Suvarma əKİNÇİLİYİ (Dərs vəsaiti)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34849
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   66

86 
şırımlarla suvarmaya icazə verilir. Artıq maillikli sahələrdə  şı-
rımlarla suvarma tətbiq edildikdə  şırım uzunluğu istiqamətində 
kiçik hissələrə bölünür. 
En kəsik formasına görə şırımlar bir neçə formada olur: üçbu-
caqşəkilli, parabolaşəkilli və trapesşəkilli.Bunlardan təsərrüfatlar-
da ən geniş yayılanı üçbucaqşəkilli və trapesşəkilli en kəsik forma-
lı şırımlardır. 
Becərilən bitkilərin növündən, becərmə maşınlarının və alətlə-
rin işlək hissələrinin enindən və torpağın mexaniki tərkibindən ası-
lı olaraq şırımlar arası məsafə təyin edilir. Şırımın uzunluğu isə sa-
hənin mailliyindən, becərilən bitkilərin növündən və torpağın me-
xaniki tərkibindən asılı olaraq götürülür. Vegetasiya müddətində 
suvarma aparmaq üçün çərgəarası becərmədən sonra şırımlar 
çəkilir. 
Şırımlar axarlıq xassəsinə görə iki formada –axar və kor şırım-
lar olur. Suvarma suyu axar şırımlarla axaraq yavaş-yavaş torpağın 
aktiv - qatını isladır.Axar şırımlarla suvarma apardıqda su şırımın 
uzunluğu istiqamətində 85-90%-i qədər getdikdən sonra şırıma 
suyun verilməsi dayandırılır.  Şırımla axan su quru qalan hissənin 
sonuna doğru hərəkət edərək onu isladır. 
Kor  şırımlardan mailliyi çox olan yerlərdə  tətbiq edilir və 
burada  şırımın uzunluğu az götürülür. Çünki şırımın uc tərəfi 
bağlanır və şırım su ilə doldurulur. Şırıma doldurulmuş su torpağa 
hoparaq aktiv qatı isladır. Cərgəarası becərmələr zamanı  şırımın 
bağlanmış ucları dağıdılır və şırım yenidən bərpa olunur. 
Şırımlarla suvarmanın zolaqla suvarmaya nisbətən müəyyən 
üstünlükləri vardır. Məsələn: torpağın aktiv qatının müntəzəm is-
lanması, torpaq strukturunun pozulmaması, suvarma suyuna 
nisbətən qənaət edilməsi və s. 
Şırımlarla suvarmada əsas məsələlərdən biri də suvarma işlə-
rinin düzgün və vaxtında təşkilidir. Suvarma normaları və vaxtları 
düzgün təşkil edilmədikdə  ərazidə irriqasiya eroziyası, su itgisi, 
bataqlaşma, torpaqların şorlaşması baş verirki, bu da kənd təsərrü-
fatına yararlı torpaqların azalması ilə yanaşı  məhsuldarlığın aşağı 
düşməsi ilə nəticələnir. 


87 
Zolaqlarla suvarma – başdan-başa səpilən bitkilərin (buğda, 
arpa, yonca, təbii ot bitkiləri və s) suvarılması zamanı tətbiq olu-
nur. Bununla yanaşı arat suvarması,  şoran torpaqların yuyulması 
zamanı da zolaqlarla suvarmadan istifadə olunur. Zolaqlarla suvar-
ma zamanı sahənin mailliyi zolağın uzunu istiqamətində 0,0005-
0,02, eni istiqamətində 0,003-0,005 olduqda suvarmanın tətbiqi 
əlverişli hesab olunur. 6 saylı  şəkildə yonca bitkisinin zolaqlarla 
suvarılması göstərilmişdir. 
Zolaqlar enli və ensiz olmaqla iki yerə bölünür. Zolaqların eni 
əsasən toxum səpən aparatın eninə görə müəyyən edilir.Məsələn 
əyər səpici aparatın en götürümü 1,8 metrdisə onda zolağın eni 
uyğun olaraq 1,8; 3,6; 7,2m və s götürülə bilər. 
Enli zolaqların eni isə sahənin relyefindən asılı olaraq 20-30 
metr götürülə bilər. Maillik çox olduqda zolaq ensiz, maillik az ol-
duqda isə zolaq enli götürülməsi məqsədəuyğun hesab edilir. Su-
varma zamanı enli zolaqlardan istifadə etdikdə torpaqdan istifadə 
əmsalı artır . 
Zolaqların uzunluğu  ərazinin mailliyindən, becərilən bitkinin 
növündən və torpağın mexaniki tərkibindən asılı olaraq müəyyən 
edilir. Tarlanın səthi hamar, torpağın susızdırma qabiliyyəti az 
oduqda zolaqların uzun götürülməsi məsləhətdir. 
Digər suvarma üsulları kimi zolaqla suvarmanın da bir sıra 
üstün cəhətləri vardır. Məsələn: suvarma suyu zolaq boyunca 
bərabər paylanaraq torpağın aktiv qatını isladır, texniki cəhətdən 
suvarma asan aparılır, suvarmada əmək məhsuldarlığının yüksək 
olması və s. Bununla yanaşı zolaqla suvarmanın mənfi cəhətləridə 
vardır. Beləki, torpağın strukturunun, qida və hava rejiminin 
pozulmasını və s buna misal göstərə bilərik. 
Suya basdırma üsulu – əsasən çəltik bitkisinin suvarılmasında 
istifadə olunur.Bu üsulla suvarılacaq ərazidə xüsusi ləklərin hazır-
lanması lazım gəlir. Ləklərin sahəsi yer səthinin mailliyindən tor-
pağın susızdırma, susaxlama qabiliyyətindən, torpağın tipindən və 
sahəyə veriləcək suvarma normasından asılı olaraq müəyyən olu-
nur. 
Basdırma üsulu ilə suvarma fasiləsiz aparıldıqda qida maddələri 


88 
yuyularaq aşağı qatlara keçir, torpağın strukturu, istilik və hava 
rejimi pozulur. Bu da kənd təsərrüfatı bitkiləri yığldıqdan sonra 
torpağın münbitliyinin süni yolla artırılmasını  tələb edir.Çəltik 
bitkisinin suya basdırma üsulu ilə suvarılması 7 saylı  şəkildə öz 
əksini tapmışdır. 
 
6.2. Torpaqaltı suvarma 
 
Torpaqaltı suvarma üsulundan əsasən meyvə bağlarının, üzüm 
plantasiyalarının və digər bitkilərin suvarılmasında geniş istifadə 
olunur.Səhra və yarımsəhra yelərdə,  ərazinin mailliyi çox olan 
sahələrdə, ağır gilli, gillicəli, şoran olmayan torpaqlarda torpaqaltı 
suvarma üsulu daha əlverişli hesab olunur. Suvarma zamanı torpaq 
kapilyar su tutumu həddinə  qədər rütubətlənir. Ona görədə tor-
paqaltı suvarma üsulundan yaxşı kapilyarlığa malik olan torpaq-
larda istifadə etmək məsləhətdir. 
Torpaqaltı suvarma üsulunda torpağın nəmləndiriləsi  şum qatı 
altında yerləşdirilmiş, müxtəlif materiallardan hazırlanmış borular 
və ya krotlar vasitəsilə həyata keçirilir. Verilən su kapilyarlar va-
sitəsilə hərəkət edərək torpağı rütubələndirir, bununla da bitkilərin 
inkişafı üçün əlverişli  şərait yaranır. Nəzərdə tutulmuş  ərazidə 
torpağı  nəmləndirmək üçün boruya su təzyiqsiz, az təzyiqli və 
vakuum şəklində verilə bilər. 
Torpaqaltı suvarma üsulunun digər suvarma üsullarına nisbətən 
müəyyən üstünlükləri vardır. 
-az əmək sərf olunur,  
-alaq otlarına qarşı mübarizə tədbirləri asan aparılır,  
- alaq otlarının toxumlarının suvarma suyu ilə yayılmasının qar-
şısı alınır,  
-torpağın üst qatında qaysaq əmələ gəlmir,  
-torpaqda aerasiya prosesi yaxşılaşır və torpaq strukturu 
pozulmur,  
-torpaq səthindən olan buxarlanma azalır. 
-suvarmanı avtomatlaşdırma asan olur,  
- digər aqrotexniki tədbirlərin aparılmsı üçün əlverişli  şərait 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə