Suvarma əKİNÇİLİYİ (Dərs vəsaiti)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34849
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   66

108 
b)  Payız-qış fəsillərində toplanmış nəmliyin saxlanması; 
c)  Alaq otlarının məhv edilməsi. 
Əsas becərmədə torpaqda yaradılan  əlverişli  şəraiti yaz və  sə-
pinqabağı becərmələrlə saxlamaq lazımdır. Onun üçün aparılan 
becərmə  işinin lazımı qaydada qurulması, istifadə ediləcək alət-
lərin düzgün seçilməsi və  şumun vəziyyətini nəzərə alaraq aparı-
lacaq işlərin vaxtında və keyfiyyətli yerinə yetirilməsi vacib şərt-
lərdəndir. Payızda əsas şum aparıldıqdan sonra sahələr ilk növbədə 
malalanmalıdır.Bu həm sahəni hamarlayır, alaq otlarını məhv edir, 
həm də  nəmliyin saxlanmasını  təmin edir, şoran torpaqlarda duz-
ların üst qatlara çıxmasının qarşısını alır,  əmələ  gəlmiş  kətənləri 
xırdalayır. Müəyyən olunmuşdur ki, malalama 10 gün gecikərsə 
torpaqda olan nəmlik 200-300 m
3
/ha, mala çəkilməmiş sahədə isə 
600-700 m
3
/ha –a qədər itər.Belə nəmlik itkiləri nəticəsində torpaq 
səthi bərk quruyur, kəltənlər  əmələ  gəlir, torpağın səpinqabağı 
becərilməsi çətinləşir. 
Fermerlər yonca sahəsini  şumladıqda torpağın səpinqabağı be-
cərilməsi zamanı müəyyən çətinliklərlə rastlaşır.Belə ki, yonca 
sahəsi  şumlandıqdan sonra yazın  əvvəlində güclü cücərti verir, 
onunla mübarizə aparmaq üçün dərin kultivasiya, çizelləmə apar-
maq kifayət etmir. Hətta bəzi vaxtlarda ikinci dəfə  şum aparmaq 
lazım gəlir. Buna görədə yonca sahəsini  şumlamazdan 5-7 gün 
əvvəl üzləmə aparılmalıdır.Bu halda yoncanın kök boğazcıqlarının 
yazda cücərmə qabiliyyəti azalır.Sonra torpağı  şumlayan zaman 
ikiyaruslu kotanlardan istifadə etmək lazımdır.Bu zaman yoncanın 
kök boğazcıqları yenidən kəsilir və şumun dərin qatına basdırılır. 
Beləliklə  həm yonca qalıqlarının cücərməsinin qarşısı alınır, həm 
də üzvi maddələrin çürümə prosesi uzanır ki, bu da kənd təsərrü-
fatı bitkilərinin məhsuldarlığının artmasına müsbət təsir edir.  
Əgər torpaq başdan-başa səpilən bitkilər üçün hazırlanırsa və 
zolaqlarla suvarılarsa, səpinqabağı kultivasiya adi kultivasiyaya 
nisbətən 3-4 sm dərin aparılır, çünki səpicinin qabağında gedən 
tirədüzəldən torpağın yumşaldılmış üst qatını götürərək tirələr 
düzəldir.Ona görədə toxumlar normal dərinliyə düşür.Cərgəarası 
becərilən bitkilərin toxumları  səpilərkən səpinqabağı kultivasiya 


109 
aparılır.Payızda rütubət toplayıcı suvarma aparılan tarlalarda dərin 
kultivasiyanı yumşaltma ilə  əvəz etmək lazımdır.Digər hallarda 
səpinqabağı kultivasiya toxumun basdırılma dərinliyində aparılır. 
Dənli bitkilərin çarpaz səpilməsində toxumun səpin normasının 
yarısı tirədüzəldiciləri olmayan səpici aparatlarla səpilir və toxum-
lar qəbul edilmiş  dərinlikdən 2-3sm dərinə basdırılır. Toxumların 
yarısı yamacın köndələninə, yarısını isə maillik boyunca həmin bi-
tki üçün qəbul olunmuş dərinlikdə səpilir.Şırımlar səpindən sonra, 
cücərtilər əmələ gəlməzdən əvvəl xüsusi şırımaçanlarla düzəldilir. 
Gec yazlıq bitkilər altında torpağın səpinqabağı becərilməsi er-
kən yaz malalamasından və bir neçə kultivasiyadan ibarətdir. Əgər 
kultivasiyadan sonra əkin qatında yüksək yumşaqlıq və normadan 
az rütubətlilik müşahidə olunarsa torpağın vərdənələnməsi məq-
sədəuyğundur. 
Suvarılan tarlalarda cərgəarası kultivasiya suvarılmayana nisbə-
tən daha dərin çəkilir. Alaqların tələf edilməsi tarlanı səpinə hazır-
lamaq işi ilə bigə aparılır 
Enli cərgəli, kvadrat yuva ilə aparılmış səpin və cərgəarası be-
cərilən bitkilər  əkilən tarlalarda rütubət toplayıcı suvarma aparıl-
dıqda əvvəlcə çarpaz və ya uzununa kultivasiya çəkilir, lazım gəl-
dikdə isə vegetasiya suvarmaları aparılır.Bunun üçün cərgəaraları 
becərilərkən bitkilərin zədələnməməsi üçün düzxətli və paralel 
şırımlar çəkilir. Yüngül mexaniki tərkibə malik olan torpaqlarda 
şırımlar arasında məsafə 50-60 sm, orta torpaqda 60-70 sm və ağır 
mexaniki tərkibli torpaqlarda 70-90 sm olur. 
Suvarılan növbəli  əkində torpağın  əsas, səpinqabağı  və  səpin-
dən sonra becərilməsi sistemi nəinki yalnız təbii şəraitlərdən, həm 
də bitkilərin tərkibindən, suvarma rejimindən və digər şəraitlərdən 
asılıdır. 
 
7.4. Liman suvarılması üçün torpağın becərilməsi 
 
Liman suvarması sadə rütubət toplayıcı suvarmalar qrupuna 
aiddir. Liman suvarması aparılan yerlərdə yaz rütubət toplayıcı su-
varma həmin zonada suvarılmayan  əkinçilik üçün qəbul olunmuş 


110 
torpaq becərilməsi sistemində köklü dəyişikliklərə  səbəb olmur. 
Lakin selləmə rejimi müxtəlif olub, onun bəzi xüsusiyyətlərinin 
olmasına səbəb olur. 
Limanlar bozqırlaşmış bölgələrdə böyük çökəkliklərə deyilir ki, 
onlar yazda ərinti suları ilə dolur. Liman suvarması sadə rütubət 
toplayıcı suvarmalar qrupuna aiddir. Belə suvarma Rusiyada, o 
cümlədən Volqoqradda, Saratovda və digər vilayətlərdə geniş ya-
yılmışdır. Ural vilayətində təbii limanlar əsas biçənək sahəsi hesab 
olunur. 
Liman suvarmasında dondurma şumu hətta əgər yazda ikiləmə 
şum tələb olunduğu hallarda da böyük əhəmiyyətə malikdir. Liman 
suvarması zamanı torpaqlarda əsas şum yay-payız dövrü 27-30 sm 
dərinlikdə aparılır. Torpağın kipləşməsindən, tarlaların alaqlanma-
sından və bitkilərin növündən asılı olaraq hər 3-4 ildən bir dərin 
şum təkrar aparılmalıdır. 
Payızda əkilmiş torpaqların yaz becərmələrini həlqəvari malala-
ma və kultivasiyadan başlamaqla torpaq quruduqca limanın kəna-
rından mərkəzə doğru irəliləmək lazımdır. Limanların torpaqları 
tez-tez tozlaşdığından dondurma şumunun kultivasiyası üçün 
sacsız gəvahinli üzləyicilərdən istifadə olunmaqla 8-10 sm dərin-
likdə becərmə malalama ilə birlikdə aparılır. 
Struktursuz şoran, şorakət torpaqlarda bəzən öz vaxtında dayaz 
şum aparılması faydalı hesab olunur, çünki hətta becərmə bir az 
gecikdikdə torpağın səthi kəsəkli olur.  
Bozqır az sulu limanlarda şorakətləşməmiş torpağı mala çək-
məklə kultivatorla, suvarılmayan sahələrdə olduğu kimi becərirlər. 
Lilləşmiş çökəkliklərdə torpaq şiddətli tozlanır, ona görədə səpin-
qabağı kultivasiyanın dərinliyini burada 10-12 sm-ə qədər artırmaq 
lazım gəlir. 
Liman torpaqlarında mühüm becərmə üsullarından biri də vər-
dənələmədir ki, onun əhəmiyyəti təcrübə yolu ilə müəyyən olun-
muşdur. Lakin vərdənələməni liman əkinlərində relyefi nəzərə al-
madan aparmaq olmaz. Dərin çökəkliklərdə xüsusilə  şorlaşmış 
torpaqlarda qaysaq əmələ gəlməklə cücərtilər məhv olur. 
Suvarılan torpaqların düzgün becərilməsi digər mübarizə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə