit-
kilər vahid sahədən bir ildə iki dəfə məhsul əldə etmək üçün qiy-
mətli bitgi hesab olunur. Təkrar səpinlər müddətində torpağın və 
havanın temperaturunun yüksək olması cücərtilərin  əmələ  gəlmə-
sinə, yayın ikinci yarısında günün qısa olması bitgilərin sürətlə 
inkişaf etməsinə  səbəb olur. Belə  şəraitlərdə qarğıdalının vegeta-
siya müddəti məhsulunu azaltmadan bir qədər qısalır. 
Vahid sahədən bir ildə iki dəfə məhsul əldə etmək üçün ən mü-
hüm şərtlərdən biri torpağın yaxşı becərilməsidir. Tədqiqatlar gös-
tərir ki, noxud altından çıxmış torpaqda becərmə üsullarının qarğı-
dalının kövşənliyə səpin və noxudun təkrar səpinlərinin məhsuluna 
təsiri böyükdür. Suvarılan çəmən torpaqları yazda səpilən bitgilə-
rin yığım dövrü şiddətli kipləşdiyindən, təkrar səpin üçün kövşən-
likdə torpağın dərin şumlanması və digər becərmə aqrotexnikasına 
riayət olunmalıdır.  
Müəyyən olunmuşdur ki, tarla dərin  şumlandıqda (22-25 sm) 
təkrar bitgilərin altındakı torpağın bir metrlik qatında diskili 
üzləyicilərlə becərilməyə nisbətən 4%, nitrat azotunun və fosfat 
turşusunun ehtiyatları isə 11-12% atıq olur. 
Suvarma  şəraitində kövşənlik qarğıdalısı becərilməsində tor-
pağın əsas becərilmə üsullarının öyrənilməsi göstərdi ki, 24-26 sm 
dərinlikdə əkin, diskləmə və sacsız becərmə ilə müqayisədə xeyli 
üstünlüyə malikdir. Cərgəarası becərilən bitgilər altında dərin əkin 
aparılmış yüngül torpaqlarda kövşənliyə səpilən qarğıdalını yerləş-
dirərkən müstəsna hal kimi səthi becərmələr aparmaq olar. 
Bəzi bölgələrdə kövşənlik müddəti qısa olduğu üçün ikinci 
məhsul almaq məqsədilə çox vaxt birillik ot qarışığından istifadə 
olunur. 
Vahid sahədən bir ildə iki dəfə  məhsul  əldə etmək qaydaları 
mənimsənildikcə yazlıq yem bitgilərinin səpinləri azaldılır və su-
varma  şəraitində  dənli bitgilər altında səpin sahələrinin artırıl-
masına imkan verir. 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə