Suvarma əKİNÇİLİYİ (Dərs vəsaiti)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə66/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34849
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   66

201 
Torpaq eroziyası ilə mübarizə aparmaq, eroziya prosesinin 
yayılma təhlükəsi olan sahələrdə onun qarşısını almaq, bir sözlə 
torpaqları çirklənmədən, eroziyadan qorumaq ümumdövlət  əhə-
miyyətli problem olub, təbiətdən səmərəli istifadənin başlıca vəzi-
fələrindən biridir. Bu tədbirlər əsasən üç istiqamətdə aparılmalıdır. 
1.Eroziyanı törədən səbəbləri aradan qaldırmaqla  
2.Eroziya proseslərinə qarşı bilavasitə mübarizə  tədbirləri və 
vasitələri tətbiq etməklə 
3.Eroziyanın xalq təsərrüfatına təsirinin mənfi nəticəsində ara-
dan qaldırmaqla  
Eroziyanı törədən səbəblərin aradan qaldırılması elmi cəhətdən 
əsaslandırılmış tədbirləri tətbiq etməklə mümkündür. Bunun üçün 
aşağıdakı təsərrüfat-təşkilati tədbirlər həyata keçirilməlidir: 
Suvarma  əkinçiliyi rayonlarında irriqasiya və meliorasiya 
qaydalarına riayət edilməli, torpaqların suvarma nəticəsində yuyul-
masına yol verilməlidir. 
Suvarma normalarına və vaxtlarına düzgün riayət olunmalıdır. 
Mütərəqqi suvarma üsullarının tətbiqinə geniş yer verilməlidir. 
Suvarma  əkinçiliyi bölgələrində fitomeliorativ tədbirlər həyata 
keçirmək lazımdır. Aqronomik fitomeliorasiyanın mahiyyəti kənd 
təsərrüfatı sahələrində torpaq eroziyasının qarşısını almaq üçün 
çoxillik otların əkilməsindən ibarətdir. Bu tədbir şum sahələrində, 
çoxillik bitkilər  əkilən sahələrdə, irriqasiya eroziyasına qarşı mü-
barizədə çox əhəmiiətli hesab olunur. Belə fitomeliorasiya tədbir-
ləri suvarma şəraitində torpaqqoruyucu növbəli  əkin sisteminin 
əsasını təşkil edir. 
 
12.2. Su eroziyasına məruz qalan torpaqların becərilməsi 
 
Respublikanın kənd təsərrüfatı sahəsində elmin əsas prioritet is-
tiqamətlərindən biri də torpaqların düzgün becərilməsinin və mü-
hafizəsinin elmi əsaslarının işlənib hazırlanmasıdır. Bununla 
yanaşı əkinçilik mədəniyyətinin yüksəldilməsi, torpaqların münbit-
liyinin artırılması  məqsədilə elmin son nailiyyətlərindən istifadə 
etməklə və yeni tədqiqatlar aparmaqla torpaqların yuyularaq sıra-


202 
dan çıxması, su, külək və irriqasiya eroziyası proseslərinə qarşı 
tədbirlərin işlənib hazırlanması, günün tələblərinə uyğun tətbiqi 
mühüm əhəmiyyət kəsb edir. 
Güclü yağıntı və ərintilərin əmələ gətirdiyi sel axınının torpağı 
yuyub dağıtması prosesi su eroziyası adlanır. Su eroziyasının təsiri 
ilə sahədə çuxurlar, yarğanlar və kiçik dərələr  əmələ  gəlir, bu da 
landşaftın dəyiış məsinə səbəb olur. Bu da öz növbəsində əkin sa-
hələrinin azalmasına və nəticədə kənd təsərrüfatı bitgilərinin məh-
suldarlığını  aşağı salır. Digər bir tərəfdən su torpağın üst münbit 
qatını yuyaraq, onun fiziki və kimyəvi xüsusiyyətləri pisləşir, qida 
maddələrini azaldır ki, bu da bəzi hallarda bitginin tam məhv 
olması ilə nəticələnir. 
Torpaq örtüyünü yuyulub dağılmaqdan mühafizə etmək və 
onun münbitliyini artırmaq, eroziya prosesinin qarşısını almaq 
üçün davamlı  və kompleks mübarizə  tədbirləri aparılmalıdır. Hə-
min tədbirlər içərisində torpağın xüsusi üsullarla becərilməsi 
mühüm əhəmiyyət kəsb edir. 
Hər bir bölgənin müəyyən xüsusiyyətlərini nəzərə almaqla 
aşağıdakı tədbirlər planı həyata keçirilməlidir. 
-Təbii təsərrüfat sahələrinin təşkili; 
-Torpaqqoruyucu aqrotexniki tədbirlər; 
-Fitomeliorativ tədbirlər; 
-Hidrotexnlki tədbirlər. 
Təbii təsərrüfat sahələrinin təşkili müasir sosial-iqtisadi və icti-
mai-siyasi  şəraitdə  kənd təsərrüfatının hərtərəfli inkişafının, 
istehsal prosesinin kompleks mexanikləşdiriıməsi, avtomatlaşdırıl-
ması, ümumiyyətlə intensivləşdirilməsidir. Torpaqqoruyucu növ-
bəli  əkinin, meşə zolaqlarının düzgün yerləşdirilməsi, yolun, ka-
nalın çəkilməsi, təsərrüfatın sərhədlərinin təyin edilməsi və s işlər 
ərazinin kənd təsərrüfatı üzrə təşkil edilməsinə aiddir.  
Ərazidə yamacları torpaq eroziyasından qorumaq üçün kənd 
təsərrüfatı bitkilərinin becərilməsində tətbiq olunan torpaqqoruyu-
cu tədbirlər sistemi torpaqqoruyucu aqrotexniki tədbirlər adlanır. 
Bu tədbirlərin həyata keçirilməsində əsas məqsəd səthi su axınının 
azaldılması yolu ilə torpağın yuyulmasının qarşısının alınmasıdır. 


203 
Torpağın münbitliyinin azalmasına  əsas səbəb torpaqdan səmə-
rəsiz istifadə olunması, torpaqqoruyucu aqrotexnikanın zəif olması 
və ya tamamilə olmaması torpağın üst qatının yuyulması və s-dir. 
Torpaq münbitliyinin artırılması və kənd təsərrüfatı bitkilərinin 
məhsuldarlığının yüksəldilməsi istiqamətində torpaqqoruyucu aq-
rotexniki tədbirlər sisteminə yamacda şum və becərmə işlərinin ya-
macın eni istiqamətində aparılması, su axımını tutan zolaqların ya-
radılması, mühafizə məqsədilə bufer zolaqların yaradılması, dərin-
dən yumşaldılmış şırımların açılması, torpaqqoruyucu növbəli əki-
nin tətbiq edilməsi, torpaqların konturla becərilməsi və s daxildir. 
Torpaq eroziyasının qarşısının alınması, torpağın su rejimini 
yaxşılaşdırmaq, torpaq münbitliyin qorumaq və yüksəltmək üçün 
fitomeliorativ tədbirlər, meşəmeliorativ tədbirlər sisteminin siste-
matik tətbiqi tələb olunur. 
Eroziyanın baş verməsinin  əsas təbii amili iqlim və relyef: -
yamacın mailliyi, uzunluğu və forması olmaqla, onun intensivliyi 
torpağın tipindən asılıdır. Ona görə  də, torpağın becərilməsində 
həmin amillər nəzərə alınmalıdır. 
İqlim şəraitindən, ərazinin relyefindən, yamacların maillik dərə-
cəsindən, torpağın tipindən və s. asılı olaraq torpaqlar bu və ya 
digər dərəcədə eroziyaya məruz qalır. Həmin amillərdən asılı 
olaraq, bu və ya digər torpaqmühafizəli növbəli əkinlərdən istifadə 
olunur. 
Sahənin maillik dərəcəsindən asılı olaraq torpaqmühafizəli növ-
bəli  əkinlərdə müxtəlif bitki qruplarından istifadə edilir. Mailliyi 
3°-yədək olan sahələrdə növbəli əkinlərin əsas hissəsini cərgəarası 
becərilən bitkilər tutur. 
Yamacın mailliyi 3-5
0
 olan sahələrdə  tətbiq olunan növbəli 
əkinlər başdan-başa səpilən bitkilərlə  zənginləşdirilir. Sahənin 
mailliyi 5°-dən artıq olduqda isə növbəli əkin tarlalarında üstünlük 
çoxillik otlara verilir. Axırıncı halda növbəli əkində çoxillik otların 
xüsusi çəkisi 80%-ədək artırılır.  
Yamacın mailliyi 5°-dən artıq olduqda, su eroziyasına qarşı tor-
paqmühafizəli növbəli  əkinlər tətbiq edilir. Bu növbəli  əkinlərdə 
cərgəarası becərilən bitkilər yamacın eni üzrə zolaqlarla, 20-40 m-


204 
dən bir, 30-60 m enində, çoxillik otlar və ya başdan-başa səpilmiş 
birillik bitkilərlə növbələşdirilməklə əkilir. Bu zaman güclü yağış 
və ərintilərin əmələ gətirdiyi su axımları nəticəsində, yamacın üst 
hissələrindən yuyulan torpaq hissəcikləri çoxillik ot əkinlərində və 
zolaqlarda saxlanılır, eroziyanın qarşısını alır. 
Yamacın mailliyi 10-12° və daha çox olduqda, tərkibində çoxil-
lik otlar 50%-dən çox olan ottarlalı növbəli  əkinlər tətbiq edilir. 
Çoxillik otlar, torpağın su-fiziki xassələrini yaxşılaşdırmaqla ero-
ziya prosesini xeyli zəiflədir. Çoxillik otlar tarlanı uzun müddət 
bitki örtüyü altında saxladığına görə, torpaqlar eroziyadan daha 
çox qorunur. Ona görə də, zolaqlarda əkilən bitkilərin məhsulu tez 
yığılarsa, aralıq bitkilərindən istifadə etməklə sahəni bitki örtüyü 
ilə  təmin etmək lazımdır ki, bütün il boyu torpağın su ilə yuyul-
masının qarşısı alınsın. 
Su eroziyası müşahidə edilən sahələrdə aşağıdakı torpaqmüha-
fizəli növbəli əkinlər tətbiq edilir: 
1. Çoxillik otlar, çoxillik otlar, payızlıq taxıllar, qarğıdalının 
soya ilə qarışıq  əkini, dənli- paxlalıların kövşənlik  əkini, çoxillik 
otların payızlıq taxıllarla örtüklü əkini. 
2. Lüpin yaşıl gübrə  məqsədilə, payızlıq çovdar + lüpinin 
kövşənlik  əkini, kartof, yemlik lüpin, payızlıq çovdar + lüpinin 
kövşənlik əkini, qarğıdalı, mərcimək. 
Növbəli  əkinlərin həyata keçirilməsi iki mərhələdə: - onların 
tətbiqi və mənimsənilməsi ilə başa çatdırılır. 
Eroziya prosesinin şiddətli getməsinə böyük təsir göstərən amil-
lərdən biri də yamacların mailliyi, uzunluğu və formasıdır.Məsələn 
S.S.Sobolyev göstərir ki, yamacın mailliyi 3
0
-dən 2
0
-dək azaldıqda 
hə hektar sahədən torpağın yuyulması 16-19m
3
-dən 12m
3
-ə qədər 
azalır. Bir çox hallarda eyni mailli yamaclardan müxtəlif miqdarda 
torpaq yuyulması müşahidə olunur. Bu isə yamacda bitki örtüyü-
nün vəziyyəti və torpağın eroziyaya qarşı davamlılığı ilə izah 
olunur. 
Yuxarıda göstərdik ki, eroziya prosesinin şiddətli getməsinə 
təsir göstərən amillərdən biridə yamacın formasıdır.Beləki qabarıq 
formalı yamaclarda səthi su axınının sürəti artdığı üçün eroziya 


205 
prosesi şiddətli şəkildə çökək formalı yamaclarda isə nisbətən zəif 
gedir.Düz yamaclarda eroziyanın intensivliyi sahənin mailliyindən 
aslı olaraq dəyişir. 
 
12.3. Suvarılan torpaqlarda təkrar şorlaşmaya və 
bataqlaşmaya qarşı mübarizə tədbirləri 
 
Suvarılan torpaqların təkrar şorlaşması və bataqlaşması torpağın 
münbitliyini kəskin azaldır və bəzən onun uzun müddət səpin üçün 
yararsız olmasına səbəb olur. Tədqiqatlar göstərir ki, pambıq sə-
pininə yaxın torpaq məhlulunda xlor ionunun miqdarı 0,01, sulfat 
ionununku isə 0,5%-dən çox olmamalıdır.Xlorun miqdarının art-
ması  nəticəsində pambıq toxumlarının tarla cücərməsi kəskin 
azalır. 
Şorakətlik artdıqca torpağın su keçiriciliyi azalır, o tez tozlanır, 
fiziki yetişkənliyinə müvafiq olan rütubət intervalı  qısalır. Bataq-
laşma qeyri-kapillyar məsaməliliyin və aerasiyasının azalmasına, 
bitkilər üçün zəhərli olan hidroksil birləşmələrinin kəskin artması-
na səbəb olur. Bəzi hallarda bataqlaşma torpağın  şorlaşmasına 
səbəb olur ki, bu da onun bitkilərə mənfi təsirini daha da güclən-
dirir.  Şorlaşmanın başlıca səbəbi minerallaşmış qrunt sularının 
səthə yaxın yerləşməsi və yuxarıya doğru su axınları vasitəsilə üst 
qatlara qalxmasıdır.Torpağın suyu həddən artıq buxarlandırılması 
suvarma suyunda duzların miqdarının çoxluğu, habelə  tərkibində 
duzlar çox olan torpaq qatının səthə yaxın olması  təkrar  şorlaş-
maya səbəb olur. Kanallarda suvarma suyunun itkisi və suvarılan 
sahədə onun bərabər paylanmaması qrunt sularının səviyyəsinin 
yüksəlməsinə və torpağın bataqlaşmasına səbəb olur. 
Şorlaşmaya və bataqlaşmaya qarşı aqrotexniki mübarizə üsul-
ları kapillyarlarla yuxarıya doğru su axınını dayandırmaq üçün 
torpağın fiziki xassələrinin yaxşılaşdırılmasına və torpaq səthinin 
suyun buxarlanmasının azaldılmasına doğru yönəldilməlidir. 
Dərin  əkin aparıldıqda gillənmiş qat yumşalır, qeyri kapillyar 
məsaməlik böyüyür və bununla da torpağın səthinə doğru su axınları 
azalır. Əkin dərinliyinin əkin aparılarkən şorakətli qatla qarışan gipsli 


206 
qatların yerləşmə dərinliyindən asılı olaraq müəyyən edirlər. 
Gipsli və əhəngli qatlara malik olmayan torpaqlarda plantaj yaxud 
üçyarıslı  əkin aparılması mümkün olmadığından,  ən qısa vaxtda 
yaxşılaşdırma üsulu gipsləmək və çoxillik otlar səpməkdir. Çoxillik 
otlar torpağı üzvi maddə və azot ilə zənginləşdirir, onun strukturasını 
yaxşılaşdırır, şorakətli qatı yumşaldır və su keçiriciliyini nizamlayır. 
Yonca bitgisi normal qalınlıqda olduqda artıq ikinci ildə başdan-başa 
örtük yaratmaqla torpaq səthindən suyun buxarlanmasını xeyli 
azaldır. Müşahidələr göstərir ki, yoncanın vegetasiyası müddətində 
qrunt sularının səviyyəsi xeyli aşağı düşür. 
Gips verildikdən sonra hər il mənfi temperaturlar düşənədək pa-
yız suvarmaları aparılması faydalıdır. Bu zaman böyük normalarla 
yuma aparılmalıdır. Belə ki, bu halda qrunt sularının səviyyəsi tez 
qalxır və torpaq yenidən  şorlaşa bilər.Qrunt sularının səviyyəsi 
həmişə izlənməli və onların qalxmasına imkan verilməməlidir. 
Sudan istifadə olunması planına ciddi əməl olunduqda suvarma 
normal gedir və su kök sistemi yayılan qatran aşağı keçmir. Sa-
hələr yaxşı və düzgün hamarlandıqda suvarma zamanı su bərabər 
paylanır ki, bu da ayrı-ayrı yerlərin həddən artıq rütubətlənməsinin 
qarşısını alır. 
Daimi suvarma kanallarının kənarlarında meşə zolaqları salın-
dıqda sızan sular ağac və kollar tərəfindən mənimsənilir ki, bu da 
ərazinin artıq nəmlənməsinin, bataqlıqlaşmanın, torpaqların şorlaş-
masının qarşısını alır və ya zəiflədir. 
 
12.4. Suvarma əkinçiliyində meşə zolaqlarının rolu və yeri 
 
Suvarılan torpaqlarda meşə  əkinləri və süni suvarma bir-birini 
tamamlayırlar. Onlar bir ümumi məsələni quraqlığın və quru kü-
ləklərin kənd təsərrüfatı bitgilərinə mənfi təsirinin dəf olunmasını 
həll edirlər. Meşə zolaqları suvarmada mədəni bitgilərin suya təla-
batını azaldır, transpirasiya əmsalının azalmasına təsir edir, hid-
rotexniki qurğuların istismarını yaxşılaşdırır, su hövzələrini, ka-
nalları lilləşmədən, çirklənmədən mühafizə edir, qrunt sularının 
səviyyəsini aşağı salır, bununla da şorlaşma və bataqlaşma proses-


207 
lərinin qarşısını alır. 
Meşə zolaqları sutka ərzində yağış yağdıran maşınların iş əmsa-
lının artmasına  şərait yaradır. Belə ki, meşə zolaqları sahədə 
küləyin sürətinin azalmasına təsir edir. 
Suvarma torpaq quraqlığının zərərli təsirinin aradan qaldır-
maqla onu atmosfer quraqlığının zərərli təsirindən qoruyur. 
Torpaqda suyun buxarlanması nəinki yalnız temperaturadan və 
küləyin sürətindən, rütubətdən asılıdır ki, o da həmişə suvarılan 
torpaqlarda yüksək olur. Meşə zolaqları olduqda rütubətli hava 
meşəliklərin üstündə atmosferin yerə yaxın qatında ləngiyir. 
Qış-yaz yağmurlarının meşə zolaqlarının təsiri altında toplan-
ması  və qorunması bu tarlalarda yaz suvarmalarının aparılması 
zərurətini aradan qaldırır. 
Vegetasiya müddəti  ərzində oduncaqlı bitkilərin transpirasiya 
nəticəsində meşə zolaqları altında qrunt sularının səviyyəsi kəskin 
azalır, belə ki, onlar nəinki yalnız kanallardan sızan suyu, həm də 
qonşu tarlaların qrunt sularının bir hissəsini mənimsəyirlər. 
Meşə zolaqları suvarma şəraitində habelə alaqlarla mübarizə 
vasitəsidir. Meşə zolaqları ilə örtülü kanallarda alaqlar meşəsiz 
yerlərə nisbətən zəif inkişaf edirlər. Özbəkistan Kənd Təsərrüfatı 
Nazirliyinin Mərkəzi meliorasiya stansiyası müəyyən etmişdir ki, 
meşə zolaqları örtülü olan kanallarda alaqların miqdarı meşəsiz 
yerlərə nisbətən 5-6 dəfə az olur. 
Bir çox hallarda suyun yerli axını nəticəsində suvarma üçün su 
böyük su hövzələrində  yığılır və tez lilləşdiyi üçün dolurlar. Bu 
arzuolunmaz prosesi dayandırmaq üçün su nizamlayıcı meşə 
zolaqları yaratmaq lazımdır. 
 
 


 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
1.yaş

 
Çirkab sul
şayış məntəqəsi; 2-k
əməri; 6-suyığıcı no
Şəkil 4. P
208 
Şəkil 3
arın bioloji üsulla 
kanalzasiya kollekto
ohur; 7-bioloji nohu
borusu;10 suvarm
 
 
Pambıq bitkisinin ş
3. 
təmizlənməsi sxem
oru; 3- durulducu; 4
ur; 8-paylayıcı boru
ma sahəsi. 
şırımla suvarılması 
mi 
4-nasos; 5-boru 
; 9-suvarma 


209 
 
 
Şəkil 5. Şırımlara suvarma suyunun verilməsi  
 
 
 
Şəkil 6. Yonca bitkisinin zolaqlarla suvarılması  


210 
 
 
Şəkil 7. Çəltik bitkisinin suya basdırma üsulu ilə suvarılması  
 
 
 
Şəkil 8. Yağış yağdırma üsulu ilə suvarma  


Şəkil 9
Şəkil 10. Kar
211 
 
9. Yağış yağdırma ü
 
 
 
 
rtof bitkisinin damc
üsulu ilə suvarma  
cı üsulu ilə suvarılm
 
 
ması  


212 
 
 
 
Şəkil 11. Ana kanaldan suyun suvarıcı borulara paylanması  
 
 
 
 
 
Şəkil 12. Aerozol üsulla suvarma 
 


213 
 
 
Şəkil 13. Aerozol üsulla suvarma 
 
Şəkil 14. 


214 
 
Şəkil 15. 
 
 
 
Yastıkəsən oxşəkilli kultivator 


215 
 
Yüngül ziq-zaq mala 
 
 
 
 
İskənəşəkilli yumşaldıcı kultivatorlar  


216 
 
 
Diskli mala 
 
 
 
İynəşəkilli pərlərə malik mala 
 
 


217 
  
Dişli ağır mala  
 
  
Yaylı yumşaldıcı kultivator 


218 
 
Vərdənə 
 
 
Diskli üzləyici və vərdənə ilə kombinə edilmiş kultivator 


219 
 
Pərli yumşaldıcı və vərdənə ilə 
kombinə edilmiş kultivator 
 
 
Tirə düzəldən aqreqat 


220 
 
 
Şəkil 19. 
 
 
 
Şəkil 20. 


221 
 
 
Şəkil 21. 
 
 
 
 
 
 


222 
XIII. Ədəbiyyat 
 
1.Qurani-Kərim  
2 .Aqronomun məlumat kitabı. Bakı 1989 
3. Adıgözəlov F.S. Kənd təsərrüfatında sudan səmərəli istifadə 
edilməsi problemləri. Azərnəşr, Bakı 1987 
4.Allahverdiyev E.R., İsmayılov T.İ. Azərbaycanın su ehtiyat-
ları və onun mühafizəsi. Gəncə 2008. 
5. Aslanov H.Q. Torpaqların meliorasiyası.Bakı.Elm-2004.  
6. Aslanov H.Q. Qapalı suvarma şəbəkələri. Azərnəşr-1992. 
7. Axundov F.H. Mineral gübrələrin çəltik bitkisinin məh-
suldarlığına və keyfiyyətinə təsiri. Bakı 1971. 
8. Bağırov Ş.N. Suvarma meliorasiyası.Bakı 1985. 
9.Babayev A.H., Babayev V.A Ekoloji kənd təsərrüfatının 
əsasları. Bakı-2011.  
10.Cəfərov M.İ., Quluyev R.M. Torpaq fondu və ondan 
istifadə.Bakı 1997.  
11.S.Cavadov. Suvarılan torpaqların  şorlaşması ilə mübarizə. 
Bakı 1984 
12. Əzizov Q.Z., Quliyev Ə.Ə. Azərbaycanın şorlaşmış torpaq-
ları, onların meliorasiyası və münbitliyinin artırılması.Bakı 1999. 
13.  Əzizov Q.Z., Həsənəliyev  Ə.Ə. Azərbaycanda suvarmanın 
tarixi. Bakı 2001. 
14. Ələkbərov K.Torpağın eroziyadan mühafizəsi.Bakı 1967. 
15. Əliyev S.C. Alaq otları və onlara qarşı mübarizə tədbirləri. 
Kirovabad 1971. 
16.  Əliyev C.Ə.,  Ələkbərov Z.İ., Nəbiyev M.H. Azərbaycan 
SSR-in suvarma şəraitində soyanın yetişdirilməsi.Bakı 1982. 
17. Güləhmədov X.O. Pambıqçılıq.Bakı 1976. 
18. Hacıyev C.Ə., Hüseyinov M.M. Əkinçilik.Bakı 2008.  
19. Hacıyev C.Ə., Hüseyinov M.M., Nəsirov İ.İ.Torpaqbecərmə 
texnologiyası.Gəncə 2001. 
20.Hüseynov R.Q. Azərbaycanın suvarılan torpaqlarının 
aqrokimyəvi xarakteristikası. Bakı 1976. 
21. İbadzadə Y.Ə. Suvarma işləri. Azərnəşr, Bakı 1962. 


223 
22. İbrahimov Z.Ə. Ekologiya. Bakı 2009. 
23. Qəhramanlı Y. Mühəndis meliorasiyası.Bakı 2004. 
24. Məmmədov Q.Ş., Xəlilov M.Y. Ekologiya və ətraf mühitin 
mühafizəsi. Bakı, Elm-2005.  
25. Məmmədov B.M. Mexanikləşdirilmiş suvarmanın tətbiqi. 
Bakı1995. 
26. Məmmədov F.İ. və b. Aqronomiyanın əsasları. Kirovabad 
27. Məmmədov F.İ. Kənd təsərrüfatı bitkilərinin yaşayış 
amilləri və onların əkinçilikdə nizamlanması. Kirovabad 1985. 
28. Məmmədova S.Z., Cəfərov A.B. Torpağın münbitlik 
xassəsi.Bakı, Elm-2005.  
29. Mustafayev X.M .Torpaq eroziyası  və ona qarşı mübarizə 
tədbirləri. Bakı 1974. 
30.Talıbzadə  İ.A. XIX əsr və XX əsrin  əvvəllərində Azərbay-
canda suvarma və sudan istifadə. Bakı 1980. 
31. Güngor Y., Erözel A.Z., Yıldırım O. Sulama. Ankara-2010. 
32. Güngor Y., Yıldırım O. Tarla sulama sistemləri. Ankara-
1989. 
33.  Алиев  Б.Г.  Техника  орошения  в  Азербайджане.  Баку-
1991. 
34.Алиев  Б.Г.  Основы  орашаемого  земледелия  в  Азербай-
джане. Баку-2009.  
35. Бараев А.И. Почвозащитное земледелие. Москва 1975. 
36.Ярмизин  Д.В.  Лысогоров  С.Д.  Мелиоратив  земледелие. 
Москва 1972. 
37. Лысогоров. С.Д. Орашаемое земледелие.Москва 1971. 
38. Каштанов А.Н. Почвоводоохранное земледелие.Москва 
1984.  
 
 


224 
 
 
 
Cəmil Əli oğlu HACIYEV 
Elxan Rəcəf oğlu ALLAHVERDİYEV 
Azad Qənbər oğlu İBRAHİMOV 
 
 
SUVARMA ƏKİNÇİLİYİ 
(Dərs vəsaiti) 
 
 
 
 
 
 
 
__________________________________ 
 
Йыьылмаьа верилмишдир: 14.06.2011 
Чапа имзаланмышдыр:  
Тираж 200; ш.ч.в. 14 
«МБМ» няшриййатын мятбяясиндя  
чап олунмушдур 
 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə