Suvarma əKİNÇİLİYİ (Dərs vəsaiti)


X. Suvarma şəraitində kənd təsərrüfatı bitkilərinin



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə48/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34849
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   66

146 
X. Suvarma şəraitində kənd təsərrüfatı bitkilərinin 
becərilməsinin xüsusiyyətləri 
 
Kənd təsərrüfatı bitkilərinin aqrotexnikası bitkiçilik fənnində 
geniş işıqlandırılır. Bəzi məsələlər isə ümumi əkinçilik, aqrokimya 
fənlərində öyrənilir. Ona görədə kənd təsərrüfatı bitkilərinin becə-
rilmə aqrotexnikasının bütün cəhətlərini burada şərh etmək artıq-
dır. 
Digər fənnlərdən fərqli olaraq Suvarma əkinçiliyi fənnində 
yalnız o məsələlər araşdırılır ki, onlar bilavasitə yaxud dolayı yolla 
suvarma ilə  əlaqədardır və onlar bu şəraitlərdə  kənd təsərrüfatı 
bitkilərinin becərilməsinin xüsusiyyətlərini  əks etdirirlər.Buraya 
bitkilərin bioloji xüsusiyyətləri, torpaq becərilməsinin xüsusiy-
yətlərini, suvarma sxemlərini və üsullarını eləcədə digər məsələləri 
daxil etmək olar. 
 
10.1. Dənli və dənli-paxlalı bitkilər 
 
10.2. Payızlıq buğda 
 
Buğda ən qiymətli qida bitkisidir. Təbii zonalardan asılı olaraq 
suvarılan torpaqlarda buğda becərilərkən onun payızlıq yaxud 
yazlıq formalarına üstünlük verilir. Qışlama  şəraitləri  əlverişli, 
lakin isti və quraq yaya malik rayonlarda payızlıq buğda daha 
yüksək və sabit məhsul verir. 
Suvarma bitkilərin böyümə və inkişafı üçün optimal şərait yara-
dır, onların qışa davamlılığını artırır ki, bu da payızlıq buğdanın 
yaxşı  qışlamasını  təmin edir. Buna görədə payızlıq buğdanın 
səpinləri getdikcə genişlənir. 
Payızlıq buğda yazın birinci yarısında yetişdiyinə görə yaşıl 
yem, silos və hətta dən üçün əkilən aralıq bitkilərə yaxşı sələfdir.  
Suvarılan növbəli əkinlərdə payızlıq buğda həmdə yaşıl yem və 
silos üçün becərilir, tarla azad olduqdan sonra həmin tarladan 
dənli, tərəvəz və yem bitkilərinin əkilməsi üçün istifadə olunur. 
Bioloji xüsusiyyətləri. Payızlıq buğda qış düşənədək cücərti 


147 
verir, kollanır, kökləri dərinə işləyir və payız bərkiməsini keçirir. 
Qışlamadan sonra bitkilərin inkişafı davam edir, böyümə ko-
nusu əmələ gəlir. Onun güclü inkişafı və fəal uzanması yarpaqların 
və köklərin gücündən, toxumların su ilə doymasından asılıdır. 
Rüşeyim hüceyrələrinin su ilə tam doyması turqor vəziyyətinin 
saxlanmasına, gərilməsi, gələcək sünbülcüklərin rüşeyimlərinin 
miqdarının artırılması üçün zəruridir.Bu bitkilərin su ilə  təmin 
olunmasında ən məsul dövr hesab olunur. Payızlıq buğdanın kritik 
dövrü boruya çıxmadan dənin süd yetişmə dövrünədək uzanır. 
Bioloqlar müəyyən etmişlər ki, rüşeym sünbülcüklərinin əmələ 
gəlməsindən  əvvəl faraş suvarma sünbüldə  dəni artırırsa, çiçək 
əmələ gəlməsinin başlanğıcında suvarma hər bir sünbülcükdə inki-
şaf etmiş çiçəklərin miqdarını artırır. Boruyaçıxma fazasında 
sünbüllər və gövdələr tez böyüyür, əlavə yarpaqlar əmələ gəlir və 
quru kütlə intensiv toplanır. 
Çiçəkləmə və mayalanma dövründə tənəfüs gücləndiyi və üzvü 
maddələrin məsarifi artdıqda, bitkilər həddən artıq qızmaya və 
quru küləklərə qarşı  həsasdırlar. Müəyyən olunmuşdur ki, 35
0

temperaturada payızlıq buğda bitkilərində fotosintez prosesi çox 
zəifləyir, məhsuldarlıq 20% azalır, 40
0
S-də isə 50%-dək azalır: 
havanın aşağı nisbi rütubətidə eyni ilə  təsir göstərir.Havanın 
rütubəti 24%-dən aşağı olduqda və quru külək olduqda seyrək-
dənlilik və boş sünbüllülük olur.Havanın yüksək temperaturasının 
və  aşağı rütubətliliyinin mənfi təsirini adi üsulla yaxud xırda 
dispersiyalı yağdırma yolu ilə sərinləşdirməklə zəiflətmək olar. 
Payızlıq buğdanın transpirasiya əmsalı 450-500, sudan istifadə 
əmsalı 60-90m
3
 su (1 sentner dənə görə) olur.Bu göstəricilərin 
dəyişkənliyi sortdan, rütubətdən, torpağın mineral qida elementləri ilə 
təmin olunma dərəcəsindən asılıdır.Onların qiymətinə habelə iqlim 
şəraitləri də təsir edir. 
Payızlıq buğda uzun vegetasiya müddətinə malikdir ki, bu da 
torpaqdan bitkinin qida elementlərini daha tam mənimsəməsinə 
imkan verir. Lakin qida elementlərinə  təlabat bitkilərin inkişaf 
dövrlərindən asılı olaraq müxtəlif olur.Azot vegetasiya müddətində 
həmişə zəruridir, lakin onu boruya çıxma və sünbülləmə fazalarında 
daha çox tələb edir. Erkən yazda aşağı temperaturaların və torpağın 


148 
həddən artıq rütubətlənməsinin nəticəsində nitrifikasiya prosesi 
zəifləyir, aşağıya doğru su axınları nitrat azotunu dərin qatlara yuyub 
aparır. Ona görədə nitrat azotu ilə yaxşı təmin olunmuş torpaqlarda da 
hətta bitkilər azotdan korluq çəkə bilərlər.Erkən yazda payızlıq 
bitkilərin azotla yemləndirilməsinin səmərəliliyini bununla izah 
etmək olar. 
Cücərmə dövründə  və inkişafının başlanğıcında buğda bikisinin 
fosfora ehtiyacı böyük olur. Rütubətlə yaxşı təmin olunan torpaqlarda 
fosfor bitki köklərinin yaxşı inkişaf etməsinə səbəb olur. Bu zaman 
bitkinin kökləri 1m-dək dərinliyə gedir və quraqlığa, soyuğa 
davamlılığı yüksəlir. 
Fosfor sünbül əmələ gəlməsini və dənlərin dolmasını təmin edir. 
Böyümənin ilk mərhələsində baş verən fosfor çatışmamazlığı sonra-
dan verilən yemləmə gübrələri vasitəsilə bərpa olunur. 
Torpaqda buğdanın cücərməsindən çiçəkləməyə  qədər asan mə-
nimsənilən kalium çatışmadıqda bitkilərin böyümə  və inkişafı 
zəifləyir, onlar temperaturanın və rütubətin dəyişkənliyinə qarşı həs-
sas olurlar. 
Payız dövründə bitkilərin fosfor və kaliumla yaxşı təmin olun-
ması payızlıq buğdanın qışa davamlılığını yüksəldir, onların azotla 
kifayət qədər təmin olunması  dənin tərkibində zülalın miqdarını 
artırır.Ancaq qeyd etmək lazımdır ki, azotun və rütubətin həddən 
artıq olması bitkilərin yerə yatmasına səbəb olur. 
Xüsusilə soyuq rütubətli illərdə suvarma aparıldıqda payızlıq 
buğdanın kök çürüməsi və pas xəstəliyilə sirayətlənmə  təhlükəsi 
artır.Xəstə bikilərdə fotosintez prosesi kəskin pisləşir, tənəfüs 
intensivliyi və üzvi maddələrin itkisi artır, transpirasiya xeyli güc-
lənir ki, bu da məhsuldarlığı  kəskin azaldır.Gübrələrdən düzgün 
istifadə etdikdə pas xəstəliyinə qarşı davamlılıq artır. 
Suvarma şəraitində becərilən payızlıq buğda sortları əlavə rütu-
bətlənməyə yüksək həssas, habelə yatmağa və göbələk xəstəliklə-
rinə qarşı davamlılığı yüksək olur. 
Aqrotexniki xüsusiyyətləri: Payızlıq buğda sələflərə qarşı yük-
sək tələbkardır, onların yığım vaxtları onun üçün mühüm rol 
oynayır. 
Sələf bitkisinə olan başlıca tələb onun tez yığılmasıdır.Bu isə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə