158
varmalara deyilir. Suvarmalar 15-17
sm dərinliyində cərgələr
arasına çəkilmiş şırımlarla aparıldıqda yaxşı nəticə verir.Səpinə
qədər (arat) və səpindən sonra cücərtilər alınana qədər (səpsuvar)
aparılan suvarmalar vegetasiya suvarmalarına aid deyildir.
Qarğıdalının vegetasiya müddətində neçə dəfə suvarılması yaz-
yay aylarında yağan yağmurlarla, bitkinin inkişaf fazaları ilə,
torpağın mexaniki tərkibi və nəmlik dərəcəsi ilə əlaqələndirilmə-
lidir. Suvarmanı elə təşkil etmək lazımdır ki, dənin mum-yetişmə
dövrü başlayana qədər torpağın ümumi su tutumunun 60-70%-i
nəm olsun.
Qeyd etmək lazımdır ki, qarğıdalı bitkisi vegetasiya müddətində
süpürgə əmələ gəlməyə 10 gün qalmışdan çiçəkləmənin sonuna
qədər daha çox su tələb edir.Bu dövrdə qarğıdalının transpirasiya
əmsalı 700-800-ə çatır.Buna görədə həmin dövrdə qarğıdalının 10
-15 gündən bir suvarılması məsləhət bilinir.Sonra
isə həmin əmsal
170-180-ə qədər aşağı düşür.
Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun bitkiçilik kafedrası-
nın əməkdaşları suvarmanın sayının və aparılma müddətinin qarğı-
dalının məhsuldarlığına təsirini öyrənmək məqsədilə təcrübələr
aparmışlar. Təcrübə zamanı ən yaxşı nəticə qarğıdalı əkinlərinə
dən üçün becərdikdə 5 dəfə suvarma, silos üçün becərdikdə isə 4
dəfə suvarma apardıqda alınmışdır.
Təsrübələr nəticəsində məlum olmuşdur ki, arat və səpsuvardan
əlavə, qarğıdalının 3-4
yarpaq əmələ gəlməsində, gövdələmə
fazasında, süpürgə əmələ gəlməyə 10-12 gün qalmış, çiçəkləmədə
və dəndə süd yetişmə başlayan dövrdə suvarma aparılmalıdır.Belə
suvarma nəticəsində 60-70 s/ha dən, 700-750 s/ha yaşıl kütlə əldə
etmək mümkündür.
Vegetasya suvarmaları bölgələrdən, torpağın mexaniki tərkibin-
dən və ərazinin iqlim göstəricilərindən asılı olaraq 800-1300 m
3
/ha
arasında aparılması məqsədəuyğun hesab edilir.
Respublikamızın bölgələrindən asılı olaraq qarğıdalı bitkisinin
suvarma müddətləri və normaları 10 saylı cədvəldə göstərilmişdir.
İlin nəmliyindən asılı olaraq göstərilən
suvarma rejimlərini nizam-
lamaq məsləhət bilinir.
160
Suvarma normalarının azaldılması suvarmanın səmərəsini aşağı
salır və ya çoxaldılması suvarılan torpaqların, xüsusilə şorlaşmış
və qrunt sularının dayazda yerləşdiyi sahələrin meliorativ
vəziyyətini pisləşdirə bilər.
Respublikanın aran və dağətəyi rayonlarının suvarılan torpaqla-
rında payızlıq taxıl məhsulu yığıldıqdan sonra kövşənlikdə qarğı-
dalı aralıq bitkisi kimi də becərilir. İstər yazda səpilən,
istərsə də
kövşənlikdə səpilən qarğıdalı sahələrində torpaqda tələb olunan
optimal nəmlik rejimi yaratmaq məqsədilə təbii-iqtisadi bölgələr
üzrə vegetasiya suvarmalarını cədvəldə göstərildiyi qaydada
aparılması məqsədəuyğun hesab edilir.
10.4. Çəltik
Çəltiyin vətəni cənub-şərqi Asiya ölkələrinin tropik və sub-
tropik əraziləridir.
Bu bitki Çində, Hindistanda, Yaponiyada bizim
eradan 4-5 min il əvvəl becərilmişdir. Avropada Aralıq dənizi
ölkələrindən İtaliyada, İspaniyada, Fransada, Yunanıstanda, Bol-
qariyada və s. XV əsrdən becərilməyə başlanmışdır. Azərbaycanda
çəltik bitkisinin becərilməsi qədim tarixə malikdir.
Azərbaycan
ərazisinə bu bitki İrandan və Orta Asiya respuğlikalarından gətiri-
lərək becərilməyə başlanmışdır. Çəltik əsasən Lənkəran və Şəki-
Zaqatala bölgəsində geniş sahələrdə becərilir.
Əhəmiyyəti. Çəltik bitkisi digər dənli bitkilərdən yüksək key-
fiyyətinə və məhsuldarlığına görə fərqlənir. Planetimizin bir sıra
ölkələrində əhalinin əsas qidasını çəltik məhsulu təşkil edir.Çəltik
ən dəyərli ərzaq bitkisidir. Dən istehsalının həcminə və əkin
sahəsinə görə yer kürəsində buğdadan sonra ikinci yeri tutur.
Çəltik yarmalıq
bitkidir, yarmanın tərkibində karbohidratlar çox,
zülal və yağ isə az olur. Çəltik yarması yüksək keyfiyyətlidir.
Orqanizmdə asan həzmə gedir. Mədə-bağırsaq xəstəliyinin müali-
cəsində çəltiyin həlimindən geniş istifadə olunur. Çəltik qabıqdan
təmizlənmiş halda düyü adlanır. Düyünün tərkibində orta hesabla
0, 6% su, 0, 3% sellüloza, 0, 5% yağ, 6% zülal, 88% nişasta, 0, 5%
şəkər olur. Düyü orqanizmdə asan həzm olunur və ondan pəhriz