Suvarma əKİNÇİLİYİ (Dərs vəsaiti)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34849
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   66

41 
və suvarma aparmadan belə yerlərdə məhsul yetişdirmək mümkün 
olur. Belə yerlərə dəmyə şəraitdə sabit məhsul götürülməsi müm-
kün olan rayonlar aiddir.  
Əgər atmosfer çöküntülərinin illik miqdarı torpağın su məsari-
findən az olarsa belə yerlərdə su balansı vahiddən kiçik, yaxud 
mənfi olur və suvarma aparmadan yüksək məhsul götürmək müm-
kün olmur. Belə yerlərdə  kənd təsərrüfatı bitkilərinin suvarılması 
vacib  şərtdir.Əlbətdə balans göstəriciləri arasında fərq nə  qədər 
çox olarsa suvarma ehtiyacı və suvarmaya olan su səfiyyatı tələbatı 
da bir o qədər artıq olur. 
Atmosfer çöküntülərinin illik miqdarı torpaqdan olan su məsari-
finə bərabər olduqda su balansı da vahidə bərabər olur.Belə yerlərə 
də dəmyə rayonları, özüdə qeyri-sabit məhsul götürülən dəmyə ra-
yonları aid edilir. Bu yerlərdə  məhsulun alınması yalnız yağmur-
ların az və ya çox düşməsi ilə əlaqədar olaraq təbii iqlimdən çox 
asılı  vəziyyətdə qalır.Bu cür hallar dağətəyi rayonlarda daha çox 
müşahidə olunur. 
A.Q.Zamaryayev, Q.V.Çanovskaya görə illik su balansı 
aşağıdakı formula ilə təyin edilir. 
O=S+V+E+W+V
1
 
Burada: O- Atmosfer çöküntüləri 
S-səthdən axım 
V- yerli yeraltı axım 
E-cəmi buxarlanma (torpaq səthindən olan E
n
 və bitkilərin  
transpirasiyası E


W-torpağın üst bir metrlik qatında nəmlik ehtiyatının dəyiş-
məsi. 
V
1
-qrunt suları ehtiyatının dəyişməsi 
Nəmliklə  təmin olunan, yəni su balansı müsbət olan yerlərə 
qumid zona, su balansı mənfi olan yerlərə arid zona deyilir. 
Dünyada arid və yarımarid zonalar qurunun 60%-ni əhatə edir. 
Qumid zonaya ABŞ, Avropa və Kanadanın mərkəzi hissəsi və 
şimal zonası tropik qurşağının  əksər hissəsi, Cənubi Amerka, 
Asiya və Afirkanın əksər dağ rayonları və s aid etmək olar. 
Arid zonaya İsrail, Mekska, Pakistan, İran, Səudiyyə  Ərəbis-


42 
tanı, ABŞ-ın 10-dan çox ştatı və s daxil edilir. 
Ümumiyyətlə belə hesab edilir ki, illik yağmur 300mm-dən az 
olan dəmyə yerlərində  məhsuldarlıq qeyri-sabit olur.Ancaq şimal 
rayonlarında illik yağmur 200-250mm olduqda da əkinçilik müm-
kündür. Çünki belə yerlərdə suyun torpaq və bitkilər tərəfindən 
məsarifi az olur. 
Statistik məlumatlardan məlum olur ki, Qara dənizin Qafqaz 
hissəsində Batumi ərazisində 2000mm, Kubanda 800-1000mm, 
Estoniya, Latviyada 800mm, Ukrayina, Belarusiyada 600-700mm, 
Kazaxstanda 150-200mm ətrafında yağmur düşür. 
Respublikamızda  ən çox yağmur Talış dağlarının  ətəklərində 
1600-1700mm,  ən az isə Abşeron yarımadasının cənubunda 150-
200mm düşür.Qeyd etmək lazımdır ki, illik yağmurun miqdarı 
400mm-dən az olan yerlər suvarma tələb edir. 
Professor V.P.Norsikov bitkilərin məhsuldarlığını hidrometero-
loji əmsalla əlaqələndirir.Hidrometeroloji əmsal dedikdə bitkilərin 
vegetasiya dövründə istiliyi +10 C
0
-dən yuxarı olan günlərdə 
düşən cəmi yağmurda, həmin dövrdəki orta gündəlik temperatur 
cəminə (10 dəfə azaldılmış) nisbəti başa düşülür.O, hidrometero-
loji  əmsal 0,4-dən az olduqda quru, 0,4-0,7 çox quraqlıq, 0,7-1,0 
quraqlıq, 1,0-1,3 zəif quraqlıq, 1,3-1,6 lazımı dərəcədə nəmlənmə 
və 1,6-dan artıq olduqda isə həddindən artıq nəmlənmə adlandırır. 
Professor V.P.Norsikov hər ilin məhsuldarlığını həmin əmsalla 
əlaqələndirir və digər yerlərdə  də bunu nəzərə almağı tövsiyyə 
edir.Buna uyğun olaraq hər zona üçün nəmliyi toplamaq, saxlamaq 
və ondan səmərəli istifadə etmək tədbirlərini işləyib hazırlamağı 
məsləhət görür. 
Yağmurların ümumi illik miqdarından başqa onların düşmə 
vaxtlarıda böyük təsərrüfat  əhəmiyyəti kəsb edir. Az strukturalı 
torpaqlarda payızın çox və yazin erkən çiskin yağmurları torpağa 
hoparaq nəmlik ehtiyatı yarada bilir. 
Ümumiyyətlə torpaqda nəmlik ehtiyatı əsasən payız və qış yağ-
murları hesabına yaranır. Əlbətdə yağmurların lazımı miqdarda və 
il boyu bərabər paylanması bikinin və torpağın normal su rejimini 
təmin edə bilərdi.Ancaq belə hala çox az yerlərdə təsadüf edilir. 


43 
Quraq rayonlarda yayda düşən yağmur torpaqda çox saxlanıl-
masada bitkiyə müəyyən qədər kömək edir.Bəzən belə yağmurlar 
təsərrüfatçılar arasında müəyyən aldadıcı bir hala səbəb olur.Belə 
yay yağışından qabaq suvarma tələb olunduğu halda yağışdan 
sonra, arxayınçılığa qatılıb suvarmanı bir qədər gecikdirirlər. Hal-
buki  əkin qatının köklər yerləşən hissəsində  nəmlik yoxdur, bitki 
bar orqanlarını tökür, bir sözlə susuzluqdan korluq çəkir. 
Ədəbiyyat məlumatlarından aydın olur ki, torpağa hər bir mm 
yağmur düşərkən hektara 10m
3
 (10 ton) su düşür.Respublikanın 
aran bölgəlrində yayda bir dəfədə yağan yağmur adətən 10-15mm-
dən artıq olmur.Bu da 100-150m
3
 su təşkil edir.Suvarma üçün isə 
800-1200m
3
 su tələb olunur. Bundan başqa yayda düşən yağmurun 
əksər hissəsi tez bir anda, hətta düşən kimi atmosferə buxarlanır. 
Buna görədə mütəxəssislər belə məsələlərə diqqət yetirməlidir. 
Qeyd etmək yerinə düşərdi ki, bitkilər təkcə suyun torpaqda 
çatışmamazlığından deyil, onun artıqlığından da ziyan çəkirlər. 
Belə ki, nəmlik artıq olan torpaqlarda hava çatışmır, bitki kökləri 
və xeyirli mikroorqanizmlər tənəffüzsüz qalır nəticədə fəaliyyətləri 
zəifləyir, bəzi hallarda isə tamamilə  məhv olub sıradan çıxır, 
nitratların denitrifikasiyası baş verir.  
 
4.4. Suyun torpaqla əlaqə formaları 
 
Su torpaqda bir neçə formada olur. Bunlar müəyyən qüvvələr 
təsiri altında olub, müəyyən qanunauyğunluqlara tabedirlər.Su 
formalarıda bitkilərin məhsuldarlığına və  məhsulun keyfiyyətinə 
əsaslı təsir göstərirlər. 
Su torpaqda buxar halında, hiqroskopik, pərdə, kapilyar, qravi-
tasiya və kimyəvi birləşmə formalarında olur. 
Buxar halında olan su. Bu su torpaqda su buxarının torpaq 
hissəcikləri tərəfindən tutulub saxlanılan hissəsidir. Buna sorbsion 
su da deyilir. Torpaqda isti yerdən soyuq yerə  tərəf hava hərəkət 
edərkən onun nisbi rütubəti artır və doymuş hala çatdıqda maye 
halına keçərək torpaq şehini  əmələ  gətirir ki, bundan da bitki 
istifadə edə bilir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə