Suvarma əKİNÇİLİYİ (Dərs vəsaiti)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə44/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34849
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   66

133 
lərin müxtəlif növbələşdirilməsi aparılan, 10 tarlalı növbəli əkinlə-
rin tətbiqi daha yaxşı nəticə verdiyi müəyyənləşdirilmişdir. Məsə-
lən 10 tarlalı rotasiyaya birinci tarlada əvvəlcə buğda olur, sonra 
noxud və həmin ildəcə qarğıdalı (ikinci dəfə məhsul almaq üçün) 
olur, ikinci tarlada arpa səpilir və örtük bitkisi kimi yonca səpilir; 
üçüncü tarlada yonca bitkisinin ikinci ili, qalan tarlalarda isə pam-
bıq yetişdirilir. 
İkinci 10 tarlalı növbəli  əkində birinci və ikinci tarlada həmin 
bitkilər səpilir, ikinci tarlada təkrar qarğıdalıdan sonra yaşıl gübrə 
məqsədilə noxud becərilir, qalan tarlalarda isə pambıq yetişdirilir. 
Orta və şiddətli şorlaşmış torpaqlarda doqquz-on tarlalı növbəli 
əkinlərdə yonca altında iki tarla ayrılması məsləhət bilinir. 
Çəltik növbəli  əkinləri quruluşlarına görə pambıq növbəli 
əkinlərinə oxşardır.Əsas bitki olan çəltik növbəli əkində yonca və 
digər bitkilərlə növbələşir.Lakin pambıqdan fərqli olaraq çəltiyin 
təkrar səpinində onun məhsulu tez azalır.Ona görədə çəltik növbəli 
əkinlərinə yoncadan başqa dənli paxlalı, cərgəarası becərilən və 
çəltik səpinlərinin arasını kəsən digər bitkilər daxil edilir. 
Nümunəvi sxemli çəltik növbəli  əkininə misal olaraq aşağı-
dakıları göstərmək olar. 
I.1-3-cü tarlalar çəltik, 4-cü tarlada dənlilər yonca örtüklü 
səpində, 5-6-cı tarlada yonca; 
II.1-2-ci tarlada çəltik, 3-4-cü tarlada yonca, 5-6-cı tarlada 
çəltik, 7-ci tarlada faraş tərəvəzlər, cərgəarası becərilənlər və s. 
Alaqlanması yüksək olan çəltik növbəli  əkinlərinə  məşğullu 
herik daxil edilir və növbəli əkin sxemi aşağıdakı kimi növbələşə 
bilər. 
I.soya və noxud dən üçün 
II.paxlalılarla birlikdə qarğıdalı 
III və IV çəltik 
V. soya dən üçün 
VI-VII çəltik 
Üçyarpaq yonca səpilən rayonlarda 6 və 7 tarlalı növbəli əkinlər 
tətbiq olunur. 
1.  Üçyarpaq yonca örtüklü arpa 
2.  Üçyarpaq yonca 


134 
3-4. çəltik 
5. soya dən üçün 
6-7. çəltik 
Yaxud 
1.  soya dən üçün 
2.  -3. Çəltik 
4.Soya yaşıl gübrə üçün 
5-6. çəltik 
Ukraynanın yeni çəltikçilik bölgələrində növbəli  əkinlərində, 
çəltiklə yanaşı payızlıq buğda, arpa, dənli-paxlalı və digər bitkilər 
becərilir. 
Suvarılan növbəli  əkinlərdə  şəkər çuğunduru adətən yoncadan 
sonra ikinci il, bəzən isə birinci ildə yerləşdirilir.Çuğundur üçün 
yaxşı  sələflər dənli-paxlalılar, qarğıdalı, tərəvəz bitkiləri və 
gübrələnmiş payızlıq buğdadır. 
Tədqiqatlar zamanı suvarılan torpaqlarda şəkər çuğunduru 5 
tarlalı növbəli  əkində  aşağıdakı sxemdə yerləşdirilməsi məqsədə-
uyğun hesab edildiyi göstərilmişdir. 
1.  Yonca 
2.  Tərəvəzlər 
3.  Qarğıdalı 
4.  Şəkər çuğunduru 
5.  Yonca örtüklü buğda 
Sələf bitkisindən sonra torpağın yüksək münbitliyi və tarlaların 
alaqlardan təmizliyi qarğıdalının becərilməsi üçün əsas  şərtdir. 
Əgər suvarılan növbəli əkin daxilində yonca səpini varsa onda qar-
ğıdalı ilə növbəli  əkin aşağıdakı sxemdə yerləşdirilməsi məslə-
hətdir. 
1.  Yonca 
2.  Buğda 
3.  Qarğıdalı 
4.  Darı  
5.  Qarğıdalı, günəbaxan, kartof 
6.  Yonca örtüklü yazlıq dənlilər. 
Dənli bitkilərlə yüksək dərəcədə doldurulmuş növbəli əkinlərdə 
növbələşdirmə aşağıdakı ardıcıllıqla aparıla bilər. 


135 
1.  Yonca örtüklü yazlıq dənlilər. 
2.  Yonca 
3.  Payızlıq buğda 
4.  Yazlıq buğda 
5.  Qarğıdalı 
6.  Yazlıq buğda 
 
Suvarmada  əsas məqsəd yerli torpaq-iqlim şəraitinə uyğun 
olaraq bitkilərin bioloji xüsusiyyətlərindən asılı olaraq onların suya 
olan təlabatını ödəməkdən ibarətdir. 
Münbit torpaqlardan səmərəli istifadə olunması əkinçilik mədə-
niyyətinin yüksək olmağı göstərir ki, tarla işlərinin vaxtında və 
keyfiyyətli aparılması, alaqlara qarşı mübarizə, zərərvericilərdən 
və  xəstəliklərdən qorunmasına növbəli  əkinə düzgün riayət et-
məklə əldə oluna bilər. 
Əkin sahələrindən səmərəli istifadə etməklə, torpaq münbitliyi-
nin artırılması və becərilən kənd təsərrüfatı bitkilərinin məhsuldar-
lığının yüksəldilməsi istiqamətində aparılan aqrotexniki və  təşki-
lat-təsərrüfat tədbirləri içərisində növbəli  əkin sistemi xüsusi 
əhəmiyyət kəsb edir. 
İstiehsal ediləcək məhsulun miqdarına və əkin sahələrinin quru-
luşuna uyğun olaraq, müəyyən  ərazinin tarlalarında illər üzrə 
bitkilərin və herik tarlalarının növbələşməsi və torpağın buna mü-
vafiq olaraq becərilməsi və gübrələnməsi sisteminə növbəli  əkin 
deyilir. Növbəli əkinlər, tarlalarda bitkilərin düzgün növbələşliril-
məsinə uyğun torpaqbecərmə  və gübrələmə sistemləri ilə  əla-
qələndirildiyi halda daha yüksək səmərə verir. 
Kənd təsərrüfatı bitkilərin elmi əsaslandırılmış qaydada növbə-
ləşdirilməsi, torpaqda qida maddələrinin miqdarının artırılmasını 
və onlardan səmərəli istifadə olunmasını,  əlverişli su-fiziki xü-
susiyyətləri yaratmaqla torpaqların eroziyadan qorunmasını, alaq 
otlarına, xəstəlik və  zərərvericilərə qarşı düzgün mübarizə aparıl-
masını təmin edir. 
Müxtəlif kənd təsərrüfatı bitkiləri qida maddələrinə eyni tələbat 
göstərmir. Məsələn, taxıllar torpaqdan azot və fosforu çox, kaliu-
mu isə az götürdükləri halda, cərgəarası becərilən bitkilər kalium-


136 
dan daha çox istifadə edirlər. Paxlalı bitkilər  əksinə, kaliumdan 
daha çox istifadə edirlər. Paxlalı bitkilər, köklərində olan simbioz 
(müştərək) bakteriyaların hesabına yerüstü orqanlarında və köklə-
rində daha çox azot toplayırlar. Ona görə də, cərgəarası becərilən 
bitkilərin dənli və  dənli-paxlalı bitkilərlə növbələşdirilməsi, tor-
paqda qida maddələrinin birtərəfli istifadə edilməsinin qarşısını 
alır. 
Bitkilərin məhsulu vasitəsilə, onların istifadə etdikləri qida 
maddələrinin bir hissəsi torpaqdan kənarlaşdırılır, bir hissəsi isə 
kök və kövşən qalıqları vasitəsilə torpağa qaytarılır. Bitki qalıqları 
vasitəsilə fosfor və kaliumun 50%-i, azotun isə 60%-i torpağa 
qaytarılır. 
Növbəli  əkinlər layihələşdirilərkən bitkilərin bioloji xüsusiy-
yətləri nəzərə alınmaqla, onların tarlalarda müəyyən edilmiş ardı-
cıllıqla növbələşdirilməsi nəzərdə tutulur. Bu məqsədlə növbəli 
əkin üçün ayrılan  ərazi, becərilən bitkilərin  əkin sahələrinə görə 
bərabər tarlalara bölünür. Bu zaman tarlaların həcmi arasında olan 
fərq 5%-dən artıq olmamalıdır. Hər bir tarlada bir və yaxud eyni 
qrupa daxil olan bir neçə bitki əkilir. Hər bir növbəli əkin müəyyən 
sayda tarlalardan təşkil olunur. 
Nəzərdə tutulmuş bitkilərin və ya heriyin növbəli  əkin tarla-
larında yerləşdirilməsi, növbəli əkin sxemi adlanır. 
Növbəli əkin sxemində nəzərdə tutulan hər hansı bitkinin və ya 
heriyin bütün tarlaları keçərək, öz əvvəlki tarlasına qayıtdığı müd-
dətə rotasiya dövrü deyilir. Sadə növbəli  əkinlərdə rotasiya müd-
dəti tarlaların sayına uyğun olur. Məsələn, əgər növbəli əkinə dörd 
tarla ayrılarsa rotasiya müddəti 4 il, beş tarla ayrılarsa 5 il və s ola-
caqdır. 
Tarlalar üzrə bitkilərin növbələşməsini göstərən cədvəl rotasiya 
cədvəli adlanır. Növbəli əkin dövriyyəsində istifadə edilən hər bir 
bitkinin hansı ildə, hansı tarlada yerləşdiyini rotasiya cədvəlinin 
köməyi ilə müəyyən etmək olur. 
Növbəli əkinlərin əsasını əkin sahələrinin quruluşu, yəni əsas və 
sələf bitkilərinin nisbətləri təşkil edir. Həmin nisbət təsərrüfatın 
istiqamətindən, ixtisaslaşma dərəcəsindən, istehsal ediləcək ümumi 
məhsulun miqdarından, torpaqların münbitlik dərəcəsindən və s. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə