Suvarma əKİNÇİLİYİ (Dərs vəsaiti)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə43/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34849
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   66

130 
Həm kökdən, həm də yarpaqdan daxil olan herbisidlər vegetasi-
ya müddətində torpağa səpilir və yaxud bitkilərin yerüstü orqanla-
rına çilənir. Ona görə də, taxıl əkinlərində tətbiq edilən herbisidlər, 
taxıl bitkilərinə təsir etmədiyi halda, birillik ikiləpəli bitkilərə asan 
daxil olub onları məhv edir. 
İlk inkişaf mərhələsində bitkilərin böyümə prosesi intensiv 
olmaqla bərabər, onların toxumaları  zərifliyi və  kənar maddələri 
asan mənimsəməsi ilə fərqlənir. Ona görə də, alaq bitkilərinin kör-
pə cücərtiləri herbisidlərin təsiri ilə asan məhv edilir. Herbisidlər 
fizioloji fəal maddə olduğuna görə, bitkilərə daxil olduqda onlarda 
gedən biokimyəvi proseslərdə  iştirak edir. Müəyyən tərkibli 
herbisid bitkilərin tərkibində olan üzvi maddələrlə reaksiyaya girib 
zəhərli birləşmələr  əmələ  gətirdikdə, həmin bitkilərdə gedən 
fizioloji prosesləri pozur və onları məhv edir. 
Herbisidlərin alaq bitkilərinə öldürücü təsiri havada və torpaqda 
olan nəmliyin və istiliyin miqdarından, atmosfer çöküntülərinin 
düşmə müddətindən, torpağın qranulometrik tərkibindən və mün-
bitlik dərəcəsindən, torpaq məhlulunun reaksiyasından və digər 
amillərdən asılıdır.Havanın nisbi nəmliyi çox olduqda, yarpaq sət-
hində şeh əmələ gəldiyinə görə, herbisidlərin bitkiyə daxil olması 
üçün əlverişli şərait yaranır. Quru havada isə herbisidlərin bitkiyə 
daxil olması  çətinləşir.  Əksər herbisidlər 18-25
0
 istilikdə daha 
yaxşı  təsiredicilik qabiliyyətinə malik olur. İstilik 15
0
-dən az ol-
duqda herbisidlərin təsiri azalır, 25-30
0
 istilikdə isə tez quruma 
getdiyinə görə, herbisid bitkilərə  çətin daxil olur. Ona görə  də 
herbisidlərin, günün səhər saat 10-adək və axşam saat 18
0
-dən son-
rakı müddətlərində səpilməsi məqsədə uyğun hesab edilir. 
 
 
 


131 
IX. Suvarılan torpaqlarda əkinçilik sistemləri  
və növbəli əkinlər 
 
Suvarma kənd təsərrüfatı bitkilərinin su ilə kifayət qədər təmin 
olunmayan təbii bölgələrində aqrotexniki tədbirlər sistemidir. 
Dünyanın bir çox ölkələrində ABŞ-da,  İngiltərədə,  İraqda, 
İranda, Rusiyada, Qazaxstanda, Özbəkstanda, Tükmənstanda və 
digər yerlərdə suvarma əkinçiliyi geniş yayılmışdır.O cümlədən 
respublikamızda suvarma əkinçiliyinin tarixi çox qədimdir. 
Suvarılan torpaqlarda müxtəlif kənd təsərrüfatı bitkiləri becə-
rilir. Məsələn pambıq ABŞ-da, Mekskada, Özbəkstanda, Tükmən-
standa, Azərbaycanda İranda əsas bitki, buğda Kanadada, Qazax-
standa və demək olar ki, əksər ölkələrdə, çəltik Çində,  İraqda, 
Hindistanda və digər ölkələrdə geniş sahələrdə becərilir. 
Aparılmış araşdırmalardan məlum olur ki, suvarılan torpaqlarda 
əkinçilik sisteminin əsas vəzifələri aşağıdakılardır. 
1.Kənd təsərrüfatı bitkilərinin seçilməsi və yüksək aqrotexni-
kanın tətbiq edilməsi yolu ilə suvarma suyunun daha səmərəli 
istifadə olunması; 
2.Becərilən bitkilərdən yaxşı keydiyyətli, yüksək və sabit məh-
sulların əldə edilməsi. 
3.Torpağın münbitliyinin qorunması, artırılması, təkrar  şorlaş-
manın, bataqlaşmanın qarşısının alınması. 
Bu vəzifələrə müvafiq olaraq suvarma əkinçiliyində  aşağıda 
göstərilən məsələlər həll olunur. 
1.İqtisadi cəhətdən faydalı, torpağın əlavə rütubətləndirilməsinə 
daha tələbkar bitkiləri olan növbəli əkinlərin mənimsənilməsi; 
2.Suvarma sularının və yağmurların səmərəli istifadə olunma-
sını  təmin edən torpaq becərmə qaydalarının və sistemlərinin 
tətbiqi: 
3.Torpağın əlverişli qida rejiminin yaradan və növbəli əkinlərin 
bütün bitkiləri tərəfindən sudan istifadə əmsalını artıran bitkilərin 
gübrələmə sisteminin və qaydalarının mənimsənilməsi; 
4.Səpindən məhsul yığımınadək bitkilərin həyat  şəraitinin 
dəyişməsinə müsbət təsir edən bitkilər qrupu sistemlərinin və 
qaydalarının tətbiqi; 


132 
5.Səpinlərin alaqlardan, kənd təsərrüfatı bitkilərinin xəstəliklə-
rindən və  zərərvericilərindən mühafizə olunması üçün yüksək 
səmərəli tədbirlərin tətbiqi
6.Torpaqların təkrar şorlaşması və bataqlıqlaşmasına qarşı mü-
barizə tədbirlərinin tətbiqi; 
7.Suvarmanın bütün sisteminin səmərəliliyini yüksəltmək üçün 
torpaqqoruyucu meşə zolaqlarının yerləşdirilməsi: 
 
9.1. Tarla və xüsusi növbəli əkinlərinin xüsusiyyətləri 
 
Suvarılan torpaqlarda növbəli əkinlərin xarakterik cəhəti onların 
başlıca bitki növü ilə yüksək dərəcədə tutulmasıdır.Bu xüsusilə 
pambıq səpinləri bütün əkin sahələrinin 70-75%-ni əhatə edən 
pambıq növbəli əkinləri üçün tipikdir. 
Suvarılan növbəli əkinlərində pambıq üçün ən yaxşı sələf yon-
cadır ki, bu da, məhsuldarlığın yüksəldilməsinə və torpaq münbit-
liyinin artırılmasına müsbət təsir etməklə iqtisadi cəhətdən fayda-
lıdır. Tədqiqatlar sübut edir ki, yoncadan sonra pambığı dalba-dal 
5 il və daha çox eyni tarlada becərmək olar. 
Tarlalar düzgün aqrotexniki qaydada becərildikdə, onlara lazımı 
qədər üzvi və mineral gübrələr verildikdə, suvarma normalarına və 
vaxtlarına düzgün riayət olunduqda pambıq bitkisinin uzun müddət 
təkrar becərilməsi onun məhsuldarlığının azalmasına səbəb olmur. 
Yoncanın torpağa təsirini gücləndirmək üçün onun pambıq 
cərgəaralarına səpilməsi tövsiyə olunur.Bu üsulla becərdikdə onun 
məhsuldarlığı artıq birinci il istifadəsində yüksəlir. 
Son vaxtlar növbəli  əkinlərə qarğıdalını daxil edirlər.Eyni tar-
lada bir il müddətində bu bitkinin iki dəfə, yaxud bir buğda, yaxud 
noxud və bir qarğıdalı məhsulunu almaq olur. 
Dənli-taxıl bitkilər yığıldıqdan sonra həmin ildə paxlalılar (no-
xud, soya, maş, lobya və s) yaşıl gübrə məqsədilə səpilmiş tarlalar 
pambıq bitkisi üçün yaxşı sələf ola bilər. 
Ümumiyyətlə  tərkibində  dən istehsalının artırılması ilə eyni 
vaxtda pambığın xüsusi çəkisi çox olan növbəli  əkinlər tətbiq 
olunur. 
Özbəkistanda mədəniləşdirilmiş şorlaşmamış torpaqlarda bitki-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə