Suvarma əKİNÇİLİYİ (Dərs vəsaiti)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə46/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34849
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   66

140 
nəzərə alaraq sahənin uzunu 600-1000m olması məsləhətdir. 
Əvvəlcə  təqvimi müddətlər üzrə suvarma təyin dilir.Suvarma 
normasının miqdarı torpağın su-fiziki xassələrini və bitkinin in-
kişaf fazalarını  nəzərə alaraq müəyyənləşdirilir.Bunun üçün Elmi 
Tədqiqat İdarələrinin tövsiyələrindən və qabaqcıl təsərrüfatların iş 
təcrübələrindən istifadə olunur. Müxtəlif bitkilərin suvarma reji-
mini sələflərin suvarma hesabatını  nəzərə almaqla müəyyənləş-
dirmək lazımdır. 
Suvarma planı suvarılan bitkilərin sahəsini göstərməklə deka-
dalar üzrə qrafik formasında tərtib etmək və suvarma normasını, 
suyun miqdarını (hər suvarma üçün zəruri olan) və s göstərmək 
lazımdır.Məsələn. 
85, 1x600/51060 burada 
Suvarılan sahə suvarma normasına vurularaq surətdə yazılmış, 
suvarma üçün sərf olunan suyun miqdarı məxrəcdə yazılmışdır.  
Bir dekadada növbəli əkin tarlasına daxil olunan ümumi suyun 
miqdarı aşağıdakı formula üzrə hesablanır. 
Q=3, 6xqxSxnxt 
Burada:Q-bir dekadada suyun miqdarı m
3
-lə. 
S-növbəli əkinin sahəsi , hektarla 
q-hidromodul, l/san (0, 42 l/san) 
n-bir dekadada işçi gücünün miqdarı 
t-suvarmanın müddəti (uzanma vaxtı)bir sutkada saatla (20 saat) 
Çəltiyin növbəli  əkində yeri. Çəltik becərilən zaman ixtisas-
laşmış növbəli  əkin tətbiq edilir. Çəltik bitkisini növbəli  əkində 
düzgün yerləşdirdikdə məhsuldarlığı xeyli yüksəlir. Çəltik növbəli 
əkinləri 5-9 tarlalı ola bilər. Çəltik təkrar əkilən illərdə bitkinin in-
kişafı üçün əlverişli aqrometeoroloji şəraitin yaradılması vacibdir. 
Bu məqsədlə quraq yerlərdə bitən bitkilər, yonca, üçyarpaq, xəşən-
bül tarladan eləcə də təmiz və məşğullu herik altından çıxarılmaqla 
fasilə edilir. Beləliklə növbəli  əkin ottarlaları  və herik briqadala-
rında yerləşdirilir. Çoxillik paxlalı otların becərilməsindən sonra 
çəltik fasiləsiz olaraq 3 il, herik tarlasından sonra iki ildən artıq 
olmayaraq  əkilir. Ottarlalı briqadanın  əsas təyinatı torpağı  təzə 
üzvi maddələrlə  zənginləşdirmək, alaqlarla mübarizə  və yüksək 


141 
zülallı yem istehsal etməkdir. Herik briqadası isə birinci növbədə 
meliorativ-təmir işlərinin, aralıq bitkilərin becərilməsinə, eləcə də 
alaqlarla mübarizə aparılmasına xidmət edir. Ən yaxşı  məşğullu 
herik bitkiləri - noxud, payızlıq raps, lərgə, gülül, soya, eləcə  də 
paxlalılarla taxılların qarışıq əkinləridir. 
Çəltik növbəli əkinlərində təmiz herik natamam komponentdir, 
belə ki, herik tarlasında azot ammonium formasından nitrat for-
masına keçir, amma ondan sonra suya basdırma sərbəst, yəni 
molekulyar (N
2
) azotun bərpa olunması  və atmosferə uçması ilə 
nəticələnir. Təmiz heriyin məşğullu heriklə əvəz edilməsi çəltiyin 
daha qiymətli və zəruri mineral qidalanma elementlərinin itirilmə-
sinə səbəb olur.  
Aparılmış  təcrübələrlə müəyyən edilmişdir ki, növbəli  əkində 
çəltiyin sələfi torpağın münbitliyini artıran bitkilər olmalıdır. Çəl-
tik eyni tarlada bir neçə il becərilir. Ona görə də növbəli əkinlərdə 
bu bitki növbəli  əkin tarlasının 60-70%-ni tutur. Çəltik üçün 
ayrılmış torpaqların hamarlanmasına, suvarma sisteminə  çəkilən 
xərclər özünü doğruldur. Respublikamızın  Şəki-Zaqatala bölgə-
sində çəltik növbəli əkini təşkil etməklə vahid tarladan bir ildə iki 
məhsul almaq mümkündür. Məsələn, payızda səpilən noxud və 
çəltik, payızlıq arpa və çəltik. 
Payızlıq bitkilər səpilən sahələr çəltik üçün istifadə edildikdə 
onun alaqlanma dərəcəsi xeyli azalır. 
Növbəli əkində 3 il çəltik becərildikdən sonra aralıq bitki kimi, 
yaşıl gübrə  məqsədilə paxlalı bitkilər becərilir. Çəltik növbəli 
əkinlərinin aşağıdakı sxemləri vardır1-3 çəltik 4-dənli taxıl bitki-
ləri, bitkili herik 5-6-çəltik, 7-payızlıq taxılların yonca ilə qarışıq 
səpini, 8-çoxillik paxlalı bitkilər.  
Azərbaycanda ildə eyni sahədən 2 məhsul almaq məqsədilə tar-
laya payızda paxlalı bitkilər əkilir. Onların məhsulu yazda yığılır, 
ya da yaşıl gübrə kimi torpağa verilir. Sonra tarla çəltik üçün 
becərilir. Payızda arpanı yaşıl yem üçün əkib yazda istifadə etmək, 
sonra isə həmin sahəni çəltik üçün becərmək mümkündür.  
 
 


142 
9.2. Suvarma şəraitində torpağın becərilmə xüsusiyyəti 
 
Torpağın suvarma şəraitində  səmərəli becərmə sistemi yalnız 
çəltiyin, payızlıq və yazlıq buğdanın, pambığın, qarğıdalının və 
kartofun başlıca sələflərinin, müxtəlif səpin üsullarının nəzərə 
alınması ilə mənimsənilə bilər. 
Pambıq bitkisi üçün torpağın hazırlanması payızda önkotancıqlı 
kotanla 30-32 sm dərinlikdə aparılan  əsas  şum ilə başlanır.Yazda 
torpaq üzərində qaysaq əmələ  gəldikdə onu səpindən sonra ilk 
günlərdə malalarla məhv edirlər, cücərtilər əmələ gəldikdən sonra 
rotasiya malası ilə malalanır. Vegetasiya müddətində torpağı yum-
şaq, alaqlardan təmiz vəziyyətdə saxlamaq məqsədilə sistematik 
olaraq cərgəaralarının becərilməsi davam etdirilir, ki onların sayı 
altı  və daha çox ola bilər. Pambıq bitgisi kvadrat-yuva üsulu ilə 
yerləşdikdə uzununa becərmələrdən başqa 2-3 dəfə enin becərilə 
bilər. Alaqları tamamilə  məhv etmək məqsədilə onların kütləvi 
surətdə cücərməsindən dərhal sonra tarla becərilir.Hər bir suvarma 
apardıqdan sonra müəyyən dərinlikdə yumşaltma aparılır və bu iş 
torpağın fiziki yetişkənliyi dövrdə, qaysaq əmələ  gəlməmiş apa-
rılır. 
Birinci cərgəarası becərmədə  pəncələr-ülgüclər cərgələrin 
yaxınlığında, 6-8 sm dərinlikdə aparılır, ekstirpatorlu pəncələr isə 
cərgəaralarının ortasında 10-12 sm dərinlikdə aparılır. Cərgəara-
larının ortasında daha dərin becərmə aparılması ensiz suvarma 
şırımları açılmasına səbəb olur və pambıq bitgisinin köklərinin 
kəsilməsinin qarşısı alınır. 
Qarğıdalını adətən başdan-başa səpilən dənlilərdən, çoxillik 
otlardan və bəzən cərgəarası becərilən və paxlalı bitgilərdən sonra 
yerləşdirirlər. Qarğıdalı üçün tarlanı 30-32 sm, çürüntülü qat ki-
fayət qədər dərin olmadıqda torpaqdərinləşdiricilərindən istifadə 
olunur. Yazda əkin qabağı yaxud rütubət toplayıcı suvarma aparı-
lan tarlalarda alaqlar şaxta düşənədək yarımherik becərmələr yolu 
ilə  məhv edilir. O əkindən sonrakı üzləmələrdn və kultivasiya-
lardan, yazda isə torpağın səpinqabağı becərilməsindən ibarətdir. 
Dondurma şumunun yaz malalamasından sonra iki dəfə kultivasiya 
aparılır. Birinci kultivasiya 10-12 sm, ikinci toxumların basdırılma 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə