Suvarma əKİNÇİLİYİ (Dərs vəsaiti)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə42/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34849
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   66

127 
Cərgəarası 60sm olan pambıq, qarğıdalı tarlalarında alaq otları 
ilə mexaniki mübarizə T-28 traktoru ilə aqreqatlaşdırılan KRX-4-6 
və gencərgəli pambıq tarlalarında isə MTZ-80 traktorunun üzərinə 
quraşdırılmış KRX-4 markalı kultivatorlarla aparılır. Kultivatorla-
rın işlək orqanları mədəni bitkilərin boy və inkişafından asılı ola-
raq ülgüclərdən, qazayağı pəncələrdən ibarət olmalıdır.İşçi orqan-
lar elə nizamlanmalıdır ki, mədəni bitkilərə zərər yetirməsin. Bu-
nunla yanaşı  cəgəarası becərilən bitkilərdə vegetasiya suvarması 
zamanı kultivatora xüsusi şırımaçanlar quraşdırılır ki, bununda 
böyük əhəmiyyəti vardır. 
Alaq otları ilə bioloji mübarizədə  mədəni bitkilərin böyüməsi 
və inkişafı üçün əlverişli  şəraitin yaradılması da mühüm rol oy-
nayır. Mədəni bitkilərin cücərtiləri nə qədər yaxşı və sürətlə inki-
şaf etsə onların həyatı üçün şərait nə  qədər  əlverişli olsa, onlar 
alaqlara qarşı bir o qədər güclü müqavimət göstərəcək. 
Tmiryazev adına Kənd Təsərrüfatı Akademiyasının Təcrübə 
stansiyasında növbəli  əkin sistemi tətbiq olunan taxıl, kənaf və 
yoca tarlalarında alaq otlarının növ tərkibi və çoxluğu 3, 5 dəfə az 
olmuşdur.Bu da onu göstərir ki, bioloji mübarizədə növbəli  əkin 
sisteminin də böyük əhəmiyyəti vardır. 
Bioloji mübarizə:  Alaq otları ilə bioloji mübarizədə  mədəni 
bitkilərin böyüməsi və inkişafı üçün əlverişli  şəraitin yaradılması 
da əhəmiyyətli rol oynayır.Tədqiqatlar göstərir ki , mədəni bitkilər 
vaxtında səpilsə, vaxtında cücərib inkişaf edər ki, bu da alaq 
otlarının üzərinə kölgə salaraq onun inkişafını ləngitmiş olar. 
Qırğızıstan Elmi Tədqiqat Müəssisələri tərəfindən müəyyən 
olunmuşdur ki, qızılsarmaşığın rütubətli gövdəsi üzərinə alterna-
riya göbələyinin sporları düşdükdə cücərir, sürətlə inkişaf edib 
çoxalaraq 2-3 həftəyə alağı məhv edir. 
Fitomiza milçəyi yumurtalarını  kəhrə çiçəyinin üzərinə qoyur, 
nəticədə  zədələnmiş  kəhrə meyvə vermir. Milçəyin çoxaldılaraq 
tarlaya buraxılması torpağın kəhrə toxumları ilə zibillənməsinə 
qarşı mübarizə aparmağa yaxşı imkan verir. Qeyd edək ki, fito-
miza milçəyi yay dövründə 3-4 nəsil verir. 
Kəhrə ilə zibillənmiş tarlaların bir hektarına 500-1000 ədəd yu-


128 
murta qoyulur. Fitomiza milçəyindən istifadə etməklə bostan bit-
kiləri 3-4 il, tütün bitkiləri əkinlərində 4-5 il müddətində kəhrənin 
qarşısını almaq olur. 
Növbəli  əkin sisteminin tətbiqinin alaqlara qarşı bioloji müba-
rizədə böyük əhəmiyyəti vardır. Timiryazev adına Kənd Təsərrü-
fatı Akademiyasının təcrübə stansiyasında növbəli  əkin sistemi 
tətbiq edilən taxıl, kənaf və yonca tarlalarında alaq otlarının növ 
tərkibi və çoxluği 3, 5 dəfə az olmuşdur.  
Kimyəvi mübarizə: Hazırda alaq otlarına qarşı kimyəvi müba-
rizədə bir sıra herbisidlərdən geniş istifadə olunur. Herbisidlər bir 
tərəfdən əl ilə alaq vurmada əmək sərfini azaldır, digər tərəfdən isə 
mədəni bitkilərin məhsuldarlığını xeyli artırır. 
Alaqlara qarşı kimyəvi mübarizədə herbisidlərdən istifadəyə 
hələ XIX əsrin axırlarında başlanmışdır.Fransada Bonie 1897-ci 
ildə ilk dəfə mis-sulfat duzunu taxıl zəmilərində tətbiq etdikdə bu 
duzun çöl xardal alaq otunu məhv etdiyini, taxıl bitkilərinin zədə-
lənmədiyini aşkar etmişdir. Bundan sonra bu yönümlü tədqiqtlar 
müxtəlif ölkələrin alimləri tərəfindən davam etdirilmiş  və yeni 
herbisidlər hazırlamışlar.  
Hazırda alaq bitkilərini məhv etmək üçün 120-dən artıq müxtə-
lif adda herbisiddən istifadə edilir. Herbisidlərdən düzgün və  sə-
mərəli istifadə etmək üçün onları müəyyən qruplarda birləşdirmək 
lazım gəlir. Həmin qruplaşdırmada herbisidlərin aşağıdakı müx-
təlif xüsusiyyətləri nəzərə alınır.  
Kimyəvi tərkibinə görə herbisidlər qeyri-üzvi və üzvi maddələrə 
bölünür. Tərkibi mineral maddələrdən ibarət olan qeyri-üzvi herbi-
sidlərdən maqnezium xlorid və kalsium sianamid nisbətən çox isti-
fadə olunur. Həmin herbisidlər bəzi halda pambıq sahələrində 
defoliant kimi də tətbiq edilir. Qeyri-üzvi herbisidlərin alaq bitki-
lərinə öldürücü təsir norması çox olduğuna görə onlar nisbətən az 
sahələrdə tətbiq edilir.  
Üzvi herbisidlər az norma ilə yüksək təsiredicilik qabiliyyətinə 
malikdir. Ona görə,  əkinçilikdə  ən çox üzvi herbisidlər işlədilir. 
Üzvi herbisidlər mürəkkəb tərkibli fizioloji fəal üzvi turşuların 
törəmələridir və ona görə hər herbisid özünün tərkibinə görə ancaq 


129 
bir qrup alaq bitkilərinə təsir göstərir.  
Bitkiləri məhv etmə xarakterinə görə herbisidlər başdan-başa 
(kütləvi) və seçici (selektiv) təsir edən olmaqla iki qrupa bölü-
nürlər. 
Başdan–başa təsir edən herbisidlər istifadə edildiyi ərazidə bü-
tün bitkiləri məhv edir. Ona görə, bu qrupa aid olan herbisidlər 
əkin üçün istifadə olunmayan sahələrdə, bütün bitki örtüyünü 
məhv etmək üçün tətbiq edilir. 
Seçici xarakterli herbisidlər ancaq bir qrup bitkilərə  təsir etdi-
yinə görə, əkin sahələrində həmin qrupa aid olan alaqları məhv et-
mək məqsədilə  tətbiq olunur. Bu zaman herbisidlər mədəni bit-
kilərə mənfi təsir etmir. 
Seçici xarakterli herbisidlər öz növbəsində məhdud və geniş tə-
sir dairəli olurlar. Məhdud təsir dairəli seçici herbisidlər az sayda 
bitki qruplarına təsir etdiyi halda, geniş təsir dairəli seçici herbisid-
lər azillik alaqların bir çox növünü, çoxillik alaqlardan isə bir neçə 
növünü məhv edirlər. Başdan-başa və seçici xarakterli herbisid-
lərin müəyən edilmiş normaları  dəyişdirildikdə onların biri-
digərini əvəz edir. Yəni başdan-başa təsir edən herbisidlər az nor-
ma ilə istifadə edildikdə seçici, seçici xarakterli herbisidlər yüksək 
normada tətbiq olunduqda isə başdan-başa təsir xarakterli olur. 
Bitkilərə  təsir xarakterinə görə herbisidlər kantakt və sistem 
təsirli olur. Kantakt təsir edən herbisidlər bitkinin ancaq düşdüyü 
hissəsinə  təsir edir. Ona görə, kantakt təsir edən herbisidlərin sə-
mərəliliyini artırmaq üçün, onun bitkinin bütün orqanlarına düş-
məsini təmin etmək lazımdır. Sistem təsir edən herbisidlər düş-
düyü yerdən hüceyrə şirəsi ilə bitkinin bütün orqanlarına yayılır və 
onu tamamilə məhv edir. 
Bitkilərə daxil olma xarakterinə görə herbisidlər yarpaqdan, 
kökdən və həm yarpaqdan, həm də kökdən daxil olmaqla bir birin-
dən fərqlənən üç qrupa bölünürlər. Hər üç qrupa aid olan herbisid-
lər sistem xarakterli olur. Kökdən daxil olan herbisidlər torpağa 
səpilməklə, alaq cücərtiləri alınana qədər və sonrakı müddətlərdə 
tətbiq edilir.Yarpaqdan daxil olan herbisidlər isə alaq bitkilərinin 
yerüstü orqanlarının ilk inkişaf mərhələlərində istifadə olunur. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə