Suvarma əKİNÇİLİYİ (Dərs vəsaiti)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34849
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   66

20 
gəlməsinə  şərait yaradır.  Qarşılıqlı  təsir prosesinin baş verə bil-
məsi, yalnız bütün amillərə nail olduqdan sonra mümkündür. 
Bitki üçün çox mühüm əhəmiyyətə malik olan hər hansı amil-
lərdən birinin itirilməsi , qarşılıqlı təsir kompleksinin cansız olması 
ilə, yəni ən nəhayət bitki həyatının məhv olması ilə nəticələnir.Bu 
cəhətdən qarşılıqlı  təsir amillərinin  əksəriyyəti eyni əhəmiyyətli 
olmaqla bərabər həmçinin əvəzedilməzdirlər.Qanunla onları fizio-
loji cəhətdən eyni əhəmiyyətli və əvəzedilməz kimi qəbul edirlər. 
Təbii  şəraitdə bitkilərin həyatı üçün əvəzedilməz amillərə  tələbi, 
onların fəaliyyəti dövründə bir bərabərdə təmin edilmirlər. Məsə-
lən quraqlıq yerlərdə bitki xeyli dərəcədə su çatışmamazlığından 
korluq çəkir. Bu vəziyyətə minimum amil deyilir. 
Qarşılıqlı  təsiretmə qanununa görə minimum halda olan amil, 
bitkilərin digər həyat amillərinin səmərəliliyinin tam təzahür et-
məsinə əks təsir göstərən başlıca səbəb olur.Bu mahiyyətcə mini-
mum qanunu olub amillərin qarşılıqlı təsir qanununun xüsusi ifa-
dəsi kimi ifadə oluna bilər. Minimum qanununa görə məhsul çatış-
mayan həyat amillərindən daha çox asılı olur.Buna səbəb yalnız 
bilavasitə bitkilər üçün minimum amilin çatışmamazlığı deyil, həm 
də yuxarıda qeyd edildiyi kimi, çatışmayan digər amillərdən-qida 
maddələrindən, istilikdən, işıqdan, bitkinin havanın oksigenindən 
istifadə edə bilməsinin məhdudlaşdırılmasından və digər amil-
lərdən asılıdır. Təbii  şəraitlərdə bitkilər kifayət qədər rütubətlə 
təmin olunmadığından minimum qanunun tələblərinə görə su-
varma tətbiq olunur. Bu şəraitlərdə  kənd təsərrüfatı bitkilərinin 
məhsuldarlığını yüksəltmək üçün başqa əsaslı yol yoxdur. 
Ukraynanın cənubunda aparılmış çox saylı  təcrübələrin məlu-
matlarının reqressiv təhlil nəticələrinə görə  kənd təsərrüfatı bitki-
lərinin məhsuldarlığının artırılmasının 70-80%-i yalnız suvarma 
hesabınadır.Lakin su necə bir məhsul amili kimi suvarma yolu ilə 
minimum vəziyyətdən çıxarılan kimi ikinci bir minimum- qida 
maddələrinin çatışmamazlığı  əmələ  gəlir və  məhsulun artırılma-
sında gübrələrin həlledici təsiri olur. Bu şəraitdə məhsulun dəyiş-
dirilməsində onların iştirak etmə payı 70-80% olur. Buradan da 
bitkilərin su və qida maddələri ilə təmin olunma səviyyəsinin opti-
mal uyğunlaşdırılması  zəruriyyətinin axtarılması meydana gəlir. 


21 
Amillərin müsbət qarşılıqlı  təsiri optimumdan artıq olmayan 
normaların hüdudunda, daha doğrusu optimum qanununun tələb-
ləri pozulmayana qədər hiss olunur. Suvarma əkinçiliyi şəraitində 
bu qanunun xüsusiyyəti ondan ibarətdir ki, suvarma zəminində 
gübrələrin optimal norması xeyli artırılır. 
S.D.Lısaqorovun məlumatlarına görə 1977-78-ci illərdə Tavriya 
hibrid qarğıdalısına verilən mineral gübrələrin norması optimal 
miqdarda idi:suvarılmayan sahəyə  N
60
P
60
, ancaq güclü surətdə 
suvarılan sahəyə isə N
90
P
90
 nisbətində gübrə tətbiq edilmişdir. 
Suvarma ilə optimal gübrə normalarının və bir sıra başqa 
amillərin müsbət qarşılıqlı təsir qüvvəsi hesabına məhsuldarlıq da 
xeyli artmışdır. 
Məhsul amillərinin təsir və qarşılıqlı təsir tentesiyaları. Su-
varma  əkinçiliyinin nəzəri və  təcrübi işlərində  nəzərə almaq 
lazımdır ki, təsir və qarşılıqlı təsir tendesiyaları biri – birinə əksdir. 
Faktorun təsiri dozanın artımı ilə  əlaqədar məhsul artımına qeyd 
olunur. Bu zaman sözsüz ki, digər amillərin təsiri təcrübədə öz 
əksini tapmasın. 
Məlumdur ki, amillərin təsiri onun optimal dozalarında daha 
zəifdir. Suyun məhsul amili kimi təsiri Gelyegeryanın vegetasiya 
təcrübəsində gübrələrinki isə Mitçerlexa və digər tədqiqatçıların 
təcrübələrində öz əksini tapmışdır. Qərbi Avropa ədəbiyyatlarında 
bu hadisə Mitçerlexa qanunu adı altında məlumdur.  
Təsir və qarşılıqlı təsir amilləri 2 saylı cədvəldə verilmişdir.  
 
Cədvəl 2 
Otlaq şəraitində gübrə normalarının suvarma ilə qarşılıqlı təsirinin səmərəsi 
(N.Q.Andreyevaya görə) 
 
Suvarmadan əvvəl 
(TTS) tam tarla 
sututumunun nəmlik 
fonu (%-lə) 
Müxtəlif nəmlik və qidalanma fonunda gübrə fonunda 
yaşıl kütlə məhsuldarlığına təsiri 
Gübrəsiz N
120
P
90
K
90 
N
240
P
120
K
120
 
Suvarmasız 93
58
23
55 113
73
24
70 124
120
67
85 160
131
74
100 129
100
50
 


22 
Cədvəl 2-nin hər bir sətri gübrələrin təsir effektini göstərir. Hər 
bir sütun isə suvarma ilə qarşılıqlı  təsir tendesiyasını göstərir. 
Qarşılıqlı  təsir effekti optimal səviyyəsini keçdikdə öz təsirini 
azaldır. 
Mitçerlexa görə təsir effekti aşağıdakı düsturla göstərilir. 
 
=


 
Burada: y – həqiqi məhsul  
x – optimumu keçməyən inkişaf amillərinin miqdar göstəricisi 
A – təcrübələrdə əldə olunmu ən yüksək məhsul  
C – amilin istifadə əmsalı 
Yuxarıda göstərilənlərdən istifadə etməklə x
1
 amillərinin x
2
 
amiliylə qarşılıqlı əlaqə effekti aşağıdakı tənliklə göstərilə 
bilər.(S.D.Lısoqorov 1978) 
 
B(X
1
 ....... X
2
) = C 

 
y=A olduğu halda təsir effekti 0 qarşılıqlı  təsir isə  ən yüksək 
qiymətə bərabərdir. 
Tam amilinin cavab əyrisinin  əhatə etdiyi hissədə optimum 
keçdiyi zaman onun təsiri yox olur və onunla qarşılıqlı  təsir 
özünün ən yüksək qiymətinə çatır.  
Beləliklə suvarmanın təsir effektini tam əldə etmək üçün qida 
maddələrinin məhdudladırıcı təsirini azaltmaq lazımdır. 
Gübrələrlə  təcrübələrdə isə su məsarifini tamamilə yox etmək 
lazımdır.  
Şəkil 1-də göründüyü kimi torpağın nəmliyinin 80%- də suya 
tələbat ödənildiyi üçün qarğıdalının məhsuldarlıq göstəriciləri 
gübrələrdən asılıdır.  
Torpağın nəmliyinin və becərmələrin müxtəlif gübrə fonlarında 
VİR 156 qarğıdalı sortunun dən məhsulunun artım  əyriləri. 
(V.P.Kriçenkonun göstəricilərinə görə) 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə