105
torpaqda nitratların miqdarının artmasına səbəb olur.
Əkinqabağı suvarmanı aparmaq üçün köhnə, dayaz suvarma
şəbəkəsini, müvəqqəti suvarma arxlarını saxlamaq olar.Suvarma
şəbəkəsini dağıtmamaq üçün kövşənlikdə üzləmə aparılmır.Yabanı
vələmirlə çox alaqlanmış torpaqlarda suvarma üçün mövcud olan
suvarma şəbəkəsindən istifadə etmək olar.Ancaq cücərtilər əmələ
gəldikdən sonra belə tarlalarda üzləmə aparmaq lazımdır. Üzləmədən
sonra əmələ gələn alaqlar dərin şum zamanı məhv edilir. Yabanı
vələmirin cücərməmiş toxumları dərin şum zamanı şırımın dibinə
düşür və anaerob şərait yarandığından öz cücərmə qabiliyyətini itirir.
Əgər sahədə suvarma şəbəkəsi yoxdursa, onda əkinqabağı suvarma-
dan əvvəl müvəqqəti arxlar çəkilir. Bu cür suvarma rütubət toplayan
suvarma olub torpağın quraqlığının aradan qaldırılmasını təmin edir.
Belə suvarmanın mahiyyəti ondan ibarətdir ki, sələf bitkisi yığıl-
dıqdan sonra torpağı artırılmış norma ilə rütubətləndirirlər ki, gələcək
məhsul üçün bitki kökləri yayılan qatda rütubət ehtiyatı yaransın.
Alaq otları ilə mübarizə məqsədilə aldadıcı suvarmadan istifadə
olunur.Kənd təsərrüfatı bitkilərinin məhsulu yığıldıqdan sonra
torpağı rütubətləndirirlər ki, alaqlar kütləvi çıxış versin, sonra on-
ları dərin şum aparmaqla və ya digər becərmələr aparmaqla məhv
edirlər.Aldadıcı suvarmaları alaqların toxumlarının cücərməsi və
onların məhv edilməsi üçün əlverişli olan şəraitdə aparmaq daha
məqsədəuyğun hesab edilir.
7.2. Suvarılan torpaqlarda əsas payızlıq becərmələri
və əkin qatının dərinləşdirilməsi
Payızlıq bitkilər yayın axırında, payızın əvvəlində səpilir, məh-
sul isə növbəti ilin yayında yığılır. Bu da aqrotexnikanın xüsusiy-
yətlərini müəyyən edir. Payızlıq bitkilər altında torpaqbecərmələ-
rinə düzgün qiymət ölkəmizin müxtəlif təbii bölgələrində aparılan
tədqiqatlar əsasında verilə bilər.
Torpağın becərilməsi zonal xarakterli olub, torpağı eroziyadan
qorumalı, nəmliyin toplanmasına və qorunub saxlanmasına
yönəldilməlidir.
106
Əkin qatının qalınlığı suvarma suyuna, tətbiq olunan gübrələr-
dən istifadə olunmasına, sahələrin alaqlanmasına və kənd təsərrü-
fatı bitkilərinin digər həyat şəraitlərinə böyük təsir göstərir.
Tədqiqatlar göstərir ki, pamığın məhsuldarlığı əsas dərin şum-
dan sonra 3,5-4,2 s/ha artmışdır. Ən yüksək məhsul artımı eyni
vaxtda 60sm dərinləşdirilməklə 0-15 və 15-30sm qatlar üzrə iki
qatlı əkində alınmışdır. Torpağın belə becərilməsinin müsbət təsiri
onunla izah olunur ki, lay çevirilməklə əkin dərinliyinin artırıl-
ması, habelə kombinə olunmuş becərmə əkin qatının yumşal-
masına xeyli təsir göstərir.
Əkin qatının yumşaqlığının artması onu göstərir ki, torpağın
məsaməliyi və su keçiriciliyi artır ki, bu da pambığın becərilməsi
üçün çox vacibdir. Əkin qatının dərinləşdirilməsi pambığın bö-
yüməsinə xeyli təsir edir. Əgər adi əkində pambığın kök sistemi
əsasən 50sm-ə qədər dərinlikdə inkişaf etmişsə və əsas kök daha
dərin qatlara daxil olursa, onda 30sm dərinlikdə əkin və 60sm
dərinlikdə yumşaltma apardıqda pambıq bitkisinin kökü 80sm,
əsas kök isə 100sm və daha çox dərinə getmişdir. Daha güclü kök
sistemi suyu və qida maddələrini yaxşı istifadə edir və bununla da
məhsulun əmələ gəlməsinə müsbət təsir göstərir.
Orta hesabla üç ildə 30 sm dərinlikdə şum aparıldıqda yumşaq
qatın qalınlığı 9,3 sm, 40 sm-lik ikiqatlı şumda 15,2 sm, kombinə
olunmuş becərmədə isə yumşaq qatın qalınlığı 17,4 sm artmışdır.
Becərmə dərinliyi, becərilən bitkilərin bioloji xüsusiyyətləri,
tətbiq olunan gübrələr və digər aqrotexniki qaydalar nəzərə alın-
maqla torpaq şəraitlərindən asılı olaraq müəyyən olunur. Ümu-
miyyətlə torpağın becərilməsi bölgələrdən asılı olaraq dəyişə bilər.
Şirvan bölgəsinin suvarma şəraitində aparılmış təcrübələr nəti-
cəsində məlum olmuşdur ki, boz torpaqları 5 sm dərinlikdə üzlə-
mək, suvarmaq, sonra isə 27 sm dərinlikdə şum edib arxasınca
yüngül hamarlama və vərdənə çəkmək ən yaxşı becərmə üsuludur.
Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını artırmaq və torpağı
mədəni hala salmaq üçün aparılan aqrotexniki tədbirlərdən biridə
şum qatının dərinləşdirilməsidir. Şum qatı 30-32 sm və daha çox
dərinləşdirilə bilər. Torpaq şəraitindən asılı olaraq. Şum qatı ya
107
birdən-birə, yaxudda tədriclə dərinləşdirilir.Şum qatı birdən-birə
dərinləşdirildikdə ona veriləcək əhəng, üzvi və mineral gübrələrin
miqdarıda o nisbətdə artıq olmalıdır.
Ağır mexaniki tərkibli yüksək suvarma normaları tətbiq olunan
torpaqlarda dərin şum 2-3 ildən bir, yüngül və az suvarma nor-
maları tətbiq olunan torpaqlarda gec-gec aparılması məsləhət
bilinir. Ağır, tez kipləşən və yüksək suvarma normaları tətbiq olu-
nan torpaqlarda dərin şum kipləşmənin qarşısını almaq məqsədilə
dərnlik tez-tez dəyişdirilməlidir.
A.N.Ratnikov göstərir ki, bir çox hallarda atmosferdən torpağa
daxil olan radionuklidlər torpağın səthində (0-2 sm) toplanır. Tor-
pağın dərin şumlanması radionuklidlərin konsentrasiyasının azal-
masına gətirib çıxarır. Şum qatı artdıqca radionuklidlərin bitkilər
tərəfindən mənimsənilməsi 20-30% azalır.Bu da onu göstərir ki,
dərin şum aparılmasının aqronomiki əhəmiyyəti ilə yanaşı, ekoloji
əhəmiyyətidə böyükdür.
7.3. Torpağın səpinqabağı becərilməsi və bitkilərin
vegetasiyası dövründə torpağa qulluq işləri
Torpağın səpiqabağı becərilməsi üçün malalardan, üzləyicilər-
dən və şaxmaladan istifadə olunur. Şiddətli kipləşmiş torpağı dərin
yumşaldırlar, yaxud ikiləmə şum edirlər. Səpinə hazırlanmış torpa-
ğın səthi düz, yaxşı hamarlanmış olmalıdır ki, səpin və vegetasiya
suvarmaları yüksək səviyyədə keçirilsin, torpaqda rütubət saxlan-
sın və səpilmiş toxumdan tam çıxış alına bilsin.
Suvarılan torpaqların yazda malalanması aparıldıqda, şoran
torpaqların aşağı qatlarından duzların səthə çıxması ləgiyir.
Tarlaları alaqlardan təmizləmək və torpağı yumşaltmaq məqsə-
dilə malalama ilə birlikdə səpinqabağ kultivasiyalar tətbiq olunur.
Uzun müddətli tədqiqatlar sübut edir ki, torpağın səpiqabağı
becərilməsində aşağıdakılara əməl olunmalıdır:
a) Toxumun normal cücərməsi, sonrakı inkişafı və onun tor-
paqda lazımı dərinlikdə yerləşməsi üçün torpaqda xırda dənəvər-
liyin yaradılması;
Dostları ilə paylaş: |