Suvarma əKİNÇİLİYİ (Dərs vəsaiti)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə58/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34849
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   66

176 
yüksək olan çiçəkləmə, dənin dolması dövründə isə 80% səviy-
yəsində saxlamaq optimal suvarma rejimi hesab olunur. Vegeta-
siya suvarmalarının sayı müəyyən olunmuş su sərfi normasından 
və suvarma üsulundan asılıdır. 
Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunda aparılmış el-
mi tədqiqat işlərinin nəticələri göstərir ki, tez-tez yüksək olmayan 
norma ilə (500-600 m
3
/ha) suvarma, gec yüksək norma ilə (900-
1000 m
3
/ha) aparılan suvarmaya nisbətən böyük üstünlüyə malik-
dir. Hava şəraitindən asılı olaraq birinci halda suvarmaların sayı 6-
dan 9-a qədər, ikinci halda isə 4-6 arasında dəyişir.Əkin qatında, 
yəni bitkilərin kök sisteminin əsas kütləsinin yerləşdiyi ən münbit 
qatda optimal nəmliyin saxlanması üçün tez-tez, ancaq az suvarma 
norması  tətbiq edilməsi məqsədəuyğundur. Bundan başqa  əkin 
daxilində temperaturun aşağı düşməsi və torpaqüstü qatdakı ha-
vada nisbi rütubətin artması hesabına mikroiqlim yaxşılaşır, nəti-
cədə bitkilərin yerə yatması az qeyd olunur. 
Soya bitkisi yerüstü üsulla, yəni  şırımlarla və yağış yağdırma 
üsulu ilə suvarılır.Bu  əsasən  ərazinin torpaq-iqlim şəraitindən, 
bitkinin becərilmə xüsusiyyətindən, suvarma şəraitindən və digər 
amillərdən asılıdır. 
Çiçəkləmə, dənin dolma fazasında tarla su tutumu 80% olma-
lıdır. Bu respublikamızda orta gündəlik temperaturun ən yüksək və 
rütubətin ən çox buxarlandığı iyul-avqust aylarına təsadüf edir.Bu 
dövrdə suvarmalar arasındakı vaxt 6-8 günə  qədər azalır.Paxla 
yetişməyə başladığı müddətdə suvarmanın dayandırılması  məqsə-
dəuyğun hesab edilir. 
 
10.6. Texniki bitkilər 
Pambıq 
 
Ən qədimdən becərilən kənd təsərrüfatı bitkilərindən biri də 
pambıqdır. Pambıq liflilər sinifinə aid olan çox qiymətli texniki 
bitkidir. Təbiətinə görə pambıq bitkisi nisbətən quraqlığa davamlı 
bitkidir. Ancaq su ilə təmin olunduqda daha yaxşı inkişaf edir və 
bütün inkişaf fazalarında su tələb edir.Pambıq bitkisinin transpra-


177 
siya əmsalı 800-1000 arasında dəyişir. Ədəbiyyat məlumatlarından 
məlum olur ki, pambığın sortlarından asılı olaraq bəzi hallarada 
transprasiya əmsalı 600-1600-ə çatır . 
Pambığın ən qiymətli məhsulu mahlıcdır, ancaq qeyd etmək la-
zımdır ki, çiyiddə (pambığın toxumu) çox qiymətli materialdır. 
Çiyidin əsas məhsulu - yağ sayılır. Pambığın sort və növündən ası-
lı olaraq çiyidin tərkibində 17-25% və daha çox yağ, 25%-ə yaxın 
zülali maddə, 33% azotsuz (ekstraktiv) maddələr (nişasta, şəkər və 
s), 21% sellüloza və 10-20% su vardır.Çiyid yağı xalq təsərrüfa-
tının bir çox sahələrində geniş istifadə olunur. 
Pambıq bitkisinin mahlıcından, çiyidindən və digər hissələrin-
dən 120-dən çox müxtəlif növ məhsullar hazırlanır. 
Pambıq bitkisi hələ  qədimdən Hindistanda, Mekskada, Peruda 
və s ölkələrdə becərilmişdir. Hazırda düyanın bir çox ölkələrində
o cümlədən respublikamızda da pamıq geniş sahələrdə becərilir. 
Pambığın vegetasiya müddəti 5-6 aya başa çatır.S.D.Lısoqorova 
görə, pambıq bitkisi öz inkişaf dövründə 5 mərhələ keçirir: 
yarovizasiya, işıq, mayalanmaya hazırlıq, meyvənin əmələ gəlmə-
si, meyvənin yetişməsi və yarovizasiyaya hazırlıq.Göstərilən mər-
hələlərin biri-biri ilə  əvəz edilməsi  əsasında pambıq bitkisi çiyid 
torpağa səpildlkdən vegetasiyanın axırına qədər 5 əsas faza keçirir: 
çıxış fazası, əsil yarpaqların əmələ gəlməsi, qönçələmə, çiçəkləmə 
və yetişmə fazası. 
A.İ.Şleyxerin və digər tədqiqatçıların məlumatlarına əsasən, ya-
rovizasiya mərhələsini keçirmək üçün səpiləcək çiyid, pambığın 
növündən və sortundan asılı olaraq, öz quru çəkisinin 60-80%-i 
qədər su və 25
0
 temperatur tələb edir. 
Torpağın becərilməsi: Kənd təsərrüfatı bitkiləri üçün torpağın 
suvarma  şəraitində becərilməsi  əkinçiliyin intensiv aparılması 
prinsipinə əsaslanır. Əkin sahələrindən səmərəli istifadə olunması 
və yüksək məhsul alınması üçün torpağın səpinə düzgün, keyfiy-
yətli hazırlanması tələb olunur. Pambıqçılıqla məşğul olunan təsər-
rüfatlarda torpağın becərilməsinə payızdan başlamaq lazımdır. 
Pambıq bitkisindən yüksək məhsul  əldə etmək üçün sahənin ha-
marlanması, şum edilməsi, arat, səpinqabağı və vegetasiya suvar-


178 
maları, gübrələrin verilməsi torpağın əsas becərilməsi və digər təd-
birlər vaxtında, lazımı aqrotexniki qaydada həyata keçirilməlidir. 
Torpaq vegetasiya müddətində üzvi maddələrlə  zənginləşir. 
Şumlanan zaman üst münbit qat çevirilərək aşağı qata düşür ki, bu 
da qida maddələrinin uzun müddət istifadə olunması üçün əlverişli 
şərait yaradır. Torpağın belə becərilməsi zamanı alaq otları toxum-
ları da şumun alt qatına düşür ki, nəticədə onun cücərməsidə 
gecikir. 
Hamarlama:  Aparılmış tədqiqatlar göstərir ki, düzgün hamar-
lanmış sahələrdə normal səpin aparmaqla suvarmanı istənilən 
qaydada təşkil etmək olar ki, bunlarda suvarma şəraitində yüksək 
məhsul almağın əsas şərtlərindən biri hesab olunur. 
Sahə  nə  qədər yaxşı hamarlanıb və yüksək aqrotexnika tətbiq 
olunarsa, buxarlanmaya bir o qədər az su sərf ediləcək və yüksək 
məhsul əldə olunacaq. Dərə-təpəli, hamar olmayan sahələrdə trak-
torların, kənd təsərrüfatı maşınlarının işləməsi bir o qədərdə 
keyfiyyətli olmur və suçuların iş  məhsuldarlığı xeyli azalır. Mə-
sələn: hamarlanmış sahələrdə bir suçu növbə ərzində 1-1,5 hektar 
sahəni suvarırsa, hamar olmayan sahələrdə eyni müddətdə 0.4-0,5 
hektar yeri suvara bilir. Bu da onu göstərir ki, sahənin hamar-
lanmasının böyük əhəmiyyəti vardır. 
Dərin şum: Hamarlamadan sonra pambıq əkiləcək sahədə dərin 
şum aparılmalıdır. Bu zaman ön kotacıqlı kotanla şum aparmaq 
üçün, ön kotancıqlar 10-12 sm dərinliyə qurulur.Belə ki şum ön 
kotacıqlı kotanla aparıldıqda torpaq yaxşı  xırdalanır.Buna görədə 
səpinqabağı becərilən torpaqda xırda dənəvərlik yaratmaq və onu 
səpinə yaxşı hazırlamaq olur. Şumun ön kotacıqlı kotanla aparıl-
masının əsas üstünlüklərindən biri də odur ki, alaq otları iki yerdən 
kəsilməklə bərabər torpağın alt qatlarına düşür ki, bu da onun gec 
cücərməsinə və ya tamam məhv olmasına səbəb olur. 
Pambıq  əkini üçün torpağın payızda  şumlanması  məsləhət bi-
linir. Çünki ilin bu fəslində hava gecələr  şaxtalı, gündüzlər isə 
mülayim keçir. Bu da torpaq məsamələrində suyun gecələr 
donmasına, gündüzlər isə  əriməsinə  səbəb olur.Nəticədə torpaq 
dənəvərləşir və yumşalır. Belə torpaqlar bitkilərin normal inkişafı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə