Suvarma əKİNÇİLİYİ (Dərs vəsaiti)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34849
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   66

11 
qulluq işlərindən xeyli fərqlənir. 
Suvarılan torpaqlarda mineral gübrələrin verilmə vaxtı və üsulu, 
şumun dərinliyi və üsulu, alaqlara qarşı mübarizə  tədbirləri və 
digər bir çox aqrotexniki vasitələr yeni üsullarla yerinə yetirilir. 
Bütün bunlar qarşıya suvarma əkinçiliyi  əsasında yerli şəraitdə 
ümumi aqrotexnikaya dair geniş  həcmdə yeni-yeni tədqiqat işləri 
aparılıb, konket tədbirlər görülməsi kimi şərtlər qoyulur. 
Suvarma əkinçiliyi elmi, ümumi əkinçilik, aqrokimya, bitkiçilik 
kimi elmlərə sıx surətdə əlaqədar elm olmasına baxmayaraq onları 
təkrar etməyib,  əksinə  kənd təsərrüfatı bitkilərinin aqrotexniki 
prinsiplərinin bir çox ixtiralarını  və onların tətbiqini dərinləşdirib 
davam etdirməklə  bərabər, suvarmada onların xüsusiyyətlərini 
öyrənib, müəyyən edir. 
Suvarma əkinçiliyi elmi bir fənn kimi kənd təsərrüfatı mütəxəs-
sisləri qarşısında suvarma suyundan çox effektliklə istifadə edərək, 
kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılması, hazır 
məhsulun keyfiyyətinin yaxşılaşdırılması  və qoruyub saxlanması 
kimi çox vacib vəzifələr qoyur. 
Başqa elmlərdə olduğu kimi, suvarma əkinçiliyi elmidə torpaq, 
bitki və iqlimlə qarşılıqlı  əlaqədə olan yüksək məhsuldar qanuna 
uyğunluqları idarə edir. Aqronomiya elmində çöl təcrübələrinin 
tətbiqi zamanı ümumi prinsip kimi, xüsusi metodikadan istifadə 
edilir. 
Lakin, suvarma əkinçiliyində, çöl təcrübələrinin metodikası, 
suvarmanın texnikası  və bir sıra başqa amillərin tətbiqi ilə  əlaqə-
dar, suvarmanın əmələ gətirdiyi bir sıra xüsusiyyətlərə malikdir.  
Suvarma əkinşiliyində vegetasiya təcrübələrindən də geniş isti-
fadə edilir. O, buxarlanmanın hesabatının dəqiq alınmasında, su-
varma rejimindən asılı olaraq bitkinin reaksiyasının təyin edilmə-
sində, bitkinin rütubətlə və bir sıra başqa amillərlə  əlaqədar inki-
şafının müəyyənləşdirilməsində  və öyrədilməsində  əvəz edilməz-
dir. 
Suvarma  əkinçiliyində laboratoriya tətqiqat üsulları da ən mü-
hüm yerlərdən birini kəsb edir (o, torpağın su xassəsinin və nəmlik 
dinamikasının öyrədilməsində, suvarmanın torpaqda mikrobioloji 


12 
fəalliyyəti və qida rejiminin biokimyəvi proseslərin və bitkinin 
fizioloji vəziyyətinin müəyyən edilməsində mühüm rola malikdir). 
Laboratoriya üsulları suvarmanın hazır məhsulun keyfiyyətinə 
təsirini öyrənməyə  və  məhsulun keyfiyyətinin yaxşılaşdırılması 
yollarının axtarılmasında real imkan yaradır.  
 
2.1. Suvarma əkinçiliyinin elmi əsaslarının inkişafında 
alimlərin rolu 
 
Hələ XX əsrin  əvvəllərində P.İ.Braunov tərəfindən bitkinin su 
rejimini düzgün nizamlamaq üçün çox mühüm nəticələr əldə edil-
mişdir. O, bitki həyatının xüsusi dövrlərində, yağmur və torpaq 
nəmliyinin çatışmaması səbəbindən məhsuldarlığın kəskin surətdə 
aşağı düşdüyünü müəyyən etmişdir. Həmin bu dövrləri kəskin 
dövr adlandırmışdır. Həmin dövrlərin müəyyən edilməsi suvarılan 
növbəli  əkin sistemində  hər bitkini elmi cəhətdən  əsaslandırmağa 
imkan verir. 
Görkəmli rus alimi-fizioloq K.A.Timiryazev öz əsərlərində 
bitki ilə torpaq arasındakı qarşılıqlı  əlaqəni qeyd edərək, su və 
işıqla təmin olunma şərtlərini və bitkinin əmələ gəlməsində işığın 
mühüm rola malik olduğunu kəşf etdi.Onun tərəfindən bitkinin 
quraqlığa eləcə də onu su uğrunda mübarizəyə yönəltməklə əlaqə-
dar çox geniş elmi tədqiqat işləri aparılmışdır. 
K.A.Timiryazevin  əsərlərində bitkilərin su ilə  təmin olunması-
nın effektiv yolla nizamlanmasının keyfiyyətli seleksiya toxum 
sortlarının yetişdirilməsində böyük rola malik olduğu qeyd edilir. 
K.A.Timiryazev Rusiyada çöl şəraitində  təcrübə qoyuluşunun 
banisi, vegetasiya və lizimetrik üsullarla təcrübə qoyuluşunun ilk 
təşkilatçısı olmuşdur. 
Akademik V.R.Vilyamsın suvarma əkinçiliyi nəzəriyyəsinin in-
kişafını və bitki həyatı amillərinin öyrənilməsinə dair çox qiymətli 
tədqiqatları və əhəmiyyətli nəticələri vardır. 
V.R.Vilyams öz əsərlərində  kənd təsərrüfatı bitkilərinin həyat 
şəraitinin fizioloji cəhətdən eyni əhəmiyyətli və  dəyişməz oldu-
ğunu göstərmişdir. O, qeyd etmişdir ki, bitkinin çatışmamazlıq hiss 


13 
etmədən bütün amillərdən yaxşı istifadə etməsi üçün ən mühüm 
amil suyun olmasıdır. Çalışmaq lazımdır ki, bitki həyat amillərinin 
heç birindən korluq çəkməsin.Bitki eyni vaxda mənimsənilən qida 
maddəsi ilə çox təmin olunarsa o, sərancamında olan çoxlu miq-
darda suyu məhsuldar yolla istifadə etmək qabiliyyətinə malik 
olduğunu da göstərmişdir. 
Van Helmont (1579-1644) və Robert Boyl (1627-1691) bitkinin 
su ilə qidalanması  nəzəriyyəsinin tərəfdarları idilər.1629-cu ildə 
Van Helmont özünün məşhur təcrübəsini qoyur.O sobada qurudul-
muş və çəkisi 200 funt ağırlığında olan torpağı saxsı qaba töküb, 
onda çəkisi 5 funt ağırlığında olan söyyüd budağını əkir. Qabdakı 
torpağı yağış və distillə suyu ilə suvarır.Beş il sonra söyüdü qab-
dan çıxaranda onun çəkisi 169 funt olur. Van Helmont torpağı ye-
nə sobada qurudur və onun çəkisi yenə 200 funt gəlir.Bu təcrü-
bədən müəllif belə  nəticə  çıxarır ki, bitki suyun hesabına öz çə-
kisini 33 dəfədən çox artırmışdır. Oxşar təcrübələri Robert Boylda 
balqabaq bitkisi üzərində aparmışdır. Bununlada bitkinin su ilə 
qidalanması nəzəriyyəsi elmdə hakim mövqe tutmuşdur. 
D.İ.Priyanişnikov öz tədqiqatları vasitəsilə verilən gübrənin 
miqdarı ilə kənd təsərrüfatı bitkiləri tərəfindən buxarlanma əmsa-
lının göstəriciləri arasında əlaqə olduğunu müəyyən edib, onun da 
hesabına torpağın qidalanma şəraitini nizamlamaqla buxarlanma-
nın idarə olunmasını təyin etdi. 
Suvarma  əkinçiliyi  şəraitində gübrə ilə suvarmanın nisbətinin 
tətbiqi, suvarılan torpaqlardan yüksək məhsul götürülməsində  ən 
əlverişli şəraitlərdən biri kimi özünə geniş yol tapmışdır. 
Təbiətdə bitki həyatında baş verən kəskin dövrlər P.İ.Braunov 
tərəfindən müəyyən edilmişdirsə, alim-fizioloq N.A.Maksimov öz 
tədqiqatları  nəticəsində bitkinin ayrı-ayrı orqanları arasında qa-
nunauyğunluqları müəyyən edərək suyun səthi axımının miqda-
rının məhdudlaşdırılması  və artırılmasının, suvarılan torpaqlarda 
ayrı-ayrı becərilən bitkilərdə həmin kəskin dövrlərin hansı müddət-
lərdə, nə vaxt baş verə biləcəyini, hətta suvarma rejimini düzgün 
müəyyənləşdirməyi aydınlaşdırmağa imkan verir. 
Torpağın su xassəsi, torpaqda nəmliyin dinamikası  və forması 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə