Suvarma əKİNÇİLİYİ (Dərs vəsaiti)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34849
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   66

32 
transpirasiya  əmsalı artır və xüsusilə quru küləkli havalarda daha 
çox olur.Çox isti və quru havalarda yarpaq ağızcıqları o qədər 
açılır ki, hətta torpaqdan bitkinin qəbul etdiyi su transpirasiyaya 
sərf olunan suyun yerini doldura bilmir. 
Transpirasiyaya torpaq şəraitinində müəyyən təsiri vardır. Tor-
paq məhlulunun osmotik təzyiqi nə qədər artıq olarsa, transpirasiya 
əmsalıda o qədər az olur. 
Strukturalı torpaqlarda da transpirasiya əmsalı  aşağı olur. 
V.V.Klasnikovun təcrübələrində aqreqatların iriliyi 0-3mm olan 
torpaqda becərilən buğdanın transpirasiya əmsalı 366 olduğu hal-
da, torpaq aqreqatları 1-2mm olduqda 330 olmuşdur.Alim bunu 
onunla izah edir ki, torpaq strukturacan yaxşılaşan zaman aerob 
mikroorqanizmlərin fəaliyyəti nəticəsində torpaqda mineral mad-
dələr çox olduğundan torpağın osmotik təzyiqi artır və bitkilərin 
transpirasiya əmsalı aşağı düşür. 
Gübrələnmiş  və gübrələnməmiş fonda nəmliyin artması bitki-
lərin transpirasiya əmsalını arırır. Ancaq gübrələrin verilməsi tor-
pağın su ehtiyyatından nisbətən səmərəli istifadəni təmin edir. 
Ümumiyyətlə bitkilər eyni zamanda və bütün həyat amilləri ilə 
təmin olunduqda su ehtiyyatından daha səmərəli istifadə edirlər.Bu 
qanunauyğunluq elmi əkinçiliyin banilərinin qabaqlar qeyd etdi-
yimiz kimi irəli sürdükləri elmi mülahizələrin doğru-dürüstlüyünü 
bir daha sübut edir.Hər bir həyat amilinin maksimal səmərəliliyi 
bitkinin digər həyat amilləri ilə təmin olunduğu zaman əldə edilir. 
Bitkilərin su sərfiyyatı onların əsas inkişaf fazaları ilə cücərtilə-
rin alınması, kollanma, çiçəkləmə, yetişmə fazaları ilə  sıx  əlaqə-
dardır. Bu fazaların keçməsi dənli bitkilərdə daha aydın biruzə 
verir. 
Dənli bitkilərdə xüsusilə payızlıqlarda cücəti alınandan kollan-
ma fazasına qədər ümumi yaşıl kütlənin sahəsi az olduğundan və 
kök siteminin hələ zəif inkişaf etməsinə görə sudan istifadə digər 
dövrlərə nisbətən az olur. Bitkilərin kollanma fazasında suya olan 
tələbatı artır və torpağın əkin qatında su ehtiyatı həlledici əhəmiy-
yətə malik olur.Gələcəkdə süd-mum yetişmə dövründə yarpaqların 
bir qismi tələf olduğundan bitkilərin su sərfiyyatı xeyli azalır. 


33 
Deməli dənli bitkilər kollanma fazasında ən çox su tələb edir. Bu 
dövrdə yeni əmələ  gələn cavan zoğlar, yarpaqlar və s toxumalar 
suyu daha çox buxarlandırırlar. 
Pambığın vegetasiya dövründə su məsarifini 100% götürsək, 
qönçələməyədək 8-10%, qönçələmədən çiçəkləmənin başlanğıcına 
qədər 13-15%, çiçəkləmə-barəmələgətirmə dövründə 60-70%, ba-
rın yetişməsi dövründə 10-15% su sərf olunur.  
Müxtəlif kənd təsərrüfatı bitkilərində suya olan ən çox tələbat 
aşağıdakı inkişaf dövrlərinə təsadüf edir: payızlıq buğda-kollanma 
və sünbülləmə, qarğıdalı-çiçəkləmə  və süd yetişmə, vələmir-
süpürgə  əmələgətirmə qabağı, sorqo və darı - çiçəkləmə, günə-
baxan-səbət  əmələgətirmə  və çiçəkləmə, pambıq - çiçəkləmə  və 
qozatutma, bostan bitkiləri - çiçəkləmə və yetişmə, kartof- çiçəklə-
mə və yumruları, meyvələri əmələgətirmə dövründə və s. 
Ümumiyyətlə kəskin dövrlərin davamiyyəti bitkilərin suya tələ-
batını təyin edən əsas şərtlərdən biridir.Əlbəttə bitkilərin suya olan 
ümumi tələbatına kollanma dövrünün uzunluğuda təsir edir. Bəzən 
bitkilərin kollanma dövrünün davamiyyətinə görədə qruplaşdı-
rırlar: 
Məsələn: 1-ci və 2-ci qruplar – efemerlər. Efemerlik birinci kök 
fazanı keçmə müddətinin (xüsusən 2-ci fazanın) qısa olması ilə 
fərqlənir. Bi qruplarda vegetasiya müddəti və kollanma fazası 
müddəti qısa olur. 
3-cü qrupa qısa kollanma müddəti olan az kollanan yazlıqlar və 
kollana fazası payızda olan payızlıqlar, xüsusən çovdar sortları 
daxildir. 
4-cü qrup-yazlıq buğdalar, ikicərgəli arpalar və kollanması 
yazda olan payızlıq taxıllar. 
5-ci qrup-enliyarpaqlı vegetativ orqanlarının uzun müddətli 
inkişaf fazası olan dənli paxlalılar. 
6-cı qrup-texniki bitkilər və kökümeyvəlilər.Bunlarda birinci 
faza birinci ildə, ikinci faza dörd aya qədər çəkir. 
Sonrakı üç qrup (7;8;9-cu) çoxillik ot bitkilərini birləşdirir. 
Burada istər dənli və istərsədə paxlalı bitkilərin vegetasiya dövrü 
nə  qədər uzun olursa, bir o qədərdə onlar çox su tələb edirlər. 


34 
Çünki çoxillik otlarda kollanma fazası çiçəkləmədən başlayır və 
yetişmə dövrünü əhatə etməklə qışa qədər uzanır. 
Mədəni bitkilər həyat amillərinə görə mötədil tropik və s 
bitkilərə, qida maddələrinə olan tələbata görə isə kökümeyvəlilər, 
texniki bitkilər, dənlilər, paxlalılar və s deyə qruplaşdırıldığı kimi 
suya olan tələbatlarına görə aşağıdakı qruplara bölünür. (cədvəl 4) 
 
Cədvəl 4 
Mədəni bitkilərin suya olan tələbatlarına görə qruplaşdırılması. 
 
s/s Qrupların qısa təsviri Torpağın tam su tu-
tumuna görə %-lə su 
ehtiyatına olan 
tələbatı 
1 Taxıllar fəsiləsinə aid olan tez yetişən yem bitkiləri 10-20 
2 Cənub, şimal və dağ yazlıq dənli bitkilər 20-30 
3 Orta 
qurşağın payızlıq və yazlıq dənli bitkilər 30-40 

Əmtəə əhəmiyyətli dənli bitkilər, xüsusilə yazlıqlar 40-50 
5 Dənli-paxlalılar 50-60 
6 kökümeyvəlilər və texniki bitkilər 60-70 
7 Tarla 
çoxillik 
otları , taxıllar və paxlalılar 70-80 
8 Çəmən səpin otları, taxıllar və paxlalılar 80-90 
9 Təbii çəmənliklərin çəmən otları 90-100 
 
Birillik bitkilər səpindən bir neçə gün sonra başlayaraq suya 
tələbat göstərirlər. Bu tələbat çiçəkləmə dövrünə  qədər arta-arta 
gedir və sonra yaşıl hissələrin nisbətən kobudlaşması ilə əlaqədar 
olaraq azalmağa başlayır. Çoxillik ot bitkilərində isə  vəziyyət ta-
mam başqadır. Qar örtüyü sahədən götürülən andan etibarən bit-
kilər su buxarlandırmağa başlayır və cücərmənin axırına qədər 
buxarlanma arta-arta gedir. Çiçəkləmənin  əvvəlində birilliklərdə 
olduğu kimi suyun buxarlanmasının azalması müşahidə edilir. 
Çünki qocalmış yarpaqlarla bərabər yeni orqanlarda əmələ  gəlir. 
Biçimdən sonra bu proses təkrar olunur və biçimlər arası dövr isti 
vaxta düşən zaman suyun buxarlandırılma səviyyəsi  ən çox olur. 
Axırıncı biçimdən sonra şaxtaların düşməsi ilə sudan istifadə 
dayanır.Yazın əvvəlindən etibarən bu hal yenidən təkrarlanır.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə