Suvarma əKİNÇİLİYİ (Dərs vəsaiti)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə63/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34849
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   66

192 
sına, şoranlaşmasına şərait yaradır. Ümumiyyətlə suvarma suyun-
dan plansız və  səmərəsiz istifadə olunması torpağın su və onunla 
əlaqədar olan qida, istilik və hava rejimlərini pozur. 
Suvarmanın ekoloji problemlərinin öyrənilməsi sahəsində 
Ə.Q.Behbudov, V.R.Volobuyev, M.R.Abduyev, Q.Z.Əzizov, 
X.F.Cəfərov, E.M.Eyvazov, Ə.K.Əlimov və digər alimlər təcrübi 
və nəzəri əhəmiyyətli tədqiqat işləri aparmışlar. 
Torpaqdakı qida maddələri kənd təsərrüfatı bitkiləri tərəfindən 
mənimsənildiyi üçün onun münbitliyi ildən-ilə tədricən azalır.Belə 
ki, qida maddələrinin bir hissəsi suvarma suyu ilə yuyulub 
aparıldığı üçün, münbitliyin azalması suvarılan torpaqlarda daha 
tez baş verir.Buna görədə münbitliyi bərpa etmək, onu artırmaq 
məqsədilə suvarılan torpaqlara hər il kifayət qədər üzvi və mineral 
gübrələr verilməlidir. 
Suvarılan torpaqlarda yüksək normada tətbiq edilən gübrələrin 
xeyli hissəsi yuyularaq səmərəsiz itir, qrunt və  səthi sulara 
qarışaraq nəinki suları, hətta ətraf mühiti çirkləndirir. 
Aparılmış hesablamalara görə pespublikamızda son illərdə su-
varılacaq  ərazilərin sahəsi xeyli artmışdır. Bu da torpaqəmələ-
gəlmə prosesinə və məhsuldar torpaq qatının əmələ gəlməsinə ki-
fayət qədər təsir göstərir.Suvarma normalarına və vaxtlarına düz-
gün riayət olunmadıqda torpağın məhsuldar qatı o qədər azalır ki, 
bu da kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün yararsız hesab 
olunur. 
Kənd təsərrüfatı bitkilərinin suvarma rejiminin düzgün qəbul 
edilməməsi, qrunt sularının təbii və süni axarı olmayan, yaxşı ha-
zırlanmamış sahələrdə  təkmilləşdirilməmiş suvarma texnikasının 
tətbiqi külli miqdarda su itkisinə səbəb olur ki, bu da ərazinin me-
liorativ cəhətdən pisləşməsinə  gətirib çıxarır.Bəzən qrunt sularının 
səviyyəsinin kəskin qalxması halları torpaq məcralı təsərrüfatdaxili, 
təsərrüfatlararası kanallar ətrafı sahələrdə  də müşahidə olunur. Bu 
da ərazinin bataqlıqlaşmasına, izafi nəmliyin artmasına səbəb olur. 
Cərgəarası becərilən bitkilərdə  şırım becərmə zamanı açılır və 
bu vaxt torpağın strukturası dağılır, yumşalır. Ona görə də torpağın 
eroziyaya qarşı davamlılığı  zəifləyir. Suvarma norması  və ya 


193 
suyun sürəti bir qədər çox olarsa bu zaman yuyulma baş verir, 
nəticədə eroziya təhlükəli hal alır.Belə eroziya prosesi ərazinin 
landşaftını  dəyişir, torpaqların münbitliyinin, həmin torpaqlarda 
becərilən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının aşağı düş-
məsinə  səbəb olur. Bunları aradan qaldırmaq məqsədilə suvarma 
tətbiq edilərkən eroziyaya qarşı mütərəqqi suvarma texnologiyası 
tətbiq edilməlidir. 
Suvarma prosesi ilə yanaşı gedən, eləcə  də onun nəticəsi olan 
dəyişkənliklərin öyrənilməsinə kompleks yanaşmanı  təmin edən 
çox amilli stasionar tarla təcrübələrinin aparılması, suvarılan 
ərazilərdə müasir tədqiqat üsullarının tətbiqi, aridliyin müxtəlif 
şəraiti üçün xarakterik olan qanunauyğunluqları müəyyən etməyə 
imkan verir. Hazırda əldə olunan nəticələr onu göstərir ki, suvarma 
əkinçiliyində suvarmalaın, gübrələrin və bitkilərin mühafizəsi 
vasitələrinin intensiv tətbiqi ilə  əlaqədar olaraq ekoloji amillərin 
qarşılıqlı  təsirində yeni qanunauyğunluqlar  əmələ  gəlir.Təbiətin, 
ətraf mühitin, torpaqların çirklənmədən mühafizəsi sahəsində 
xüsusi tədbirlərin işlənib hazırlanması zərurəti yaranır. 
Müasir dövrdə  kənd təsərrüfatında tarla və plantasiyalara külli 
miqdarda kimyəvi maddələr, meliorantlar, gübrələr, pestisidlər, 
funqisidlər, herbisidlər və s tətbiq edilir. Kənd təsərrüfatında kim-
yəvi maddələrin, gübrələr və pestisidlərin, zəhərli maddələrin, 
heyvandarlıq komplekslərinin tullantılarının su mənbələrinə daxil 
olması  təhlükəsi yaranır. Buna görə  də  kənd təsərrüfatı  işlərinin 
texnologiyasında zəhərli maddələrin istifadəsindəki optimal təd-
birlərin düzgün müəyyənləşdirilməsi onların torpağa, su mənbələ-
rinə və havaya göstərə biləcəyi zərərli təsiri azalda bilər. 
Qeyd etmək lazımdır ki, torpağın çirklənməsi suyun və atmos-
fer havasının çirklənməsinə  və  əksinə, suyun və havanın çirklən-
məsidə torpağın çirklənməsinə səbəb olur. 
Torpağa düşmüş kimyəvi maddələr torpaq elementləri ilə reak-
siyaya girərək onun quruluşunu və kimyəvi tərkibini pozur, yarar-
sız vəziyyətə salır, mikrobioloji prosesləri zəiflədir və ya tamam 
dayandırır. Nəticədə bunlar insanlar və heyvanların zəhərlənmə-
sinə, bitkilərin inkişafdan qalmasına və  məhsuldarlığın aşağı 


194 
düşməsinə səbəb olur. 
Radionuklidlər yer səthinə  əsasən atmosfer çöküntüləri vasitə-
silə daxil olur və onların maksimum çöküntüləri yaz-yay fəsillə-
rinə təsadüf edir. Bu qanunauyğunluq atmosferdə gedən meteroloji 
proseslərlə  əlaqədardır.Su mühitində atmosferin radionuklidləri 
suspenziya  şəkilində  həll olur ki, bu vəziyyətdə  də onlar torpağa 
hoparaq qrunt sularına daxil olur. 
A.N.Ratnikov göstərir ki, bir çox hallarda atmosferdən torpağa 
daxil olan radionuklidlər torpağın səthində (0-2 sm) toplanır. 
Torpağın dərin  şumlanması radionuklidlərin konsentrasiyasının 
azalmasına gətirib çıxarır.  Şum qatı artdıqca radionuklidlərin bit-
kilər tərəfindən mənimsənilməsi 20-30% azalır. Bu da onu göstərir 
ki, dərin  şum aparılmasının aqronomiki əhəmiyyəti ilə yanaşı, 
ekoloji  əhəmiyyətidə böyükdür. Buna görədə suvarma əkinçiliyi 
tətbiq edilən bölgələrdə bitkilərin bioloji xüsusiyyətlərindən, 
torpaq-iqlim şəraitindən asılı olaraq dərin şum aparılmalıdır.Dərin 
şum nəinki radionuklidlərin azalmasına, hətta bitki köklərinin 
dərin qatlara işləməsi üçün əlverişli şərait yaradır. Bu da torpaqda 
fitokütlənin artmasına səbəb olur. Torpaqda fitokütlənin artmasıda 
radionuklidlərin azalmasına əhəmiyyəti təsir göstərir. 
Suvarmanın ən təhlükəli nəticələrindən biri də torpaqların şor-
laşmasıdır (duzlaşmasıdır). Statistik məlumatlara görə,  şorlaşma 
nəticəsində dünyada hər il 300 min ha suvarılan torpaq dövriyədən 
çıxır. Suvarmanın qədimdən istifadə olunduğu ölkələrdə (Misir, 
Hindistan, Pakistan, İrak və s) torpaqların  şoranlaşması prosesi 
geniş yayılmışdır. Zərərli duzların torpağın üst qatında həddən 
artıq toplanması  nəticəsində suvarılan,  əkinə yaralı torpaqlar 
yararsız hala düşür. 
Suvarma prosesi nəinki torpağın aqrokimyəvi xassələrinə, elə-
cədə torpağın aqrofiziki xassələrinə  də  təsir edir. Ancaq qranulo-
metrik tərkib  əsaslı  dəyişikliklərə  məruz qalmır. Suvarma prose-
sində torpaq səthindən suvarma suyu ilə yuyulub gələn narın his-
səciklər digər yerlərdə çökərək torpağı qida maddələri ilə zəngin-
ləşdirir. Hətta bəzi vaxtlarda qida maddələri yuyularaq torpağın 
dərin qatlarına keçir. Suvarma suyu normadan artıq verildikdə və 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə