Suvarma əKİNÇİLİYİ (Dərs vəsaiti)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə39/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34849
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   66

118 
Qızıl sarmaşıq toxumları  və gövdələrinin parçaları ilə çoxalır. 
Yaşıl yarpaqları olmur.Çiçəkləri iki cinsiyyətli və çox xırda olub, 
sıx dəstələrlə toplanır, ağ, sarı. Çəhrayı  rəngdə olur.Meyvəsi 
qutucuqdur, bir kolu 3-4 min ədədə qədər toxum verir.Toxumları 
kiçik və yuvarlaqdır və onun toxumları bir neçə il öz cücərmə 
qabiliyyətini itirmir. Hətta məlum olmuşdur ki, heyvanlar qızıl 
sarmaşığın toxumunu yedikdə belə  həzm orqanlarından salamat 
çıxaraq yenidən peyinlə sahəyə düşərək əlverişli mühitdə cücərir. 
Suvarma suyu, peyin, kənd təsərrüfatı bitkilərinin toxumlarıyla 
birlikdə qarışaraq, dəndöyən, taxıltəmizləyən maşınlarla və digər 
yollarla qızıl sarmaşığın toxumları ətrafa yayıla bilir.Yazda hava-
lar isinən kimi qızıl sarmaşığın toxumları cücərməyə başlayır. 
Cücərtilər toxumda olan ehtiyat qida maddələrinin hesabına 10-15 
gün müstəqil yaşaya bilir və sürətlə inkişaf edərək yaxında olan 
sahib bitkinin gövdəsinə sarmaşır. 
Qızıl sarmaşıqların  əsas ocaqları becərilməyən xam torpaqlar, 
dincə buraxılmış torpaqlar arx kənarları  və s yerlərdə olur. Qızıl 
sarmaşıq zədələdiyi kənd təsərrüfatı bitkilərinin inkişafı  kəskin 
surətdə  ləngiyir, hətta çox vaxt tamamilə  məhv olur.Bu alaq bir 
çox tarla bitkilərini, yonca, pambıq, kartof, soğan və s zədələyir və 
məhsuldarlığını aşağı salır. 
Kənd təsərrüfatı bitkilərinə  ən çox ziyan vuran qızıl sarmaşığı 
məhv etmək üçün lazımı  tədbirlər aparılmalıdır.Bu məqsədə nail 
olmaq məqsədilə mövcud karantin tədbirlərini, mexaniki, aqrotex-
niki və  ən  əsası kimyəvi mübarizə üsullarının həyata keçirilməsi 
lazım gəlir. 
Sarı sarmaşıq yayılmış otluqlarda, yolların və arxların kənarın-
da, dövlət fondu torpaqlarında, mərzlərdə, xam və dincə buraxıl-
mış yerlərdə otlar tez-tez və olduqca alçaqdan çalınmalı, yı-
ğışdırılıb yandırılmalı, torpaq isə şumlanmalı və ya bellənməlidir. 
Sarı sarmaşıq toxumalarının su vasitəsilə yayılması qarşısını 
almaq üçün sarı sarmaşıq bitən suvarma və drenaj kanallarının 
bəndlərində  və  kənarlarında otluqları vaxtaşırı çalmaq, habelə 
kimyəvi üsulla məhv etmək lazımdır. 
Kənd təsərrüfatı bitkilərinə  əsas zərər vuran tüfeyli alaqlardan 


119 
biri də kəhrə bitkisidir. Kəhrə bitkisi əsasən mədəni bitkilərin kö-
kündən qidalanır. Sahib bitkinin kökünə daxil olaraq onun şirəsini, 
möhtəviyyatını sormaqla, kənd təsərrüfatı bitkilərini tez bir 
zamanda gücdən salır, qurudur və bitkini məhv edir. Kəhrə bitkisi 
əsasən mədəni bitkilərə quraqlıq zamanı daha çox ziyan vurur. 
Kəhrə (orabanş) bitkisi kiçik kol şəklində olub, bəzi növləri 
birgövdəli, bəziləri isə şaxlı-budaqlı olmaqla, boyu 30-70 sm olur. 
Onun rəngi sarımtıl-narıncıya çalır, yaşıl yarpaqları olmur, yarpaq-
ları pulcuq şəklində, əksərən gövdənin aşağı hissəsində sıx şəkildə 
topa halda olur. 
Növündən asılı olaraq bitkinin çiçəkləri sarı, qırmızımtıl, çəh-
rayı, bənövşəyi, qonura çalan rəngdə olur.Toxum meyvəcikləri 
qutucuqdur. Toxumla çoxalır. Kəhrə bitkisinin bir kolunda 100-
150 minə  qədər çox xırda, toz kimi toxumu olur. Toxum yetişən 
zaman külək vasitəsilə bulud kimi ətrafa yayılaraq, geniş sahələrə 
yayılır. Belə toxumlar bəzən mədəni bitkilərin toxumuna qarışaraq 
yayılır. Belə yayılmış toxumlar torpaqda əlverişli mühit yaranan 
zaman cücərərək sahib bitkiyə  zərər vurur. Orobanş toxumlaları 
cücərmə qabiliyyətini torpaqda 3-5 il ərzində itirir. 
Təbiətdə  kəhrənin növləri çoxdur. Bunların bəzi növləri 
müəyyən mədəni bitkilərin, digərləri isə yabanı otların kökləri 
üzərində parazitlik edirlər.Onu da qeyd etmək lazımdır ki, taxıl 
fəsiləsindən olan bitkiləri kəhrə zədələmir. 
Kəhrə bitkisinin aşağıdakı növləri məlumdur: günəbaxan kəh-
rəsi, çətənə kəhrəsi, Misir kəhrəsi, sarı kəhrə və s. 
Günəbaxan kəhrəsi: Bu tüfeyli alaq günəbaxanın  ən qorxulu 
düşmənidir.Torpağa düşmüş toxumları 5 ildən artıq müddət ərzin-
də cücərmə qabiliyyətini saxlayır və 20-25 sm dərinlikdə  şum 
qatında cücərib inkişaf edə bilir. Toxumların cücərməsi uzun mü-
hitdən müəyyən dərəcədə turşuluq tələb olunur. Görünür ki, günə-
baxanın kökləri kəhrə toxumları üçün əlverişli mühit hesab olunur. 
Bu növ kəhrənin gövdəsi qol-budaqlı olmur, tacı bənövşəyi rəngə 
çalır.Gövdənin aşağı hissəsi sarı rəngli pulcuqlarla kip örtülü olur. 
Günəbaxan eyni sahədə təkrar əkilən hallarda kəhrə küllü miq-
darda çoxalaraq bütün əkini tələf edir. Bu parazit günəbaxandan 


120 
başqa bəzən tütün və pomidor bitkilərinin, habelə alaq otlarını da 
zədələyir. 
Çətənə kəhrəsi: Çətənə kəhrəsi əsas etibarı ilə çətənə, tütün, po-
midor, kartof, kələm hətta günəbaxan bitkisini də zədələyir. Çətənə 
kəhrəsi bu bitkilərlə yanaşı yovşanın kökündə də parazitlik etdiyi 
aşkarlanmışdır. Günəbaxan kəhrəsinə nisbətən çətənə kəhrəsi daha 
çox toxum verir. Belə ki, bir kolunda 140-dan artıq sarı çiçəkləri 
olduğu göstərilir, gövdəsi qol-budaqlıdır. 
Misir kəhrəsi: Kəhrənin digər bir növü olan Misir kəhrəsi əsa-
sən bostan-tərəvəz bitkilərinə  zərər vurduğu qeyd olunur. Misir 
kəhrəsi isti yerlərdə daha çox yayılır. 
Sarı kəhrə: Paxlalı bitkiləri zədələyən bu tüfeyli qol-budaq atan 
gövdəli olub cənubda daha çox yayılmışdır. 
Belə bir tüfeyli alaqla mübarizə aparmaq üçün ən yaxşı vasitə 
növbəli  əkinə riayət etməkdir. Kəhrə yayılmış sahədə sahib bitki 
bir neçə il əkilməməlidir. Kəhrə ilə mübarizə aparmmaq məqsədilə 
davamlı bitki sortları seçmək lazımdır. Kəhrə yayılmış sahədə bitki 
çiçəkləməzdən əvvəl onu məhv etmək vacibdir.  
Yarımtüfeyli alaqlar: Yarımtüfeyli alaqlar,  tüfeyli alaqlardan 
fərqli olaraq kök və yaşıl yarpaqlara malikdirlər. Bu qrup bitkilərin 
kökü və yaşıl yarpaqları olduğundan başqa bitkilərdən asılı ol-
mayaraq sərbəs qidalana bilir və bununla yanaşı digər bitkilərin 
köklərinə  əmici rişələrini daxil edərək onların  şirəsini soraraq 
qidalanır. Ona görə, bu qrupa aid olan alaqlar sahib bitkidən su və 
qida maddələri alıb özləri üzvi maddə  əmələ  gətirir və  həm də 
onların hazır üzvi maddəsi ilə qidalanırlar.Bəzi məlumatlara görə 
yarımtüfeyli alaqlar sahib bitkidən ancaq mineral maddələr və su 
alırlar, lazım olan üzvi maddələri isə özləri fotosintez yolu ilə hasil 
edirlər. 
Tüfeyli alaqlar kimi yarımtüfeyli alaqlar da gövdədən və kök-
dən qidalanan olmaqla iki qrupa bölünürlər. 
Əksərən taxıl bitkiləri  əkinlərində geniş yayılan yarımtüfeyli 
alaqlar dənlərin cılızlaşmasına, və  məhsulun azalmasına səbəb 
olur. Yarımtüfeyli alaqların tarlalarda yayılmış  əsas nümayəndə-
lərindən aşağıdakıları göstərmək olar: qarabuğda, dişlicə, yuvaotu, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə