Suvarma əKİNÇİLİYİ (Dərs vəsaiti)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34849
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   66

89 
yaranır,  
-əkin qatında olan qida maddələri yuyulmur 
-ərazidə irriqasiya eroziyası baş vermir. 
Bununla yanaşı torpaqaltı suvarma üsulunun müəyyən çatış-
mayan cəhətləridə vardır: suvarma sistemi baha başa gəlir, dağ və 
dağətəyi  ərazilərdə  tətbiqi təhlükəlidir,  şorlaşmış  və qrunt suları 
yaxın olan ərazilərdə  tətbiqi effektli alınmır, yerüstü torpaq qatı 
zəif nəmlənir, boruların lillənməsi, tez sıradan çıxması,  ən  əsas 
suvarma sisteminin tikintisi çox xərc tələb edir. 
 
6.3. Yağışyağdırma üsulu ilə suvarma 
 
Yağışyağdırma üsulu ilə suvarma ilk dəfə Q.M.Aristov tərəfin-
dən Rusiyada tətbiq olunmuşdur. Sonralar yağışyağdırma üsulu ilə 
suvarma Almaniyada geniş sahələrdə inkişaf etdirilmişdir. 
Torpaq meliorativ və  təşkilatı amillərlə yanaşı  həm də hava 
şəraitindən, o cümlədən küləyin təsiri yağışyağdırma üsulunun tət-
biqinin səmərəliliyinə  təsir göstərir. Belə ki küləyin sürəti yağış-
yağdıran maşın və qurğuların istifadə  dərəcəsini müəyyən edən 
əsas amillərdən biridir.Yağışyağdırma üsulu ilə suvarma zamanı 
küləyin sürətinin artıq olması suvarmanın keyfiyyətini aşağı salır 
və aqrotexniki tələbləri pisləşdirir. Küləyin sürəti yağışyağdıran 
maşın və qurğuların məhsuldarlığını  aşağı salır: məsələn su itkisi 
artır, torpaq səthindən suyun buxarlanması artır, suvarılan sahə 
qeyri-bərabər nəmlənir ki, bu da suvarmanın keyfiyyətini aşağı 
salır. 
Respublikamızın Gəncə-Qazax bölgəsində M.Q.Mustafayeva-
nın apardığı  tədqiqatların nəticələrinə  əsasən orta şırnaqlı 
yağışyağdıran aparatla suvarma zamanı küləyin sürəti 1,8-
6,2m/san, havanın temperaturu 14,9-18,9
0
C olduqda su itkisi 11, 4-
19,3% həddində olmuşdur. Bu tip aparatlarla Abşeron bölgəsində 
4,3-8,9 m/san sürətlə  əsən küləkli hava şəraitində aparılan təcrü-
bələr nəticəsində su itkisinin miqdarı 7-28% olmuşdur. 
Hazırda respublikamızın bir çox bölgələrində yağış yağdırma 
üsulu ilə suvarmaya daha geniş yer ayrılmışdır.8-9 saylı  şəkillər-


90 
dən göründüyü kimi müxtəlif bitkilərin suvarılmasında yağış 
yağdırma üsulu daha əlverişlidir. 
 
6.4. Damcılarla suvarma üsulu 
 
Dünyanın əksər ölkələrində alimlər kənd təsərrüfatı bitkilərinin 
suvarılmasında suvarma suyundan qənaətlə istifadə edilməsi və 
torpağı lazımı dərəcədə nəmliklə təmin etmək üçün yeni mütərəqqi 
suvarma üsullarının tətbiqinə çalışırlar. Belə üsullara yağışyağdır-
ma ilə suvarma, aerozol suvarma, damcılarla suvarma və s daxil-
dir. Suvarma prosesini maksimum dərəcədə mexanikləşdirmək
suvarma suyuna, insan əməyinə və elektrik enerjisinə lazımı qədər 
qənaət edilməsində bu üsulların böyük əhəmiyyəti vardır. Tədqi-
qatlar sübut edir ki, yuxarıda göstərilən suvarma üsullarının iqtisa-
di cəhətdən əlverişlisi damcılarla suvarma üsuludur. 
Damcılarala suvarma ilk dəfə 1918-ci ildə ABŞ-ın Kolorada 
ştatında aparılmışdır. 1948-ci ildə  İngiltərədə S.Beass damcılarla 
suvarma üsulundan istixanalarda yetişdirilən kənd təsərrüfatı bitki-
lərinin suvarılmasında istifadə etmişdir. 1962-ci ildə İsraildə dam-
cılarla suvarma üsulunun geniş sahələrdə tətbiq olunması ilə Sim-
ko Blass məşğul olmuş  və 1968-ci ilə  qədər damcılarla suvarılan 
sahə 800 hektara çatmışdır.Bundan sonra damcılarla suvarmanın 
tətbiqi dünyanın bir çox ölkələrində sürətlə yayılmağa başlamışdır. 
Belə ki, Yaponyada 1968-ci ildən, Yeni Zelandiyada 1970-ci ildən, 
sonra İtaliyada, Türkiyədə, Meksikada, ABŞ-da, Rusiyada, Ukray-
na, Moldovada və digər ölkələrdə  kənd təsərrüfatı bitkilərinin 
suvarılmasında damcılarla suvarma üsulundan geniş istifadə 
edilməyə başlanmışdır. Statistik məlumatlar göstərir k, 1970-ci 
ildə damcılarla suvarma üsulundan istifadə etməklə suvarılan sahə 
4, 2 min hektara, 1975-ci ildə 110 min hektara, 1980-ci ildə isə 
350 min hektara çatmışdır. ABŞ-da kənd təsərrüfatı bitkilərinin 
suvarılmasında 172 min hektardan artıq sahədə damcılarla suvar-
ma üsulundan istifadə olunur. ABŞ-da aparılmış  tədqiqatlardan 
məlum olur ki, qumsal torpaqlarda damcılarla suvarmanı gündə və 
ya günaşırı bir dəfə, ağır torpaqlarda isə həftədə iki dəfə keçirmək 


91 
daha yaxşı nəticə verir.  
Respublikamızda 1975-ci ildə ilk dəfə olaraq Azərbaycan Elmi 
Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunun Suvarma labo-
ratoriyasının əməkdaşları Şəki rayonunun Üzümçülük və bağçılıq 
birliyi  ərazisində palmet alma bağlarında damcılarla suvarma 
aparmışlar. Bundan sonra digər Elmi Tədqiqat  İnstitutlarında bu 
istiqamətdə elmi tədqiqat işləri geniş vüsət almışdır.Belə ki, Elmi-
Tədqiqat Eroziya və Suvarma İnstitutunun İxtisaslaşdırılmış Kons-
truktor Bürosu damcılarla suvarma üsulunun elementlərinin isteh-
salı ilə birgə ayrı-ayrı rayonlarda: o cümlədən Quba, Şamaxı 
rayonları  ərazisində alma-armud bağlarında, Gəncədə üzüm 
bağlarında damcılarla suvarmanı tədqiq etməyə başlamışlar.  
Damcılarala suvarmanın digər suvarma üsullarından fərqli cə-
hətlərindən biri ondan ibarətdir ki, kənd təsərrüfatı bitkilərinə 
verilən gübrə normaları suda həll olunaraq lokal şəkildə birbaşa 
bitkinin dibinə verilir və istər verilən su normasından, istərsədə 
gübrə normalarından səmərəli istifadə olunur.Bu üsulla bitkilərin 
gübrələnməsi sahədə gübrə normalarının bərabər yayılmasına 
səbəb olur ki, bu da gübrədən istifadə əmsalını artırır. Damcılarala 
suvarma torpaqda lazımı su və qida rejiminin nizamlanmasında 
əsas rol oynayır.Suvarma normasına yerüstü suvarma üsuıuna 
nisbətən 50-55% qənaət olunur. Damcılarala suvarma nəticəsində 
vegetasiya müddətində bitkilərin kökləri inkişaf edən torpağın 
aktiv qatında optimal nəmlik rejimi yaratmaq mümkün olur. 
Yaradılmış optimal su, hava və qida rejimləri bitkilərin bioloji və 
fiziki cəhətdən yaxşı inkişaf etməsinə şərait yaradır ki, bu da kənd 
təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasında və torpaq 
münbitliyinin qorunmasında böyük rol oynayır. 
Damcılarala suvarma zamanı suvarma sistemlərindən sızma və 
digər su itkilərinə yol verilmir, bu da suvarma suyuna qənaət edil-
məklə  bərabər, qrunt suyu yer səthinə yaxın yerləşdiyi  ərazilərin
şoran torpaqların suvarılmasına imkan verir.Nəticədə torpaqların 
şoranlaşmanın, bataqlaşmanın qarşısı alınmış olur. 
Su ehtiyatları  məhdud olan və digər suvarma üsullarının tətbi-
qinin  əlverişli olmadığı mürəkkəb relyefli sahələrdə, bununla ya-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə