Suvarma əKİNÇİLİYİ (Dərs vəsaiti)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə41/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34849
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   66

124 
çayır və s göstərmək olar. 
Biyan: Paxlalılar fəsiləsindən olan biyanın bir neçə növü vardır. 
Azərbaycanın bütün rayonlarında, ən əsasda suvarılan bölgələrdə
becərilən və becərilməyən sahələrdə, yollar, kanallar ətrafında 
daha geniş yayılmışdır. Biyan toxumları  və kökümsov gövdələri 
ilə çoxalan bitkidir. Quraqlığa və istiyə dözümlü bitkidir.  
Gövdəsi düzdür, möhkəmdir, az budaqlıdır, seyrək tüklüdür, 
hündürlüyü 60-80, bəzən 100 sm-ə çatır. Yarpaqları mürəkkəb-
lələkvaridir, 7-19 sadə yarpaqcıqdan ibarətdir. Yarpaqları ellips-
şəkilli olub, alt tərəfi yapışqanlıdır. Salxım çiçək qrupuna aiddir. 
Ağarmış-bənövşəyi rəngli çiçəkləri vardır. Biyanın qonur rəngli, 
düz və ya azacıq əyilmiş paxlası olur. Hər paxlada 2-6 toxum olur. 
Kökü torpağın dərin qatlarına işləyə bilir. Mil kökü yoğun 
olur.Optimal nənliyi olan torpaq şəraitində biyanda kök pöhrə-
lərinin təməlini qoyan əlavə köklər yaxşı inkişaf edir. 
Heyvanlar üçün qidalı yem hesab olunur, quru ot və silos üçün 
yararlıdır. Ancaq qeyd etmək lazımdır ki, acıbiyan adlanan növü 
zəhərli toxumlar verdiyindən insan və heyvanlar üçün təhlükəlidir. 
Şirinbiyanın kökündən təbabətdə geniş istifadə olunur.  
Çayır: (paspalum L) Çayır özündən köklər əmələ gətirə bilən 
yeraltı  və yerüstü zoğlara malik bitkidir.Bu bitki respublikanın 
aran və aşağı dağ rayonlarında geniş yayılmışdır. Respublikamızın 
ərazisində çayırın bir növü, barmaqvari çayır yayılmışdır ki, bu da 
əkin sahələrinə ziyan vurur. Onun sürünən uzun kökümsov göv-
dəsi yatıb-qalxan olub. Hündürlüyü 50-60 sm-ə çatır. Yarpaqları 
xətvari lanset şəkilində, bir qədər sərt və bozumtul-göy olur. Ha-
maşıq çiçəyi gövdənin təpəsində bir yerə toplanmış 3-8 sünbülvari 
budaqcıqdan ibarət olur. 
Çayır  əsasən suvarılan yerlərdə, bataqlıqlarda, subasarlarda, 
arxlar kənarında, rütubətli çəmənliklərdə bitir. Bununla yanaşı 
pambıq, qarğıdalı, çay, çəltik əkinlərinə daha çox ziyan vurur. 
Çayır aprelin birinci yarısında cücərir, mayın ortalarında və 
iyunun əvvəlində çiçəklənir. Vegetasiya dövrü payızın axırınadək 
davam edir. Bir bitkisi 2000-ə qədər toxum verir.Toxumu 3sm-dən 
artıq dərinliyə cücərmir. Kökümsovlar buğumlardan və buğumara-
larından ibrətdir. Buğumların qəhvəyi və ya açıq-qonur rəngli pul-


125 
cuqlar ayrılır. Köhnə kökümsovların pulcuqları olmur. Adətən 
kökümsovun birinci ilinin sonunda bu pulcuqlar məhv olur. 
Kökümsovların buğumlarında tumurcuqların və  əlavə köklərin 
təməli qoyulur. Əlavə köklər dəstələr şəklində olur. Hər dəstədə 3-
4  əlavə kök əmələ  gəlir.  Əlavə köklər qısa yan köklərlə  əhatə 
olunur. Çayırın kökümsovları pambığın tarlalarında torpağın 30-40 
sm, payızlıq taxıl zəmilərində isə 15-20 sm dərinliyə  işləyir. 
Kökümsvların əsas kütləsi torpağın 0-10 sm-liyində cəmlənir. 
Barmaqvari su çayırı mal-qaranın bütün növləri tərəfindən yaxşı 
yeyilən qiymətli otlaq bitkisidir. Otarılmaya və tapdalanmaya qarşı 
davamlıdır. Ancaq qeyd etmək lazımdır ki, bəzən bu bitkilərin 
üzərində parazit göbələklərin bir növü yaşadığından bu bitkilər olan 
çəmənlərdə qaramalın otarılması təhlükəlidir. Tədqiqatlar sübut edir 
ki, həmin göbələklər yayılmış çayırı heyvanlar yedikdə zəhərlənir. 
 
8.1. Alaq otlarına qarşı mübarizə tədbirləri 
 
Kənd təsərrüfatı bitkilərindən yüksək və keyfiyyətli məhsul əldə 
etmək, tarlaların mədəni səviyyəsi ilə sıx surətdə bağlıdır.Mədəni 
əkinçilik aqrotexniki tədbirlər kompleksini həyata keçirməklə 
torpaqdakı rütubəti, qida maddələrini, günəş enerjisinin mədəni 
bitkilər tərəfindən səmərəli istifadə olunmasını təmin etməlidir.Bu 
da onu göstərir ki, bitkilərə  əsas ziyan vuran alaq otlarına qarşı 
mübarizə tədbirləri aparılmalıdır. 
Alaqlara qarşı mübarizə üsulları aqrotexniki, bioloji və kimyəvi 
mübarizə tədbirlərinə bölünür. 
Kənd təsərrüfatı bitkilərinin becəriməsində aparılan yüksək 
keyfiyyətli aqrotexnika alaqlara qarşı mübarizəyə qulluq edir. Ay-
dındır ki, aqrotexniki üsullar alaqları  məhv etməkdən başqa, ayrı 
vacib məsələləri, məsələn su-hava, istilik və qida rejimini nizamla-
yır. Alaq bitkiləri ilə aqrotexniki mübarizə tədbirləri iki mərhələdə 
aparılır. 
1.Mədəni bitkilər tarlalara səpilənə qədər olan dövrdə; 
2. Mədəni bitkilərin vegetasiya dövründə. 
Alaq otları ilə mübarizənin mədəni bitkilər tarlalara səpilənə qə-
dər olan dövrdə aparılması daha əlverişlidir. Çünki bu dövrdə hələ 


126 
mədəni bitkilər olmur, tarlada mexaniki becərmə  işləri sərbəst 
aparılır. 
Aqrotexniki mübarizə: Alaq otları ilə mübarizədə əsas şumun 
hansı vaxtda aparılmasının böyük əhəmiyyəti vardır.Əsas şum sa-
hədə mövcud olan alaq otlarının növlərinə müvafiq aparılmalıdır. 
Belə ki, tarlanı kökümsov gövdəli alaq otları basmışsa, onların kö-
kümsov gövdələrini daha çox məhv etmək üçün həmin sahələrdə 
yay şumu aparılmalıdır. Belə şumda alaq otlarının kökümsov göv-
dələri torpaq qatı ilə birgə çevrilib üzə çıxır və günəş şüasının tə-
sirindən quruyub məhv olur. Tədqiqatlar göstərir ki, bu üsulla bar-
maqvari çayır 98%, salaməleyküm 87% məhv olur, hələb kalışı və 
başqa kökümsov gövdəli alaq otları isə ölgünləşir və əsasən məhv 
edilir. 
Şum dərin aparıldıqda alaq otlarının toxumları, kök pöhrələri və 
kökümsov gövdələri torpağın dərin qatlarına düşərək az cücərti 
verir. Torpağın şumlanması üsulunun düzgün seçilməsidə alaq ot-
ları ilə mübarizədə çox böyük rol oynayır. Torpaq laydırlı kotanla 
şumlandıqda az, laydırsız kotanla şumlandıqda çox alaqlı olur. 
Alaq otlarının məhv edilməsində torpağın səpinqabağı becəril-
məsinin də böyük əhəmiyyəti vardır. Torpağın səpinqabağı becə-
rilməsi nəticəsində payızda, qışda və erkən yazda cücərmiş alaq ot-
ları kəsilərək məhv edilir. Bunu torpaqkəsici “qazayağı” pəncə ilə 
təchiz edilmiş şum kultivatoru ilə aparmaq lazımdır. 
Qeyd etmək lazımdır ki, istər birillik və istərsə də çoxillik alaq 
otlarını  məhv etmək üçün təkcə  şumun aparılması, köklərin tor-
paqdan yığılması, ehtiyat suvarmaların tətbiqi, səpinqabağı becər-
mələrin keçirilməsi və  mədəni bitkilərin cücərməsindən qabaq 
tarlanın yüngül mala ilə malalanması kifayət deyildir.Çünki çoxil-
lik alaq otlarının  şumaltı qatda yaşama qabiliyyətinə malik olan 
xeyli kökü, birillik alaq otlarının isə torpaqda hələ cücərməyən 
ehtiyat toxumu qalır.Odur ki yazlıq bitkilərin tarlalarında birillik 
və çoxillik alaq otlarını məhv etmək üçün cərgəarası becərməyə də 
fikir verilir.Bu dövrdə alaq otları ilə mübarizə mexaniki üsulla 
aparıldıqda bitkilərin səpin sistemləri, onların cərgəarası  məsafə-
ləri, bitkilərin boyu və s əsas əhəmiyyətə malikdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə