Suvarma əKİNÇİLİYİ (Dərs vəsaiti)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə34/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34849
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   66

102 
zırlanmasında çox vaxt ziq-zaq mala və şax-maladan istifadə olu-
nur. Malalamanın sayı sahənin səpin üçün hazır olmasından asılı 
olaraq müəyyən edilir. Axırıncı mala səpinə köndələn istiqamətdə 
çəkilməlidir. 
Dişli malanın işçi orqanı kvadrat şəkilli dişlərdən ibarətdir.Ağır 
dişli malalarda bir diş 1,5 kq olub torpağın 5-8 sm dərinliyinə 
qədər yumşaldır.Torpağın müvafiq fiziki yetişkənliyi dövründə 
malalar böyük kəltənləri yaxşı  xırdalayır,  əkin qatının üst 
hissəsində xırda kəltənvari quruluş yaradır və torpağı tozlandırmır. 
Diskili malanın işçi orqanı  fırlanan sferik diskdən ibarət olub 
hərəkət istiqamətinə görə müxtəlif bücaqlarda qurulur.Hücum 
bucağının böyüməsilə əlaqədar olaraq torpağın becərilmə dərinliyi 
və xırdalanması artır, alaqlar yaxşı kəsilir. Diskili malanın diskili 
üzləyicilərdən fərqi ondan ibarətdir ki, üzləyicilərin raması  təkər 
sistemlidir və bu da disklərin torpağa daxil olma dərinliyini 
nizamlamağa imkan verir. 
Qranulometrik tərkibi ağır olan gilli və gillicəli torpaqlar səpin-
qabağı ağır malalar vasitəsi ilə becərilir. Bu torpaqlarda, xüsusilə 
arat edilmiş sahələrdə  səpinqabağı becərmənin vaxtının düzgün 
müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Çünki bu cür 
torpaqlarda suvarmadan sonra qaysaq və çatlar əmələ  gəldiyinə 
görə, becərmələr vaxtında aparılmadıqda torpağın nəmliyi qısa 
müddətdə itirilə bilər. 
Suvarılan torpaqlarda olan bitki əkinlərində, vegetasiya müddə-
tində torpaqbecərmənin qarşısında duran əsas məqsəd, alaq otlarını 
məhv etmək və torpaqda əmələ gələn qaysağı dağıtmaqdan ibarət-
dir. Bunun üçün yastıkəsən, oxşəkilli kultivatorlardan istifadə 
olunur. Şəkil 6 Başdan-başa əkilən bitkilərin vegetasiya becərməsi 
yüngül ziq-zaq və torlu mala çəkməklə aparılır. Müasir tipli yün-
gül zıq-zaq mala şəkil 16-da göstərilmişdir. 
Vərdənələmə: Səpilmiş toxum ilə torpaq arasında əlaqəni güc-
ləndirmək üçün şum qatının üst hissəsini kipləşdirmək (sıxlaş-
dırmaq) lazım gəlir.Belə ki, şum qatının üst hissəsini sıxlaşdıranda 
kapilyar boşluqlar hesabına torpağın kapilyarlığı artır. Kapilyar 
rütubət alt qatdan yuxarıya doğru daha çox qalxır, bunun nəti-
cəsində toxumlar rütubətlə yaxşı təmin olduğundan tez cücərir. 


103 
Vərdənələmə tarlanın səthini kipləşdirmə  və hamarlaşdırma, ha-
belə torpağın kəltənli hissəsini xırdalamaq qaydasıdır. Vərdənələmə 
bir sıra keyfiyyət göstəricilərinə  təsir edir. Məsələn: verilmiş 
dərinlikdə toxumun basdırılmasına, mədəni bitki toxumlarının torpa-
ğın bərk hissəsilə yaxşı təmasda olmasına, torpağın üst qatının istilik 
şəraitlərinin yaxşılaşmasına və digər işlər zamanı tətbiq edilir. 
Bu tədbir xüsusilə quraq bölgələrdə və ya payız mövsümü qu-
raq keçən rayonlarda payızlıq bitkilərin vaxtında cücərməsinə kö-
məklik edir. Quraq şəraitdə payızda səpilmiş toxumlar bəzi hal-
larda yazda cücərir. Bu da məhsuldarlığın aşağı düşməsinə  səbəb 
olur. 
Tədqiqatlar göstərir ki, torpağın rütubəti tarla su tutumunun 
60%-dən aşağıdırsa, onda kapilliyarlarda maye rütubətin hərəkəti 
olmur, o öz yerini suyun çox yavaş gedən pərdə yerdəyişməsinə 
verir. 
Torpağı kipləşdirdikdə qeyri-kapilyar məsamələr azaldığından 
torpaq tez qızır və onun istilik tutumu artır. 
Səpindən sonra kipləşdirmə dişli mala qoşulmuş hamar vərdənə 
vasitəsilə aparıla bilər.Dişli mala eyni zamanda həm torpağı 
sıxlaşdırır, həm də onun səthini yumşaldaraq torpaq səthindən 
buxarlanmanın qarşısını alır. 
Vərdənələmə necə bir aqrotexniki tədbir kimi yalnız o vaxt 
səmərəli ola bilər ki, vərdənənin en götürümünün 1 sm-nə düşən, 
yaxud 1 sm
2
 torpaq səthinə düşən müəyyən təzyiq yaratsın. Təd-
qiqatlardan məlum olur ki, ən yaxşı nəticə vərdənənin 1 sm
2
 torpaq 
səthinə düşən təzyiqinin miqdarı 300-400 qram olur. 
Vərdənənin 1 sm
2
 səthə düşən təzyiqini təyin etmək üçün onun 
kütləsini və uzunluğunu bilmək lazımdır.Tələb olunan göstəricini 
almaq üçün çəkisi və ölçüsü məlum olan vərdənəni sahəyə  gətir-
mək, onun söykənəcəklərinin enini, daha doğrusu vərdənənin tor-
pağa toxunma sahəsini müəyyən edirlər. Bu işi  əkin sahəsində 
aparmaq lazımdır. 
Torpağın səpinqabağı kipləşdirilməsi xırda toxumlu bitkilərin 
toxumlarının lazımı  dərinliyə basdırılmasına  şərait yaratmaqla 
bərabər, toxumların torpaqla təmasda olmasına  əlverişli  şərait 


104 
yaradır. Torpağın sıxlaşdırılmasında müxtəlif növ vərdənələrdən 
istifadə olunur ki, bu da şəkil 17-də göstərilmişdir. 
Kultivasiya:  Cərgəaraları becərilən bitki əkinlərində alaqların 
məhv edilməsi və torpağın yumşaldılması, vegetasiya müddətində 
kultivasiya çəkməklə yerinə yetirilir. 
Kultivasiya-torpağın yumşaldılmasını, qismən qarışdırılmasını, 
habelə alaqların kəsilməsini təmin edən becərmə qaydasıdır. 
Kultivasiyanın sayı, dərinliyi və aparılma müddəti sahənin alaq-
lanma və kipləşmə dərəcəsindən asılıdır. Adətən vegetasiya suvar-
malarından sonra torpağı yumşaltmaq üçün kultivasiya çəkmək 
lazım kəlir. İlk dövrlərdə kultivasiyanın en götürümü artıq, dərin-
liyi isə az götürülür. Vegetasiya müddətində sonrakı kultivasi-
yaların en götürümü azaldılır və dərinliyi isə tədricən artırılır. 
Suvarma şəraitində torpağın əsas, səpinqabağı və vegetasiya be-
cərmələrinin qaydaları  və üsulları  ərazinin torpaq-iqlim şəraitin-
dən, suvarma rejimindən, becərilən bitkilərii bioloji xüsusiyyətlə-
rindən və s. asılı olaraq müəyyən edilir. 
Torpağın becərilməsi şorlaşmanın aradan qaldırılmasını, suvarı-
lan torpaqların bataqlaşmasını  və planlaşdırma işlərini həyata 
keçirməklə onların suvarılması üçün mühüm əhəmiyyətə malikdir. 
Suvarma  şəraitində  hətta eyni bitki üçün torpağın becərilmə 
sistemi müxtəlif torpaq-iqlim şəraitində eyni çür aparıla bilməz. 
Suvarmanın üsulu (yerüstü, yağış yağdırma, yeraltı) və növü də 
(nəmləndirici, aldadıcı, vegetasiya suvarması) torpağın müxtəlif 
üsullarla becərilməsini tələb edir. 
Lakin suvarılan torpaqlar üçün ümumi olan bəzi torpaqbecərmə 
üsulları mövçuddur. Suvarmalardan sonra qaysağı dağıtmaq məq-
sədilə aparılan yumşaltmalar, alaq otlarının məhv edilməsi, dərin 
becərmələrlə  əkin qatının qalınlığının artırılması  və s. bu üsullara 
daxildir. Cərgəaralarının 10-12sm dərinlikdə yumşaldılması qaysağı 
dağıtmaqla yanaşı  dərin yumşaltmada olduğuna nisbətən rütubət az 
buxarlanır. Lakin şoran torpaqlar yuyulduqda torpaq hissəcikləri çox 
çökür və tozlaşır ki, bu da daha dərin şum aparılmasını tələb edir. 
S.D.Lısoqorovun apardığı tədqiqatlardan müəyyən olunmuşdur 
ki,  əkinqabağı suvarma mikrobioloji fəaliyyəti fəallaşdırır və 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə