164
temperatur 16-18
0
C-dir.
Kollanma prosesinə suya basdırma dərinliyi və suyun şəffaflığı
təsir edir. 5 sm-ə qədər su təbəqəsində kollanma sürətlə gedir,
lakin hədsiz (15-20 sm) çox su qatında yan zoğlarda tumurcuqların
əsasının qoyulması və boy atma intensivliyi gecikir. Bulanlıqlı
suda isə kollanma düyünündə (buğumu) işıqlanma azalır və
zoğların əmələ gəlmə sürəti aşağı enir.
Əlverişli şəraitdə yan zoğlar aşağı buğumaralarında əmələ gəlir.
Belə zoğlar əmələ gəldikdə kök sistemi daha yaxşı inkişaf edir,
yarpaqlar çox əmələ gəlir, Buda ki, bitki üzərində süpürgələrin bir
bərabərdə yetişməsinə gətirib çıxarır. Kollanmanın sonunda bö-
yümə konusu, onda (orada) süpürgə və sünbülcüyün rüşeym halın-
da formalaşması başa çatır. Bitki sıxlığı tamamilə kollanmanın
intensivliyindən və davam etmə müddətindən asılıdır. 1 m
2
-də
500-600 gövdənin olması optimal sıxlıq hesab edilir. Kollanma fa-
zasının ortalarında azotla yemləmə yan budaqlarda iri süpürgələrin
əmələ gəlməsinə səbəb olur.
Kollanma dövründə kombinə edilmiş su rejimi saxlanılır. Lazı-
mi miqdarda zoğların əmələ gəlməsinə qədər su təbəqəsi 5 sm-i
keçməməlidir. Onların formalaşması başa çatdıqda su təbəqəsinin
dərinliyi 25-30 sm –ə qədər artırılır.
Boruya çıxma fazası çəltikdə 8-9 yarpaq əmələ gəldikdə başla-
yır. Bu zaman küləşin yuxarı buğumaraları və süpürgənin rüşeym
halı böyüyür. Boruya çıxmanın xarici əlaməti axırıncı yarpağın
bitkinin küləşinə perpendikulyar olaraq yerləşməsidir. Bu fazada
çəltik süpürgələrində dənin əmələ gəlməsinə su və temperatur
rejimi böyük təsir göstərir. Optimal su təbəqəsi 15 sm-dir. Sü-
pürgənəin formalaşmasının sonunda küləşin yuxarı hissəsindəki
buğumarası hiss olunacaq dərəcədə uzanır.
Çiçəkləmə süpürgə axırıncı yarpaq bükümündən çıxdıqda baş-
layır. Çəltikdə süpürgələmə və çiçəkləmə fazası üst-üstə dəüşür.
Çəltik öz-özünü tozlayandır, çiçəklər çiçək pulcuqları örtülü olan
zaman tozlanır. Çəltiyin çiçəkləməsi üçün optimal teperatur 27-
28
0
C, minimal 15-20, maksimsl isə 50
0
C-yə yaxındır. Havanın
daha əlverişli nisbi rütubəti 70-80%-dir. 40%-dən aşağı rütubətdə
165
çəltik çiçəkləmir.
Əsas süpürgənin çiçəkləməsi 5-7 gün davam edir. Süpürgədə
boş sünbülcüklərin olmasına çiçəkləmə zamanı torpaqda nəmliyin
çatışmaması, temperaturun aşağı olması (14-16
0
C) və azotun
artıqlığı səbəb olur.
Yetişmə 30-40 gün davam edir. Bu dövrə süd, mum və tam
yetişmə fazaları daxildir. Tozlanmadan süd yetişkənliyin sonuna
qədər 11-12 gün keçir. Mum yetişkənlik dövrü 20 günə qədər
davam edir, fazanın sonuna yaxın dənin tərkibində nəmlik 35%-ə
qədər azalır. Mum yetişkənlikdən tam yetişkənliyə qədər 5-7 gün
keçir. Mum yetişkənlik fazasının başlanğıcına qədər suyun tar-
ladan çıxarılması məhsulun kəskin azalmasına gətirib çıxarır.
Çəltiyin bəzi sortları uzun müddət suya basdırılır, bəziləri dövri
suya basdırılma tələb edir, bəziləri isə suyun az olmasına dözür.
Suyun az olmasına dözən çəltik sortları illik atmosfer çöküntüləri
1200-1500 mm olan dəmyə şəraitdə becərilir, lakin onların məh-
suldarlığı aşağı olur.
Uzun müddət suya basdırılma tələb edən sortlar respublikanın
şoran torpaqlı bölgələri üçün əlverişli sortlar hesab edilir. Çünki
həmin torpaqlarda çəltik becərməklə həm şoranlıq yuyulur, həm də
yüksək məhsul əldə edilir.
Səthində suyu saxlamaq qabiliyyətinə malik olan əksər torpaq
tiplərində çəltik becərmək mümkündür. Qumlu və daşlı torpaqlar
suyu özündə yaxşı saxlaya bilmədiyiyindən çəltik əkinləri üçün
istifadə edilmir. Çəltiyin becərilməsi üçün istifadə edilən torpaqlar
suyu özündə saxlamaqla bərabər humus və qidalı maddələrlə
zəngin olmalıdır.
Çəltik qida maddələrinə çox tələb göstərən bitkidir. Onun
məhsuldarlığı torpaqda kifayət qədər qidalı maddələrin olmasından
çox asılıdır. Sortun xüsusiyyətindən, torpaq-iqlim şəraitindən və
tətbiq edilən becərmə texnologiyasından asılı olaraq aldığı qida
maddələrinin miqdarı artıb-azala bilər. Bu bitki vegetasiya müd-
dəti ərzində istifadə etdiyi qida elementlərinin çoxunu (70-80%)
kollanma-çiçəkləmə fazaları arasında istifadə edir. Sonra qida
maddələrinə tələbat azalır.
166
Çəltik çay vadilərinin lilli torpaqlarında daha yüksək məhsul
verir. Ağır qranulometrik tərkibli, su saxlama qabiliyyəti yüksək
olan zəif turş mühitli (pH=5, 0-6, 6) torpaqlarda bitki yaxşı inkişaf
edir. B.A.Neunılovanın məlumatlarına görə çəltik toxumları oksi-
gen az olan mühitdə cücərə bilir. Çıxışdan sonra kökü oksigenlə
təmin edən aeranxim hüceyrələrin hesabına inkişaf davam edir.
Torpağın becərilməsi. Torpağın becərilməsində məqsəd, orada
gedən biokimyəvi proseslərin sürətləndirilməsindən, aerasiyanın
artırılmasından, kök sisteminin inkişafı üçün şəraitin yaxşılaşdırıl-
masından, alaq otlarının və zərərvericilərin məhv edilməsini
sürətləndirməkdən ibarətdir. Torpağın becərilməsinə sələf bitkisi
yığılan kimi başlamaq lazımdır. Çəltik ağır qranulometrik tərkibli
torpaqlarda becərilir. Çəltik becərilən torpaqlar dərin şum edilməli,
torpaq yaxşı xırdalanıb yumşaldılmalıdır. Çəltik zəmisi su örtüyü
altında qaldıqda torpağa hava daxil ola bilmir. Ona görə də
anaerob şəraitdə torpaqda hidrogen–sulfid, dəmir birləşmələri və
müxtəlif zəhərli maddələr toplanır. Bunun üçün erkən payız şumu
ön kotancıqlı kotanla 25-28 sm dərinliyində aparılır. Şumun opti-
mal müddətdə aparılması zəhərli maddələrin təsirinin azalmasına
kömək edir. Şum tirə şəklində saxlanır ki, torpaq yaxşı havalansın.
Dondurma şumu yazda becərilib yumuşaldılır. Köküpöhrəli və
kökümsovgövdəli alaqlarla zibillənmiş torpaqlar bir neçə dəfə
becərilməklə onlardan təmizlənilir.
Çəltik əkinləri üçün yaz şumunun aparılması səmərəli deyildir.
Ona görə ki, yaz şumu ilə torpaqda əmələ gələn zəhərli birləşmə-
lərə və alaqlara qarşı mübarizə aparmaq az səmərə verir.
Payızda aparılmış dondurma şumu ilk yazda malalanır, sonra
isə sahə laydırlı kotanla pərşum edilir. Pərşumdan sonra sahəyə
səpindən bir neçə gün əvvəl mala və kultivasiya çəkilir, torpağın
səthini düzəldir, ləklər və onların tirələri çəkilir. Tirələr arasında
bütün ləklərə suyun axması üçün tirələrarası şırımlar açılır.
Şoran torpaqlarda kotana dərinləşdirici bərkidilir və yaxud
laydırsız kotanla 3-5 ildən bir 40-50 sm dərinliyində yumşaldılır.
Bu zaman sıxlaşmış şum altı qat dağılır, aerasiya və su keçirmə
qabiliyyəti yaxşılaşır. Belə torpaqları 2 mərtəbəli üsulda becərdik-
Dostları ilə paylaş: |