Suvarma əKİNÇİLİYİ (Dərs vəsaiti)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34849
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   66

14 
rus fizioloqu A.F.Lebedev tərəfindən tədqiqatlar vasitəsilə çox 
geniş öyrənilmişdir. 
Suvarma əkinçiliyi ilə bilavasitə əlaqədar olan torpağın su xas-
səsinin öyrənilməsiV.V.Dokuçayevin, A.A.İmaylovskinin, 
P.A.Kostıçevin, Q.N.Vısotskinin, P.S. Kostıçevin, V.Q.Rotmistro-
vun və digər alimlərin əsərlərində geniş işıqlandırılmışdır. 
Suvarma əkinçiliyi necə bir dərslik fənni kimi ilk dəfə proqram-
laşdırılmış  şəkildə Hidromeliorasiya fakültəsinin tələbələri qarşı-
sında S.K.Kondraşev tərəfindən mühazirə oxunmuşdur. Beləliklə 
ayrı-ayrı alimlərin çox saylı  tədqiqatlarının nəticələrinə  əsasən 
suvarma  əkinçiliyinin necə bir elm kimi bioloji və aqrotexniki 
əsası qoyuldu. 
Hazırda kənd təsərrüfatı ilə  əlqədar alim və mütəxəssislər su-
varmaya dair öz elmi tədqiqat işlərini daha müasir, daha təkmilləş-
dirilmiş yeni üsullar axtarışına yönəldərək, suvarılan torpaqların 
yüksək effektivliyini, əlverişli suvarma rejimini, suvarılan bitkinin 
aqrotexnikasını, suvarılan torpaqların  şoranlaşa bilməsini və çirk-
lənməsini qabaqcadan xəbərdarlıq edilməsi kimi mühüm məsələlər 
üzərində davam etdirirlər. Həmin problemlər üzərində  kənd 
təsərrüfatı elmi tədqiqat institutlarının, elmi-dayaq məntəqələrinin 
əməkdaşları və digər alimlər tədqiqat işlərini davam etdirirlər. 
Arxeloji qazıntılardan və tarixi mənbələrdən göründüyü kimi 
Azərbaycan qədim  əkinçilik mədəniyyəti ölkəsi olub münbit tor-
pağı, əlverişli iqlimi əhalinin kənd təssərrüfat bitkilərindən yüksək 
məhsul götürmələrinə şərait yaratmışdır. Ölkənin ərazisi haqqında 
ilk yazılı  məlumat yunan tarixçisi Starabonun “Coğrafiya” kita-
bında romalıların sərkərdə Qney Pompeyin e.ə. 66-65-ci illərdə 
Zaqafqaziya hərbi səfərinə  əsaslanaraq verdiyi məlumatdır. 
Məlumatda göstərilir ki, Albaniyanın  ərazisi olan Mil və Muğan 
düzləri haqqında həmişə yaşıl olan bu düzən Vavilion və Misirdə 
olduğundan daha çox suvarılır və burada ildə 2-3 məhsul  əldə 
etmək olar. Arazın vadisi olan bu düzün torpaqları olduqca 
münbitdir. 
 
 
 


15 
2.2. Suvarma əkinçiliyinin inkişaf yolları 
 
Suvarma  əkinçiliyi Neolit döründən məlumdur. Qədim  Şərq 
ölkələrində çayların daşması ilə ilk əkinçilik mədəniyyətləri əmələ 
gəldi.Belə ki, sel suları yatdıqdan sonra toxumu çökmüş lilə bas-
dırır, torpağı əkib-şumlamadan bitkiləri becərirdilər.Tarixi mənbə-
lərdən məlum olur ki, suvarma əkinçiliyinin ibtidai forması olan 
toxa  əkinçiliyi belə yaranmışdı.İsti, quru iqlimi olan Şərq ölkə-
lərində əkinçilik süni suvarmaya əsaslandığı göstərilir. 
Əkinçilik mərkəzlərinin bəzilərinin dağətəyi  ərazilərdən daha 
məhsuldar allüvial-çəmən torpaqları olan çay vadilərinə enməsi 
nəticəsində eramızdan 6-7 min il əvvəl Nil, Dəclə-Fərat, Hind çay-
larının sahillərində böyük suvarma əkinçiliyi mədəniyyəti mərkəzi 
yarandı.Əkinçiliyin qeyd edilən istiqamətdə inkişafı bu ərazilərdə 
sinifli cəmiyyətlərin, o cümlədən iri dövlət birləşmələrinin yaran-
masının əsas səbəblərindən biri idi.Bu dövlətlərdə suvarma sistem-
lərinə xidmət edən və böyük elmi təcrübi  əhəmiyyətə malik olan 
elmi biliklərin toplanmasına  əsas diqqət yetirilirdi.Belə ki, Nil 
daşqınlarının əkin sahələrini suvarmaqla və lil hissəcikləri ilə güb-
rələməklə yanaşı, ilin isti fəslində torpağın səthində toplanmış 
duzları yuyub aparılmasının torpağın münbitliyi üçün əhəmiyyəti 
qədim misirlilərə məlum idi. 
Misirdən sonra suvarma əkinçiliyi mədəniyyətinin ikinci böyük 
mərkəzi olan Mesopotomiyada da torpaq sahələrinin uçota alın-
ması  və qiymətləndirilməsi sistemindən ibarət torpaq kadastrı 
mövcud idi.Ölkənin ən qədim sakinləri olan şumerlər və akkadlar 
torpaqları keyfiyyətinə görə fərqləndirməyi bacarırdılar. 
Orta Asiya, Zaqafqaziya və  Cənubi Sibirin qədim suvarma 
rayonlarında aparılan arxeoloji və tarixi tədqiqatlardan məlum olur 
ki, ibtidai toxa əkinçiliyi intensiv tarlaçılığa bilavasitə suvarma 
əkinçiliyindən keçmişdır.Suvarılan sahələrdə əsasən çəltik, buğda, 
arpa, qarğıdalı, tərəvəz, pambıq, sorqo meyvə  və digər bitkilər 
becərilirdi. 
Dünyada kifayət qədər su çatışmayan bölgələrdə  kənd təsərrü-
fatı bitkilərindən yüksək və sabit məhsul götürmək üçün suvarma 


16 
ən vacib, təxirəsalınmaz amillərdən biri hesab olunur. 
Torpağın digər amillərlə yanaşı su ilə sıx surətdə qarışılıqlı əla-
qədə olması, bitkilər tərəfindən işığın mənimsənilməsi prosesinin 
sürətlənməsinə nail olur ki, bu da öz növbəsində yüksək məhsul 
götürülməsində mühüm rola malikdir. 
Suvarma bitkilərin torpaqdakı mineral maddələrin və torpağa 
verilən gübrələrin, qida elementlərinin tam mənimsənilməsi üçün 
çox  əlverişli imkan yaratmaqla bərabər kimyalaşdırmanın kənd 
təsərrüfatında tətbiqinə geniş şərait yaradır. 
Beləliklə, suvarma əkinçiliyi  şəraitində yalnız kənd təsərrüfa-
tının intensivləşdirilməsi, suvarılması, kimyalaşdırılması və komp-
leks mexanikləşdirilmənin birgə yüksək səviyyədə  tətbiqi sayə-
sində məhsuldarlığı maksimum inkişaf etdirmək olar. Bütün bunlar 
suvarılan torpaqlardan daha məhsuldar istifadə edərək, kənd 
təsərrüfatı  məhsullarının istehsal prosesini artırıb,  əkinçiliyin  ən 
adi forması kimi qiymətləndirilməsinə imkan verir. 
Suvarma bu və ya digər təbii iqlim zonaları  şəraitindən asılı 
olaraq, aqrotexnika və aqromeliorativ tədbirlər kompleksinin bir 
hissəsini təşkil edib əkinçilik sisteminə daxil edilir. 
Suvarma, torpaqda münbitlik yaratmaqla yanaşı onun struktu-
rasının daim yaxşılaşdırılmasında mühüm rola malik olub, mikro-
iqlim kimi bir sıra təbii amillərə  də çox müsbət təsir edir. Təd-
qiqatlar sübut edir ki, suvarılmayan torpaqlara nisbətən, suvarilan 
quraq torpaqlarda suvarmanın çox sahəli müsbət təsiri nəticəsində 
2-4 dəfə və ayrı-ayrı müstəsna hallarda isə 5-10 dəfə artıq məhsul 
götürmək mümkünür. Məhz ona görədə becərilən bütün kənd 
təsərrüfatı  məhsullarından  əldə edilən pul gəlirinin çox yarısı, 
yalnız həmin suvarılan torpaqlar hesabınadır. 
Dünyanın bir çox ölkələrində olduğu kimi respublikamızda da 
suvarılan  əkin sahələrini artırmaq məqsədilə suvarma sistemləri 
tikintilərinin genişləndirilməsi davam etməkdədir.Bununla yanaşı 
dənli və digər kənd təsərrüfatı bitkilərindən yüksək və sabit məhsul 
almaq üçün torpaqların meliorativ yolla yuyulub əkin üçün tam 
yararlı hala salınmasının hərtərəfli, geniş inkişaf etdirilməsi  əsas 
məsələlərdən biri hesab olunur.Beləliklə meliorasiya dövlət 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə