Suvarma əKİNÇİLİYİ (Dərs vəsaiti)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə45/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34849
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   66

137 
asılıdır.  Əsas bitkinin xüsusi çəkisinin yüksək olduğu növbəli 
əkinlər, təsərrüfatın istiqamətinə və ixtisaslaşma dərəcəsinə uyğun 
olmaqla bərabər, həm də ümumi məhsul istehsalını artırdığına görə 
daha üstün hesab edilirlər. Az münbit olan torpaqlarda tətbiq edilə-
cək növbəli əkinlərdə isə, sələf bitkilərinin sahəsi artırıla bilər. Hər 
hansı tarlada əvvəlki ildə istifadə edilən bitki və ya herik, sonra 
əkilən bitki üçün sələf adlanır. Sələf bitkilərinin qarşısında duran 
əsas vəzifə, torpağın münbitliyinin artırılmasını  təmin etməkdən 
ibarətdir. Deməli, münbit torpaqlarda tətbiq edilən növbəli  əkin-
lərdə əsas bitkinin xüsusi çəkisini artırmaq mümkün olduğu halda, 
az münbit torpaqlarda əksinə, əsas bitkini sələflərlə daha tez əvəz 
etmək lazım gəlir. Ona görə də, növbəli əkinlərin səmərəli sxem-
ləri seçilərkən, istehsal ediləcək məhsulun miqdarı  və  ərazinin 
torpaq-iqlim şəraiti nəzərə alınır. 
Növbəli  əkində tarlaların sayı  və  həcmi bitkilərin nisbətindən, 
sahənin relyefindən, təbii sərhədlərindən, torpaq örtüyündən və s. 
asılı olaraq müəyyən edilir. Çoxtarlalı  və uzun rotasiyalı növbəli 
əkinlərə nisbətən, qısa rotasiyalı növbəli  əkinlərdə tarlanın həcmi 
artıq götürülür ki, bu da texnikadan səmərəli istifadə etməklə, aq-
rotexniki tədbirlərin keyfiyyətlə yerinə yetirilməsinə imkan verir. 
Ərazinin torpaq və iqlim şəraitindən, istehsal ediləcək məhsulun 
miqdarından və ixtisaslaşma dərəcəsindən asılı olaraq, bəzi halda 
təsərrüfatın bütün sahələrində ancaq bir bitki becərilir ki, bu cür 
bitki monokultura adlanır. 
Növbəli  əkin tarlalarında bitkilərin növbələşdirilməsi hər il və 
yaxud vaxtaşırı ola bilər. Əgər hər hansı bitki eyni tarlada bir neçə 
il əkilib, sonra başqa bitki ilə əvəz edilirsə, bu təkrar əkin adlanır. 
Bu zaman hər hansı bitkinin eyni tarlada əkilmə vaxtı rotasiya 
müddətindən artıq olmamalıdır.  Əsas bitkinin xüsusi çəkisi artıq 
olan növbəli əkinlərdə həmin bitki daha çox təkrar əkilir. 
İxtisaslaşmanın dərinləşdirildiyi ərazilərdə yaradılan təsərrüfat-
larda, daha əhəmiyyətli bitkilərin  əkin sahəsinin genişləndirildiyi 
şəraitdə, təkrar əkinlərdən daha çox istifadə olunur. 
Müəyyən edilmişdir ki, təkrar əkilən pambıq, kartof və taxıl sa-
hələrindən, yüksək aqrotexniki qulluq şəraitində bir neçə il normal 
məhsul əldə etmək olur. 


138 
Eyni qrupa aid olan bitkilər qonşu tarlalarda yerləşdirildikdə və 
ya təkrar eyni sahədə  əkildikdə  həmin bitkilərin zərərvericiləri 
daha çox artır. 
Təkrar  əkinlərdən istifadə etdikdə, buğda sahəsində payızlıq 
sovka, pambıqda pambıq sovkası, kartofda kolarada böcəyi və s. 
geniş yayılır. Bitkilər öz həyat fəaliyyəti dövründə, torpaqda 
sonrakı bitki üçün zəhərli olan (kolinlər)və mikroorqanizmlərin 
inkişafını  ləngidən (fitonsid) maddələri toplayır. Eyni qayda ilə 
bəzi mikroorqanizmlər bitkiləri və ya başqa mikroorqanizmləri 
məhv edən maddələr (antibiotiklər) ifraz edirlər. Fasiləsiz və təkrar 
əkinlərlə  həmin birləşmələr artaraq torpağın «zəhərlənməsinə» 
səbəb olur. D.N.Pryanişnikov bitkilərin növbələşdirilməsinin bio-
loji səbəblərindən bəhs edərək qeyd edirdi ki, “torpaqda qida mad-
dələrinin çatışmazlığı mineral gübrə səpməklə, onun sturukturunun 
yaxşılaşdırılması peyin vermək və becərmələr aparmaqla bərpa 
edildiyi halda, xəstəlik və  zərərvericilərə qarşı növbəli  əkinsiz 
mübarizə aparmaq çətindir”. Yəni düzgün növbəli əkinlər yüksək 
fitosanitar əhəmiyyətə malik olmaqla məhsulun alaqlar, xəstəlik və 
zərərvericilər tərəfindən itirilməsinin qarşısını alır. 
Bitkilərin növbələşdirilmiş qaydada becərilməsinin zəruriliyini 
müəyyən edən iqtisadi səbəblərə:-əkin sahələrin quruluşunu 
düzgün müəyyən etməklə torpaqlardan səmərəli istifadə edilməsi, 
ən az vəsait sərf etməklə yüksək və keyfiyyətli məhsul əldə olun-
ması və s. amillər daxildir. 
Əgər bir bitki rotasiya müddətində  və daha çox eyni tarlada 
əkilərsə, bu fasiləsiz  əkin adlanır. Bəzi halda fasiləsiz  əkin və 
monokultura anlayışı sinonim kimi işlədilir. Lakin, növbəli əkində 
fasiləsiz əkin mümkün olmadığı halda, monokultura istifadə edilə 
bilər. Monokulturanın daxil olduğu növbəli  əkində  sələf, herik 
tarlasından ibarət olur. Məsələn;- herik, taxıl, taxıl növbəli əkini.  
Müxtəlif bitkilər, bioloji xüsusiyyətlərindən və becərilmə tex-
nologiyasından asılı olaraq, növbəli  əkinə müxtəlif tələbat göstə-
rirlər. Pambıq və kartof növbəli əkinə az, taxıl bitkiləri orta, şəkər 
çuğunduru və günəbaxan isə çox tələbkardır.Növbəli  əkinlərin 
hazırlanmasına, təsərrüfatın  əsas istiqaməti və onun ixtisaslaşma 
dərəcəsi müəyyən edildikdən sonra başlanılır. 


139 
Növbəli  əkində bütün bitkilərin birlikdə suvarma planı öz-öz-
lüyündə növbəli əkində suvarma sistemini təyin edir. Təsərrüfatda 
mövcud olan suvarma norması hidromodul və  təşkilatı  şəraitdən 
asılı olaraq təyin edilir.Suvarma planı növbəli  əkində növbələşən 
bitkilərin vegetasiya dövrlərindən asılı olaraq tərtib edilir.(məsələn 
yazlıqlarda-may, sentyabr;payızlıqlarda-oktyabr, iyun;kövşənlik 
əkinlərdə-iyul, oktyabr və s.). 
Suvarılacaq  ərazi.  əkiləcək bitkilərin tərkibindən asılı olaraq, 
növbəli  əkin sahələrinə, növbəli  əkin sahələri isə öz növbəsində 
suvarma tarlalarına bölünür.Bu zaman təsərrüfatın  ərazisinin bir 
hissəsi yaşayış  məntəqəsi, meyvə bağı. Üzümlük, otlaq sahəsi və 
digər məsələlər üçün ayrılır. 
Növbəli  əkin sahələrinin planda yerləşdirilməsi:  Ümumiy-
yətlə növbəli əkin, suvarılan əkin və digər sahələri planda yerləş-
dirərkən aşağıdakı  şərtlər  əsas götürülməlidir. Meyvə bağı  və 
üzümçülük üçün yaşayış məntəqəsinə yaxın, qrunt suyu səviyyəsi 
yer səthindən aşağıda olan sahələr; Meşəliklər üçün mürəkkəb 
relyefli, qalın torpaq qatı olan sahələr; tərəvəz və yem bitkiləri 
üçün yaşayış məntəqəsinə yaxın, yaxşı torpaq qatına malik sahələr; 
çəltik üçün relyefin alçaq yerlərində, qrunt suyu səviyyəsi yüksək 
olan , su keçirmə qabiliyyəti pis olan torpaq sahələri seçilməlidir. 
Növbəli  əkin sahələri bərabər ölçüdə tarlalara bölünür.Bu 
zaman çalışmaq lazımdır ki, sahələrin həcmi bərabər olsun və ya 
5-10% fərq edə bilər.Suvarma sahələrinə  bərabər olan tarlaların 
sahələri 20 ha-dan 120-ha-ya qədər ola bilər.Becərilməsinə çox 
əmək sərf edilən bitkilərin (tərəvəz, bostan, tütün və s) sahələri 
nisbətən kiçik (20 ha-dan 60 ha-ya qədər), az əmək sərf edilən 
bitkilərin (taxıl, pambıq, yonca və s) tarlalarının sahəsi isə 80-100 
hektar və daha artıq götürülə bilər. 
Növbəli əkin sahələrinə daxil olan tarlalar, eyni böyüklükdə ol-
maqla bərabər. Becərmədə istifadə ediləcək kənd təsərrüfatı maşın-
larının maneəsiz işləməsi üçün əlverişli relyef, torpaq, hidrogeoloji 
və aqromeliorativ xüsusiyyətlərinə görə oxşar olmalıdırlar. 
Növbəli əkin sahələrini tarlalara bölərkən nəzərə almaq lazımdır 
ki, sahə dördkünc olsun.Sahədə maşın və traktorun işləməsini 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə