Suvarma əKİNÇİLİYİ (Dərs vəsaiti)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34849
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   66

92 
naşı yüksək su sızdırma qabiliyyətinə malik yüngül mexaniki tər-
kibli torpaq sahələrinin, o cümlədən cərgəarası becərilən bostan-
tərəvəz bitkilərinin, meyvə bağlarının, meşə zolaqlarının suvarıl-
masında damcılarla suvarma daha əhəmiyyətlidir. 
Digər suvarma üsullarından fərqli olaraq damcılarala suvarmanı 
çətin relyefə malik, az hamarlanmış  və  hətta hamarlanmamış sa-
hələrdə aparmaq mümkündür. Bu da dağlıq və dağətəyi ərazilərdə 
suvarmaya ehtiyac duyulduqda damcılarla suvarmanın  əlverişli 
olduğunu göstərir. 
Damcılarala suvarma tamamilə avtomatlaşdırıldığından siste-
min idarə olunması çox asandır. Hətta bəzi yerlərdə su mənbələri 
hündürdə yerləşdiyindən özübasqılı suvarma sistemlərindən istifa-
də olunur ki, bu zaman nasos stansiyalarının işləməsinə ehtiyac 
qalmır. Bu da damcılarala suvarmanın iqtisadi cəhətdən daha əl-
verişli olmasını göstərir.Yerüstü suvarma üsuluna nisbətən  əmək 
sərfi damcılarala suvarmada 90-92%, yağışyağdırma üsuluna nis-
bətən isə 65-70% qənaət olunur. Suvarmadan sonra torpaqda be-
cərmə işlərinə ehtiyac duyulmur. Hətta damcılarala suvarma gedə-
gedə yetişmiş  məhsulu yığmaq və digər aqrotexniki tədbirləri 
davam etdirmək mümkündür. 
Damcılarla suvarma sisteminin əsas elementləri aşağıdakılardır: 
Su mənbəyi, nasos stansiyası, su tənzimləyici qovşaq, tənzimləyici 
və bağlayıcı vasitələrlə  təchiz olunmuş magistral, paylayıcı  və 
üzərində damcıladıcılar quraşdırılmış su paylayıcı boru kəməri, 
damcıladıcılar, rabitə xətti, idarəetmə sistemi və s. 
Su mənbəyi- yüksəklikdə yerləşdirilmiş su anbarı, su çəni, 
subartezian və ya nasos stasiyası qurulmuş su mənbəliri ola bilər. 
Nasos stasiyası-bir və ya bir neçə nasos qurğularından ibarətdir. 
Tətbiq  şəraitindən asılı olaraq nasos stasiyası stasionar, üzən və 
daşınan olmaqla 3 növə bölünür. Nasosun əsas vəzifəsi suvarma 
suyunu su mənbəyindən götürərək magistral boru kəmərinə çatdır-
maqdır. 
Su tənzimləyici qovşaq-suyun nizalanmasına xidmət edir. 
Magistral boru kəməri suyu su mənbəyindən qəbul edərək, 
paylayıcı boru kəmərinə çatdırır. 


93 
Paylayıcı boru kəməri suvarma suyunu magistral boru kəmə-
rindən qəbul edərək üzərində damcıladıcılar quraşdırılmış su 
paylayıcı boru kəmərlərinə ötürür ki, buradan da su damcıladıcılar 
vasitəsilə bitkinin kökü yerləşən torpağın aktiv qatına çatdırılır. 
Damcıladıcılar arası  məsafə suvarılacaq bitkilərin bitki-ilə bitki 
arası məsafədən asılı olaraq müəyyənləşdirilir. 
Avstraliya,  İsrail, Qornaya, KU-1, Tavriya-1, Moldaviya-1A, 
Stalax,  İrrozor, Triklon və s tipli damcıladıcılardan geniş istifadə 
olunur. 
Damcılarla suvarmanın  əsas üstün cəhətləri aşağıdakılardan 
ibarətdir. 
- suvarma şəbəkəsinin tikintisi iqtisadi cəhətdən əlverişlidir,  
- suvarma şəbəkəsinin istismarı asan, təmir olunması sadədir,  
- suvarma tam avtomatlaşdırıldığından insan əməyi az tələb 
olunur,  
- suvarma suyuna 50-60% qənaət olunur. 
- bitkiləri tələb etdiyi miqdarda və fasiləsiz olaraq su ilə təmin 
etmək mümkün olur,  
- Sərt dağ yamaclarında, zəif, orta və yüksək su keçirən torpaq-
larda suvarma aparmaq mümkündür; 
-Yağışyağdırma üsuluna nisbətən enerji xərcləri az olur,  
-torpağın təkrar şorlaşmasının, şorakətləşməsinin qarşısını alır,  
-bitkilər arasında suvarma suyu bərabər paylanır,  
-qrunt suyunun səviyyəsinə bir o qədər təsir etmir,  
-cərgələr arasında alaq otları az yayılır,  
-tətbiq olunan gübrə normaları lokal şəkildə bitki tərəfindən 
mənimsənilir, itgiyə yol verilmir; 
-Yüksək su keçirmə qabiliyyətinə malik olan, yüngül mexaniki 
tərkibli torpaq sahələrinin suvarılmasında sudan daha səmərəli 
istifadə edilməsi mümkün olur. 
Damcılarla suvarma sisteminin bəzi çatışmayan xüsusiyyətləri 
vardır. 
-İstismar zamanı damcıladıcıların gözlərinin tez tutulması,  
-böyük sahələrdə suyun qeyri-bərabər paylanması,  
-suvarma suyu bulanıq olduqda damcıladıcıların gözləri tutulur 


94 
və boru kəmərləri lillə dolur,  
-relyefi nahamar olan sahələrdə suvarma suyunun düzgün 
tənzimlənməməsi,  
-plastik boruların gəmiricilər tərəfindən tez sıradan çıxarılması. 
 
6.5. Dispers su damcıları (aerozol) suvarma üsulu 
 
Ən mütərəqqi suvarma üsullarından biri də dispers su damcıları 
ilə (aerozol) suvarmadır.Bitkilərin yaşayış amillərindən, o cüm-
lədən torpaqdakı nəmlik və qida maddələrindən, havadakı rütubət, 
istilik, günəş radiasiyasından düzgün, səmərəli istifadə olunmasın-
da dispers su damcıları üsulu ilə suvarmanın böyük əhəmiyyəti 
vardır.  
Dispers su damcıları üsulu ilə suvarma xüsusi qurğunun kömək-
liyi ilə aparılır. Suvarma vaxtı su qurğu vasitəs ilə narın hissəcik-
lərə bölünərək bitkilərin üzərinə, havaya püskürülür. Havaya püs-
kürülmüş su dənəcikləri bitkinin yerüstü hissəsi ilə yanaşı torpağın 
üst münbit, aktiv qatını isladır. Bu nəinki torpağın aktiv qatını 
nəmləndirir, havanın mikroiqlimini də yaxşılaşdırır. Beləki dispers 
su damcıları üsulu ilə suvarma apardıqda torpaq səthindən 
buxarlanma azalır, havanın rütubəti artır. 
Aparılmış tədqiqatlar göstərir ki, əkin sahəsinə bir saat müddə-
tində aerozol üsulla hektara 200-600 litr suyu verdikdə  ərazidə 
havanın temperaturu 2-6
0
C aşağı düşür, nisbi nəmlik isə 40-60% 
artır. Aerozol üsulla suvarma 12-13 saylı şəkildə göstərilmişdir. 
 
 
 


95 
VII. Suvarma şəraitində torpağın becərilməsi 
 
7.1. Suvarılan torpaqların becərilmə xüsusiyyətləri 
 
“Sən Yer üzünü qupquru görərsən.Biz ona yağmur endirdiyimiz 
zaman o, titrəyib (hərəkətə gəlib) qabarar və hər gözəl cütdən bar 
gətirər” (“Həcc”, 22/5), Quranda 14 əsr bundan əvvəl göstərilmiş-
dir ki, quraq ərazilərdə yağış  və ya suvarma olmadan bitki yetiş-
dirmək mümkün deyil. Digər bir ayədə qeyd edilir ki, ”Ölü torpaq 
onlar üçün bir dəlildir. Biz onu diriltdik, oradan dənlər çıxartdıq, 
onlar da bundan yeyirlər” (Yasin”, 36/33). Buradan da bizə məlum 
olur ki, torpağı  əkib-becərməsək, onu suvarmasaq ondan heç bir 
məhsul əldə etmək mümkün olmaz. 
Əkinçilik sistemində torpağın düzgün becərilməsi onun ən 
mühüm elementidir.o, torpağın su, hava, istilik və qida rejimlərinin 
istiqamətli dəyişdirilməsi yolu ilə  mədəni bitkilər üçün ən yaxı 
şərait yaratmaq məqsədilə torpağa maşın və alətlərin işçi orqanları 
vasitəsilə mexaniki təsir göstərməsidir. 
Kənd təsərrüfatı bitkiləri üçün torpağın suvarma şəraitində be-
cərilməsi əkinçiliyin intensiv aparılması prinsipinə əsaslanır. Əkin 
sahələrindən səmərəli istifadə olunması və yüksək məhsul alınması 
üçün ilk növbədə torpaq becəmə üsullarına diqqət yetirmək 
lazımdır.Hər hansı bir tədbirin yerinə yetirilməsində müəyyən 
nöqsanlara yol verilər və ya iş keyfiyyətsiz aparılarsa, məhsulun və 
ümumi gəlirin azalmasına, maya dəyərinin artmasına səbəb olar. 
Suvarılan torpaqlar becərilərkən belə nöqsanlara yol verməmək 
üçün hər bir bölgənin torpaq-iqlim şəraitini , əkiləcək bitkilərin 
bioloji xüsusiyyətlərini və digər göstəriciləri nəzərə alaraq 
əvvəlcədən iş planı tutulmalıdır. 
Düzgün və vaxtında aparılan becərmə torpaqdakı mikroorqa-
nizmlərin həyat fəaliyyəti üçün ən yaxşı  şərait yaradır. Bununla 
əlaqədar olaraq bitki qalıqlarının və çürüntünün torpaqda parça-
lanma prosesi güclənir. Bitki qalıqlarının və çürüntünün parçalan-
ması  nəticəsində onların tərkibindəki qida maddələri tədricən 
mineral birləşmələrə çevrilir və bitkilər tərəfindən asanlıqla mə-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə