Suvarma əKİNÇİLİYİ (Dərs vəsaiti)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə59/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34849
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   66

179 
üçün çox əlverişli olur. 
Şumun vaxtında aparılmasının da böyük əhəmiyyəti vardır. 
Araşdırmalar nəticəsində məlum olmuşdur ki, oktyabr, noyabr ay-
larında şumlanmış sahələrdə əkilən pambıqdan 100% məhsul əldə 
olunmuşdursa, dekabr ayında  şumlanan sahədən 88%, yanvar 
ayında  şumlanan sahədən 82% məhsul  əldə olunmuşdur. Bu da 
onu göstərir ki, pambıq üçün sahəni nə qədər gec şum etsən bir o 
qədərdə məhsul azalmağı müşahidə olunacaq. 
Əsas becərmədə torpaqda yaradılan  əlverişli  şəraiti yaz və 
səpinqabağı becərmələrlə saxlamaq lazımdır. Buna görədə aparılan 
becərmə  işlərinin lazımı qaydada qurulması, istifadə olunacaq 
alətlərin düzgün seçilməsi və  şumun vəziyyətini nəzərə alaraq 
aparılacaq işlərin vaxtında, keyfiyyətli yerinə yetirilməsi  əsas 
şərtlərdəndir. 
Suvarma şəraitində kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına 
təsir edən amillərdən biri də torpaqda dərin  şumun aparılmasıdır. 
Şumun dərinliyi torpağın mexaniki tərkibindən, qrunt suyunun 
səviyyəsindən, humus qatının və  şumaltı qatın qalınlığından 
asılıdır.Dərin şumun əsas üstünlüklərindən biri odur ki, torpağa su 
çox sızıb toplanır və  səmərəli istifadə olunur. Respublikamızın 
pambıq  əkilən rayonlarında dərin  şumun  əhəmiyyəti olduqca 
böyükdür və əsas dondurma şumu 28-32 sm dərinlikdə aparılır.  
Dərin  şum apardıqda torpaqda üzvi maddələrin toplanması  və 
saxlanması, habelə  əkin qatının aşağı hissəsində üzvi maddələrin 
(anaerob şəraitdə) çürüməsi üçün əlverişli imkan yaranır.Bu proses 
nəticəsində isə torpaqda əlavə çürüntü maddə toplanır.Həmin çü-
rüntü maddə torpağın xırda və toz halında olan hissələrini biri-bi-
rinə yapışdıraraq iri dənəli torpaq hissələrinin  əmələ  gəlməsinə 
səbəb olur. 
Arat:  Dərin  şum apardıqdan sonra pambıq  əkiləcək sahədə 
yanvar-fevral ayında arat suvarmasının aparılması daha məqsədə-
uyğundur. Beləki respublika şəraitində pambıq bitkisinin arata 
qoyulmuş sahələrdə əkilməsinin üstün cəhətə malik olduğu müəy-
yənləşdirilmişdir. 
Səpindən əvvəl torpaqda iki üsulla nəmlik yaradılır: birinci səp-


180 
suvar, ikinci arat. Arat suvarması səpindən 2-3 ay əvvəl aparılır. 
Pambıq bitkisinin arata qoyulmuş sahələrdə  əkilməsinin  əsas 
üstün cəhətləri aşağıda göstərilmişdir: 
Arat suvarması zamanı sahədə ehtiyat rütubət toplanır. 
Sahədə  şum zamanı yaranan kəltənlər tamamilə  xırdalanır, 
sahədə qalan zərərvericilərin pupları məhv olub sıradan çıxır. 
Təcrübələr göstərir ki, sahənin arat edilməsindən sonra əkin-
lərdə daha yaxşı və gümrah cücərtilər əldə olunmuşdur. 
Səpinqabağı becərmə: Səpinqabağı becərməni erkən keçirdik-
də torpağın becərilməsinə yaxşı şərait yaratmaqla, səpini vaxtında 
aparmaq mümkün olur. Bu da sahədə normal çıxış alınmasını 
təmin edir. Qış  və ya yaz aratından sonra şuma mala çəkildikdə 
torpaq müəyyən qədər bərkiyir. Buna görədə  səpindən  əvvəl 
diskiləmə aparmaq, sonra isə mala çəkmək lazımdır. 
Səpinqabağı becərməyə qədər sahədə alaq otları bitir ki, bu da 
sahənin zibillənməsinə  səbəb olur. Bunu mala vasitəsilə  təmizlə-
mək mümkün olmadıqda, həmin sahədə 8-10sm dərinlikdə çizel-
ləmə aparmaq, sonra isə mala çəkmək lazımdır. Bu zaman çizelə 
düzkəsici işçi orqanları bağlanmalıdır. 
Səpin müddəti:  Hər bir bitkininin səpin müddətinin düzgün 
təyin edilməsi yaxşı və tam çıxış alınmasının əsas şərtlərindən biri 
sayılır.Uzun müddətli təcrübələr göstərir ki, pambıq bitkisi üçün 
ən yaxşı  səpin müddəti torpağın temperaturu 11-13
0
, havanın 
temperaturu 13-14
0
  dərəcə olduğu vaxt hesab edilir.Belə  şəraitdə 
torpaq müəyyən nəmlikdə  və  zərərli duzlar çox dərində olur. 
Torpaqda normal nəmlik və havalanma olduqda 10-15 gün müd-
dətində normal çıxış alınır. 
Sahədə normal çıxış alınmasına təsir edən amillərdən biri də 
çiyidin basdırılma dərinliyidir. Tədqiqatlar göstərirki, pambıq çiyi-
di adətən 3-6sm dərinliyə basdırılır. Ancaq qeyd etmək lazımdır ki, 
çiyidin basdırılma dərinliyi səpin müddətindən, temperaturdan, 
torpağın tipindən, nəmliyin miqdarından və digər amillərdən çox 
asılıdır. 
Cərgəarası becərmə:  Səpindən sonra cərgəaralarında torpaq 
bərkiyir və ya qaysaq əmələ gəlir. Torpağın bərkiməsi və ya qaysa-


181 
ğın əmələ gəlməsi əsasən yağış yağdıqdan sonra baş verir. 
Qaysağın əmələ gəlməsi və ya torpağın üst qatının uzun müddət 
bərk halda qalması bitkinin inkişafının gecikməsinə, torpaqda qida 
rejiminin pozulmasına, suyun artıq buxarlanmasına, kultivasiyanın 
yüksək aqrotexniki qaydada aparılmamasına, suvarmanın çətinləş-
məsinə  səbəb olur və alaq otlarının inkişafı üçün əlverişli  şərait 
yaradır. Bu da bitkilərin məhsuldarlığının azalmasına səbəb olur. 
Bunların aradan qaldırılması  məqsədilə cərgəarası becərmə işləri-
nin aparılması lazım gəlir. 
Alaq otlarını məhv etmək və qaysağı dağıtmaq məqsədilə çıxış 
alınan kimi ilk becərmə işlərinə başlamaq lazımdır.Təcrübələr gös-
tərir ki, birinci becərmə vaxtında aparılmadıqda məhsuldarlıq 15-
20% aşağı düşür.Birinci becərmənin 6-8 sm dərinlikdə aparılması 
daha məqsədəuyğun hesab edilir. Çünki bu zaman bitkinin kök 
sistemi dərinə işləməmişdir. 
Cərgəarası becərmə  işlərindən sonra torpağın üst qatı yumşaq 
və dənəvər halda qalır, nəticədə rütubətlilik uzun müddət saxlanır, 
cərgəarasında olan alaq otları  məhv olur.Torpağın üst qatında 
havalanma daha yaxşı gedir, mikroorqanizmlərin fəaliyyəti güclə-
nir ki, bu da bitkinin inkişafı üçün əlverişli şərait yaradır. 
Yuxarıda göstərilənlərlə bərabər cərgəarası becərmə torpağın su 
keçirmə qabiliyyətinə müsbət təsir edir və  dərin  şırımlar açılma-
sına səbəb olur. Bu şırımlar sudan səmərəli istifadə olunmasını və 
vegetasiya suvarmalarının düzgün aparılmasını təmin edir. Cərgəa-
rası becərmə zamanı torpağın üst qatının yumşaldılması yemləmə 
gübrələrinin düzgün tətbiqi üçün əlverişli şərait yaradır. 
Cərgəarası becərmədə aşağıdakı tədbirlər həyata keçirilir: Cər-
gəarası kultivasiya, yəni yumşaltma aparmaq, alaq otlarının məhv 
edilməsi, suvarma üçün şırımlar açmaq, yemləmə gübrələrinin 
verilməsi. 
Cərgəarasını yumşaltmaq və alaq otlarını  məhv etmək məqsə-
dilə hər suvarmadan sonra kultivasiya aparmaq lazımdır.Bu da onu 
göstərir ki, suvarmanın sayı  qədər kultivasya aparılmalıdır. 
Suvarmadan əvvəl isə şırımlar açılmalıdır. 
Suvarma rejimi: Müvafiq bölgələrdə  tətbiq edilən suvarma 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə