Suvarma əKİNÇİLİYİ (Dərs vəsaiti)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə49/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34849
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   66

149 
gübrələrin vaxtında verilməsinə, torpağın əsas becərilməsinin apa-
rılmasına, səpinqabağı becərmələrin aparılmasına, payızlıq buğ-
danın optimal müddətlərdə səpilməsinə şərait yaradır. 
Suvarma zonalarında cərgəarası becərilən bitkilər payızlıq buğ-
da üçün ən yaxşı  sələf hesab olunur. Respublikamızın müxtəlif 
bölgələrində payızlıq buğda üçün ən yaxşı sələf pambıq, qarğıdalı, 
çuğundur, kartof və s istifadə olunur. Növbəli  əkinlərdə bu bitki-
lərdən sonra buğda  əkini nəzərdə tutulubsa, cərgəarası becərilən 
bitki əkini üçün torpaq dərindən şumlanmalıdır.Bu bitkilərin vege-
tasiyası dövründə aparılan cərgəarası becərmələr torpağı alaq otla-
rından tamamilə  təmizləyir. Belə sahələr taxıl səpilməmişdən  əv-
vəl qarğıdalının, pambığın gövdələrindən, digər bitkilərin qalıqla-
rından təmizlənir. 
Payızlıq buğdanın səpinindən əvvəl bir ildə iki məhsul (payızlıq 
buğda və kövşənlik qarğıdalı) alınması böcəklərə qarşı mübarizədə 
profilaktik rol oynayır və lazımı miqdarda gübrələr verildikdə 
məhsuldarlığa mənfi təsir göstərmir. Bu respublikanın suvarılan 
aran bölgələrində daha yaxşı nəticə verir. 
Torpağın becərilməsi: Payızlıq buğdanın səpini üçün torpağın 
əsas becərilməsi 6-8sm dərinliyində üzləmədən, sələfdən, tarlanın 
alaqlanmasından, gübrə normalarından və sonrakı suvarma reji-
mindn asılı olaraq 14-32sm dərinliyində şumlamadan ibarətdir. 
Sələf bitkisi yonca olduqda ikinci biçimdən sonra layın 
qaldırılma dərinliyi 28-30sm, üçüncü biçimdən sonra isə 20-22sm 
olur.Digər sələflərdən sonra faraş  şum aparıldıqda onun dərinliyi 
25-32sm, gec aparıldıqda isə 20-22sm olması məsləhət bilinir. Rü-
tubəttoplayıcı suvarmadan sonra və yüksək gübrə normalarında 
şumun dərinliyi azalır. Bitkinin səpinindən qabaq dərin şum aparıl-
dıqda torpağın həddən artıq yumşaq olması bitkilərin ilk inkişafını 
pisləşdirir, vegetasiya suvarmaları apardıqda dayaz şumlamada 
səpilən bitkilərə nisbətən daha çox yatırlar. 
Alaqlardan təmiz olan, habelə yüngül və yaxşı  mədəniləş-
dirilmiş torpaqlarda sələflərin yığılması gecikdirildikdə şumlamanı 
PPA-10-25 markalı gəvahinli üzləyicilərlə 8-14sm dərinlikdə apa-
rılmalıdır. 
Cərgəarası becərilən bitkilərdən sonra şumun səthi becərmələrlə 


150 
əvəz olunmasına yol verilə bilər. Torpaq həddən artıq qurumuş 
olduqda becərilən  şumun kəltənliliyinin qarşısını almaq üçün 
şumlamadan qabaq suvarma aparılmalıdır. 
Suvarmanı şumdan sonrada aparmaq olar. Şumdan əvvəl və ya 
sonra aparılan suvarma alaq toxumlarının, yerə tökülmüş taxılın 
cücərməsinə və torpaqda nəmlik ehtiyatı yaranmasına, eyni vaxtda 
yeni səpilmiş toxumdan sağlam cücərtilərin alınmasına səbəb olur. 
Torpağın  əsas becərilməsindən sonra rütubəttoplayıcı yaxud 
səpinqabağı suvarma aparılır.Bu halda süni yağış yağdırmadan və 
şırımla yerüstü suvarma üsulundan istifadə olunur.Becərilən qat 
yetişdikcə tarla ağır malalarla malalanır. 
Payızlıq buğdanın səpini üçün torpağın becərilməsi səpinqabağı 
dövrdə, toxumların basdırılma dərinliyində kultivasiya çəkilir. 
Tədqiqatlar göstərir ki, gübrələr payızlıq buğdanın məhsuldarlı-
ğını suvarma şəraitində  kəskin artırır.Ukrayna Elmi Tədqiqat 
Suvarma Əkinçiliyi və Elmi Tədqiqat Qarğıdalı İnstitutunun məlu-
matlarına  əsasən qara və  şabalıdı torpaqlarda optimal azot gübrə 
normalarının tətbiqi hesabına payızlıq buğdanın məhsul artımı 
hektardan 10s, fosforlu gübrələrin hesabına 1,5s, onların birgə 
tətbiqində isə 12,1-16, 8 s/ha artmışdır. 
Yüngül mexaniki tərkibli torpaqlarda azot gübrələrini yalnız 
səpinqabağı və yemləmə şəklində verilməsi məsləhət bilinir. 
Son vaxtlar payızlıq buğdanın səpinlərində yazda azot yemləmə 
gübrəsi diskili səpicilərlə torpağın müəyyən dərinliyinə verilir. Bu 
üsulun üstünlüyü ondadır ki, gübrələr bərabər paylanmaqla, həm 
də yumşaldılır. 
Səpin. Payızlıq buğdanı darcərgəli və çarpaz üsulla səpirlər. 
Cərgəaralarının eni 7,5 və 15sm olur. Toxumun səpin dərinliyi 6-
8sm-dir. Səpin norması sortdan, səpin vaxtlarından və bitkinin 
becərildiyi bölgədən asılı olaraq müəyyən olunur. 
Payızlıq buğdanın optimal səpin müddəti respublikamız  əra-
zisində 15-25 oktyabr hesab olunur.Tədqiqatlar göstərir ki, daha 
tez səpildikdə bitki güclü inkişaf edir, nəticədə pis qışlayır, su-
varma suyundan və qida maddələrindən israfçılıqla istifadə edir, 
xəstəlik və zərərvericilərlə daha çox sirayətlənir ki, bu da məhsul-
darlığın azalmasına səbəb olur. Gec səpinlərdə isə bitki yaxşı in-


151 
kişaf edə bilmədiyindən qışlamaya qədər kollana bilmir, nəticədə 
məhsuldarlıq xeyli aşağı düşür. Buna görədə gec səpin zamanı 
səpin norması xeyli artırılır ki, bu da iqtisadi cəhətdən rentabelli 
olmur. 
Səpinlərə qulluq işləri vərdənələmə, malalama, yemləmə, yat-
maya, alaqlara, xəstəlik və zərərvericilərlə qarşı mübarizə tədbirlə-
rindən ibarətdir. Səpinlərə qulluq işləri yazda gübrələrin verilməsi 
ilə başlanır. Vegetasiya suvarmaları üçün hazırlanmış tarlalarda 
malalama aparılarkən, suvarma şəbəkələrinin xüsusiyyətləri nəzərə 
alınmalıdır.Suvarma zolaqları olduqda malalama zolaqlar boyunca 
aparılır. Vegetasiya suvarmaları üçün müvəqqəti suvarıcılar və çı-
xış şırımları səpinlərin faraş yaz malalanmasından sonra çəkilir. 
Gübrələnməsi:  Suvarma şəraitində payızlıq buğdanın məhsul-
darlığının artırılmasında aparılan  ən mühüm tədbirlərdən biri də 
gübrələmədir. Suvarma şəraitində intensiv sort tam dozada mineral 
gübrə almalıdır. 
Fosfor və kaliumun illik norması bir qayda olaraq əsas  şum 
altına verilməlidir. Payızlıq buğdanın qışa davamlılığını artırmaq 
məqsədilə  səpin zamanı  cərgələrə lokal üsul ilə  təsiredici maddə 
hesabı ilə 20 kq superfosfat verilməlidir. 
Azot çatmadıqda böyümə  ləngiyir, yarpaqlar saralır, quruyur. 
Gövdə  qırmızı  rəngə çalır. Ümumiyyətlə payızlıq buğdaya azot 
gübrəsi hissə-hissə verilməlidir.Azotun illik normasının 20%-i pa-
yızda, 50%-i yazda kollanma fazasında, 30%-i boruyaçıma faza-
sında verilir. 
Suvarma rejimləri. Payızlıq buğda səpilən kimi sahə suvarıl-
malıdır. Səpsuvar aratda olduğu kimi zolaq və ya şırım üsulu ilə 
aparılmalıdır. Bu zaman zolağın eni 15-20 m, uzinluğu 150-200 m, 
bəzən isə 300-400m ola bilər. Səpsuvar üçün bölgələrdən asılı 
olaraq hektara 800-900 m
3
 (şırım üsulunda) və 900-1100 m
3
 (zolaq 
üsulunda) su sərfi yaxşı norma hesab olunur. Səpindən sonra 
aparılan suvarmaya səpsuvar deyilir. 
Payızlıq buğda becərilərkən birinci növbədə normal cücərtilərin 
alınması  və bitkilərin yazda normal inkişaf etməsi üçün optimal 
torpaq rütubətliyi  şəraiti yaradılmalıdır.Buna rütubəttoplayıcı, ya-
xud səpinqabağı suvarmalarla nail olunur.Müxtəlif əkinçilik bölgə-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə