Suvarma əKİNÇİLİYİ (Dərs vəsaiti)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34849
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   66


böyük miqdarda kənd təsərrüfatı  məhsullarının  əldə olunması 
suvarma əkinçiliyinin ən vacib problemlərindən biri hesab olunur. 
Suvarma bu və ya digər təbii iqlim zonaları  şəraitindən asılı 
olaraq, aqrotexnika və aqromeliorativ tədbirlər kompleksinin bir 
hissəsini təşkil edib əkinçilik sisteminə daxil edilir. 
Suvarma torpaqda münbitlik yaratmaqla yanaşı, onun struktu-
rasının daim yaxşılaşdırılmasında mühüm rola malik olub mikroiq-
lim kimi bir sıra təbii amillərə də çox müsbət təsir edir. 
Suvarılmayan torpaqlara nisbətən, suvarılan quraq torpaqlarda 
suvarmanın çox sahəli müsbət təsiri nəticəsində 2-4 dəfə və ayrı-
ayrı müstəsna hallarda isə 5-10 dəfə artıq məhsul götürməyə nail 
olmaq mümkündür. Məhz ona görə istehsal olunan kənd təsərrüfatı 
məhsullarının çox yarısı yalnız həmin suvarılan torpaqların 
hesabınadır. 
Son zamanlar suvarılan torpaqlarda müxtəlif kənd təsərrüfatı 
bitkilərinin  əkilib becərilməsinin çox miqdarı istehsalat təcrübə-
lərinin elmi əsaslarla təhlili və nəzəri cəhətdən ümumiləşdirilməsi, 
suvarma  əkinçiliyinin ayrıca bir elm kimi meydana gəlib inkişaf 
etməsinə şərait yaratdı. 
Ona görə  də suvarma əkinçiliyi sitemində ayrı-ayrı böyük zo-
naları üzrə xüsusi aqrotexniki üsulların tətbiqi sistemi işlənib ha-
zırlandı. Bu elmin qarşısında duran ən mühüm məsələ, aqrotexnika 
fonunda, suvarma vasitəsilə ən yüksək məhsuldarlığa nail olmaq-
dan ibarətdir. Buna dair əkinçiliyin çox geniş  və real imkanı 
vardır. Məsələn, dənlik qarğıdalı bitkisinin qida rejimi şəraitini 
yaxşılaşdırmaq  şərtilə suvarma hesabına dən məhsuldarlığı iki və 
hətta ayrı-ayrı xüsusi qulluq edilən təsərrüfatlarda isə üç dəfəyə 
qədər artır. Digər tərəfdən müvafiq olaraq əldə edilən 1 sentner 
əlavə məhsula sərf edilən suyun miqdarı isə bir o qədər azalır. 
Təbiətdə su ehtiyatı məhdud olduğuna görə suvarma əkinçiliyi-
nin qarşısında suvarma suyundan çox yüksək iqtisadi səmərəliklə 
və ehtiyatla istifadə etmək üçün aqrotexniki tədbirlər sistemi işlə-
yib hazırlamaq kimi daha bir mühüm konkret məsələ meydana 
gəlir. 
Suvarma əkinçiliyi elminin qarşısında duran məsələni çox geniş 



nümayiş etdirmək üçün nəzərə almaq lazımdır ki, suvarma məq-
sədilə sahələrə gətirilən suyun effektliyi, məhsuldarlığın artırılması 
məsələsinin yalnız yarısını  həll edə bilər, ikinci bir yarısını isə 
əkinçilik elminin gizli real ehtiyat yolları vasitəsidir.Yuxarıda 
qeyd etdiyimiz kimi əyani surətdə mineral gübrələrə suvarma 
suyunun təsiri effektliyini buna nümunə göstərmək olar. 
Suvarma əkinçiliyi elminin qarşısında duran əsas vəzifə rütubət 
çatışmayan  ərazidə  kənd təsərrüfatı bitkilərindən sabit və yüksək 
keyfiyyətli məhsul istehsalını təmin etmək və bu ərazidəki torpaq-
ların su-hava, istilik və qida rejimlərini nizamlamaqdan ibarətdir. 
Suvarma torpağın münbitliyini yüksəldir, suvarılan ərazidəki mik-
roiqlimi yaxşılaşdırır, torpağın fiziki-kimyəvi, istilik və bioloji 
xüsusiyyətlərini  əlverişli istiqamətdə  dəyişdirir, nəticədə  kənd 
təsərrüfatı bitkilərinin inkişafına müsbət təsir göstərərək məhsul-
darlığı artırır. 
Suvarma  əkinçiliyi elmini əsasən üç tədqiqat mənbəyinə ayır-
maq olar:suvarma suyu və bitkinin qarşılıqlı  əlaqəsi; aqrotex-
nikanın tətbiqi zamanı suvarma sayəsində yaranan qarşılıqlı şərait 
və qarşılıqlı təsir.  
Suvarma suyu və torpaq. Məlumdur ki, suvarma suyu torpağı 
nəmləndirərək onunla qarşılıqlı  əlaqəyə girib fiziki xassəsini 
dəyişdirir, mikrobioloji prosesləri, kimyəvi və digər çevrilmələri 
sürətləndirib, torpaq əmələ  gətirən  ən mühüm faktorlardan birinə 
çevrilir ki, bu da öz növbəsində torpağın müəyyən miqdarda effek-
tiv və potensial məhsuldarlığında böyük rola malikdir. 
Su torpaq münbitliyinə ötəri yox bilavasitə  təsir etdiyi üçün 
çalışmaq lazımdır ki, bitki qida maddəsi və su ilə  tələbinə uyğun 
miqdarda təmin edilsin.Suvarma suyunun torpaq münbitliyində 
bilavasitə təsiri suvarma əkinçiliyi elmində çox mühüm və mürək-
kəb bir tədqiqat sahəsi olduğu üçün bu mühüm işin yerinə yeti-
rilməsində  hər  şeydən qabaq torpaqşünas, mikrobioloq, aqrokim-
yaçı, aqronom və digər mütəxəssislərin əməyi tələb edilir.  
Suvarma torpağın istilik rejimini nizamlayır. Suvarma suyu isti 
havada torpağın temperaturunu aşağı salır. Soyuq havada suvarılan 
torpaqlar suvarılmayan torpaqlara nisbətən isti olur. 


10 
Torpaqdan su buxarlanmasına sahədə yetişdirilən bitkilərdən 
başqa oradakı alaq otlarının və torpağın becərilmə dərəcəsinin də 
təsiri vardır. Tarlanın alaq otlarından vaxtında təmizlənməsi tor-
pağın çat və qaysaq halının ləğv edilməsi üçün müntəzəm surətdə 
yumşaldılması, torpaqdakı sudan mədəni bitkilərin səmərəli istifa-
də etməsi üçün əlverişli şərait yaradır. 
Suvarma suyu və bitki. Su bitki orqanizmindəki hüceyrə toxu-
malarının  əsas tərkib hissəsini təşkil edir.Ali bitkilərin hüceyrə 
toxumalarının tərkibində 80-90%-ə  qədər su vardır.Bitkidə suyun 
normal miqdarı azaldıqda bitkinin struktur formasının pozulması 
müşahidə olunur. 
Suvarma suyu, bitki ilə qarşılıqlı  əlaqəyə girməyə başlayan 
kimi, onların suvarma rejimi, fizioloji vəziyyəti biokimyəvi prosesi 
dəyişilməyə başlayır. Suvarma suyu bitkinin boy, inkişaf proses-
lərinə və morfologiyasına nəzərə çapacaq dərəcədə təsir edir. 
Müxtəlif bitkilər suvarma suyuna eyni miqdarda tələbkarlıq 
göstərməyib, onu müxtəlif miqdarda mənimsəyirlər. Çox böyük 
qiymətə malik olan xalq təsərrüfatı məhsulunu qoyub bitkilərin və 
növlərin xarici görünüşlərinə və tələbkarlığına seçilib suvarılması 
kimi vacib vəzifə durur. Bu vəzifə təbii-iqlim şəraitini nəzərə ala-
raq ölkəmizin aqrar-sənaye komitələrinin bütün təsərrüfatlarının 
ixtisaslaşdırılmasıdır. 
Torpaq-iqlim faktorları  və  həmçinin aqrotexnika ilə  əlaqədar 
olaraq kənd təsərrüfatı bitkilərinin bioloji xüsusiyyətlərinə, onların 
növlərinə və hibridlərinə görə bitkinin suya tələbkarlığını xüsusilə 
suvarma rejiminin öyrənilməsi sualı, suvarma əkinçiliyinin necə 
bir tədqiqat mərkəzi kimi geniş dairə şəklini alaraq müvəffəqiyyət-
lə həll edilir.  
Suvarmanın aqrotexniki qulluqla qarşılıqlı əlaqəsi.Suvarma, 
aqrotexniki tədbirlərin yerinə yetirilməsini dəyişdirdiyi üçün hök-
mən onları suvarma ilə əlaqələndirmək lazımdır.Torpaqda müvafiq 
becərmə  işləri yolu ilə sahə suvarmaya hazırlanır, suvarmadan 
müəyyən vaxt keçdikdən sonra torpağın üzərində  əmələ  gələn 
çatları(qaysaqları) yox etmək üçün sahədə üzləmə aparılır.Qeyd 
etmək lazımdır ki, suvarılan torpaqlarda tətbiq edilən aqrotexniki 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə