161
yeməklərinin hazırlanmasında istifadə edilir. Çəltiyin zülalı digər
dənli taxıl bitkiləri ilə müqayisədə tərkibində yüksək miqdarda
lizin, valin və metionin kimi əvəzedilməz amin turşularının olması
sayəsində insan orqanizmi tərəfindən yaxşı mənimsənilir
Düyüdə zülal az, öz maddəsi yox dərəcədə olduğundan çörək
bişirmədə istifadə edilmir.
Düyüdən alınan nişasta toxuculuq sənayesində, ətriyyatda, tibdə
geniş istifadə edilir. Rüşeymindən alınan yağdan sabunbişirmədə
şam hazırlanmasında istifadə olunur.
Çəltik küləşindən məişətdə geniş istifadə olunur.Küləşindən əla
keyfiyyətli kağız, karton, kəndir, kisə, şlyapa, səbət, dənizçilikdə
işlədilən kəndir və s. istehsalında istifadə edilir. O, həm də yem
əhəmiyyətinə malikdir. Çəltik küləşinin bir sentnerdə 24 yem
vahidi və 2200 qram protein vardır.Bir çox ölkələrdə spirt və pivə
istehsalında çəltiyin dənindən istifadə olunur.
Məhsuldarlığı. Araşdırmalardan məlum olur ki, dünyanın 60-
dan çox ölkəsində çəltik bitgisi becərilir. Statistik məlumatlar
göstərir ki, çəltiyin əkin sahəsi dünya miqyasında 150 mln. hektara
yaxındır. Dünya üzrə orta məhsuldarlıq hektardan 28-29 sentner-
dir. Əkin sahələrinin 90%-i Asiya xalqları ölkələrinin payına
düşür. Çəltik bitgisinin məhsuldarlığı ABŞ-da 55, Afrikada 17,4;
Asiya ölkələrində 29; Avropa ölkələridə 47,6 s/ha-ya çatır. Orta
Asiya və Zaqafqaziya respublikaları da qədimdən çəltik becər-
məklə məşğul olmuşdurlar. Kənd təsərrüfatı nazirliyinin 2008-ci il
məlumatlarında göstərilir ki, Azərbaycanda çəltik bitgisinin əkin
sahəsi 1337 hektar, orta məhsuldarlıq 28,2 s/ha, ümumi məhsul
istehsalı 3771 ton olmuşdur. Azərbaycan ərazisində çəltik bitgisi
əsasən Astara, Lənkəran, Masallı, Şəki, Ağdaş, Ucar və digər
rayonlarda geniş sahələrdə becərilir.
Çəltik birillik dənli bitkilərdən olub, kök sistemi saçaqlıdır, əsas
kök kütləsi torpağın 25 sm dərinliyinə işləyir. Su bitkisi sayılmır,
kökü, gövdəsi və yarpaqlarında inkişaf etmiş hava daşıyan
( aeranxim) toxumalar vardır. Ona görə də oksigenlə zəngin (bol)
təmin olunur. Bir bitkidə çoxsaylı, 300-ə qədər kökləri, ancaq az
bir miqdarda isə kök telləri də olur. Bəzən aşağı gövdə buğumunda
162
su təbəqəsinin dərin qatında bitkinin qidalanmasında iştirak edən
kök əmələ gəlir.
Çəltik istiliyə tələbkar bitkidir
.
Süd yetişkənlik fazasında tem-
peraturun 10
0
C-yə qədər enməsi yetişməni dayandırır. Vegetasiya
müddəti sortun biologiyasından asılı olaraq 120-150 gün arasında
dəyişir.Çəltik bitkisi adətən ağır, suyu özündən zəif sızdıran
torpaqları sevir, yüngül və qumsal torpaqlarda bitmir.
Çəltik suya çox tələbkar bitkidır. O kollanma və süpürgələmə
fazalarında suya daha çox tələbkardırlar. Ona görə də çəltik su-
varma şəraitində tarlada müəyyət edilmiş su təbəqəsi saxlanıl-
maqla becərilir. Amma cücərmə zamanı suya basdırmaq lazım de-
yil, çünki, kök əmələ gəldikdə, və mum yetişkənlik dövrünün baş-
lanğıcından tam yetişkənlik dövrünə qədər kökün fəaliyyəti zəiflə-
yir. Su örtüyü altında becərilməsinə baxmayaraq toxumalarda su-
yun miqdarı azdır. 10-15 sm-lik su örtüyü altında uzun müddət in-
kişaf edə bilir, çəltiyin transpirasiya əmsalı 600-800-dür. Havanın
nisbi nəmliyinin 70-80% olması bitki üçün əlverişli şərait yaradır.
Çəltik öz təbiətinə görə (hidrofil) rütubət sevəndir. Onun
toxumalarında, su təbəqəsi ilə doldurulmuş (örtülmüş) bitkinin
aşağı hissəsinə daxil olmaq üçün çoxlu hüceyrə araları və hava
boşluqları vardır. Çəltiyin kök sistemi yaxşı inkişaf edir və su ilə
təmin olunmasından asılı olaraq öz quruluşuna görə əhəmiyyətli
dərəcədə fərqlənir.
Çəltik becərilən zaman zəif tarla cücərməsi problemi yaranır.
Çəltik toxumu digər rütubət sevən bitkilərin toxumlarından bir
qədər fərqlənir. Bu və ya digər şəraitdə onlar müxtəlif dərəcədə
cücərirlər, buna səbəb oksigen faktorudur. Oksigen çatışmamaz-
lığının ilk əlaməti toxumların yalnız tumurcuqlanma yolu ilə
cücərməsidir.
Əkinlərdə məhsuldar gövdələr kollanma zoğlarının hesabına
formalaşır. Hər zaman tam bitki sıxlığını bərpa etmək baş tutmur.
Çəltik bitkisinin cücərtilərini almaq üçün üç üsul vardır.
1. Təbii nəmlik hesabına toxum 5-6 sm dərinliyə basdırılır və
çıxışlar alındıqdan sonra su qatı yaradılır. Belə üsulda tarla cü-
cərməsi 70%-ə çata bilər, lakin əkinləri daima suya basdırmaya
163
keçdikdə çəltiyin kök sistemi yenidən aerob şəraitdən anaerob
şəraitə keçir, bu vaxt bitkilərin əhəmiyyətli dərəcədə məhv olması
qeydə alınır.
2. Torpağı islatmaq yolu ilə toxumların 1 sm dərinliyə qədər
basdırılması. Bu üsulla çıxışların alınması üçün tumurcuqlar daima
nəmlənmiş vəziyyətdə olmalıdır ki, koleoptelin suyun səthinə
çıxmasına köməklik etsin, lakin bu cür su rejimində tarla cücər-
məsi az-az hallarda 40%-i keçir.
3. Su örtüyü altında toxumu torpağa basdırmadan səpələmə əkin
üsulu. Bu halda tarla cücərməsi 20%-dən aşağı olur, belə ki, toxum
üçün 3-5 sm su təbəqəsi yaradılan şəraitdə, suya basdırma zamanı
torpaqda olan oksigen tamamilə aerob mikroorqanizmlər tərəfin-
dən istifadə olunur, toxumun tumurcuqlarından əmələ gəlmiş cü-
cərtilər oksigensiz mühitə düşərək məhv olurlar. Bundan əlavə
müxtəlif sələflər özlərindən sonra torpaqda cürbəcür kök və köv-
şən qalıqlarının kütləsini saxlayırlar ki, bunlar da anaerob şəraitdə
minerallaşma zamanı cücərtilərə məhvedici təsir göstərən hidrogen
sulfid və metan əmələ gətirirlər.
Toxumların cücərti verməsi üçün torpağın üst qatında 12-15
0
C
temperatur olmalıdır. Bu halda ilk cücərtilər səpindən 17-20 gün
sonra əmələ gəlməyə başlayır. 16-20
0
C temperaturda cücərtilər 10-
12 günə əmələ gəlir. Tədqiqatlar göstərir ki, toxumun cücərməsi
üçün optimal temperatur 22-25
0
C-dir.Həmin temperaturda çıxışlar
6-7 günə əmələ gəlir. Kollanma üçün minimum temperatur 15-
18
0
C, çiçəkləmə üçün 18-20
0
C, dənin yetişməsinin başlanğıcı 19-
25
0
C təşkil edir. Bitkinin inkişafı üçün optimal temperatur 25-
30
0
C, maksimal temperatur isə 40
0
C-dir. –1
0
C şaxtada cücərtilər
məhv olur. Vegetasiya ərzində sortlar 2200-3200
0
C aktiv tempe-
ratur tələb edirlər. Respublikamızın aran rayonlarında o cümlədən
Muğan, Mil, Şirvan bölgələrində çəltiyin vegetasiya dövrü sərf
etdiyi aktiv temperatur kifayət qədərdir.
Çəltik yüksək səviyyədə kollanma qabiliyyətinə malikdir. Op-
timal temperaturda (23-26
0
C) bu faza əsas gövdədə 3-4 yarpaq
əmələ gəldikdən sonra, lakin aşağı temperaturda (18-20
0
C) 5-6 və
daha çox yarpaq əmələ gəldikdə başlayır. Bu fazadan ötrü minimal
Dostları ilə paylaş: |