Suvarma əKİNÇİLİYİ (Dərs vəsaiti)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34849
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   66


I. GİRİŞ 
 
Azərbaycan Respublikası Prezdentinin 25 avqust 2008-ci il ta-
rixli sərancamı ilə təsdiq edilmiş 2008-2015-ci illərdə Azərbaycan 
Respublikasında  əhalinin  ərzaq məhsulları ilə etibarlı  təminatına 
dair dövlət proqramı ölkənin iqtisadi siyasətinin başlıca istiqamət-
lərindən birini təşkil edir. 70-ci illərdən başlayaraq dünya ictimay-
yətini təbiətdə gedən qlobal dəyişikliklərin nəticələri və ətraf mü-
hitə antropogen təsirin ölçüləri, onun mühafizəsi məsələləri daha 
çox düşündürməyə başlamışdır. 
Dünyada torpaq və su resurslarından daha çox istifadə edilir.Bu 
sahə geniş  əraziləri  əhatə etdiyindən təbiətə güclü təsir göstərir, 
regionların hidrogeoloji şəraitini, təbii landşaftını və tarixən əmələ 
gəlmiş bitki, heyvanat aləminin birgə mövcudluq şərtlərini  əsaslı 
şəkildə dəyişdirir. 
Əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəməyin 
əsas yollarından biri də torpaqların məhsuldarlığının artırılmasıdır. 
Bu da bir sıra aqrotexniki tədbirlərlə yanaşı suvarma işlərinin 
düzgün və vaxtında təşkil edilməsindən çox asılıdır. 
Müqəddəs kitabımız olan “Qurani Kərim”in bir çox surələrində 
qeyd olunmuşdur: Biz göydən tərtəmiz su endirdik ki, onunla ölü 
bir yerə can verək, yaratdığımız heyvan və insanları sulayaq, 
(Furqan, 25/48-49). Biz göydən bərəkətli su endirdik ki, sonra 
onunla bağlar və biçilən taxıl dənləri yetişdirdik (Qaf , 50/9). “Biz 
göydən yağış yağdırdıq və yerdə  hər cütdən bir bitki yetişdirdik” 
(Loğman” 31-10). Bir ölkəyə sürərək buludları, ölmüş ikən dirildə-
rik torpağı (muminin 23-18)”; “Görürsən qup-qurudur yer üzü bə 
elə ki, üstünə su endiririk, tərpəşib oyanır, dirilir torpaq, hər gözəl 
bitkidən növ-növ bitirir (həcc 22-5)”.Göründüyü kimi susuz 
torpağın ölü olduğu “Qurani Kərim”də də göstərilmişdir. Buna gö-
rədə quraqlıq bölgələrdə kənd təsərrüfatı bitkiərini suvarma olma-
dan yetişdirmək, ondan yüksək məhsul almaq mümkün olmadığı 
bu gündə mövcuddur. 
Su canlı aləmdə  həyat proseslərindəki vacibliyi nəzərə alın-
maqla planetimizin ən qiymətli sərvəti adlandırılır.Alimlər hesab 



edirlər ki, Yer planetində həyat məhz su daxilində suyun təsiri ilə 
əmələ  gəlmişdir.Təbiətdə bitki və canlı orqanizmlərdə baş verən 
bütün proseslər suyun iştirakı ilə həyata keçir.Demək olar ki, bütün 
varlıqların ilk yaradıcısı sudur.Su istər kənd təsərrüfatında, istərsə 
də sənayedə zəruri komponentdir. 
Hazırda dünya ölkələrinin böyük əksəriyyətində aqrar sahənin 
səmərəli inkişafı yalnız iri miqyaslı irriqasiya sistemlərinin tətbiqi 
ilə suvarmanın həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. 
Statistik məlumatlara  əsasən hazırda dünyada suvarılan torpaq 
sahələri təxminən 220-230 milyon hektar təşkil edir.Bu əkin 
sahələrinin yalnız 17%-ni təşkil etməsinə baxmayaraq, istehsal 
olunan ümumi kənd təsərrüfatı, o cümlədən əkinçiliyin bütün məh-
sullarının 50%-dən çoxu həmin ərazilərdən götürülür. 
Respublikamızda kənd təsərrüfatının bütün sahələrinin hərtərə-
fli, dinamik və davamlı inkişafı su ehtiyatımızdan səmərəli istifadə 
edilməsindən, onun mühafizəsindən çox asılıdır.Statistik məlumat-
lara görə hazırda respublikamızın ərazisində 1,426 mln hektar su-
varılan  əkin sahəsi vardır. Mövcud su ehtiyatlarımızdan səmərəli 
istifadə olunsa, torpaqlarımızın meliorativ vəziyyətini yaxşılaş-
dırsaq, suvarma sistemlərini yeniləşdirərək suvarılan ərazilərimizin 
sahəsini 3,2 mln hektara kimi genişləndirmək mümkündür. Ölkədə 
suvarılan sahələrin  ən çoxu 46,7%-I (665,3 min ha) Aran böl-
gəsinin payına düşür. Ən az suvarılan torpaqlara isə Lənkaran böl-
gəsində rast gəlinir. 
Statistik məlumatlara görə respublikamızda istehsal olunan 
kənd təsərrüfatı məhsullarının 80-85%-ə qədəri bu və ya digər də-
rəcədə suvarma şəraitində yetişdirilir. 
Suvarma  əkinçiliyi kifayət qədər rütubətliyə malik olmayan 
rayonlarda kənd təsərrüfatının intensivləşdirilməsində başlıca 
istiqamətlərdən biridir. Kənd təsərrüfatı bitkilərinin suvarma şərai-
tində yetişdirilməsi ilə suvarma əkinçiliyi elmi məşğul olur. Kənd 
təsərrüfatı bitkiləri vegetasiya dövründə normal nəmliklə  təmin 
olunmadıqda suvarmaya ehtiyac duyulur.Quraq rayonlarda suvar-
ma bütün kənd təsərrüfatı bitkilərindən sabit və yüksək məhsul 
alınmasını təmin edir. 



II. Suvarma əkinçiliyinin məqsədi və vəzifələri 
 
Respublikamızın kifayət qədər su çatışmayan rayonlarında kənd 
təsərrüfatı bitkilərindən yüksək və sabit məhsul götürmək üçün 
suvarma ən vacib, təxirəsalınmaz amillərdən biridir.Belə ki, kənd 
təsərrüfatı bitkilərinin vegetasiya dövründə və ya müəyyən inkişaf 
fazalarında təbii rütubət çatışmamasına görə bitkilərin suvarılması 
zərurəti yaranır. 
Suvarma torpağın münbitliyini bərpa edən elementlərdən biri 
olub bitkinin su tələbatını ödəməklə yanaşı, həm də torpağın istili-
yinə, hava rejiminə, kimyəvi tərkibinə  və ondakı bakteriyaların 
mikrobioloji fəaliyyətinə təsir göstərir.  
Torpağın digər amillərlə yanaşı su ilə sıx surətdə qarışılıqlı əla-
qədə olması, bitkilər tərəfindən işığın mənimsənilməsi prosesinin 
sürətlənməsinə nail olur ki, bu da öz növbəsində yüksək məhsul 
götürülməsində mühüm rola malikdir. 
Suvarma, bitkilərin torpaqdakı mineral maddələrin və torpağa 
verilən gübrələrin qida elementlərinin tam mənimsənilməsi üçün 
çox  əlverişli imkan yaratmaqla bərabər, kimyalaşdırmanın tət-
biqinə geniş imkan yaradır. 
Beləliklə, suvarma əkinçiliyi  şəraitində yalnız intensivləşdiril-
məsi, suvarılması, kimyalaşdırılması və kompleks mexanikləşdiril-
məsinin birgə yüksək səviyyədə  tətbiqi sayəsində  məhsuldarlığı 
maksimum inkişaf etdirmək olar. 
Bütün bunlar suvarılan torpaqlardan daha məhsuldar istifadə 
edərək kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının istehsal pro-
sesini artırıb, əkinçiliyin ən ali forması kimi qiymətləndirilməsinə 
imkan verir. 
Svarmanın əsas məqsədi torpaqda əkinçilik üçün əlverişli şərait 
yaradılması, torpağın münbitliyinin qorunub saxlanması  və yük-
səldilməsi əsasında kənd təsərrüfatı məhsulları istehsalının sabitli-
yini, onun yüksəldilməsini təmin etmək, az məhsuldar, quraqlıq 
əraziləri rütubətləndirərək kənd təsərrüfatı dövriyyəsinə  cəlb et-
məkdən ibarətdir. 
Suvarma suyuna qənaət edilməsi, sərf olunmuş  hər m
3
 sudan 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə