Suvarma əKİNÇİLİYİ (Dərs vəsaiti)


IV. Su rejimi və onun nizamlanması yolları



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34849
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   66

26 
IV. Su rejimi və onun nizamlanması yolları 
 
4.1. Bitki həyatında və torpaqda suyun əhəmiyyəti 
 
Su bitki üçün mütləq lazım olan həyat amillərindən biridir. To-
xumun cücərməsindən başlamış vegetasiyanın sonuna qədər 
bitkilər sudan istifadə edirlər. 
İstər toxumlar cücərən zaman və istərsədə ümumiyyətlə orqa-
nizmdə gedən bütün fermentativ proseslər bitkilərdə yalnız müəy-
yən bir nəmlikdə baş verə bilər. Nəmlik çox və ya az olduqda 
toxum rüşeyim hüceyrələrinin protoplazmasında geri dönməyən 
kollodial-kimyəvi dəyişikliklər baş verir ki, bununda nəticəsində 
toxum cücərmə qabiliyyətini itirir. 
Havada quru halda toxumda nəmlik az (9-12%) olduğundan 
fermentativ proses yox dərəcəsində olur və oyanma-cücərmə 
getmir.Müxtəlif bitkilərin toxumları öz çəkilərinin müəyyən bir 
misli qədər su udduqdan sonra fermentlərin təsirindən onların 
ehtiyacını qida maddələri (zülallar, yağlar, sulu karbonlar) özləri-
nin bəsit tərkib hissələrinə parçalanır və yeni əmələ gəlməkdə olan 
toxuma, orqanların hüceyrələri həmin bəsit maddələrlə aminobir-
ləşmələr, yağ turşuları, şəkər və s ilə təmin olunurlar. 
Cücərmə üçün əsas bitki toxumları öz çəkilərinə görə faizlə ən 
azı aşağıdakı miqdarda su udulmasını tələb edirlər. 
Buğda 45-50  
yonca 55-60 
Qarğıdalı 45-50   pambıq 100-110 
Arpa 50-55  
şəkər çuğunduru 120-130 
Vələmir 60-65 
Görünür suyun belə müxtəlif miqdarda udulması toxumun kim-
yəvi tərkibi birinci növbədə isə onların tərkibində olan hidrofil 
maddələrin miqdarı ilə  əlaqədardır. Suyun udulmasında rüşeym 
tərkibindəki hidrofil kolloidlərdən zülallar mühüm rol oynayırlar. 
Şəkərlər də osmotik xüsusiyyətlərə malik olduğundan suyun udul-
masında əsas rol oynayırlar. 
Bitkilərin su rejiminə təsir edən əsas göstəricilərdən biri suyun 
köklərə daxil olma sürətidir. Bu isə əsasən torpağın qida maddələri 


27 
ilə  zənginliyindən, qida məhlulunun osmotik təzyiqindən asılıdır. 
Qida ilə, xüsusilə nitratlarla zəngin məhlulda suyun köklərə daxil 
olması  və köklərin tənəffüsü intensiv gedir.Bunların normal 
getməsi üçün torpaqda optimal nəmlik olmalıdır.Artıq nəmlikdə 
qida maddələri çox olsada köklərin tənəffüs intensivliyi azaldığın-
dan su və qidanın köklər tərəfindən qəbulu tormozlaşır və böyümə 
prosesi ləngiyir.Torpaqda nəmlik az olduqda su daha qənaətlə sərf 
edilir, transpirasiya əmsalı aşağı düşür, transpirasiya məhsuldarlığı 
artır, ancaq bitkinin məhsuldarlığı isə azalır. 
Qida maddələrindən məhsulun artmasnda və bitkilərin sudan 
səmərəli istifadəsində əsas rol azotun üzərinə düşür.Azot boy pro-
seslərini bütün vegetasiya dövründə tezləşdirir, fosfor yarpaqların 
qocalmasına və ölçülərinin azalmasına səbəb olur.Kalium bitkinin 
böyüməsinin son mərhələsində daha yararlı olub onların qocal-
masını ləngidir. 
Qida maddələrini bitkilər torpaqdan yalnız 1000 hissə suda 1-2 
hissə  həll olunmuş oksidləşmiş mineral duzlar şəklində olduqda 
qəbul edirlər. Deməli qida maddələrinin bitkiyə daxil olması  və 
hərəkəti də çoxlu miqdarda su udulması ilə  əlaqədardır.Yarpaq 
səthindən buxarlanma getdikcə onun yerinə yeni hissə su osmos-
diffuziya yolu ilə bitkiyə daxil olur və bitki hüceyrələrində turqor 
vəziyyətini daim saxlayır.Su gübrələrin sahə boyunca torpaqda 
bərabər paylanmasına da səbəb olur. 
N.S.Petinov, Q.V.Lebeded və T.F.Polixronidi tədqiqatlarından 
məlum olur ki. bitki orqanlarında az miqdarda su çatışmazlığı 
meydana gəldikdə belə o fizioloji-biokimyəvi proseslərin intensiv-
liyi və istiqamətinə  təsir göstərir, nəticədə bitkinin inkişafı  zəif-
ləyir, məhsuldarlığı aşağı düşür. 
Bitki özü sərbəst olaraq üzvi madə istehsal etməyə , yəni 
fotosintez başladıqda isə üzvi maddənin  əmələ  gəlməsi müəyyən 
miqdarda enrrji ayrılması ilə  əlaqədardır.Bu enerji dəf edilməzsə 
orqanizm ondan zərər çəkər, fotosintez böyümə  və inkişaf da da-
yanmış olar.Bitkidən suyun buxarlanması yaranmış optimal tem-
peraturanın azalması ilə  nəticələnir və bitki orqanizmində  hərarət 
sabit saxlanılır. Suyun buxarlanması sanki daxili yanacaq mühər-


28 
riklərindəki radiatoru-soyuducunu xatırladır və izafi hərarətin 
ziyanlı tərəflərini aradan qaldırır. Suyun buxarlanması həm də yeni 
hissə suyun bitkiyə daxil olmasına səbəb olur. 
Su orta hesabla bitki yarpaqlarının 20-95%-ni, gövdəsinin 50-
55%, toxumların isə 9-12%-ni təşkil edir.Yarpaq sutka ərzində 
onda olan nəmlikdən çox su buxarlandırır. 
Fotosintez zamanı bitkilərin üzvi maddə əmələ gətirməsində də 
su bilavasitə  iştirak edir.Torpaqda və bitki həyatında suyun əhə-
miyyəti olduqca böyükdür. 
Akademik K.A.Timiryazev bitkidə olan suyu iki formaya ayırır: 
1.  Su bitkinin bütün canlı toxumalarının tərkibinə daxil olaraq, 
yarpaq və budaqların 59-75%-ni, kökün 60-85%-ni, meyvələrin isə 
85-90%-ni təşkil edir. 
2.  Digər forma isə transpirasiyaya sərf olunan sudur. 
Suyun bitki həyatında əsas rolu aşağıdakılardır: 
1.Torpaqlardan daxil olan mineral maddələrin və bitki daxilində 
əmələ  gələn üzvi maddələrin (şəkər, amin turşuları. Aşılayıcı 
maddələr və s) həll edilib mənimsənilməsinə şərait yaradır. 
2.Toxumaların turqor vəziyyətdə qalmasını təmin edir. Hücey-
rələrdə kimyəvi dəyişikliklərin gedişi üçün tələb olunan şəraiti 
yaradır. 
3.Nüvə və hüceyrələrin qurulmasında iştirak edir. 
Su çox istilik tutumuna malik olduğundan torpağın istilik reji-
minin kəskin dəyişdirilməsinə səbəb olur.Rütubətli torpaqlar yavaş 
isinirlər. Deməli rütubətli torpaqlarda istilik nisbətən sabit qalır. 
Suvarılmayan torpaqlarda temperatura quru torpaqlara nisbətən bir 
neçə  dərəcə  aşağı olur.Bu isə torpaq mikroflorasına və köklərin 
inkişafına öz təsirini göstərməmiş olmur.Bu məsələ kökümey-
vəlilərin və köküyumuruların yeraltı hissələrinin inkişafında özünü 
çox göstərir, bitkilərin  ən isti yerlərdə belə becərilməsinə imkan 
verir. Xurma bitkisinin səhralıq yerlərdə becərilməsinin mümkün 
olması məhz əsasən bu məsələ ilə əlaqədardır. 
Su atmosferin bitkiyə yaxın olan yerlərində də mikroiqlimi də-
yişdirərək isti yerlərdə bitkilərin yaxşı inkişafı üçün şərait yaradır. 
Su torpağın fiziki xüsusiyyətlərini yaxşılaşdırır, kimyəvi və 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə