Suvarma əKİNÇİLİYİ (Dərs vəsaiti)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə62/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34849
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   66

189 
kəmərlərinin vasitəsilə həyata keçirilir. 
Su mənbəyinin növündən ondakı su səviyyəsinin suvarılan 
əraziyə görə tutduğu mövqedən, yer səthinin mailliyindən və digər 
amillərdən aslı olaraq qapalı suvarma sistemləri mexaniki üsulla su 
ilə təminedilən və özübasqılı şəbəkələr şəklində tikilir. 
Mexaniki üsulla suyun borulardakı  hərəkəti və lazımi basqı 
nasos stansiyasının köməyi ilə  əldə edilir.Bu məqsədlə stasionar, 
səyyar və üzən nasos stansiyalarından istifadə olunur. 
Özübasqılı suvarma sistemlərində  təzyiq ter səthinin mailliyi 
hesabına yaradılır.Şəbəkələrdəki borularda suyun hərəkəti və 
lazımi basqının yaradılması üçün onların hidravliki mailliyi yer 
səthinin mailliyindən az olmalıdır. 
Suvarma sistemində suyun faydasız olaraq itməsi, istifadə olu-
nan suyun həcminin və suvarmadan ötrü nəzərdə tutulan sahələrin 
azalmasına, suvarma kanallarının en kəsik ölçülərinin artıq götü-
rülməsinə səbəb olur. Buna görədə suvarma sistemində su itkisi ilə 
mübarizə edilməsi və beləliklədə suvarma sisteminin faydalı  iş 
əmsalının yüksəldilməsi əsas məsələ hesab edilir. 
Suvarma sisteminin düzgün qurulmaması, növbəli əkin tarlala-
rının kiçik tarlalarda yerləşdirilməsi və suvarma sisteminin düzgün 
istismar edilməməsi nəticəsində hesablanan suyun müəyyən hissə-
si faydasız olaraq itir. Bu əsasən tarlalardan və kanallardan sızma-
ya, buxarlanmaya, sudan düzgün istifadə edilmədikdə onun 
suvarılan sahələrdən kənara axması ilə baş verir. 
Tarlaların suvarılmasında faydalı istifadə edilən suyun suvarma 
mənbəyindən götürülən Q miqdarına olan nisbətinə suvarma 
sisteminin faydalı iş əmsalı deyilir. 
W=Q
f
/Q 
Kanallarda suyun filtirasiyasını, su itkisini azaltmaq üçün aşağı-
dakı  tədbirlərin görülməsi məqsədəuyğun hesab edılir. Bununla 
yanaşı bu tədbirlərin aparılması torpaqların şorlaşmasnın, şorakət-
ləşməsinin, bataqlaşmasının qarşısının alınmasnda böyük rol oy-
nayır. 
1.Yaxşı olarki kanalların dib və yamacları beton üzlüklərlə 
örtülsün. 


190 
2. Kanalların dib və yamaclarını gil qatı ilə bərkitmək. 
3. Kanalların dib və yamaclarının duzlaşdırılması.Su itkisini 
azaltmaq məqsədilə kanalı su ilə dolduraraq onu axmaz vəziyyətdə 
saxlamaqla suya NaCl əlavə edilir. Kanalın 1m
2
  səthinə 0,3kq 
NaCl sərf edilirki bu da 10mm qalınlığında torpaq qatını duzlaş-
dırır. Bu da torpağın su keçirməməsini, su sızdırmasını azaldır. 
4. Kanalların dib və yamaclarını polietilen materiallarla üzlə-
məklə faydalı iş əmsalını artırmaq. 
Kollektor-drenaj şəbəkəsi dren, sutoplayan, kollektor və onlarla 
əlaqədar hidrotexniki qurğular kompleksindən ibarətdir.Tarixi 
mənbələrdə belə qurğulardan çox qədim zamanlarda istifadə edil-
diyi göstərilir. Məsələn, Orta Asiyada Buxara düzənliyinin Zəggəş 
məntəqəsində Teymurləngin hakimiyyəti dövrlərində tikilmiş 
”Əmir Teymur” kollektoru indiyədək qalmaqdadır. 
Şorlu torpaqlar yuyulan ərazilərdə üfüqi, şaquli və birləşmiş 
drenli kollektor-drenaj şəbəkələrindən istifadə edilir. 
Drenlərin növü ərazinin geoloji, hidrogeoloji, torpaq, topoqrafiq 
və təsərrüfat şəraitindən asılı olaraq texniki-iqtisadi hesablamalarla 
müəyyən edilir.Təcrübə, təzyiqli qrunt suları olan sahələrdə şaquli 
və ya birləşmiş drenli şəbəkələrin tikilməsinin səmərəliliyini təsdiq 
edir. 
 
 
 


191 
XII. Suvarmanın ekoloji problemləri 
 
Statistik məlumatlara görə dünyada suvarılan torpaqların sahəsi 
250mln. hektara çatır. Bu əkin sahələrinin yalnız 17%-ni təşkil et-
məsinə baxmayaraq əkinçiliyin bütün məhsulunun 1/3-ni təşkil edir. 
Torpaq bitkilər, heyvanlar, mikroorqanizmilər və digər canlılar 
yaşayan, yüz-ikiyüz illər  ərzində millimetrlərlə mürəkkəb proses-
lərdən sonra əmələ gələn, insanların yaşayış mənbəyi, bəşəriyyətin 
varlığında həlledici rol oynayan başlıca sərvətdir. 
Su canlı aləmdə həyat proseslərindəki vacibliyi nəzərə alınmaq-
la planetimizin ən qiymətli sərvəti adlandırılır. Alimlər hesab edir-
lər ki, Yer planetində  həyat məhz su daxilində suyun təsiri ilə 
əmələ  gəlmişdir. Təbiətdə bitki və canlı orqanizmlərdə baş verən 
bütün proseslər suyun iştirakı ilə  həyata keçir. Demək olar ki, 
bütün varlıqların ilk yaradıcısı sudur. 
Baxmayaraq kənd təsərrüfatı bitkilərinin suvarılması bəşəriyyət 
üçün faydalıdır, bununla yanaşı qeyd etmək lazımdır ki, o, ekoloji 
problemlər də yaradır. Təbii landşaftların aqroekosistemlərə çevril-
məsi ərazinin vəziyyətini dərin dəyişikliklərə uğradır.  
Azərbaycan Respublikasının Meliorasiya və irriqasiya haqqında 
qanununda qeyd olunduğu kimi meliorasiya və irriqasiya tədbirlə-
rinin həyata keçirilməsi  ətraf mühitin vəziyyətini pisləşdirməmə-
lidir. 
Suvarılan və meliorasiya olunmuş  və ya olunacaq torpaqlarda 
meliorasiya və irriqasiya ilə  əlaqədar olmayan tikinti və digər iş-
lərin görülməsi torpaqların su, hava və qida rejimini pisləşdirmə-
məli, meliorasiya və irriqasiya sistemlərinin, qoruyucu meşə 
zolaqlarının əkinlərinin istismarına mane olmamalıdır. 
Suvarma zamanı torpağa artiq normada su verdikdə, qida mad-
dələrinin alt qatlara yuyulması şiddətlənir. Suvarmaya verilən su-
yun normadan artıq olması suda həll olunan qida maddələrinin və 
humusun azalmasına səbəb olur. Belə ki, suvarma suyunun böyük 
normalarla verilməsi məhsuldarlığı artırmır,  əksinə torpağın rütu-
bətlənmə rejimini pozur, suyun faydasız itməsinə  səbəb olmaqla 
yanaşı, qrunt sularının səviyyəsini artıraraq  ərazinin bataqlaşma-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə