Suvarma əKİNÇİLİYİ (Dərs vəsaiti)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə50/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34849
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   66

152 
lərində onların  əhəmiyyəti eyni deyildir.Payızda tez-tez düşən və 
yaz fəslinə yaxın dərin islanmış torpaq örtüyünə malik olan 
rayonlarda rütubəttoplayıcı suvarmanın əhəmiyyəti azalır. 
Quraqlıq payız və payız-qış yağmurları az olan rayonlarda rütu-
bəttoplayıcı suvarma payızlıq buğdanın məhsuldarlığının artırılma-
sında həlledici əhəmiyyətə malikdir. 
Təcrübələr göstərir ki, torpağın səpinqabağı rütubətləndirilməsi 
hektardan 40-45s payızlıq buğda məhsulunun alınmasına imkan 
verir ki, bu da dəmyə şəraitdəkinə nisbətən 15-25s çox olur. Rütu-
bəttoplayıcı suvarma (arat) çox hallarda qara heriyə nisbətən daha 
yüksək məhsul alınmasına imkan verir. Bu suvarma 1000-
1200m
3
/ha norma ilə aparılır.Suvarma normasını müəyyən edərkən 
qrunt sularının dərinliyi nəzərə alınmalıdır.Suvarma suyu duzlu 
qata çatmamalıdır, çünki onun həll etdiyi duzlar kapilyar axınla 
qalxaraq köklər yayılan torpaq qatını şorlaşdıra bilər. 
Qrunt sularının səviyyəsi yaxın olan torpaqlarda rütubəttop-
layıcı suvarmalar ərazinin bataqlaşmasına səbəb ola bilər. 
Rütubəttoplayıcı və səpinqabağı suvarmaların aparılma vaxtları 
payızlıq buğdanın səpin vaxtı ilə, təsərrüfatın su ilə  təmin olun-
ması, suvarma texnikası və sələf bitkisinin yığılması ilə əlaqədar-
dır. Payızlıq buğdanın vegetasiya suvarmaları zamanı iqlim və 
hidrogeoloji şəraitlərin, düşən yağmurların miqdarı və onların pay-
lanması xarakteri, bitkilərin suya təlabatı məsələləri nəzərə alınma-
lıdır. Maksimum su məsarifi boruya çıxmadan dənin süd yetişmə 
dövrünə qədər olur. 
Tədqiqatlar göstərir ki, vegetasiya suvarmaları elə aparılmalıdır 
ki, torpağın 0-70 sm qatında rütubətlik bitkilərin boruya çıxma, 
sünbülləmə və dənin dolması fazalarında tarla su tutumunun 60 %-
də (yüngül torpaqda), 70 %-də(orta yüngül torpaqda) və 80 %-də 
(ağır torpaqlarda) olmalıdır. 
Vegetasiya suvarmalarınin normaları müəyyən olunarkən tor-
paqda rütubət ehtiyyatı, torpağın mexaniki tərkibi, rütubətləndiri-
lən qatın qalınlığı və qrunt sularının dərinliyi nəzərə alınmalıdır. 
Respublikamızın ərazisində qış isti keçdiyindən payızlıq buğda 
bitkisinin vegetasiyası davam edir və ona görədə arat suvar-
masından başqa 2-3 dəfə vegetasiya suvarması aparılır.  


153 
10.3. Qarğıdalı 
 
Öz  əhəmiyyətinə görə  dənli taxıl bitkiləri içərisində qarğıdalı 
xüsusi yer tutur.Qarğıdalıdan  ərzaq, yem və yüngül səaye üçün 
xammal kimi istifadə olunur. 
Qarğıdalının dənindən müxtəlif növ un və  şirniyat məmulatla-
rının hazırlanmasında istifadə olunur. Bununla yanaşı qarğıdalının 
dənindən yüksək keyfiyyətli bitki yağı alınır ki, bu da orqanizmin 
normal inkişafında böyük rol oynayır. 
Qarğıdalı bitkisi nəinki  ərzaq üçün, eləcədə heyvandarlığın 
yemə olan tələbatının ödənilməsində böyük əhəmiyyət kəsb edir. 
Heyvandarlıqda onun yaşıl kütləsindən yaşıl yem və ya silos kimi 
istifadə edirlər. Ayrı-ayrı alimlərin tədqiqatlarından məlum olur ki, 
qarğıdalı dəninin hər 100 kq-da 134 yem vahidi, quru gövdəsinin 
hər 100 kq-da 37 yem vahidi, dənin süd-mum yetişmə fazasında 
yığılan silos kütləsinin hər100 kq-da 21-30 yem vahidi, süpür-
gələmə fazasında yığılmış yaşıl kütlənin hər 100 kq-da 17-20 yem 
vahidi olur. 
Qidalılıq dəyərinə görə qarğıdalı bitkisinin tərkibi çox zəngin-
dir. 
Bioloji xüsusiyyətləri: Dənli taxıl bitkiləri içərisində qarğıdalı 
ən qısa müddətdə çoxlu üzvi maddə əmələ gətirən birillik bitkidir. 
Qısa bir dövrdə qarğıdalı bitkiləri 600-800 s/ha üzvi maddə əmələ 
gətirir. Ona görə də bu bitkinin yüksək məhsul vermə qabiliyyəti 
nəzərə alınmalı və buna lazım olan yaşayış amilləri yaradılmalıdır. 
Qarğıdalı bitkisinin həyat amillərinə tələbi bölgələr üzrə və sortdan 
asılı olaraq dəyişir. 
Qarğıdalı bitkisi işığa tələbkar, istilik sevən bitkidir.Yay döv-
ründə  işığın çox olması üzvi maddənin artmasına kömək edir. 
İşığın  əhəmiyyəti o zaman böyük olur ki, qarğıdalı bitkisi lazım 
olan su və qida maddəsi ilə təmin olunsun.Belə ki . bitkidə suyun 
çatışmaması transpirasiya prosesinin pozulmasına səbəb olur ki. bu 
da öz növbəsində yaşıl kütə artımına mənfi təsir edir. 
Becərilmə şəraitindən və sortundan asılı olaraq bitkinin inkişafı 


154 
və yüksək məhsul verməsi üçün 1700-3200

aktiv temperatur tələb 
olunur.Bu da onu göstərir ki, bitkinin ayrı-ayrı inkişaf fazalarında 
istiliyə  tələbi müxtəlifdir.Torpaqda kök sistemi yerləşən qatda 
temperatur 22-25
0
 olduqda bitki daha yaxşı inkişaf edir. 
Respublikamızın açıq  şabalıdı  və  şabalıdı torpaqlarında qarğı-
dalı daha yaxşı inkişaf edir və yüksək məhsul verir.Qarğıdalı 
torpağa az tələbat göstərir. 
Qarğıdalının qida maddələrini mənimsəməsi torpağın mexaniki 
tərkibindən, aerasiya dərəcəsindən, suvarma suyu ilə  təmin olun-
masından, kök sisteminin inkişafından və  ələlxüsus sortun xüsu-
siyyətindən asılıdır. Qarğıdalının kök sisteminin inkişaf etməsində, 
onun əlverişsiz xarici amillərə qarşı davamlı olmasında və dənində 
azotsuz ekstraktiv maddənin toplanmasında fosforun əhəmiyyəti 
böyükdür. 
Növbəli əkində yeri.Qarğıdalı bitkisi üçün ən yaxşı sələf dənli-
paxlalı bitkilər,  şəkər çuğunduru, dənli-taxıl, pambıq, tərəvəz və 
digər bitkilər hesab olunur.Respublikamızın aran rayonlarında pa-
yızlıq buğda və ya arpanın məhsulu yığıldıqdan sonra dərhal sahə 
üzlənib,  şumlandıqdan sonra burada qarğıdalı bitkisi becərmək 
mümkündür. Bu da onu göstərir ki, payızlıq buğda və ya arpa 
qarğıdalı bitkisi üçün yaxşı sələfdir. 
Qarğıdalı qida maddələrinə yüksək tələbkar bitkidir.Buna gö-
rədə üzvi və mineral gübrə normalarını vaxtında tətbiq etməklə, 
becərmə  işlərinə düzgün riayət etməklə, suvarmanı vaxtında 
aparmaqla və alaq otlarına qarşı düzgün mübarizə tədbirləri tətbiq 
etməklə qağıdalı bitkisini bir neçə il eyni sahədə becərmək olar. 
Torpağın becərilməsi: Qarğıdalı bitkisindən yüksək və keyfiy-
yətli məhsul  əldə etmək üçün torpağın düzgün becərlməsinin bö-
yük  əhəmiyyəti vardır. Suvarılan sahələrdə torpağın becərilməsi 
işinə üst səthin hamarlanmasından başlamaq lazımdır.Sahənin 
qeyri-hamar olması  kənd təsərrüfatı  işlərinin mexanikləşdirilməsi 
şəraitini pisləşdirir. Torpağın qeyri-bərabər rütubətlənməsinə 
səbəb olur. 
Şum torpağın əsas becərmə üsuludur. Torpağın əsas payız becə-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə