Suvarma əKİNÇİLİYİ (Dərs vəsaiti)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə64/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34849
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   66

195 
ya sahədə aqrotexniki qaydalara düzgün riayət olunmadıqda torpaq 
irriqasiya eroziyasına uğrayaraq, xırda hissəcikləri, humusla zən-
gin qatı yuyur. İrriqasiya eroziyası  ən kiçik yamaclarda, maillik-
lərdə yarandığı üçün suvarılan sahələrin düzgün planlaşdırılması, 
hamarlanması əsas məsələlərdəndir. 
Suvarılan torpaqlarda qrunt sularının səviyyəsinin qalxmasının 
və bununla əlaqədar olaraq baş verə biləcək şorlaşmanın qarşısını 
almaq üçün suvarma əkinçiliyində yüksək aqrotexniki kompleks 
tədbirlər tətbiq edilməli, suvarma şəbəkələrindən düzgün istifadə 
olunmalı, mütərəqqi suvarma üsullarına geniş yer verilməli, 
suvarma normalarına və qaydalarına düzgün riayət olunmalıdır. 
Kənd təsərrüfatı bitkiləri suvarılan zaman artıq su itkisinə yol 
verilməməsi üçün suvarma arxlarının uzunluğu mümkün qədər 
azaldılmalı, sahəyə verilən suvarma suyunun miqdarı bitkilərin 
tələb etdiyi normadan artıq olmamalı, baş verən sızma itkilərinin 
qarşısını almaq üçün bütün böyük suvarma şəbəkələri su keçirmə-
yən materiallarla üzlənməlidir. 
Sızma itkilərinin qarşısını almaq məqsədilə suvarma kanalları-
nın kənarlarında meşə zolaqlarının salınması daha məqsədəuyğun 
hesab edilir. 
İrriqasiya eroziyasının qarşısını almaq məqsədilə yağış yağdır-
ma üsulundan istifadə etmək əhəmiyyətlidir. Artıq su israfına yol 
verməmək üçün imkan daxilində yerli şəraiti nəzərə alaraq mü-
tərəqqi suvarma (yağış yağdırma, damcı üsulları) üsullarından 
suvarmada geniş istifadə olunmalıdır. 
B.A.Zimoves və başqaları (1998) suvarma zamanı torpaqların 
tənəzzülü ehtimalı ilə bağlı olan antropogen təsirlərə ekoloji məh-
dudiyyətlər qoyulması sistemini təklif etmişdir.Bu sistemə  aşağı-
dakı ekoloji məhdudiyyətlər və tələblər daxildir. 
- suvarma zamanı torpağın fiziki xassələrinin tənəzzülü ilə; 
- torpaqların duzlaşmasının,  şoranlaşmasının və çatlamasının 
inkişafı ilə; 
- torpaqların turşlaşması ilə; 
- torpaqların bataqlaşmasının və torflaşmasının inkişafı ilə; 
- torpaqların irriqasiya eroziyasının inkişafı ilə; 


196 
- torpaqların çürüntüsüzləşməsinin inkişafı ilə; 
- torpaqların çirklənməsinin inkişafı ilə; 
-Suvarılan torpaqlarda biotun növ tərkibinin və sayının 
əlverişsiz dəyişməsi ilə. 
Suvarılan aqroekosistemlərin ekoloji baxımdan təhlükəsiz fəa-
liyyətinə  təbii və antropogen amillərin balanslaşdırılmış qarşılıqlı 
təsiri şəraitində nail olmaq mümkündür. 
Suvarmanın əsas ekoloji problemlərindən biri də ərazidə təkrar 
şorlaşmanın  əmələ  gəlməsidir.V.A.Kovda torpaqların təkrar  şor-
laşma prosesinin aşağıdakı genetik cəhətdən bağlı olan və məkan-
ca qanunauyğun birləşən mərhələlərini qeyd edir. Bunlar aşağıda-
kılardır: 
1.Kanallar buyunca torpaqların şoranlaşması; 
2.Suvarılan əraznin ümumi şoranlaşması; 
3.Bəzi sahədaxili köhnə suvarılan ərazilərin şoranlaşması; 
Təkrar  şorlaşma zamanı torpaqların bir çox kimyəvi xassələri 
əsaslı surətdə dəyişir. Bu da əkinə yaralı torpaqların azalmasına sə-
bəb olur. 
Yüksək və sabit kənd təsərrüfatı  məhsulları  əldə etmək üçün 
torpağın böyük hissəsi suvarılandır. Baxmayaraq ki, suvarma fer-
merlərə öz gəlirlərini yaxşılaşdırmağa kömək edir, ancaq suvar-
manın kənd təsərrüfatına mümkün olan mənfi təsirləri də vardır ki, 
bunlar da nəzərə alınmalıdır:  
Əgər göllərdən, çaylardan və qrunt sularından götürülən suyun 
miqdarı normadan artıq olarsa, bu su resurslarının məhvinə səbəb 
olar və eko- sistemə pis təsir göstərə bilər;  
Quraqlıq və yarım-quraqlıq ərazilərdə hədsiz suvarma torpağın 
duzluluğunun artmasına səbəb ola bilər, bu da torpağı kənd təsər-
rüfatı üçün yararsız edə bilər.  
İntensiv suvarma torpağın eroziyasına səbəb ola bilər;  
Çiləmə  və bol axıtma yolu ilə aparılan suvarma torpağın üst 
qatının quruluşuna zərər vura bilər. Torpaq strukturu dağıla bilər 
və torpaq hissəcikləri məsamələrdə toplana bilər, bunun nəticə-
sində bərk üst qat (qaysaq) əmələ gələ bilər. Bu da torpaqda hava 
mübadiləsini zəiflədər və torpaq canlılarına zərər yetirə bilər;  


197 
Düzgün olmayan suvarma bitkilərdə stres vəziyyətlər yarada 
bilər, onların zərərverici və  xəstəliklərə qarşı gücünü zəiflədər. 
Quraqlıq  ərazilərin  əksər bitkiləri hətta az müddətli olsa belə, su 
basma təsirinə  məruz qalırlar. Günün isti vaxtında suvarmanın 
aparılması bitkidə soluxmaya səbəb ola bilər.  
 
12.1. Suvarma eroziyası, onun aradan qaldırılması yolları 
 
Eroziya uğramış torpaqlardan səmərəli istifadə etmək məqsədi-
lə, onlar hər tərəfli öyrənilməli və lazımı tədbirlər nəticəsində yük-
sək keyfiyyətli məhsul  əldə edilməsi günün aktual məsələlərin-
dəndir. Bu məsələnin düzgün həlli hər bir bolgənin torpaq-iqlim 
şəraitinin hər tərəfli dərin elmi təhlil etməklə  bərabər torpaq 
münbitliyinin qorunmasından irəli gəlir. 
Eroziya zamanı torpağın üst təbəqəsindən müxtəlif irilikli tor-
paq hissəcikləri yuyularaq və ya sovrularaq bir yerdən digər yerə 
hərəkət edir. Bu zaman bəzi yerlərdə  dərə, digər yerlərdə isə  tə-
pəciklər  əmələ  gəlir ki, bu da ərazinin landşaftının dəyişməsinə 
səbəb olur. 
Eroziya prosesinin inkişafı  nəticəsində torpaqla birlikdə külli 
miqdarda qida maddələri yuyulub aparılır.Amerka tədqiqatçısı 
Bennetin fikirincə ABŞ-da hər il eroziya prosesi nəticəsində 92 
milyon ton azot, fosfor, kalsium və kalium yuyulub kənrlaşdırılır. 
V.A.Kovdanın tədqiqatlarına  əsasən müəyyən olunmuşdur ki, 
eroziya proseslərinin təsirindən hər il dünyada 6-7 milyon hektar 
torpaq sahəsi yararsız hala düşür.Bir çox dünya alimlərinin, o 
cümlədən Fransız alimi A.Qerrenin məlumatlarına əsasən dünyada 
son 100 ildə eroziyalar və defilyasiyalar nəticəsində 20 milyon 
km
2
-dən çox torpaq sahəsi yararsız hala düşmüşdür ki, bu da 
ümumi  əkin üçün yararlı torpaq sahələrinin 27%-ni təşkil edir. 
Əksər ölkələrdə olduğu kimi respublikamızda da eroziya və defil-
yasiya prosesi geniş yayılmışdır.Elmi-Tədqiqat Eroziya və 
Suvarma  İnstitutunun məlumatlarına  əsasən Respublikanın torpaq 
fondunun 41,8%-ni, bəzi rayonlarda isə 75-80%-ni müxtəlif dərə-
cədə eroziyaya uğramış torpaqlar təşkil edir. Digər bir araşdırma-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə