Suvarma əKİNÇİLİYİ (Dərs vəsaiti)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə61/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34849
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   66

185 
Cədvəl 11 
Torpağın mexaniki tərkibinə görə suvarma normaları  
 
Torpaq tipləri Torpağın mexaniki 
tərkibi 
Suvarma norması  
m
3
-lə
 
Şabalıdı torpaqlar 
Ağır 
Orta 
Yüngül 
900-1000 
800-900 
700-800 
Boz torpaqlar 
Ağır 
Orta 
Yüngül 
1000-1100 
900-1000 
800-900 
Çəmən torpaqlar 
Ağır 
Orta 
Yüngül 
1100-1200 
1000-1100 
900-1000 
 
Suvarma suyunun çatışmaması və ya onun həddən artıq çox ol-
ması istər bitki üçün istərsədə torpaq üçün zərərli olduğu bildirilir. 
Müəyyən olunmuşdur ki, torpaqda uzun müddət tarla rütubət 
tutumu həddindən artıq olduqda o yararsız hala düşür. Belə ki, su 
torpağın məsamələrinə dolaraq oradakı havanı  çıxarır, bu da 
torpaqda yaşayan faydalı mikroorqanizmlərin oksigenlə  təmin 
olunmasını çətinləşdirərək onların məhv olmasına səbəb olur. Bu-
nunla yanaşı suyun həddən artıq çox olması bitkilərin normal tə-
nəffüsünü pozur ki, bu da pambıq bitkisində kök çürümə  xəstə-
liyinin əmələ gəlməsinə zəmin yaradır. Suvarma suyunun çatışma-
ması isə bitkinin inkişafdan qalmasına, nəticədə  məhsuldarlığın 
aşağı düşməsinə səbəb olur. 
Suvarma zamanı yüngül torpaqlarda dərin  şırım açılarsa tor-
paqda su eroziyası baş verər və cərgələrin tam nəmləndirilməsi işi 
çətinləşər. 
Gübrələnməsi: Pambıq bitkisi inkişafının ilk dövründə mineral 
gübrələrdən azot və fosfor elementlərinə çox tələbkardır. Buna 
görə də pambıq əkiləcək torpaqda bu elementlər daha çox üstünlük 
təşkil etməlidir.Müəyyən olunmuşdur ki, bitkidə azot və fosforun 
miqdarı qönçələmə dövrünə  qədər çox olur, sonra isə azalmağa 
doğru gedir və yetişmə dövründə minuma çatır. 
Təcrübələr göstərir ki, pambıq bitkisindən 1 ton xam pambıq 
əldə etmək üçün, orta hesabla 34-61 kq azot, 11-22 kq fosfor və 


186 
36-48 kq kalum lazımdır. Bununla yanaşı mikroelementlərdə la-
zımdır ki, bunlardan ən əsasları bor, manqan, sink, mis, molibiden 
və digərlərini göstərmək olar. 
Əlavə gübrə verilərkən gübrəni şırımın dibindən 3-4 sm dərinə 
və bitkidən 4-5 sm kənara basdırmaq lazımdır.Əks halda su güb-
rəni bir yerdən başqa yerə yuyub aparır ki. bu da bütün sahə üzrə 
bitkilərin inkişafına pis təsir göstərər. 
Pambıq bitkisinə veriləcək gübrə normaları suvarılan torpaqla-
rın mexaniki tərkibindən, onun tərkibində olan qida maddələrinin 
miqdarından,  əkiləcək bitkinin sortundan, alınacaq məhsulun 
səviyyəsindən, sələf bitkisindən, tətbiq olunacaq aqrotexnikadan 
və digər amillərdən asılı olaraq müəyyən olunur. 
 
 
 


187 
XI. Suvarma sistemləri 
 
Suvarma sistemi suvarılan ərazi, su mənbəyi, suqəbuledici qur-
ğu, su nəqledici kanallar və üzərindəki hidrotexniki qurğular, yol-
lar, istehsalat binaları  və rabitə sistemi kompleksindən ibarətdir. 
Belə sistemlərin layihələndirilməsində  məqsəd kənd təsərrüfatı 
bitkilərinin suvarılmasında keyfiyyətcə yararlı, kəmiyyətcə təlabatı 
ödəyəcək suyu mənbədən qəbul edib suvarılan  əraziyə  nəql 
etdirməklə torpaqda süni nəmlik yaratmaqdır. 
Suvarma şəbəkəsi nəqledici və tənzimləyici kanallar kimi əsas 
iki qrupa bölünür. Hər iki qrup kanallar birlikdə suvarma kanalları 
sistemi adlanır. Nəqledici kanallar özləridə magistral və paylayıcı 
kanallara ayrılır. Magistiral kanal bilavasitə suvarma suyunu su 
mənbəyindən qəbul edən və suvarma sisteminə  nəql edən baş 
kanal hesab olunur. Magistiral kanal öz lahiyyə  xətti boyunca su 
götürülməyən nəqledici və su götüülən işlək hissələrə bölünür. 
Respublikamızda suvarma sistemlərinə xidmət edən magistiral 
kanallardan Yuxarı Qarabağ, Yuxarı  Şirvan, Samur-Abşeron və 
digər kanalları göstərmək olar. 
Paylayıcı kanallar özləridə iki yerə, təsərrüfatlar arası və təsər-
rüfatdaxili kanallara bölünür. Bir neçə təsərrüfata xidmət edən su-
varma sisteminə  təsərrüfatarası suvarma sistemi deyilir. 
Təsərrüfatdaxili suvarma sistemi isə bir təsərrüfata xidmət edir. 
Tənzimləyici suvarma sisteminin məqsədi suvarma suyunu 
bilavasitə suvarılacaq sahəyə verməkdən ibarətdir. 
Suvarma şəbəkələri açıq, qapalı və birgə şəbəkəli şəklində tikilə 
bilər. Seçiləcək konustruksiya suvarılacaq  ərazinin relyef və tor-
paq-iqlim şəraitindən, suvarma texnikasının tipindən, su ehtiyyat-
larından və digər amillərdən asılı olaraq texniki-iqtisadi cəhətdən 
əsaslandırılmalıdır. Qeyd etmək lazımdır ki, qapalı suvarma sis-
temləri müxtəlif konustruksiyalı borulardan tikilməklə açıq suvar-
ma sistemlərini əvəz edir. 
Respublikamızın  ərazisində öz axımı  və yağış yağdırma üsulu 
ilə suvarmada qapalı suvarma sistemlərindən hazırdada istifadə 
edilir.Belə şəbəkənin açıq kanallara nisbətən müəyyən üstünlükləri 


188 
vardır. 
Təsərrüfatdaxili açıq suvarma sistemləri aşağıdakı elementlər-
dən ibarətdir. 
1.Su mənbəyi-çay, su anbarı, göl, yeraltı sular, çirkab suları, sel 
suları və s.ola bilər. 
2.Baş qurğu-su mənbəyindən suvarma suyunu magistiral kanala 
ötürür. Baş qurğu yerin relyefindən asılı olaraq sipərli, bəndli, na-
sos stansiyalı və digər konstruksiyalı ola bilər. 
3.Magistiral kanal və ya ana kanal-baş qurğudan suyu qəbul 
edib paylayıcı kanallara nəql etdirir. 
4.Paylayıcı kanallar-təsərrüfat, sahə paylayıcı kanallardan iba-
rətdir. 
5.Tənzimləyici suvarma şəbəkəsi-öz axımı ilə suvarmada mü-
vəqqəti açıq suvarma şəbəkəsindən, elastik və sərt suvarma boru-
larından ibarət olur. 
6.Sutoplayan şəbəkə-suvarma sahələrində əmələ gələn artıq su-
ları kənar etmək üçün nəzərdə tutulur. Bura şoran torpaqların me-
liorasiya olunması üçün yaradılan kollektor-drenaj şəbəkəsidə da-
xildir. Bunlarda öz növbəsində təsərrüfat və sahə su toplayanlarına 
bölünür. 
7.Yol  şəbəkəsi-tarlalarla yaşayış  məntəqəsi arasında  əlaqə ya-
ratmaq və suvarma sisteminə xidmət etmək məqsədilə yaradılır. 
8.Meşə zolağı-suvarılan torpaqları, əraziləri küləkdən qorumaq, 
açıq kanallardan olan buxarlanmanın itgisini azaltmaq üçün 
nəzərdə tutulur. Meşə zolaqları daimi kanallar, sutoplayanlar və 
yol şəbəkəsi boyunca salınır. 
9.Suvarma kanalları, sutoplayanlar və yol şəbəkəsi üzərində 
olan hidrotexniki qurğular, kanalların su sərfini, sürətini nizam-
lamaq üçün qurğular, körpülər və s. 
Təsərrüfatdaxili suvarma sistemlərinin layihələndirilməsində 
daimi kanallar əkiləcək sahələrin sərhədindən keçdiyindən onların 
planda yerləşdirilməsi,  ərazinin təşkili ilə eyni vaxtda aparılma-
lıdır. 
Qapalı suvarma sistemlərində suyun suvarılacaq  əraziyə  nəql 
olunması  və orada paylanması yeraltı  və yerüstü basqılı boru 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə