Suvarma əKİNÇİLİYİ (Dərs vəsaiti)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə38/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34849
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   66

115 
mineral gübrələri alaq otları daha tez mənimsəyərək torpağı qida 
maddələrindən kasıblaşdırır.  
Respublikada geniş sahələrdə müxtəlif kənd təsərrüfatı bitkiləri 
becərilir. Bu bitkilərin normal inkişafını  təmin etmək, götürülən 
məhsulun kəmiyyət və keyfiyyətini yüksəltmək məqsədilə  tətbiq 
olunan kompleks aqrotexniki tədbirlərin sırasında alaq otlarına 
qarşı ciddi tədbirlərin müntəzəm surətdə  həyata keçirilməsi  ən 
zəruri məsələlərdən biridir. Alaq otları sürətlə inkişaf edərək mə-
dəni bitkilərin becərildiyi sahəni tutur, onları  sıxışdırır, günəşin 
işığından və istisindən məhrum edir, torpaqdan külli miqdarda qida 
maddələri və su mənimsəməklə əsas bitkilərin inkişafını zəiflədir. 
Xəstəlik və zərərvericilərin yayılmasına şərait yaradır. Bununla ya-
naşı alaq otları tarlada becərmə  işlərini, məhsulun toplanmasını 
çətinləşdirir, məhsulun kəmiyyət və keyfiyyətinin aşağı düşməsilə 
səbəb olur. 
Botaniklərin  əksəriyyəti alaq otlarını geniş miqyasda şərh 
edirlər. Lakin bununla belə alaq otları haqqında olan anlayış hələ 
bu vaxta qədər dəqiq müəyyənləşdirilməmişdir. Bir çox alimlər 
bitkiləri ziyan vermələrinə görə alaq otu adlandırırlar. Ancaq bu 
fikirdə düzgün deyildir. Məsələn adi yağtikan  əkinlərdə  mədəni 
bitkilərə ziyan verib onların məhsuldarlığını  aşağı saldığı halda, 
herik və dincə qoyulmuş torpaqlarda qrunt suyunun səviyyəsini 
aşağı salır və bununlada torpaq səthində şorlaşmanın qarşısını alır. 
Bununla yanaşı qeyd etmək lazımdır ki, ziyanvericilik nəinki alaq 
otlarına, eyni zamanda mədəni bitkilərədə xasdır.Məsələn yonca 
pambıq bitkisinin ən yaxşı sələfi və heyvandarlıq üçün dəyərli yem 
mənbəyi hesab olunur. Bununla belə o, müəyyən inkişaf mər-
hələsində mal-qarada köp əmələ gətirir. 
Ümumiyyətlə alaq bitkiləri təbiətdə geniş yayılaraq kənd 
təsərrüfatı bitkilərinə böyük zərər vurur. Bəzi alaq otlarının kök 
sistemi mədəni bitkilərin kök sisteminə nisbətən çox güclü inkişaf 
edir. Alaq otlarının kök sisteminin torpağa dərin işləməsi onun qu-
raqlığa davamlı olmasına və  mədəni bitkilərə nisbətən suvarma 
suyundan daha yaxşı istifadə etməsinə  şərait yaradır. Tədqiqatlar 


116 
göstərir ki, adi yağtikan və ya sürünən kəkrənin kökü 3-5 m tor-
pağın dərinliyinə  işləyə bilir. Bu da bitkinin nəinki suvarma 
suyundan, hətta qrunt suyundan da istifadə etməsini göstərir.  
Yağış suları, çay və sel axımları torpağın üst münbit qatını yu-
yub aparır.Beləliklə bu torpaqda olan alaq toxumları suvarma şə-
bəkəsinə  və buradan da əkin sahələrinə yayılır.Ədəbiyyat məlu-
matlarına görə belə suların 1m
3
-də 100-150 müxtəlif alaq toxum-
ları ola bilər. Respublikamızın suvarılan bölgələrində bu hal geniş 
müşahidə olunur. Çayların, suvarma kanallarının, arxların, kollek-
tor-drenaj  şəbəkələrinin yamaclarında, kənarlarında alaq otları 
geniş yayılır. Burada öz vegetasiya müddətini başa çatdırmış alaq 
toxumları suvarma suyuna tökülərək əkin sahələrinə yayılır. 
Alaq bitkilərinin  əkin sahələrində  və  təbii fitosenozda yayılan 
bir neçə min nümayəndəsinə təsadüf edilir. Ona görə, alaqlara qar-
şı mübarizəni düzgün təşkil etmək üçün, onları müəyyən  əlamət-
lərinə görə qruplarda cəmləşdirmək lazım gəlir.  
Alaq bitkiləri morfoloji əlamətləri nəzərə alınmaqla botaniki 
siniflərə bölündükdə birləpəlilərə və ikiləpəlilərə ayrılır. Bu qayda 
ilə  təsnifata bölündükdə, bəzən müxtəlif bioloji xüsusiyyətlərə 
malik olan alaq bitkiləri eyni qrupa düşür ki, bu da onlara qarşı 
düzgün mübarizə tədbirləri seçməyə imkan vermir.  
Alaq bitkiləri mənşəyinə və yayılmasına görə antropaxorlara və 
apofitlərə bölünürlər. 
Vegetasiya müddətinə  və  həyat tərzinə görə  mədəni bitkilərə 
uyğun olmaqla, əkin sahələrində yayılan alaq bitkiləri antropaxor-
lar adlanırr.  
Apofitlər təbii fitosenozda: -çöllərdə, meşələrdə, bataqlıqlarda 
və digər qeyri-əkin sahələrində yayılan alaqlara deyilir.  
Bununla bərabər, bəzi halda əkin sahələrində apofit, təbii 
fitosenozda isə antropaxor alaqlara rast gəlinir.  
Alaq bitkilərinin  əsas bioloji xüsusiyyətlərini  əhatə edən möv-
cud təsnifatda onların qidalanma xarakteri, yaşama müddəti və 
çoxalma üsulları nəzərə alınmışdır (Cədvəl 9). Qidalanma üsuluna 
görə alaq bitkiləri tüfeyli, yarım tüfeyli və yaşıl alaqlara 
bölünürlər. 


117 
Cədvəl 9. 
Alaq bitkilərinin arqobioloji təsnifatı 
 
Tüfeyli və yarım 
tüfeyli alaqlar 
Yaşıl alaqlar 
1.Gövdədən 
qidalananlar 
Azilliklər Çoxilliklər 
2.Kökdən 
qidalananlar  
1.Efemerlər,  
2.Yazlıqlar: 
a)erkən 
yazlıqlar 
b)körpə 
yazlıqlar 
3.Qışlayanlar,  
4.Payızlıqlar,  
5.İkiilliklər  
1.Əsasən toxumları  və qismən vegetativ 
orqanları ilə çoxalanlar: 
a)milköklülər,  
b)saçaqlıköklülər 
2.Əsasən vegetativ orqanları  və qismən 
toxumları ilə çoxalanlar: 
a)soğanaqlılar 
b)kökü yumrular  
v) sürünən gövdəlilər 
q)kökümsovgövdəlilər 
d) kökü pöhrəlilər  

Tüfeyli alaqlar. Tüfeyli alaqlar kökü və yaşıl yarpaqları olma-
yan və ona görə  də müstəqil yaşamaq qabiliyyətini itirmiş bitki-
lərdir.  
Onlar xüsusi əmzikləri ilə yaşıl alaqların hazır üzvi maddələrini 
soraraq qidalanırlar. Yaşıl bitkilərin sancıldığı orqanlarının adına 
uyğun olaraq tüfeyli alaqlar gövdədən və kökdən qidalanan olurlar. 
Tüfeyli alaqların toxumları cücərdikdən sonra 10-15 gün öz ehtiyat 
qida maddələri hesabına inkişaf edir, sonra isə sahib bitki adlanan 
yaşıl bitkilərin hesabına qidalanırlar. 
Tüfeyli alaqların nisbətən az yayılmalarına baxmayaraq, birbaşa 
yaşıl bitkilərin hesabına qidalandıqlarına görə daha çox ziyan 
vururlar. Tüfeyli alaqların gövdədən qidalanan qızıl sarmaşıq və 
kökdən qidalanan kəhrə kimi nümayəndələri kənd təsərrüfatı 
bitkilərinə daha çox ziyan vurur. 
Yuxarıda göstərdiyimiz kimi tüfeyli alaqların əsas nümayəndə-
lərindən biri də qızıl sarmaşıqdır. Qızıl sarmaşıq qısaömürlü bitki 
olub, kənd təsərrüfatı bitkilərinə çox ziyan vuran tüfeyli alaqdır. 
Onun kök sistemi olmur, gövdəsi çılpaq, sapa və ya ipəbənzər, 
sürətlə şaxələnən, kövrək, asanlıqla qırılan, parlaq rəngli alaqdır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə