Suvarma əKİNÇİLİYİ (Dərs vəsaiti)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə65/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34849
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   66

198 
lardan məlum olur ki, respublikamızda hər il orta hesabla 45-50 
milyon ton torpaq və bununla birlikdə 750-800 min ton qida mad-
dələri yuyulur. 
Respublikamızda aparılmış tədqiqatlar sübut edir ki, yuyulmamış 
torpaqlarla müqayisədə eroziyaya uğramış dağ torpaqlarında torpa-
ğın yuyulma dərəcəsindən asılı olaraq humus, ümumi azot, fosfor və 
kaliumun miqdarı 1,5-3,0 dəfə azalır. Bu da torpaqda qida maddələ-
rinin azalmasına, torpaq münbitliyinin zəifləməsinə səbəb olur.  
Torpaq eroziyasının başlanması və inkişafına təsir edən bir qrup 
təbii amillərlə yanaşı, antropogen amillərində böyük rolu vardır. 
Beləki, otlaq və biçənəklərdə mal-qaranın nizamsız otarılması, təbii 
bitki örtüyünün məhv edilməsi, torpağın düzgün becərilməməsi, aq-
rotexniki qaydalara düzgün riayət olunmaması Yer səthi ilə hərəkət 
edən su axmının dağıdıcı fəaliyyəti üçün əlverişli şərait yaradır. 
Respublikamızın  ərazisi rütubətlə kifayət qədər təmin olunma-
yan bir zonada yerləşmişdir. Buna görədə kənd təsərrüfatı bitkilə-
rinin becərilməsi  əsasən suvarma şəraitndə aparılır.Ərazinin 
relyefinin müxtəlif olması, kənd təsərrüfatı bitkilərinin suvarılması 
zamanı suvarma norma və üsullarına düzgün riayət olunmadıqda 
irriqasiya eroziyası baş verir. Nəticədə torpağın humus qatı 
yuyulub dağılır və onun münbitliyi aşağı düşür. 
Yüksək mailli sahələrdə torpaq örtüyünü suvarma eroziyasın-
dan mühafizə etmək və bununla da torpağı yuyulub dağılmaqdan, 
aşınmadan qorumaq üçün hazırda alimlər tərəfindən bir sıra üsullar 
təklif edilmişdir. Bunlardan yamacı eninə  şumlamaq, kultivasiya 
etmək, kontur və  kəsik  şırımlı yerüstü suvarma texnikasını  tətbiq 
etmək.  Şırımın məcrasında torpağın strukturunu süni yolla dəyiş-
mək və s göstərmək olar. Bununla bərabər suvarma eroziyasının 
qarşısını almaq üçün suvarma texnikası, su sərfi,  şırımın və ya 
zolağın uzunluğu, suvarmanın müddəti elə seçilməlidir ki, suvarma 
zamanı eroziya prosesi minimuma ensin və ya qarşısı tam alınsın. 
Buna görə  də eroziyaya qarşı suvarma texnikası  tətbiq olunarkən 
həmin səthin mailliyi, torpağın tipi, onun mexaniki tərkibi, 
suhopdurma qabiliyyəti və s nəzərə alınmalıdır.Son illər aparılmış 
tədqiqatlar sübut edir ki, çiləmə üsulu ilə suvarmada yağışın 


199 
intensivliyi, suvarma norması,  ərazinin mailliyi və torpağın su-
fiziki xassələri suvarma eroziyasının inkişafına səbəb olur. 
H.Q.Aslanovun tədqiqatlarında mailliyi 0,02-0,03-dən artıq 
olan sahələrdə  şırımlara xüsusi məsafələrdə diskret su verməklə 
suvarma eroziyasına qarşı mübarizə üsulunun da tətbiqi yüksək 
nəticə verdiyi bildirilir.  
Suvarma eroziyası norrmal eroziya kimi, torpağın üst narın 
hissəciklərini tədricən yuyub apardığı üçün bir çox hallarda nəzərə 
çarpmır.Bunun nəticəsində torpağın su-fiziki xassələri, strukturu, 
münbitliyi pisləşir, sahələrdə  şırımlar, yarğanlar  əmələ  gəlir.  İrri-
qasiya eroziyası  əsasən meyilli sahələrdə suvarma norması artıq 
olduqda və ya selləmə üsulu ilə suvarma apardıqda  əmələ  gəlir. 
İrriqasiya eroziyası  Şirvan düzünün dağətəyi hissələrində, Mil-
Qarabağ, Gəncə-Qazax bölgələrində daha geniş yayılmışdır. 
Tədqiqatlar göstərir ki, suvarma normadan artıq olduqda və ya 
torpağın mexaniki tərkibi pis olduqda suyun bir hissəsi torpağa 
hopur, digər bir hissəsi isə maillik istiqamətində axaraq torpağın 
üst narın hissəciklərini, münbit qatını yuyub aparır. Yuyulub 
gətirilmiş torpaq hissəcikləri sahənin aşağı hissəsində çökərək, 
müxtəlif qalınlıqda qaysaq, əmələ gətirir. Bu yerlərdə torpağın su-
hava rejimi, fiziki xüsusiyyətləri pisləşir. 
Sahə normadan artıq və ya selləmə  şəklində suvarıldıqda bitki 
cərgələrinin arası tədricən yuyulur və bitkilərin torpaq səthinə yaxın 
olan kökləri çılpaqlaşır. Bunun da nəticəsində bitkilər zəif inkişaf 
edir, yaxud tamamı ilə quruyur.Yamacın üzüaşağı sahələri nor-
madan artıq suvarıldıqda eroziya güclənir, şırımlar geniş yarğanlara 
çevrilir və torpaqla bərabər qida maddələri yuyulub aparılır. 
İrriqasiya eroziyasının qarşısının alınmasında  əsas amillərdən 
biridə  kənd təsərrüfatı bitkilrinin suvarma texnikasına düzgün 
riayət etmək,  ərazinin mailliyinə diqqət yetirmək lazımdır. Məsə-
lən: suvarma şırımları sahədə düz xətt üzrə, eyni maillikdə çəkil-
məlidir. Şırımlarla suvarılan sahələrdə 0,002-0,007 ən yaxşı mail-
lik hesab olunduğu halda, təsadüfi halda 0,02-0,03-dən artıq 
mailliyə malik olan sahələrdə  də  şırım suvarması aparılır.Ancaq 
qeyd etmək lazımdır ki, asanlıqla yuyulan torpaqlarda, irriqasiya 


200 
eroziyasının qarşısını almaq məqsədilə maksimal maillik 0,01-dən 
artıq olmamalıdır. 
Bütün torpaqlarda mailliyi 0,0005-dən 0,02-yə qədər olan sahə-
lərdə zolaqlıa suvarma texnikasından kənd təsərrüfatı bitkilrinin 
suvarılmasında istifadə oluna bilər. Burada zolaqların eni ərazinin 
relyefindən,  əkiləcək bitkinin növündən və digər amillərdən asılı 
olaraq götürülür. 
M.İ.İsmayılovun  Şəmkir rayonunda apardığı  tədqiqat göstərir 
ki, bir istiqamətdə becərilən və suvarılan sahələrdə eroziya prosesi 
nəticəsində 23,8 t/ha torpaq yuyulur. Suvarma iki istiqamətdə, yəni 
çarpaz aparıldıqda yuyulan torpağın miqdarı xeyli azalır. Suvar-
manın istiqamətindən asılı olaraq eroziya prosesinin müxtəlif in-
tensivlikdə getməsi sahəyə verilən gübrələriin paylanmasına da 
təsir göstərir. Araşdırmalar nəticəsində  məlum olur ki, gübrələrin 
düzgün və vaxtında verilməməsi, suvarma suyu ilə onun 
yuyulmasına səbəb olur. 
Eyni uzunluğa və mailliyə malik olan şırımlarda suvarma su-
yunun sərfi artıqca, onun dağıdıcı, yuma qüvvəsidə müvafiq olaraq 
artır.Nəticədə şırımlarda torpağın münbit qatı daha intensiv yuyu-
laraq aparılır.Qoşqarçay hövzəsində aparılan tədqiqatlarda göstə-
rilir ki, 0,6 l/san su sərfində şırımların əvvəlində bulanıqlıq 3,6 q/l, 
axırında isə yuyulmalar nəticəsində 8,3 q/l olmuşdur. 
Suvarılan əkin sahələrində böyük şırımlar genişlənərək eroziya 
prosesinin şiddətlənməsi nəticəsində yarğanların, qobuların əmələ 
gəlməsinə  səbəb olur. Bu hadisə suvarma qaydalarına və norma-
larına düzgün riayət olunmayan, eroziyaya qarşı az davamlı olan 
torpaqlarda daha şiddətli gedir. 
Suvarılan əkin sahələrində irriqasiya eroziyasının əmələ gəlmə-
sinə suvarma vaxtı arxın daima eyni yerdən açılması da böyük 
təsir göstərir. Buna görədə istər müvəqqəti arxların, istərsədə təsər-
rüfat daxili paylayıcı kanalların yerləri lazım gəldikdə  dəyişdiril-
məlidir. 
Suvarılan torpaqlardan səmərəli istifadə edib, yüksək məhsul 
əldə etmək və torpaq münbitliyini qorumaq üçün irriqasiya erozi-
yasına qarşı mübarizə tədbirləri aparmaq lazımdır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə