Suvarma əKİNÇİLİYİ (Dərs vəsaiti)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə60/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34849
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   66

182 
üsulundan və suvarma texnikasından asılı olaraq kənd təsərrüfatı 
bitkilərinin suvarma rejimi də müxtəlifdir. AzETHMİ-nun  əmək-
daşları tərəfindən öz axımı ilə suvarma aparılan bölgələr üçün ve-
getasiya suvarma norması  və suvarmaların sayı müəyyən olun-
muşdur. 
Suyun  pambıq bitkisinin həyatında rolu çox böyük və müxtə-
lifdir. Yüksək və keyfiyyətli məhsul əldə etmək üçün pambıq bit-
kisi bütün vegetasiya müddətində suvarılmalıdır.Bitki toxumala-
rında maddələr mübadiləsi, fizioloji proseslər, onların digər 
orqanlara hərəkəti və sintezi suyun təsiri ilə nizamlanır.Bitkinin 
çəkisinin 50%-dən çoxunu su təşkil edir. 
Quraqlıq ilə mübarizədə yeganə əlverişli vastitə kənd təsərrüfatı 
bitkilərini vaxtında suvarmaqdır.Suvarma əkinçiliyində suvarmalar 
vasitəsilə torpaqda istənilən rütubətliliyi yaratmaq mümkündür. 
Bitkinin vegetasiya müddətində normal inkişaf edib yüksək 
məhsul verməsi üçün tələb edilən suvarmaların keçirilməsi üçün 
torpağın optimal nəmliyi müəyyən edilməlidir. 
N.A.Maksimova görə yarpağın 80-90%-i, kök sisteminin isə 
70-80%-ni su təşkil edir. Su bitki orqanizmində hüceyrələrə dola-
raq onlara elastiklik verir. Bitkinin su ilə təmin olunması müəyyən 
dərəcədə onun strukturunu və inkişafını  təyin edir.Bitkiyə lazımı 
miqdarda su daxil olduqda hüceyrə şirəsinin həcmi artır ki, bu da 
bitkinin inkişafına lazımınca təsir edir. 
Düzgün suvarma şəraitində pamığın kök sistemi müəyyən qədər 
aşağı qatlara (100-120 sm) işləyir, yan köklər yaxşı inkişaf 
etməklə güclü şaxələnir və onların əsas hissəsi torpağın üst qatında 
yerləşir. Kök sistemi güclü inkişaf etdiyindən bitkinin digər 
orqanlarıda yaxşı inkişaf edir. 
N.S.Pıjov, V.Y.Yeryoenko, T.A.Elzenqr və digə  tədqiqatçılar 
apardıqları  təcrübələrdən məlum olur ki, bitkinin boy və inkişafı 
suvarma şəraitindən asılı olaraq müxtəlif olur. 
Su bitki orqanizmində gedən fizioloji proseslərdə iştirak etmək-
lə onun istidən qorunmasında da mühüm rol oynayır.Müəyyən 
olunmuşdur ki, pambıq bitkisində buxarlanma gedərkən, onun 


183 
gövdəsi soyumağa başlayır, Bu da bitkini qızmar günəşin istisin-
dən qoruyur. 
Pambıq bitkisinin suya tələbatı ən çox çiçəkləmənin başlanğıcı 
və ilk qozaların əmələ gəldiyi dövrə düşür. Pambıq bitkisinin su ilə 
normal təmin olunması üçün elə su rejimi yaratmaq lazımdır ki, o 
torpaqda nəmliyin aşağı düşməsinə və torpaq məhlulunun qatılaş-
masına mane olsun. 
Suvarmada torpağın su-fiziki xassəsi əsas rol oynayır.Məsələn, 
yüngül, az münbit, çınqıl qatı yuxarıda olan və ya qumlu torpaqlar-
da pambıq bitkisi az normalarla, ancaq tez-tez suvarılmalıdır.Bu 
cür suvarma rejiminə  səbəb, torpağın su keçirmə qabiliyyətinin 
güclü olmasıdır. Onu da qeyd etmək lazımdır ki, torpağın tipinə, 
mexaniki tərkibinə  və  nəmlənmə  dərəcəsinə görə suvarmaların 
sayı  dəişə bilər. Bir sözlə pambığın suvarma rejimi və onun 
miqdarı torpağın münbitliyindən asılıdır. 
Pambıq bitkisini suvardıqda suvarma suyunun norma və sayı 
qrunt suyunun səviyyəsi ilə  də  sıx  əlaqədardır.Qrunt suyunun sə-
viyyəsi səthə yaxın olduqda, torpaq yaxşı nəmləndiyinə görə bitki 
ondan yaxşı istifadə edə bilir. 
Torpaqda nəmlik az olduqda və az suvarma şəraitində bitkinin 
kökləri çox dərin qatlara (180-200sm) gedir və yan köklər yaxşı 
inkişaf etmir.Suvarmalar tez-tez aparıldıqda və inə torpaqda nəm-
lik həddindən artıq olduqda isə köklər əsas etibarı ilə üst qatda 35-
50sm dərinlikdə inkişaf edir. Normal suvarma və nəmlik şəraitində 
köklər torpağın 100-120 sm dərin qatına gedir və yan köklər yaxşı 
inkişaf etməklə şaxələnir. 
Bitkinin inkişafının ilk dövrlərində  həddindən artıq və erkən 
aparılan suvarmalar torpaq temperaturunu soyudur, torpağı kipləş-
dirir, torpaqda hava və qida rejimini pisləşdirməklə mikroorqa-
nizmlərin fəaliyyətini zəiflədir. Belə olan hallarda bitkinin boyu 
uzanır, nazikləşir və yerə yatmağa meyl edir. Nəticədə bu cür 
bitkilər sonrakı dövrlərdə çox su tələb edir. 
Azərbaycan ETPİ-nun çoxillik tədqiqatları və qabaqcıl pambıq-
çıların təcrübəsi göstərir ki, pambıq bitkisinin kökü yerləşən torpaq 


184 
qatının nəmliyi tarla rütubət tutumunun 70%-nə  qədər azaldıqda 
pambığı suvarmaq lazım gəlir.Rütubətin bu dərəcədən az olmasına 
yalnız qozaların yetişdiyi və açıldığı dövrdə yol vermək olar. Bun-
dan başqa, bəzi torpaqlarda, məsələn duzların miqdarı artdıqda, 
yaxud havanın nisbi rütubəti son dərəcə aşağı olduqda və torpağın 
nəmliyi həddən çox azaldıqda tarla rütubət tutumunun 75%-nə 
qədər artırmaq lazım gəlir. 
Torpağın mexaniki tərkibindən və torpaqda olan üzvi maddə-
lərin miqdarından asılı olaraq tarla rütubət tutumunun həddi müx-
təlif olur. Pambıq əkilən rayonlarda çox ağır gilli və gillicəli me-
xaniki tərkibə malik torpaqlar, bəzi yerlərdə isə yüngül gillicəli 
torpaqlar geniş yayılmışdır. Bunula yanaşı ərazinin iqlim şəraitidə 
müxtəlifdir. Suvarmadan sonra pambıq bitkisinin kökləri yerləş-
diyi torpaq qatında mümkün olan su ehtiyatını müəyyən edən tarla 
rütubət tutumunun həddi ağır gilli, habelə  çəmən və boz torpaq-
larda 32-33%-ə, açıq  şabalıdı torpaqlarda isə 23-24%-ə  qədər 
dəyişir. Tarla rütubət tutumunun həddinin dəyişməsi ilə  əlaqədar 
olaraq torpağın su keçirmə  və onu buxarlandırma xassələri, 
torpaqda olan su ehtiyatlarının miqdarıda və digər göstəricilərdə 
dəyişir.Ümumiyyətlə suvarmaların sayının müəyyənləşdirilmə-
sində ərazidə qrunt suyunun dərinliyinin, onun minerallaşmasının, 
torpaq-iqlim  şəraitinin, əkiləcək bitkinin sort xüsusiyyətlərinin və 
digər amillərin böyük əhəmiyyəti vardır. 
Mexaniki tərkibinə görə ağır torpaqlar sayılan Şirvan düzünün 
boz torpaqlarında tarla rütubət tutumu həddi 28-30%-ə  qədər, 
strukturlu çəmən torpaqlarda isə hətta 32%-ə qədər olur. 
Torpağın mexaniki tərkibindən asılı olaraq qəbul edilmiş 
suvarma normaları 11 saylı cədvəldə verilmişdir.  
İstehsalat  şəraitində suvarma vaxtını müəyyən etmək üçün 
torpaqdakı rütubətin miqdarını göstərən məlumatdan istifadə 
etmək lazımdır;torpağın rütubəti tarla rütubət tutumunun 70%-nə 
bərabər olduqda torpaq suvarılmalıdır. 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə